Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-808/2025 04.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-808/2025 (Açar sözlər: Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi, fərdi əmək mübahisələri üzrə ümumi iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babaye v Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı ləğv prosesindəki Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə haqqın və gecikdirilən günlər üçün ödəncin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5603/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 4 mart 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı xx.xx.2006-cı il tarixdə Cavabdeh ASC-nin marketinq şöbəsində mütəxəssis vəzifəsinə işə qəbul olunmuş, sonrakı dövrlərdə həmin bankda müxtəlif vəzifələrdə işləmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixli əmrlə bankın ümumi şöbəsinin arxivariusu vəzifəsinə keçirilmiş, Cavabdeh ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun 03 iyul 2023-cü il tarixli 28/K saylı əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi əsasında (işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi ilə əlaqədar) əmək müqaviləsinə xitam verilmişdir.
2. İddiaçı şəhid ailəsinin üzvüdür, onun qardaşı prokurorluq orqanının müstəntiqi kimi öz xidməti vəzifəsini yerinə yetirərkən 1993-cü ildə şəhid olmuşdur.
3. İddiaçı işə bərpa olunması xahişi i lə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət ünvanlamış, müraciətinə xx.xx.2023-cü il tarixli məktubla cavab verilərək aidiyyəti üzrə müraciət etməli olduğu ona bildirilmişdir.
4. İddiaçı əmək hüquqlarının pozulması ilə bağlı xx.xx.2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət ünvanlamış, müraciətinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir.
5. İddiaçı işdən çıxarılmasının qanunsuz olması ilə bağlı 22 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət ünvanlamış, müraciətinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin 15 yanvar 2024-cü v ə 02 fevral 2024-cü il tarixli cavab məktublarında, tərəflərindən LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edildiyi, lakin həmin qurum tərəfindən müvafiq sənədlərin hələ də təqdim olunmadığı, sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinə yenidən baxılacağı bildirilmiş, müraciətdə qeyd edilən məsələlərlə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.
6. İddiaçı işdən çıxarılmasının qanunsuz olması ilə bağlı xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə də şikayət ərizələri ünvanlamışdır.
7. İddiaçı müraciəti əsasında ünvan tı tərəfindən mediasiya sessiyasının keçirilməsi xx.xx.2024-cü tarixə saat 15:00-a təyin edilmiş, lakin LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondun un etibarnamə üzrə nümayəndəsi mediasiya prosesinin davam etdirilməsi barədə razılıq verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh ləğv prosesindəki Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra cavabdeh və ya Bank) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli 28K nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və məcburi buraxılmış iş vaxtı üçün hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc də daxil olmaqla, əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, 2006-cı ildən 2023-cü ilə qədər Cavabdeh ASC-də işləmişdir. xx.xx.2023-cü il tarixli əmrə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunmuşdur. Həmin əmr əsassız və qanunsuz əmrdir. Çünki o, şəhid ailəsi üzvüdür. İşəgötürən əmr qəbul edərkən Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinə əməl etməyərək onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və onun ailə vəziyyətini nəzərə almamışdır. O, işdən çıxdığı müddətdən bu günə qədər işə bərpa olunması üçün dövlət orqanlarına müraciət etmişdir. İşə bərpa olunması gecikdiyindən iddia qaldırmaq məcburiyyətində qalmışdır. İşlədiyi müddətdə cavabdeh tərəfindən ona verilən əmək haqqı onunla eyni vəzifədə işləyən, hətta ali savadı olmayan işçilərin əmək haqqından 50 faiz az olmuşdur.
10. İddiaç ı iddia müddətinin bərpası barədə ərizə də vermiş, tərəfindən iddia müddətinin ötürülmədiyini, işdən çıxarıldığı müddətdən sonra dövlət orqanlarına müraciətlər ünvanladığını bildirməklə müddətin bərpa olunmasını xahiş etmişdir.
11. Cavabdehin nümayəndəsi məhkəməyə ünvanladığı ərizəsində iddiaçının, əmək müqaviləsinə xitam verildikdən 11 ay sonra iddia qaldırdığını və iddia müddətini ötürdüyünü bildirmiş, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
12. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol-qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-3 329/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia təmin olunmuş, 3 iyul 2023-cü il tarixli 28/K saylı əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, iddiaçıya 3 iyul 2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc ödənilməsi qət olunmuşdur.
14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsasları əmək qanunvericiliyi ilə tənzimlənir. Həmin əsaslara əmək müqaviləsinin işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi də aiddir. Lakin nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi təkcə müqavilənin ləğv edilməsi əsaslarını deyil, həm də əmək müqaviləsinin ləğv edilmə qaydasını da təsbit etmiş və bu qaydalar Məcəllənin müxtəlif maddələrində öz əksini tapmışdır. Hazırki işdə müqavilənin ləğv edilməsi üçün əsas işçilərin sayı və ya ştatlarının ixtisarı ilə əlaqədar olduğundan, qanunvericilik müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılmalı olmasını müəyyən etmiş, habelə işçinin peşəkarlıq səviyyəsinin işəgötürən tərəfindən müəyyən edilməli olmasını da birmənalı şəkildə qeyd etmişdir. İşçinin peşəkarlıq səviyyəsinin işəgötürən tərəfindən müəyyən edilməli olmasının qeyd edilməsinə baxmayaraq, iddiaçıya münasibətdə bu qaydaya riayət edilməmiş və sonuncuya yalnız xəbərdarlıq müddəti tanınmaqla, tanınmış müddət başa çatdıqda onunla bağlanmış olan müqavilə ləğv edilmişdir. Halbuki, qanunvericiliklə işçinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsinin konkret tənzimləmə mexanizminin olmaması, işəgötürənin hər hansı bir əsas gətirmədən əsassız olaraq işçi ilə bağlanmış olan əmək müqaviləsinin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda qeyd edilməlidir ki, peşəkarlıq səviyyəsi eyni olduğu halda qanunvericilik imperativ qaydada müəyyən kateqoriya işçilərin işdə saxlanmalı olmasını da təsbit etmiş və bu kateqoriyaya şəhid ailəsinin üzvləri olan işçilər də aid edilir. Belə ki, normanın məzmunundan görünür ki, normada müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılması və işəgötürənin işçil ərin sayı ixtisara düşdükdə ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda hansı kateqoriya şəxslərin isdə saxlanmasına üstünlük verməsini təsbit etmişdir. İddiaçının qardaşının vətən uğrunda həlak olması və bununla da iddiaçının şəhid ailəsi üzvü olmasına baxmayaraq, işçilərin sayının azaldılması əsası ilə əmək müqavilələri ləğv edilərkən, bu məqamlara işəgötürən tərəfindən diqqət yetirilməmişdir.
15. Məhkəmə işin araşdırılmış halları üzrə bu nəticəyə gəlmişdir ki, işəgötürən iddiaçı ilə bağlanmış olan əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi üzrə ləğv etmiş olsa da, müqaviləni ləğv edərkən riayət etməli olduğu qaydalara əməl etmədiyindən, yəni işçilərin sayının azaldılmasına dair qərar qəbul edərkən müəyyən vəzifələr üzrə daha yüksək peşəkarlıq səv iyyəsinə malik olan işçilərin saxlanması zamanı işçinin peşəkarlıq səviyyəsini hansı əsaslar üzrə müəyyən etməsinə dair əsaslı sübut təqdim etmədiyindən, peşəkarlıq səviyyəsi eyni olduğu halda belə iddiaçının şəhid ailəsi üzvü olmasına baxmayaraq, işdə saxlanmalı olan işçi kateqoriyasina aid olmasına diqqət yetirmədiyindən, iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına yol vermişdir.
16. İddiaçı tərəfindən qanunla müəyyən edilmiş bir aylıq müddətin öütürlməsinə dair cavabdehin dəlilinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, həmin dəlilin əsassız olması işdə olan sənədlərlə sübuta yetirilmişdir. Belə ki, cavabdeh tərəf qanunla müəyyən edilmiş müddətin ötürülməsinə istinad etmiş olsa da, göründüyü kimi, iddiaçı onunla bağlanmış olan əmək müqaviləsi ləğv edildikdən sonra müxtəlif qur umlara müraciət etmiş və etmiş olduğu müraciətlər nəticə vermədikdən sonra pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla da, məhkəmənin qənaətinə görə iddiaçının əvvəlki işinə bərpa olunmaq üçün bir sıra tədbirlər görməsi və müsbət nəticə əldə etməməsi səbəbilə sonda məhkəməyə müraciət etməsi qanunla müəyyən edilmiş müddəti ötürməsi kimi qəbul edilə bilməz.
17. Məhkəmə məcburi iş buraxma müddəti üçün əmək haqqı və hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi ilə əlaqədar qeyd etmişdir ki, hazırki mübahisə məhz işəgötürənin təqsiri üzündən yaranmışdır. Belə ki, iddiaçı işəgötürənlə bağlanmnış olan əmək müqaviləsinin əsassız olaraq ləğv edilməsi səbəbilə uzun müddət işsiz qalmış və əmək haqqından məhrum o lmuşdur. Bununla da, iddiaçı nəinki məcburi iş buraxma dövrü üçün məhrum olduğu əmək haqqını, eləcə də hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməsini tələb etməkdə haqlı olmuşdur.
18. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70(b), 71(1), 71(3), 76(1), 78(1), 78(2), 154(1), 172(5), 296(2), 300(1)-ci maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarındakı hüquqi mövqelərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
19. Qətnamədən cavabdeh Bank a pellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, sübutlara düzgün qiymət verməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmamış, iddiaçının iddia müddətini ötürmüş olmasını, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilsə də, onun tərəfindən uzun müddət heç bir əməli addım atılmadığını, dövlət orqanına (Əmək Müfəttişliyinə) ilk müraciətini xx.xx.2023-cü il tarixdə, yəni işdən çıxarılmasından 5 ay sonra etdiyini, hətta həmin qurumun ona məhkəmədə iddia qaldırmalı olduğunu bildirdikdən s onrakı 5-6 ay ərzində də məhkəməyə müraciət etmədiyini nəzərə almamış, tamamilə formal yanaşma ilə iddianı təmin edərək qanunsuz qətnamə qəbul etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-5603/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsinin ərizəsinə verdiyi hüquqi qiymət düzgün olmamışdır. Belə ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əmrlə xitam verilmiş, bundan əvvəl ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə xəbərdarlıq olunmuş, əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabı ödənilmiş, əmək müqaviləsinə xitam verilməsi haqqında bildiriş müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirilmişdir. İddiaçı, işə bərpa olunması xahişi ilə ilk dəfə xx.xx.2023-cü il tarixdə Mərkəzi Banka müraciət etmiş, müraciətinə cavab olaraq gödərilən məktubda ona, aidiyyəti üzrə müraciət etməli olduğu bildirilmiş, 22 dekabr 2023-cü il tarixdə o, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına şikayət ərizəsi ünvanlamış, həmin şikayət üzrə ona 2024-cü ilin yanvar və fevral aylarında cavablar v erilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuş, bundan sonra iddiaçı, cavabdehlə arasında yaranmış mübahisənin məhkəmədənkənar həlli üçün 2024-cü ilin aprel ayında mediasiya təşkilatına müraciət etmişdir. Göründüyü kimi iddiaçı hətta ilk dəfə 2023-cü ilin sentyabr ayında (işdən çıxarılmasından 2 ay sonra) Mərkəzi Banka müraciət edərkən də iddia müddətini ötürmüş, dövlət orqanının tövsiyyəsindən sonra da digər dövlət qurumlarına müraciətlər ünvanlamış, iddia ərizəsini Mərkəzi Bankın cavabından 7 ay sonra məhkəməyə vermişdir. Qanunverici ötürülmüş müddətin bərpasının mümkünlüyünü təsbit etsə də, həmin imkana mexaniki (formal) yanaşılmamalı, məhz qanunla müəyyənləşdirilmiş müddətin daxilində (müddət 6 aydan az olduğu üçün) baş verən iddiaçının şəxsiyyəti ilə bağlı hallar (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) müddətin ötürülməsinin üzrlü səbəbləri kimi nəzərdən keçirilməlidir. Əks halda qanunvericinin, iddia müddəti institutunun tətbiqi ilə nail olmaq istədiyi məqsədlərə çatılmasından bəhs oluna bilməz. Hazırkı işdə müəyyən edilən odur ki, iddiaçının üzrlü hal kimi göstərdiyi hal (müxtəlif dövlət orqanlarına müraciətlər) müvafiq müddət ötürüldükdən sonra reallaşmışdır; digər tərəfdən, müddətin ötürülməsini iddiaçının ağır xəstəliyi, köməksiz vəziyyəti və ya savadsızlığı ilə də əlaqələndirmək mümkün deyildir - əksinə, qeyd olunduğu kimi o, işdən çıxarılmasından sonra müxtəlif qurumlara çoxsaylı şikayətlər ünvanlamış, işə bərpa edilməsini istəmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 372.1, 372.2, 375.2, 382-ci, Əmək Məcəl ləsinin 11(ə), 42, 70(b), 71(1), 76(2), 77(1), 78(1), 78(2), 79, 80(1), 296(2), 296(3), 296(6), 300(1)-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli qərarındakı hüquqi mövqelərə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 217.3, 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
24. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti işin faktiki hallarına istinadla onunla əsaslandı rılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddia müddətinin üzrlü səbəbdən ötürülməsini nəzərə almamışdır. Belə ki, iddiaçı müxtəlif orqanlara şikayət ərizələri ünvanlamış və nəticə əldə etmədikdən sonra məhkəməyə müraciət etmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməmiş, mülki mühakimə icraatının fundamental prinsipini pozaraq yalnız və yalnız tərəflərin çəkişmə prinsipi əsasında təqdim etdikləri sübut və dəlillərə qiymət verməli olduğu halda, belə bir iradə ifadəsi olmadan, yalnız bir tərəfin - yəni cavadbehin iradə ifadəçisi rolunda çıxış etmiş, iddiaçının dəlillərinə isə hüquqi qiymət verməyərək səhv nəticəyə gəlmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
27. Cavabdeh iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, etirazında göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
28. Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
29. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti y erinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
30. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
31. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
32. Maddə
382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
33. Maddə 11 (ə bəndi). Əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır.
34. Maddə 70 (b bəndi). İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
35. Maddə 71 (1-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
36. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
37. Maddə 77 (1-ci hissə). İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təq vim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
38. Maddə 77 (2-ci hissə). Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
39. Maddə 77 (3-cü hissə). Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
40. Maddə 77 (4-cü hissə). İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə b ilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
41. Maddə 78 (1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
42. Maddə 78 (2-ci hissə). İşəgötürən i xtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
43. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
44. Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
45. Maddə 296 (2-ci hissə) Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
46. Maddə 296 (3-cü hissə). Hüququnun po zulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
47. Maddə 296 (6-cı hissə). Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan o rqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
48. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymi ş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli qərarı.
49. Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdi m etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
52. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüqu q normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 416.2. Apellyasiya instans iyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
59. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
61. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməs i ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.).
65. Qanunda başqa qayda nəzərdə tutulmayıb sa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı).
66. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyə n zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
67. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
68. Əmək Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin hə ll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
69. Həmçinin Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
70. Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir.
71. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
72. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
73. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki halların ı tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
75. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5603/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.