Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8107/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 dekabr 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.S.Məmmədov, iş № 2(004)-82/2018 saylı mülki iş) ilkin iddia tələbi qismən təmin edilmiş, İddiaçı KB ASC ilə Cavabdeh1 arasında 23.07.2014-cü il tarixli 48B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 26.07.2014-cü il tarixli 48B8/14-1 saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı KB ASC ilə Cavabdeh1 arasında 23.07.2014-cü il tarixli 48B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 26.07.2014-cü il tarixli 48B8/14-1 saylı əlavə Kredit Müqaviləsi üzrə Cavabdeh1 əsas borc üzrə 107.353,61 ABŞ dolları, faiz borcu üzrə 16.741,58 ABŞ dolları, cərimə borcu üzrə 200 ABŞ dolları olmaqla, cəmi 124.295,19 ABŞ dolları (yüz iyirmi dörd min iki yüz doxsan beş ABŞ dolları, 19 sent) məbləğində pul (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq), 30 manat məbləğində dövlət rüsumu, həmçinin bildirişin ƏMDK yanında DƏDRX-də qeydi yyatı ilə bağlı ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutularaq, İddiaçı KB ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, ÜNVANndə yerləşən 2c saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.045 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin satış qiyməti 380.200 (üç yüz səksən min iki yüz) manat müəyyən edilərək, açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin tutulmalı məbləğ həddində banka ödənilməsi, artıq qalan məbləğin mülkiyyətçi- Cavabdeh1 qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması, ipoteka predmetinin satıldıqdan ən geci 1 ay ərzində boşaldılması, ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində pulun Cavabdeh1 tutula raq, dövlət büdcəsinə ödənilməsi, Cavabdeh2 İddiaçı KB ASC-yə və Cavabdeh1 qarşı “ipoteka müqaviləsinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və V.N.Sadıqov, № 2(103)-4636/2019 saylı mülki iş) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-82/2018 saylı 05 noyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönə ldilməsi”nə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 23.07.2014-cü il tarixli 48B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 26.07.2014-cü il tarixli 48B8/14-1 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas məbləğ üzrə 107.353,61 ABŞ dolları, faiz borcu üzrə 14.865,42 ABŞ dolları, cərimə borcu üzrə 5.119,25 ABŞ dolları olmaqla, cəmi 127.338,28 ABŞ dolları iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutulması; Tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, ÜNVANndə yerləşən 2c saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0.045 ha torpaq sahəsinə yönəldilm əsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 26.07.2014-cü il tarixli 48B8/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 127.338,28 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutularaq İddiaçı KB ASC-yə ödənilməsi; İpoteka predmetinin ilkin satış qiymətinin 144.000 manat məbləğində müəyyən edilməsi; İpoteka predmeti olan Bakı şəhəri, ÜNVANndə yerləşən 2c saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0.045 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı KB ASC ilə Cavabdeh1 arasında 23.07.2014-cü il tarixli 48B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 26.07.2014cü il tarixli 48B8/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 aymüddətinə, 25.07.2017-ci il tarixədək, illik 20%ödəmək şərtilə, 127.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 23.07.2014-cü il tarixli 48Bİ8/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1mülkiyyətində olan Bakı şəhəri, ÜNVANndə yerləşən 2c saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.045 ha torpaq sahəsi İddiaçı ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 25.07.2014-cü il tarixdə AR ƏMDK yanında DƏDRX -nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır (Çıxarış seriya RX №0448447, qeydiyyat №**********). Kredit müqaviləsinə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq İddiaçına ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 27.07.2016-cı il tarixə 26.07.2014-cü il tarixli 48B8/14-1 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas məbləği üzrə 107.353,61 ABŞ dolları, faiz borcu üzrə 14.865,42 ABŞ dolları, cərimə borcu üzrə 5.119,25 ABŞ dolları olmaqla, cəmi 127.338,28 ABŞ dolları təşkil edir. 23.07.2014-cü il tarixli 48B8/14 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, ÜNVANndə yerləşən 2c saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.045 ha torpaq sahəsi İddiaçı KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 23.07.2014-cü il tarixli 48Bİ8/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, ÜNVANndə yerləşən 2c saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.045 ha torpaq sahəsi 23.07.2014-cü il tarixli 48B8/14 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə Banka ipotekaya qoyulmuş, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.4-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 144.000 (bir yüz qırx dörd min) manat məbləğində qiymətləndirilmişdir. İddiaçının ipoteka predmeti kimi çıxış edən mənzildən cavabdehlərin çıxarılması onunla əlaqəlidir ki, əmlak hərraca çıxarıldığı zaman əmlak boş olmalıdır, eyni zamanda orada yaşayan şəxşlərin və mənzilinin mülkiyyətçisinin hüquqlarından azad olmalıdır. Əks təqdirdə həmin əmlakın hərrac yolu ilə realizə olunması qeyri-mümkün olacaqdır. Qeyd olunanlara əsasən borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz borcları, həmçinin cərimə borcludan iddiaçının xeyrinə tutulmalı, öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, əsas kredit müqaviləsinin icrasının təminat üsulu kimi çıxış edən əmlak boşaldılmalı, həmin əmlak hərracda satılmalı, onun satışından əldə ed ilmiş pul vəsaiti hesabına borclunun iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilməlidir. Məhkəmə gedişatında iddiaçı AR MPM-nin 53-cü maddəsini rəhbər tutaraq, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verib,
1. Cavabdeh1 İddiaçı KB ASC-nin xeyrinə 23.07.2014-cü il tarixli 48B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 26.07.2014-cü il tarixli 48B8/14-1 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas məbləği üzrə 107.353,61 ABŞ dolları, faiz borcu üzrə 48.078,50 ABŞ dolları, cərimə borcu üzrə 234.815,87 ABŞ dolları olmaqla, cəmi 390.247,98 ABŞ dollarıiddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilmə si haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutulması,
2. Tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, ÜNVANndə yerləşən 2c saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0.045 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh126.07.2014-cü il tarixli 48B8/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 390.247,98 ABŞ dolları borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutularaq, İddiaçı KB ASC-yə ödənilməsi, İpoteka predmetinin ilkin satış qiymətinin 144.000 (bir yüz qırx dörd min) məbləğində müəyyən edilməsi,
4. İpoteka predmeti olan Bakı şəhəri, ÜNVANndə yerləşən 2c saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0.045 ha sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses gedişatında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı KB ASC-yə və Cavabdeh1 qarşı “ipoteka müqaviləsinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 iyul 2014-cü il tarixli 148Bİ8/14 saylı ipoteka müqaviləsinin əhəmiyyətsiz sayılmaqla etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia t ələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı KB ASC arasında bağlanmış 23.07.2014-cü il tarixli 48B8/14 saylı Əsas kredit müqaviləsinə əsasən 60 ay müddətinə 1000.000 manat məbləğini aşmamaq şərtilə, əlavə kredit müqaviləsi bağlanmaqla Bank tərəfindən Cavabdeh1 kredit verilməsi razılaşdırılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək kredit məbləğlərinin müddəti, şərtləri və müddətləri və s. ödəniş qaydaları əlavə kredit müqavilələri ilə razılaşması müəyyən olunmuşdur. Əsas kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ilə iddiaçı Bank arasında bağlanmış 23.07.2014-cu il tarixli ipoteka müqaviləsi əsasında Cavabdeh1 mülkiyyətində Bakı şəhəri, ÜNVANndə yerləşən 2c saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.045 ha torpaq sahəsi iddiaçı Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Əlavə kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı KB ASC ilə bağladığı 26.07.2014-ci il tarixli 48B8/14-1 saylı kredit razılaşması əsasında 36 ay müddətinə faiz dərəcəsi 20 % olmaqla 127 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd olunmalıdır ki, ipoteka ilə Cavabdeh1 tərəfindən Bankın xeyrinə yüklü edilmiş əmlak Cavabdeh1lə onun birgə nikah dövründə əldə etdiyi əmlakdır. Əsas kredit müqaviləsində götürüləcək kreditin məbləği manatla göstərilmişdir. Cavabdeh1lə birgə əmlakın dəyəri ipoteka müqaviləsində göstərilən məbləğdən kifayət qədər artıqdır. İpoteka müqaviləsi bağlanarkən əmlakın qiymətinin 144.000 manat göstərilməsindən məlumatı olmamışdır. Həmçinin, Cavabdeh1 manatla kredit götürəcəyinə dair müqavilə bağlanmasına etibar etmişdir. Lakin so nradan, Cavabdeh1 26.07.2014-cü il tarixdə, Bankla aralarında əlavə kredit müqaviləsi bağlamaqla 127 000 ABŞ dolları kredit götürmüşdür. İndi, məhkəmədə iddia qaldırıldığı vaxt ona məlum olur ki, manatla onun da mülkiyyətində olan əmlak ipoteka olunduqdan sonra, əlavə kredit müqaviləsinə aid edilməklə, həmin əlavə kredit müqaviləsi ilə dollarla kredit götürülmüşdür. Bu isə onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi ilə nəticələnməsinə təsir göstərir. Cavabdeh1 ilə İddiaçı KB ASC arasında bağlanmış 24.07.2014cü il tarixli 48B8/14 saylı Əsas Kredit Müqaviləsinin 1.1-ci bəndində göstərilmişdir: Borc verən Borc alana 1 000 000 (bir milyon) AZN müddətinə, 23 iyul 2019-cu il tarixinədək müddət ərzində, bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verir. 1.
2. Kreditin məbləğinə hesablanmış faizlər və kredit ödənişləri, məqsədləri və digər şərtləri Tərəflərin razılığı ilə Əlavə Kredit Müqavilələri ilə tənzimlənir. Əsas Kredit Müqaviləsinin 8.1-ci bəndində göstərilmişdir: «Bu müqavilənin müddəaları heç bir halda “Borcverən”in “Borcaİan”a kredit vermək vədi kimi təfsir oluna bilməz.” Əsas Kredit müqaviləsi adlanan sənədin mahiyyətindən görünür ki, tərəflər qanunda nəzərdə tutulan öhdəliklə bağlı normalarda müəyyən edilmiş, yəni hər hansı bir hərəkəti etməyə dair öhdəlik götürməmişlər, başqa sözlə, mülki hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə, dəyişdirilməsinə və ya xitamı haqqında müqavilə bağlamamışlar. Əsas Kredit müqaviləsində tərəflər hər hansı bir hərəkəti etməyə dair öhdəlik götürməyibsə, deməli sözügedən Əsas kredit müqaviləsi tərə flər üçün məcburiyyət yaratmır. 24.07.2014-cü il tarixli 48B8/14 saylı Əsas Kredit Müqaviləsinin 8.1-ci cümləsində qeyd edildiyi kimi, «Bu müqavilənin müddəaları heç bir halda “Borverən”in “Borcalan”a kredit vermək vədi kimi təfsir oluna bilməz.» Bu müddəanın həmin müqavilə göstərilməsi kifayət qədər deməyə əsas verir ki, tərəflər arasında bağlanmış müqavilənin adı Əsas kredit müqaviləsi adlansa da, həmin müqavilənin mahiyyəti niyyət razılaşmasıdır. Əsas Kredit Müqaviləsində tərəflər hər hansı bir öhdəlik götürmədiyindən, həmin müqaviləyə əsasən bağlanmış ipoteka müqaviləsi də əhəmiyyətsiz əqddir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı KB ASC arasında bağlanmış 23.07.2014-cü il tarixli 48Bİ8/14 saylı İpoteka Müqaviləsində isə yalnız Kredit xəttinin ümumi müddəti və ümumi məbləği q eyd edilməklə yuxarıda sadalanan qanunun müddəalarında tələb olunan şərtlər öz əksini tapmamışdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bankın Cavabdeh1 və ona qarşı ilkin iddia ərizəsində tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsinə dair tələbi təmin olunmamalı, ipoteka qoyan Cavabdeh1lə onun birgə nikah dövründə əldə olunan əmlakın ipoteka qoyulmasına dair 23.07.2014-cü il tarixli 48Bİ8/14 saylı İpoteka Müqaviləsi əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməlidir. Əks təqdirdə əhəmiyyətsiz ipoteka müqaviləsinə əsasən tutmanın əmlaka yönəldilməsi halında, onun mülkiyyət hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnən məhkəmə qətnaməsi qəbul edilmiş ola bilər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili M.M.Cabbarov kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət v ermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İlk iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsinə əsasən kredit almış, kredit müqaviləsi üzrə cəmi 124.29319 ABŞ dolları borcu qalmışdır. Ona görə də Mülki Məcəllənin 317.1, 319.1, 422, 443.1-ci maddələrinə istinad etməklə iddia qismən təmin ed ilmiş, tutma Cavabdeh1 adına olan ipoteka ilə yüklü edilmiş evə yönəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. İş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılıb qərar qəbul edilərkən işə cavabdehlərin iştirakı olmadan baxılmış və cavabdehlərin ziyanına qətnamə qəbul edilmiş, həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsi işə apellyasiya qaydasında baxılması üçün 10 aprel 2019-cu il tarixə təyin etmiş, Cavabdeh1 məhkəməyə teleqramma vuraraq səhhəti ilə əlaqədar məhkəmə icrasına gələ bilmədiyini, vəsatətləri olacağını bildirib məhkəmə iclasının təxirə salınmasını, onun növb əti məhkəmə iclasında iştirakına şərait yaradılmasını məhkəmədən xahiş etmiş, lakin apellyasiya instansiyası məhkəməsi cavabdehlərin ədalətli məhkəmə araşdırılmasında iştirak etmək hüququnu pozaraq Cavabdeh1 işin təxirə alınmasına dair vəsatətini müzakirə etmədən həmin gün onun iştirakı olmadan işə baxaraq onun ziyanına qətnamə qəbul etmiş, bununla da Cavabdeh1 məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur. Bundan əlavə iddianı qismən təmin edən məhkəmələr bankla cavabdeh arasında bağlanmış kredit müqavilələrinin dəfələrlə dəyişdirilməsi səbəblərini aydınlaşdırmamış, cavabdehin qalıq borc və faizlərin düzgün hesablanmamasına dair dəlillərinə qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddianın qismən təmin edilməsinə, qarşılıqlı iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qarşılıqlı iddianın təmin edilməməsi üzrə gəldiyi nəticəni əsaslandırmamış, öz qərarında ümumiyyətlə bu məsələyə toxunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220-ci maddəsinə əsasən məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, onları qəbul edilib-edilməməsinin səbəblərini g östərməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilməklə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndrilməlidir. İşin yeni apellyasiya baxışı zamanı Cavabdeh1 ədalətli məhkəmə araşılmasında iştirak etmək hüququ təmin edilməklə sübutlara obyektiv qiymət verilməklə qanuni nəticəyə gəlinməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.