Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8086/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı X3 ASC-nin vəkili Məmmədov Natiq Sərəddin oğlunun, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 avqust 2019-cu il tarixli 2(103)9939/19 saylı qətnaməsindən İddiaçı X3 ASC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipotek a predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən İddiaçı X3 məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh İddiaçı X2 xeyrinə 28 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 16.904.68 ABŞ dolları əsas borcun, 7.253.33 ABŞ dolları faiz borcu və 8.851.74 ABŞ dolları dəbbə pulu, kredit müqaviləsi üzrə 28.11.2017-ci il tarixdən 03.09.2018-ci il tarixdək gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış 646.25 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, ümumilikdə 33.656 ABŞ dolları borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus 2014-cü il buraxılışlı, “HONDA ACCORD” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı, K24W2 -2018223 mühərrik, 1HGCR2675EA616430 ban nömrəli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitdən iddia tələbi həcmində iddiaçının xeyrinə tutulması, avtomobilin satılması zamanı əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan hissəsin ümumi qaydada cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı X2 10 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 28 noyabr 2014-cü il tarixli 22-A-1-0-1596-14 saylı kredit müqaviləsinə əsasən avtomobil almaq məqsədi ilə cavabdehə illik 20 % ödəmək şərti ilə, 36 ay müddətinə 25800 ABŞ dolları kredit verilmişdir. Borcun təminatı olaraq 2014-cü il buraxılışlı, “HONDA ACCORD” markalı, ** TN *** dövlət qe ydiyyat nişanlı, K24W2-2018223 mühərrik, 1HGCR2675EA616430 ban nömrəli avtomobili 28 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuşdur. Kredit müqaviləsinin 1.4-cü bəndinə əsasən kredit verilərkən ödəniş cədvəli üzrə borclu öhdəlikləri vaxtında icra etməzsə, borc vaxtı keçmiş kreditə aid edilir və 54 % borcludan tələb olunur. Qeyd olunalara əsasən Cavabdeh İddiaçı X2 xeyrinə 28 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 16904.68 ABŞ dolları əsas borcun, 7253.33 ABŞ dolları faiz borcu və 8851.74 ABŞ dolları dəbbə pulu, kredit müqaviləsi üzrə 28.11.2017-ci il tarixdən 03.09.2018-ci il tarixdək gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış 646.25 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, ümumilikdə 33656 ABŞ dolları borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus 2014-cü il buraxılışlı, “HONDA ACCORD” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı, K24W2-2018223 mühərrik, 1HGCR2675EA616430 ban nömrəli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitdən iddia tələbi həcmində iddiaçının xeyrinə tutulması, avtomobilin satılması zamanı əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan hissəsin ümumi qaydada cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(008)-321/2019 saylı qətnaməsi ilə (İ.R.Burcayev), iddia qismən təmin edilərək, Cavabdeh 3270,01 ABŞ dolları əsas borc, 4 588.06 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu (ödəniş günü dolların manata olan məzənnəsi ilə), iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus “HONDA ACCORD” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsaitdən iddia tələbi həcmində vəsait iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 avqust 2019-cu il tarixli 2(103)9939/19 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova, V.T.Həsənov və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2019- cu il tarixli, 2(008)-321/2019 saylı qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 avqust 2019-cu il tarixli 2(103)9939/19 saylı qətnaməsindən İddiaçı” X3 ASC kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı” X3 ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, bankın avtomobili təhvil alması qeyd olunan dövr üçün borcun silinməsinə əsas vermir. Avtomobil hər bir halda hərracdan satıldıqdan sonra əldə edilmiş məbləğ borcdan silinməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı X3 AS C-nin vəkili Məmmədov Natiq Sərəddin oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 avqust 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(008)-321/2019 saylı qətnaməsini iddiaçıya münasibətdə dəyişdirilmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmi şdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 28 noyabr 2014-cü il tarixli 22-A-1-0-1596-14 saylı kredit müqaviləsi ilə İddiaçı X3 ASC tərəfindən Cavabdeh avtomobil alınması məqsədilə 36 ay müddətinə illik faiz dərəcəsi 20 % müəyyən edilməklə 25800 ABŞ dolları məbləğində kredit verilmişdir; 28 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı İKB ASC-nin 10 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 28 noyabr 2014-cü il tarixli 22-A-1-0-1596-14 saylı kredit müqaviləsinin təminatı kimi cavabdehə mülkiyyət hüququ əsasında məxsus olan “HONDA ACCORD” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir; AC seriyalı 292252 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi nin surətindən görünür ki, “HONDA ACCORD” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur; 03.09.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya 28 noyabr 2014cü il tarixli kredit müqaviləsi üzrə 16904.68 ABŞ dolları əsas borc, 7253.33 ABŞ dolları faiz borcu və 8851.74 ABŞ dolları dəbbə pulu, kredit müqaviləsi üzrə 28.11.2017-ci il tarixdən 03.09.2018-ci il tarixdək gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış 646.25 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcu vardır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21.12.2018-ci il tarixli, 31391 saylı rəydən görünür ki, Cavabdeh 28 noyabr 2014-cü il tarixli 22-A-1-0-1596-14 saylı kredit müqaviləsi üzrə 16908.76 ABŞ dolları əsas, 7272. 55 ABŞ dolları faiz borcu vardır; 03.05.2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh Nəsrulla oğlu ona məxsus bütün daşınar əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və.s kimi səlahiyyətləri X1 3 il müddətinə, yəni 03.05.2019-cu il tarixə qədər etibar etmişdir; 03.05.2016-cı il tarixli, ƏN-İİİ seriyalı, 754249 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh Nəsrulla oğlu ona məxsus “Honda Accord” markalı, ** TN *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili 7 ay 9 gün müddətinə idarə etməyi X1 etibar etmişdir; 03.05.2016-cı il tarixli təhvil-təslim aktındın surətindən görünür ki, həmin tarixdə İddiaçı İKBnın Nərimanov filialı “Honda Accord” markalı, ** TN *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh Nəsrulla oğlundan təhvil almışdır. Apell yasiya baxışı zamanı Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən AC N984595 saylı qeydiyyat şəhadətnaməsindən görünür ki, nəqliyyat vasitəsi 17 aydan sonra sonra cavabdehə qaytarılmış və bu zaman qeydiyyat şəhadətnaməsinin nömrəsində də müvafiq dəyişiklik edilmişdir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işg üzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.2-ci maddəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 319.1-ci maddəsinə əsasən əgər boclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şə kildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini n əzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir… MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Yuxarıda sadalanan maddi hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsi məhz avtomaşının alınması ilə bağlı olmuş, daha sonra borclu pulu ödəyə bilmədiyi üçün aralarındakı razılığa əsasən cavabdeh avtomaşını banka geri qaytarmış, 17 ay müddətində cavabdeh tərəfindən hər hansı ödəniş aparılmamış, bank həmin dövr üçün ondan borcun ödəməsini tələb etməmiş, faktiki olaraq aralarındakı razılığa əməl etmişdir. Daha sonra faktiki avtomaşını idarə edən şəxslər tərəfindən kredit ödənilmədiyi üçün bankın filial müdiri E.Aslanov Cavabdeh avtomaşının götürülməsi ilə bağlı təklif vermiş, sonuncu həmin təkliflə razılaşaraq avtomaşını yenidən bankdan götürmüşdür. Hazırki iddia təmin edilərkən bu halların nəzərə alınması zəruridir və 17 ay dövrü avtomaşına görə ödənilməli olan əsas və faiz borcu qətnamə ilə tutulacaq məbləğdən çıxılmalıdır. Belə ki, tərəflər arasında bağlanm ış kredit müqaviləsinə 1 saylı əlavəyə (ödəniş cədvəli) əsasən qeyd olunan dövr üçün borclu tərəfindən banka 13634.67 ABŞ dolları əsas, 2665.27 ABŞ dolları faiz borcu ödənilməli idi. Bundan əlavə, iddianın öhdəliyin vaxtında icra edilməməsinə görə 8851.74 ABŞ dolları məbləğində dəbbə pulunun cavabdehdən tutulmasına dair hissəsi qismən təmin olunmalıdır. Belə ki, 8851.74 ABŞ dolları məbləğində dəbbə pulu əsas borc və faiz borcu ilə nisbətdə tənasübsüz şəkildə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 100 ABŞ dolları həddində saxlanılmalıdır. Bundan əlavə, kredit müddətinin bitdiyi tarixindən illik 5 faiz hesablanmış 646.25 ABŞ dolları faiz borcunun tutulmasına dair iddia tələbi əsassızdır. Eyni zamanda hazırki qətnamə ilə əsas və faiz borcunun qismən təmin olunması səbəbindən, cavabdeh tər əfindən qaytarmalı olduğu pulların qanunsuz saxlamaları, qaytarmaqdan boyun qaçırmaları, ödənilməsini digər şəkildə gecikdirmələri və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplaması sübuta yetirilməmiş, məhz həmin məbləğdə borcun olması sübuta yetmir. İddia tələbinin “satışdan əldə ediləcək pul vəsaiti kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada tutulması” tələbi “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edildiyi qaydada və yalnız məhkəmə qərarının icrası mərhələsində mümkündür. Odur ki, apellyasiya instanisyası məhkəməsi haqqlı olaraq iddianı həmin hissədə rədd etmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış və tərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən girov predmeti olan avtomobilin müəyyən müddət ərzində buna hər hansı qanuni əsas olmadan iddiaçı tərəfindən qəbul edilərək, özündə saxlaması ilə bağlı müəyyən etdiyi hallar baxımından hesab edir ki, iddiaçı tərəf cavabdehin ödənişləri etməkdə çətinliyini nəzərə alıb avtomobili hər hansı məqsədlə sahibliyinə qəbul etməsi faktiki olaraq cavabdehə avtomobilin onun sahibliyində olduğu m üddət ərzində borcun qaytarılması ilə bağlı güzəştli müddətin verilməsi kimi qiymətləndirilməlidir. Odur ki, kassasiya kollegiyası işlə bağlı apellyasiya instanisyası məhkəməsinin qənaətini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X3 ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 avqust 2019-cu il tarixli 2(103)9939/19 saylı qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişiklik edilmədən saxlanıl
Məhkəmə qərarları › İş №2(102)-8086/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8086/2019
25.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver