Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8109/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli 2(103)-8661/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.İ.Hüseynli, iş № 2(003)-507/2019) İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” barədə ilk və Cavabdeh İddiaçı qarşı “əşyaların e vdən çıxarılması” barədə qarşılıqlı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.T.Həsənov, Ş.A.Məmmədova və X.Ə.Sarıyev, iş № 2(103)8661/2019) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Xəzər Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli qətnaməsi qismən – ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiasının təmin edilməməsi hissəsində ləğv edilmiş, iddia təmin edilərək, İddiaçı azyaşlı uşağı X2 ilə birlikdə BN sahəsində (Cavabdeh aid torpaq sahəsində yerləşən və birlikdə yaşadığı) yerləşən nömrəsiz evə köçürülməsi qət edilmişdir. İşin halları: Tərəflər 19 iyun 2013-cü il tarixdə rəsmi nikaha girməklə ailə qurmuş, birgə nikahdan 16.07.2014-cü il tarixdə X2 adında bir uşaqları olmuşdur. Ailə qurduqdan sonra tərəflər birlikdə N Yaşayış sahəsində yerləşən evdə yaşamışlar. 2018-ci ilin noyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək mübahisəli evin yerləşdiyi torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasını, İddiaçı başqa ünvanda qeydiyyatda olmaqla yaşamasını, onun evdə olan əşyalarının mülkiyyətdən sərbəst istifadə etmək hüququnu pozmasını əsas gətirərək İddiaçı məxsus əşyaların mübahisəli evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İlk iddia üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq ilk iddia üzrə iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədə n saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ailə qurduqdan sonra mübahisəli tikiliyə gəlin köçmüş və orada cavabdehlə birgə yaşamaqla cehiz əmlakları həmin evə yerləşdirmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Tərəflər mübahisəli evdə normal yaşadığından, iddiaçının da həmin şərtlər daxilində həmin evdə yaşamaq hüququ vardır. Apellyasiya instans iyası məhkəməsi ilkin iddianı təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə və 43-cü maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsində göstərilir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsində nəzərdə tutulmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mübahisəli ev dövlət qeydiyyatına alınmasa da, iddiaçının yaşayış sahəsinə olan ehtiyacını ödədiyindən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə iddiaç ının pozulmuş mənzil hüququnun bərpasını təmin etdiyindən qanuni və əsaslı sayılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə olan 16 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8109/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8109/2019
25.12.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver