Məhkəmə qərarları › İş №2(102)-8098/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8098/2019

24.12.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8098/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh2 və vəkili X3 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(002)-130/2018, hakim R.R.Mustafayev) iddiaçı X1 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh1 İdris oğluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası və Cavabdeh2 X2 qarşı qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 5000 ABŞ dolları və 17380 manat məbləğində pulun müştərək qaydada tutularaq X2 və X7 ödənildikdə X1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 46 saylı evin 4 nömrəli 1 yaşayış otağının Cavabdeh2 aid ½ hissəsindən çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cuil tarixli qətnaməsi ilə (iş № 2(103)-6534/2019, hakimlər V.T.Həsənov, Ş.A.Məmmədova, X.Ə.Sarıyev)Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk i ddia və üçüncü şəxsin iddiası rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, X1 Bakı şəhəri, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 46 saylı evin 4 nömrəli mənzilinin 15,4 kv.m olan 1 yaşayış otağının Xıdırova Bəsti Marks qızına aid ½ hissəsindən çıxarılması qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən qarşılıqlı iddiaçı Cavabdeh2 verdiyi kassasiya şikayətində qətnamənin dəyişdirilərək qarşılıqlı iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Pirallahı Rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli qətnaməsi əsasında Bakı şəhəri, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 46 saylı evin 4 nömrəli 1 yaşayış otağına ½ hissədə Cavabdeh1, ½ hissədə Cavabdeh2 payları müəyyən edilmişdir. X4 iddia ərizəs i ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 birgə qaydada Bakı şəhəri, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 46 saylı evin 4 nömrəli yaşayış otağının alınması üçün verdiyi 5000 ABŞ dolları məbləğində pulun, həmin mənzilin təmiri və tikintisi üçün xərclədiyi 27000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X9 da ilk iddia ilə eyni məzmunda iddia qaldırmışdır. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi 46 saylı evin 4 nömrəli mənzilindən çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, tərəflərin qarşılıqlı münasibəti düzgün müəyyən edilməmiş və işin həqiqi halları nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddanın təmin edilməyən hissəsində mübahisələndirilir. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin məhkəmə qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh1 birgə nikah dövründə əldə edildiyi müəyyən edilmiş, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 46 saylı evin 4 nömrəli 1 yaşayış otağına ½ hissədə Cavabdeh1, ½ hissədə Cavabdeh2 payları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında da ifadə edilmiş hüquqi mövqeyə görə qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olur. Hətta istinad edilən qətnamənin hazırkı iş üzrə preyedusial əhəmiyyətə malik olmasının qəbul olmaması halında da sübut olaraq qəbul olması mübahisəsizdir. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının mübahisəli mənzilə ½ hissədə mülkiyyət hüququ tanınmışdır. Azərbaycan Respublik ası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində yer alan və ümumi xarakter daşıyan norma əmlakdan maneəsiz istifadə prinsipini təsbit edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzilin mülkiyyətçisi kimi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 olsa da, istinad olun an məhkəmə aktı ilə həmin mənzilə sonuncunun ½ hissədə mülkiyyət hüququnun olması müəyyən olunur. Belə olan halda digər mülkiyyətçinin belə bir tələbi olmaması nəzərə alındıqda Cavabdeh2 cavabdehlərin yaşayış otağından tam çıxarılmasına dair tələb irəli sürməsi üçün subyektiv huquqa malik deyildir. Eyni zamanda apellyasiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddiada cavabdehlə bərabər onun ailə üzvlərinin də çıxarılmasına dair tələb irəli sürülmüşdür, lakin həmin şəxslərin kim olmalarını müəyyən etmədən birinci instansiya məhkəməsi həmin şəxsləri tələbə cavab verməli olan şəxslər kimi işə cəlb edilməli olduğu halda etməmiş və iddia tələbində göstərilən qaydada nəticəyə gəlmişdir. Halbuki, işə cəlb olunmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı məsələnin həll edilməsi yol verilməzdir. Bu halda isə qarşılıqlı iddia üzrə cavabdehin ailə üzvlərinin mənzildən çıxarılmasına dair tələb təmin edilə bilməz. Mübahisəli ünvanda alqı-satqı müqaviləsi əsasında əldə olunmuş 15,4 kv.m sahədən ibarət 1 otaqla yanaşı digər tikililərdə mövcuddur. Cavabdeh2 həmin əlavə tikililərin özü tərəfindən inşa edildiyinə istinad edərək cavabdehlərin ordan da çıxarılmalarını tələb edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, həmin tikililərin Cavabdeh2 tərəfindən tikilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Bu halda, onun cavabdehlərin özünə mülkiyyət hüququ ilə məxsus olan sahədən başqa digər tikililərdən çıxarılmasını tələb etmək hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar