Məhkəmə qərarları › İş №2(102)-81/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-81/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-81/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-702/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 (bundan sonra – iddiaçı) Cavabdeh1 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış xx xxxx 2013-cü il tarixli borc müqaviləsi əsasında cavabdehdən 108000 manat məbləğində borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manatın alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(044)-4444/2018 nömrəli iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Eyvazov) iddia tələbi təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-702/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Əliyeva (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya baxışı zamanı məhkəməyə tərəflər arasında bağlanmış barışıq sazişi təqdim edilərək, iddiaçı ilə cavabdeh arasında razılıq əldə edildiyindən barışıq sazişinin təsdiq edilməsi məhkəmədən xahiş edilmişdir. Barışıq sazişinin şərtlərinə əsasən: “1. Bu sazişə əsasən tərəflər Şəmkir rayonu 1 saylı notariat ofisində xx xxxx 2013-cü il tarixdə bağlanmış 3M-02-219 saylı reyestrdə qeydə alınmış borc müqaviləsinin və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(044)-4449/2018 saylı qətnaməsinin icrası ilə aşağıdakı qaydada razılığa gəlirlər;

2. Yuxarıda adı çəkilən borc müqaviləsi bağlandığı andan hal-hazıradək ikinci tərəfborclu Cavabdeh1 borc məbləği olan 108000 (yüz səkkiz min) manat təşkil edən borcdan 18000 (on səkkiz min) manat vətəndaş İddiaçı1 ödəmiş və hal-hazırda borc məbləği 90000 (doxsan min) manatdan ibarətdir;

3. İkinci tərəf 90000 (doxsan min) manat məbləğində olan borcu xx xxxx 2021-ci il tarixdən başlayaraq hər ay 5000 (beş min) manat ödəməklə xx xxxxxx 2022-ci il müddətədək ödəməyi öz üzərinə götürür;

4. Tərəflər bu sazişlə məhkəmə instansiyalarında işin baxışının dayandırılması barədə qarşılıqlı razılığa gəlirlər.” Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili (nümayəndəsi) təmsil etdiyi şəxsin işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduğunu bildirdi və barışıq sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etdi. İddiaçı da n otarial qaydada təsdiq edilmiş ərizəsində barışıq sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi MPM-ə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (maddə 52.3, 191.2, 261.0.5, 417.1.5). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh tərəfin dən imzalanaraq məhkəməyə təqdim edilmiş barışıq sazişi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: “1. Bu sazişə əsasən tərəflər Şəmkir rayonu 1 saylı notariat ofisində xx xxxx 2013-cü il tarixdə bağlanmış 3M-02-219 saylı reyestrdə qeydə alınmış borc müqaviləsinin və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(044)-4449/2018 saylı qətnaməsinin icrası ilə aşağıdakı qaydada razılığa gəlirlər;

2. Yu xarıda adı çəkilən borc müqaviləsi bağlandığı andan hal-hazıradək ikinci tərəfborclu Cavabdeh1 borc məbləği olan 108000 (yüz səkkiz min) manat təşkil edən borcdan 18000 (on səkkiz min) manat vətəndaş İddiaçı1 ödəmiş və hal-hazırda borc məbləği 90000 (doxsan min) manatdan ibarətdir;

3. İkinci tərəf 90000 (doxsan min) manat məbləğində olan borcu xx xxxx 2021-ci il tarixdən başlayaraq hər ay 5000 (beş min) manat ödəməklə xx xxxxxx 2022-ci il müddətədək ödəməyi öz üzərinə götürür;

4. Tərəflər bu sazişlə məhkəmə instansiyalarında işin baxışının dayandırılması barədə qarşılıqlı razılığa gəlirlər.” Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-702/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı1 Cavabdeh1 qarşı borc tələbinə dair mülki iş üzrə icraata xi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar