Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8105/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X5 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2019-cu il tarixli 2(103)-9759/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim G.A.Əsədova, iş № 2(005)-697/2018) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi İdarəsinə qarşı iddiası təmin edilərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında N saylı mənzilinin alqı-satqısı barədə bağlanmış 16 aprel 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, Cavabdeh2 və mənzildə yaşayan digər şəxslərin oradan çıxarılması, İddiaçı həmin mənzilə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Y.Şamayev, X.Ə.Sarıyev və Ş.Ə.Məhərrəmova, iş № 2(103)503/2019) Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2019-cu il tarixli qərarı i lə (hakimlər: A.Ə.İsgəndərov, Ə.A.Əhmədov və İ.K.Dəmirov, iş № 2(102)4058/19) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.F.Babayev, X.A.Mərdanova və E.M.Həsənov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: N saylı mənzili X6 mülkiyyətində olmuş, 09 avqust 1994-cü il tarixdə X1 Hidayət Məhəmməd oğluna mənzilin üzərində sərəncam hüququ verən etibarnamə vermişdir. Etibarnamənin müddəti 3 il müəyyən olunmuşd ur. 15 sentyabr 1994-cü il tarixdə Hadı Məmmədov vəfat etmiş, onun vəfatından üç ilə yaxın müddət keçdikdən sonra X3 həmin etibarnamədən istifadə etməklə mənzili 29 iyul 1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. X4 Namik Hadı oğlu həmin müqavilənin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi və mübahisəli mənzilə vərəsə kimi hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiası təmin edilmişdir. Həmin qətnaməyə əsasən Cavabdeh1 mənzilə mülkiyyət hüquq əldə etdikdən sonra onu 16 aprel 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının 06 aprel 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilərək iddia rədd edilmiş, Cavabdeh1 adına verilmiş Dövlət Reyestrindən Çıxarış ləğv edilməklə həmin qətnamənin icrasına dönüş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2017-ci ilin dekabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 16 aprel 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 və mənzildə yaşayan digər şəxslərin oradan çı xarılması və özünün mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək mənzilin sonradan qanunsuz sayılaraq ləğv edilmiş qətnamə əsasında verilmiş çıxarış əsasında Cavabdeh2 satılmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh2 və vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsindən imtina edərkən Cavabdeh2 vicdanlı alıcı olmasına əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumps iyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “S.Cavabdeh1nın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarına görə əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin leqitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddiala rından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmin qərara əsasən əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcının əmlak hüquqları təmin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq onlar əqdi bağlamalıdırlar. Alqı-satqı müqaviləsi qanunun bütün tələblərinə əməl edilməklə bağlanmış, əqd notarial qaydada təsdiqlənmiş və Cavabdeh2 satıcının onunla həmin əqdi bağlamaq səlahiyyətinə malik olmaması barədə hər hansı bir hal məlum olmamışdır. İşin yuxarıda göstərilən halları ilə əlaqədar kolleg iya Cavabdeh2 vicdanlı alıcı olması ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 29 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8105/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8105/2019
25.12.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver