Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-809/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evdən çıxarılma) 26.01.2021 Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Vəkil1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-****/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx x 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları və həmin mənzilin sahiblik və qanuni istifadə hüququnun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakin Dövlət Reyestrindən RX ******* saylı çıxarışdan və yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 2 ev və həmin evin yerləşdiyi dövlət mülkiyyətində olan 0,01997 h a torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakin dövlət reyestrində 130 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində **********55 reyestr nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Qeyd edilən texniki pasportdan məlum olur ki, ev 1989-cu ildə tikilmişdir, yerləşdiyi torpaq sahəsi 1256,7 kv.m-dir və sənədsiz zəbt olunmuş torpaq sahəsidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1995-ci il tarixdə ünvan 2 ünvanda yerləşən torpaq sahəsini alaraq orada ev tikmişdir. Daşınmaz Əmlakin Dövlət Reyestrindən RX № ******* saylı, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən həmin ünvanda yerləşən ev onun mülkiyyətindədir. O, 2015-2018-ci illərdə Cəzaçəkmə müəssisəsində olduğu müddətdə Cavabdeh1 və Cava bdeh2 qanunsuz olaraq mübahisəli evdə yaşamağa başlamışlar. O, mübahisəli evin bir hissəsini kirayə vermiş, lakin Cavabdeh1 və Cavabdeh2 kirayə verilən hissəyə qanunsuz köçərək onun xəbəri olmadan orada məskunlaşmış, evə çəkilmiş qaz, su və işıqdan istifadə etməklə ona maddi ziyan vurmuşlar. Bundan başqa, Cavabdeh1 və Cavabdeh2 ona məxsus evin su çənini sökmüş, həyətdə olan ağacları kəsmişlər. Ona görə də iddia təmin edilməlidir. İşin məhkəmə baxışında iddiaçı ərizə ilə müraciət edərək iddiadan imtina etdiyi bildirsə də, məhkəmə işə cavabdehlərin təkidi ilə mahiyyətcə baxmağı qərara almışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-****2019 nömrəli (hakim Cəmilə Səfiyeva) qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldi yi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırmaları zamanı və işin faktiki hallarından müəyyən edilmişdir ki, mübasələndirilən özbaşına tikili iddiaçının mülkiyyətində olan Abşeron rayonu******** yerləşdiyi, iddiaçının faktiki istifadəsində olan, iddiaçı tərəfindən özbaşına tikilmiş *** otaqdan ibarət tikili iddiaçının özünün razılığı ilə, iddiaçının keçmiş arvadı X1 tərəfindən 13000 manat pul müqabilində xx xxxxxx 2016-cı il tarixdə cavabdehlərə satılmış, həmin vaxtdan etibarən, orada təmir və genişləndirmə işləri aparmaqla cavabdehlər köçüb orada yaşamağa başlamışlar. İddiaçı iddia ərizəsində həmin tikilinin cavabdehlərə satılmasından xəbəri olmadığını bildirsə də, bu şahid Şahid1 ifadəsi və işin materialları, habelə iddiaçının özünün iddia tələbi üzrə özünü qeyri-səmimi apar ması ilə təkzib edilir. Belə ki, işin materiallarında olan Abşeron RPİ-nin xx xxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından göründüyü kimi araşdırma zamanı İddiaçı ərizə ilə müraciət edərək həyətində olan tikilinin oğlu A1 və Şahid1 tərəfindən Cavabdeh2 onun özünün razılığı ilə satıİdığını, heç bir etirazının və tələbinin olmadığını bildirmişdir. Mübahisəli tikili iddiaçının özünün razılığı ilə satıldığından və cavabdehlər tərəfindən bunun müqabilində razılaşdırılmış məbləğ iddiaçının oğluna verildiyindən, ötən iki ildən artıq müddət ərzində cavabdehlər maneəsiz şəkildə həmin tikilidə yaxşılaşdırma işləri aparmaqla yaşadıqlarından iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 157.2, 157.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abasov - sədrlik edən və məruzəçi, Aqil Abbasov, Telman Məmmədov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(02)-****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 2 ev və həmin evin yerləşdiyi dövlət mülkiyyətində olan 0,01997 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakin dövlət reyestrində 130 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində ********** reyestr nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Qeyd edilən evin texniki pasportdan məlum olur ki, ev 1989-cu ildə tikilmişdir, yerləşdiyi torpaq sahəsi 1256,7 kv.m-dir və sənədsiz zəbt olunmuş torpaq sahəsidir. İddiaçı həmin torpaq sahəsini hissə-hissə müxtəlif şəxslərə qeyri-rəsmi satmışdır. Hazırda mübahisələndirdiyi ev də özbaşına tikili olmuş, mülkiyyət hüququnun qeydə alındığı evə aidiyyatı yoxdur, onun razılığı ilə həmin özbaşına tikili keçmiş arvadı tərəfindən 12000 manata cavabdehlərə satılmışdır. Hər şeydən əvvəl qe yd olunmalıdır ki, iddiaçının tələb etdiyi fərdi yaşayış evi özbaşına tikilidir. AR Mülki Məcəlləsinin 180-ci maddəsinin ümumi məzmununa görə özbaşına tikili aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Doğrudur həmin Məcəllənin 180.3-cü maddəsinin dispozisiyasına görə mülkiyyətində olan torpaq sahəsində özbaşına tikili aparmış şəxsin həmin tikiliyə mülkiyyət hüququ məhkəmə tərəfindən tanına bilər. Lakin işin tədqiq olunan faktiki hallarından göründüyü kimi özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Başqa sözlə, iddiaçının iddia etdiyi özbaşına tikiliyə hər hansı hüququ yoxdur. Baxmayaraq ki, onun razılığı və təşviqi ilə həmin tikli qanunsuz da olsa 12000 manata özgəninkiləşdirilmişdir. Belə olan halda onun həmin əmlaka dair subyektiv hüququndan söhbət gedə bilmə z. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)****/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər saxta şahidləri məhkəməyə gətirərək, işə baxan hakim iddiaçının dediklərinə məhəl qoymayaraq, cavabdehlərin bütün dediklərini həqiqət hesab edərək, iddia tələbini təmin etməmişdir. İddiaçı cəzaçəkmə müəssisəsində olduğu müddətdə mülkiyyəti məsimsənilmiş və istifadəsi məhdudlaşdırılmışdır. Bundan başqa, Sumqayıt Apellyasiya Məhkəməsində xx.xx.2019-cu i l tarixdə iclas təyin edilən zaman iddiaçı teleqram ilə məhkəməyə müraciət edərək, xəstəxanada olduğunu və məhkəmə iclasının basqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsində onun iştirakı təmin edilmədən, əvvəlcədən göndərdiyi teleqram nəzərə alınmadan, xəstəliyini söz önündə tutmadan elə həmin gün, yəni iddiaçı xəstəxanada olduğu üçün xx.xx.2019-cu il tarixli qətnamə qət edilmişdir. Bunu sübut etmək üçün kasasiya şikayətinə 1348 nömrəli Stasionar Reabilitasiya kartasından çıxarışın surəti əlavə edilmişdir. Həmin çıxarışdan da məlumdur ki, iddiaçı xx.xx.2019-cu il tarixdən, xx.xx.2019-cu il tarixə qədər xəstə yatmışdır. Lakin bu qeyd edilənlər nədənsə, Sumqayıt Apellyasiya Məhkəməsində nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat vermədşlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhə rsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali M əhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan R espublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instan siyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübah isələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, iddiaçı ilkin olaraq cavabdehlərin onun mülkiyyətini mənimsəməsinə, mülkiyyət hüququnun pozulmasına dəlil ol araq istinad etsə də, iş materialları ilə də müəyyən edilir ki, mübahisəli ev özbaşına tikilidir, həmin tikili və ya tikilinin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququ qeydə alınmamışdır. Belə olan halda isə, iddiaçının özbaşına tikili ilə bağlı subyektiv hüquqa malik olmasından söhbət gedə bilməz. İddiaçının səhhəti ilə bağlı apelyasiya məhkəməsinə teleqram ünvanlaması, apelyasiya məhkəməsinin teleqramı nəzərə almayıb məhkəmə qətnaməsi qəbul etməsi, bununla onun hüquqlarını pozması ilə bağlı dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, iddiaçı göstərdiyi kimi, məhkəməyə məhkəmə iclasının təxirə salınması ilə əlaqədar teleqram ünvanlasa da, həmin zaman teleqramın məzmunu ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdi r. Belə olan halda apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxıb qətnamə qəbul etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-****/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüv