Məhkəmə qərarları › İş №2(102)-810/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-810/2022

28.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-810/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali MəhkəməsiMülki kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı torpaqdan və fərdi yaşayış evindən çıxarılma tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: evdən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2011/2021 nömrəli iş üzrə 01.09.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıda kı qərarı qəbul etdi: İşin halları İşdə olan 130/09 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Füzuli rayonu, Kürdmahmudlu kəndində ümumi sahəsi 25 m2 olan olan fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında 26.12.2005-ci il tarixdə 09 nömrəli reyestr kitabında 17-ci səhifədə 130 reyestr nömrəsi ilə İddiaçı adına qeydə alınmışdır. İşdə olan A 099140 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Füzuli rayon Aqrar İslahatı Komissiyasının 05.06.1998-ci il tarixli, 18 nömrəli qərarı ilə Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kənd sakini İddiaçı verilmiş 1224,9 m2 həyətyanı torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İşdə olan Füzuli Rayon İcra Hakimiyyəti başçısının Kürdmahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayə ndəliyi tərəfindən verilmiş 05.05.2020-ci il tarixli, 282 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı Füzuli rayon Kürdmahmudlu kənd 02 saylı təsərrüfatbaşına kitabın 48-ci səhifəsi üzrə daimi qeydiyyatdadır və adına 2005-ci ildə mişar daşından tikilmiş birmərtəbəli, 3 otaqdan ibarət evi və həyətyanı torpaq sahəsi vardır. X7 ilə Cavabdeh qızı 03.11.2009-cu ildə rəsmi nikaha daxil olmuş, 3 uşaqları olmuş və 16.06.2020-ci il tarixdə məhkəmə qaydasında boşanmışdırlar. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdehin Füzuli rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli, 18 nömrəli qərarı əsasında iddiaçıya verilmiş, sahəsi 1224,9 m2 olan həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerl əşən, iddiaçının 2005-ci ildə mişar daşından tikdiyi birmərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Füzuli rayon Aqrar İslahatı Komissiyasının 05 iyun 1998-ci il tarixli, 18 nömrəli qərarı əsasında ona verilmiş, sahəsi 1224,9 m2 olan həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2005-ci ildə mişar daşından tikdiyi birmərtəbəli, 3 otaqdan ibarət evi vardır. X1 ilə Cavabdeh qızı 2009-cu ildə rəsmi evlənmiş, 16.06.2020-ci il tarixdə məhkəmə qaydasında boşanmışdırlar. Onlar arasında nikah pozulduqdan sonra o (yəni iddiaçı), cavabdehdən ona məxsus həmin evdən çıxmasını tələb etsə də, cavabdeh buna məhəl qoymamış, onun mülkiyyət hüquqlarını pozmaqda davam etmişdir. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh qızı bildirdi ki, o, 2013-cü ildə qayınatası olan İddiaçı razılığı ilə həmin evə köçmüş, hazırda da orada yaşamaqda davam edir və yaşamağa başqa yaşayış yeri yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Fizuli Rayon Məhkəməsinin (hakim Y.Həşimov) 2(064)-152/2021 saylı 02.03.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Misirova X10 rayonu, Yuxarı Kürdmahmudlu kəndində yerləşən Fizuli rayon X2 1998-ci il 05 iyun tarixli 18 nömrəli qərarı ilə İddiaçı verilmiş 1124.9 kv.m həyətyanı torpaq sahəsindən və onun üzərində inşa edilmiş 3 otaqdan ibarət fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ümumi sahəsi 25 m2 olan olan mübahi səli fərdi yaşayış evi iddiaçının mülkiyyətində olan 1,224,9 m2 torpaq sahəsində inşa olunmuş və 2005-ci ildən şəxsi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmışdır. Lakin sonradan əlavə tikililər inşa olunmaqla həmin ev 3 otaqlı olmuşdur. Əlavə tikililər daşınmaz əmlak kimi qanunvericiliyin tələb etdiyi qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının həmin tikililərə dair gözlənilən mülkiyyət hüququ yaranmışdır. Cavabdeh iddiaçının oğlu ilə ailə qurduqdan sonra 2013-cü ildə həmin evə köçməklə hazırda orada 3 uşağı ilə yaşamaqda davam edir. Göründüyü kimi, cavabdehin qeyd olunan evə köçüb yaşaması 2013cü ildən başlamış və bu münasibətlər hazırkı tarixədək davam edir. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, 2000-ci ilin sentyabr ayının 1-d ən qüvvədə olan MM-nin 228.1 və 228.2-ci maddələri də mülkiyyətçinin hüquqlarını daha çox müdafiə edərək yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə istifadə hüququ tələb edən şəxs arasında notariat qaydada təsdiqlənmiş razılaşmanı nəzərdə tutur və eyni zamanda, bu hüququn daşınmaz əmlakın dövlət reysterində qeydə alınmasını tələb edir. Mülki işin materiallarından göründüyü kimi tərəflər arasında mənzildən istifadə hüququ haqqında müqavilə bağlanmamış və belə bir müqavilə daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmamışdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi haqqında “ Azərbaycan Respublikasının 21.10.2005-ci il tarixli qanunu ilə Mülki Məcəlləyə 225.5ci maddə əlavə edilmışdır. Bu maddəy ə uyğun olaraq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisini onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin maddənin “digər ailə üzvlərinin (ərin, arvadının) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasının təfsiri ilə bağlı məhkəmə təcrübəsində yaranmış çətinliklər maddəyə şərh verilməsini zəruri etmişdir. Bu çətinliklərin aradan qaldırılması üçün Konstitusiya Məhkəməsinin plenumu “Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair “ 27.05.2008-ci il tarixli qərar qəbul etmişdir. Həmin qərara əsasən MM-nin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən MM-nin 152, 157, 238, Mənzil Məcəlləsinin 30, Torpaq Məcəlləsinin 49-cu maddələrinə istinad etmişdir. Fizuli Rayon Məhkəməsinin 2(064)-152/2021 saylı 02.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o (yəni cavabdeh), 2009-cu ildə iddiaçının X1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından üç övladı var. O, ailə həyatı qurduqdan sonra iddiaçının atasına məxsus Füzuli rayonu, Kürdmahmudlu kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, 2013-cü ilə kimi həmin evdə iddiaçı və onun ailə üzvləri ilə birlikdə yaşamışdır. 2013-cü ildə o, ailəsi ilə birlikdə hazırkı mübahisəli mənzilə köçmüş, 2013cü ildən 2020-ci ilə kimi ailəsi ilə birlikdə həmin mübahisəli mənzildə yaşamışdır. 2020-ci ildə onların arasında olan rəsmi nikah pozulmuşdur. Aralarında olan rəsmi nikah pozulduğundan iddiaçının oğlu mənzili tərk etmişdir. Hazırda mübahisəli mənzildə o və üç övladı yaşayır. Mübahisəli mənzil əvvəl bir otaqdan ibarət olub. Hazırda isə ev 3 otaqdan ibarətdir. Mənzilin 2 otağının tikintisi və təmiri üçün valideynləri 10000 ABŞ dolları məbləğində xərc çəkib. Birinci instansiya məhkəməsi əsassız qətnamə qəbul etməklə onun hüquqlarını kobud şəkildə pozmuşdur. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək həmçinin bildirdi ki, əvvəl bir otaqlı olan mübahisəli fərdi yaşayış evinə əlavə iki otağı 2013-cü ilə qədər o, yəni iddiaçı özü öz vəsaiti hesabına artırmışdır. 2013-cü ildə cavabdeh ailəsi ilə birlikdə həmin evə köçəndə ev artıq üç otaqlı idi. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər-X5 (sədrlik edən və məruzəçi), X3 və X4) 2(106)-2011/2021 nömrəli iş üzrə 01.09.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədə n, Füzuli Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(064)-152/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyilə razılaşaraq həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin dairəsi müəyyən edilmişdir. Cavabdeh qızı (gəlin) İddiaçı (qayınata) ailə üzvü olmamışdır. Həmçinin Cavabdeh qızı İddiaçı digər qohumu da hesab edilə bilməz. Bu səbəbdən cavabdehi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsində qeyd edilən keçmiş ailə üzvü hesab etmək olmaz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Həmin maddəyə əsasən qanunverici ailə üzvü və ya keçmiş ailə üzvü olmasa belə, şəxsin yaşayış sahəsindən istifadə etmək imkanını mülkiyyətçi ilə həmin şəxs arasında razılaşmanın olması ilə şərtləndirmişdir. Belə razılaşma da, qeyd edildiyi kimi, yazılı şəkildə bağlanmalı və notariat qaydasında təsdiq edilməlidir. İddiaçı ilə aralarında belə razılaşmanın olmasına dair də cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya məxsus mülkdə qalmasının iddiaçının bir sıra hüquqlarını, o cümlədən sahiblik və istifadə hüquq larını məhdudlaşdırdığı qənaətinə gələrək, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmasını düzgün qət etmişdir. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mənzil Məcəlləsinin 30, Mülki Məcəllənin 152,157, 228, MPM-nin 14,217,218-ci maddələrinə istinad etmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2011/2021 nömrəli iş üzrə 01.09.2021-ci il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Kassator kassasiya şikayətinin dəlillərini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə qətnamədə belə qeyd edir: “İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək həmçinin bildirdi ki, əvvəl bir otaqlı olan mübahisəli fərdi yaşayış evinə əlavə iki otağı 2013-cu ilə qədər o, yəni iddiaçı özü öz vəsaiti hesabına artırmışdır. 2013-cü ildə cavabdeh ailəsi ilə birlikdə həmin evə köçəndə ev artıq üç otaqlı idi. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.” İddiaçının mübahisəli yaşayış evinin onun vəsaiti hesabına yaxşılaşdırılması barədə dediyi nüansların yanlış olması cavabdehə məlum olduğundan həmin evə dair, tikinti-texniki ekspertizanın keçirilməsini xahiş edilsə də, məhkəmə bu vəsatəti təmin etməyək onların hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə öz əsaslandırmasında qanunverici ailə üzvü və ya keçmiş ailə üzvü olmasa belə, şəxsin yaşayış sahəsindən istifadə etmək imkanını mülkiyyətçi ilə həmin şəxs arasında razılaşmanın olması ilə şərtləndirmişdir. Belə razılaşma da, qeyd edildiyi kimi, yazılı şəkildə bağlanmalı və notariat qaydasında təsdiq edilməlidir. İddiaçı ilə aralarında belə razılaşmanın olmasına dair də cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunları da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci, 30.2-ei, 30.4- cü, 30.7-ci maddələrinə əsaslanmışdır. Lakin, faktiki olaraq notarial razılıq axtaran məhkəmə Cavabdeh Sabir qızının evdə qeydiyyatda olmasını nəzərə almamışdır. Bununla da qanunvericiliyin tətbiqi qaydasını yanlış bir formada etmiş, yekunda iddianın təmin edilməsilə, hüquqlarımm kobud şəkildə pozulmasına gətirib çıxaran qətn amə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prossesual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30.1-Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2-Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152- Mülkiyyət hüququ - subyektin ona mən sub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəm ənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düz gün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmama sı halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdi m etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2011/2021 nömrəli iş üzrə 01.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar