Məhkəmə qərarları › İş №2(102)-8087/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8087/2019

25.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8087/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli 2(103)2380/2019 saylı qətnaməsindən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 06 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim F.V.Abdıyev, iş № 2(005)-6510/2017) İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1-yə, Cavabdeh2 MMC-yə, “xxxx” ASCyə, Cavabdeh4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi, əmlakın yenidən qiymətləndirilməsi və hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, X.Ə.Sarıyev və H.Ü.Həmidov, iş № 2(103)-6103/2018) bankın ləğvedicisinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 06 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qərar ı ilə (hakimlər: İ.K.Dəmirov, A.Ə.İsgəndərov və Ə.A.Əhmədov, iş № 2(102)7159/2018) bankın ləğvedicisinin kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.K.Xəlilov, İ.Ə.Kərimli və V.T.Həsənov) bankın ləğvedicisinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 06 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli qətnaməsi ilə “xxxx” ASC-nin iddia tələbinə əsasən İddiaçı ASC-d ən “xxxx” ASC-nin xeyrinə 61.880,96 ABŞ dolları və 111.206,77 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qətnamənin icrası ilə əlaqədar Xətai rayon İcra şöbəsi tərəfindən aparılmış icra hərəkətləri nəticəsində BN saylı evin 39 saylı mənzilinin, N saylı evin 54 saylı mənzilinin, N-də yerləşən qeyri-yaşayış sahəsinin və N küçəsində yerləşən torpaq sahəsinin bankın mülkiyyətində olması müəyyən edilmişdir. Xətai rayon icra şöbəsinin sifarişi əsasında “Cavabdeh1” tərəfindən bankın mülkiyyətində olan yuxarıda göstərilən əmlaklar qiymətləndirilmiş və hərraca çıxarılmışdır. Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərracda bankın mülkiyyətində olan 54 №-li mənzil 30.000 manata, qeyri-yaşayış sahəsi isə 102.000 manata hərracın qalibi Cavabdeh4 satılmış, digər əmlaklar isə hərracda satıl madığı üçün tələbkar “xxxx” MMC-yə təklif edilmiş və həmin əmlaklar tələbkar tərəfindən qəbul edilmişdir. 2017-ci ilin avqust ayında bankın ləğvedicisi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmlakların qiymətləndirilməsi zamanı onların iştirakının təmin olunmamasını əsas göstərməklə bu barədə olan qiymətləndirmə hesabatının, alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakların yenidən qiymətləndirilməsinin təmin olunması və hərracın nəticələrinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Bankın ləğvedicisi kassasiya şikayəti verərək banka məxsus əmlakların qiymətləndirilməsinin onların iştirakı olmadan aparılmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, m addi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bankın ləğvedicisinin iddia ərizəsində banka məxsus əmlakların ilkin satış qiymətinin ekspertlər tərəfindən düzgün müəyyən olunmaması iddia edilsə də ərizə əsaslandırılmamış, məhkəməyə əmlakların qiymətlərinin real bazar dəyərinə uyğun olmaması və faktiki dəyərindən daha az qiymətləndirilməsi barədə heç bir mötəbər sübut təqdim edilməmişdir. İş materiallarından görünür ki, birinci və apellyasiya instansiya məhkəmələrində işə baxıldıqda da həmin əmlakların qiymətləndirilməsi müxtəlif qiymətləndiricilər tərəfindən həyata keçirilmiş, lakin əmlakların dəyərlərinə münasibətdə mühüm fərq müəy yən olunmamışdır. Torpaq sahəsi və 39 saylı mənzil isə qiymətinin hərracda iki dəfə endirilməsinə baxmayaraq yenə də satılmamış, son nəticədə tələbkara borcun əvəzi olaraq verilmişdir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsinin sifarişi əsasında “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə zamanı 39 saylı mənzilin bazar dəyəri 55,447 manat, 54 saylı mənzilin bazar dəyəri 50,489 manat, qeyri – yaşayış sahəsinin dəyəri 170,682 manat, torpaq sahəsinin bazar dəyəri 39.000 manat məbləğində qiymətləndirilmişdir. Qiymətləndirilmə zamanı əmlakların yerləşdiyi ərazi, təmirliyi, tələb və təklif, uyğun satışların müqayisəli metodu, kommersiya cazibədarlığı və s. məsələlər nəzərə alınmış və qiymətləndirmə “Qiymətləndirmə fəaliyyəti haqqında” 25 iyun 1998-ci il tarixli Azərbaycan Respubli kası Qanununa uyğun aparılmışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən əmlakların müəyyən olunmuş qiymətlərinin şübhə altına alınması və bununla əlaqədar qiymətləndirmə hesabatının və alqı-satqı müqavilələrinin ləğv edilməsi üçün əsaslar müəyyən olunmadığından bankın iddiasının rədd olunması əsaslı hesab edilmişdir. Kollegiya işin yuxarıda göstərilmiş hallarına əsasən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 03 iyun 2019-cu il tarixli qətnaməsi d əyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar