Məhkəmə qərarları › İş №2(102)-8097/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8097/2019

25.12.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8097/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh3 və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli, 2(001)6822/2018 saylı qətnaməsi ilə, iddia təmin edilə rək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının olmadığının müəyyən edilməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Məmmədova (sədrlik edən və məruzəçi), V.Həsənov və X.Sarıyev) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi nin 24 avqust 2018-ci il tarixli 2(001)-6822/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə qarşı “yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayət i verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən işin faktiki hallarını düzgün müəyyən etməmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, maddi hüquq normalarını hazırki mülki mübahisəyə düzgün tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçının səlahiyyətlərini təftiş etsə də səhv edərək iddiaçının hazırki iddianın verilməsində subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması haqqında qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəki l Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Cavabdeh3 və vəkili X7 Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2019-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası, Cavabdeh2 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MP M-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Bakı "Asan xidmət" mərkəzi tərəfindən 09 iyul 2018-ci il tarixdə verilən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən mü əyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı ailə üzvləri ilə yanaşı cavabdeh qismində cəlb edilmiş xx xxxxxx 1988-ci il təvəllüdlü Cavabdeh1, xx xxxx 1989-cu il təvəllüdlü Cavabdeh2 və xx xxxx 1966-cı il təvəllüdlü Cavabdeh3 qeydiyyatdadırlar. Mübahisəli fərdi yaşayış evinə dair eskiz layihələrindən görünür ki, həmin layihələr İddiaçı adına tərtib edilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki. X9 ilə X2 arasında nikah 06 oktyabr 2009-cu ildə bağlanmış, nikahdan sonra ərə İbatov, arvada İbatova soyadları verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə İddiaçı birgə nikahlarından 28 iyun 2011-ci ildə X10 adlı bir övladları olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 15 iyul 2019-cu il tarixli məktubuna əsasən ünvan 1 ünvanda yerləşən yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat İdarənin arxivində aşkar olunmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə icraatına müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunan X9 izahat verərək bildirmişdir ki, 2009-cu ilin oktyabr ayında İddiaçı ilə rəsmi nikaha daxil olublar. 2018-ci ilin oktyabr ayında boşanmışlar. İddiaçı onun xalası yəni Cavabdeh3 ana babasından qalan hazırki mübahisəli evə gəlin köçmüşdür. Mübahisəli ev həm də onun mərhum anasına, yəni hazırki iş üzrə Cavabdeh3 bacısına vərəsəlik yolu ilə qalmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, mübahisəli ev Cavabdeh3 ana babası X5 şəxsi mülkiyyətində olmuşdur. X11 vəfat etdikdən sonra həmin yaşayış evi vərəsəlik yolu ilə anası X4 mülkiyyətinə keçmişdir. Anası 21 yanvar 1980-ci ildə vəfat etmişdir. Bundan sonra valideynlərinə məxsus olan həmin yaşayış evində bacısı X8, o və başqa övladları yaşamışlar. Bacısı X8 25 aprel 2006-cı ildə vəfat etmişdir. Onlar həmin yaşayış evində qeydiyyatda olmuş və yaşamışlar. X4 2009-cu ilin oktyabr ayında ailə qurandan sonra, cavabdehlər şəraitsizlik olduğundan 2011-ci ildən orada yaşaya bilməmişlər. İddia çı bərpa və yenidənqurma işləri görmüş, həmçinin mətbəx inşa etmişdir. 2018-ci ilin oktyabr ayında X4lə nikahları pozulmuşdur. İddiaçı özü izahatında bildirmişdir ki, hazırkı cavabdeh X5in razılığı ilə mübahisəli evə qeydiyyata düşmüşdür. İddiaçı Hikmət İbatovla 2009-cu ilin oktyabr ayında ailə quraraq, X5 anasından, anasına isə ana babasından, yəni həmçinin hazırki iş üzrə Cavabdeh3 ana babasından qalan evə gəlin köçüb, 2018-ci ilin oktyabr ayında isə boşanmışdır. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsin ə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-c i il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin istinad etdiyi hallara, işin araşdırılmış hallarına və qüvvədə olan qanunv ericilik normalarının tələblərinə uyğun düzgün hüquqi qiymət vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin faktiki hallarına uyğun olmaqla onun tərəfindən Azərbaycan Respublikasının MPM-nin 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara yetərincə hüquqi qiymət vermiş, iş üzrə tərəflərin izahatlarından əlavə, təqdim edilmiş və araşdırılmış sübutlar əsasında qanuni və əsaslı qətnamə qəbul etmişdir. Digər tərəfdən işdən göründüyü kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı kassasiya şikayətində istinad etdiyi hallarına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, sübutları tam, hərtərəfli araşdırmış, işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət vermiş, iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhk əmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının həmin iş üzrə 01 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar