Məhkəmə qərarları › İş №2(102)-8113/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8113/2019

25.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8113/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Müabriz qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli, 2(103)-9021/2019 nömrəli qətnaməsindən İddiaçı İB-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı İB Cavabdeh qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəm əyə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla 23.08.2016-cü il tarixli müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh məxsus fərdi yaşayış evində istifadə edilmiş 356,4 manat əvvəlki borcu 3E proqramına keçirilmişdir. Əgər smartkart sayğacdan əvvələ quraşdırılmış mexaniki qaz sayğacından istifadə nəticəsində debitor borc qalırsa həmin borc məbləği xüsusi karta keçirilir və hər dəfə karta pul məbləği yüklənərkən 30% debitor borca (borc qurtaranadək) 70% təbii qazdan istifadə üçün yüklənir. Lakin, Cavabdeh İddiaçı İB tərəfindən edilən güzəştdən səmərəli istifadə et məmiş, təbii qazdan qeyri-qanuni istifadə etmək üçün başqa yollara (ona xətdən açaraq rezin boru vasitəsilə xətt açmış) əl atmışdır. Belə ki, Cavabdeh 13.01.2017-ci il tarixli akt əsasında 583,2 manat, 06.02.2017-ci il tarixli akt əsasında 583,2 manat, 09.03.2017-ci il tarixli akt əsasında 200,8 manat, 10.04.2017-ci il tarixli akt əsasında 207,2 manat, 29.09.2017-ci il tarixli akt əsasında 275,6 manat, 26.10.2017-ci il tarixli akt əsasında 26 manat, 20.11.2017-ci il tarixli akt əsasında 51,6 manat, 13.12.2017-ci il tarixli akt əsasında149,2 manat, 19.01.2018-ci il tarixli akt əsasında 780 manat və 09.02.2018-ci il tarixli akt əsasında 199 manat olmaqla, cəmi 3055,8 manat İddiaçı İB-yə ziyan vurmuşdur. Hal-hazırda Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 3352,48 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 3382,48 manat borcun İddiaçı xeyrinə məcburi qaydada tutulması barədə qıtnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ə.R.Səmədov) iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli, 2(103)-9021/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli, 2(103)-9021/2019 nömrəli qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı İB iş üzrə B akı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddianın əsasını mülki hüquq pozuntusu və qeyd olunan pozuntu nəticəsində dəymiş maddi ziyan təşkil edir. Cavabdeh özü də təbii qazdan istifadəni qaydaların pozulması ilə istifadə etdiyini etiraf etmişdir. Məhkəmə qətnamənin əsaslandırma hissəsində cavabdehin qazdan qeyri-qanuni istifadəyə görə iddiaçıya zərər vurmasını istisnasız hal kimi qeyd etmişdir. Məhkəmə abonentə hesablanmış norc məbləğinin əsasını təşkil edən halları araşdırmamış, qanunsuz qoşulma nəticəsində tərtib edilmiş aktlara hüquqi q iymət verməmiş, borcun hesablanmasında səhvlərə yol verildiyini və dəqiqləşməyə ehtiyac olduğunu qeyd etmiş, lakin dəqiqləşmənin aparılması üçün mütəxəssis cəlb etməmiş və ya müvafiq ekpertiza təyin etməmişdir. Apellyasiya instansiya məhkəməsi səhvləri aradan qaldırmaqla ümumi qaydada yenidən məhkəməyə müraciət edilməsini tövsiyə etsə də, MPM-nin 153.2.2-ci maddəsinin tələbini nəzərə almamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. İddiaçı İB işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında o nun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 29.07.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli qətnaməsini ləğv edib, iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 13.01.2017-ci il tarixli, 06.02.2017-ci il tarixli, 09.03.2017-ci il tarixli, 10.04.2017-ci il tarixli, 29.09.20 17-ci il tarixli, 26.10.2017-ci il tarixli, 20.11.2017-ci il tarixli, 13.12.2017-ci il tarixli, 19.01.2018-ci il tarixli və 14 fevral 2018-ci il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvana baxış keçirilmiş və təbii qazdan qeyri-qanuni istifadə edilməsi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakıları qeyd etmişdir. İddiaçı təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə olunmasına görə cavabdehdən on akt əsasında 3352,48 manat itirilmiş qazın dəyərini tələb edir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının istinad etdiyi qeyd olunan aktların bəzləri ilə vurulmuş ziyanın həcmi düzgün hesablanmadığı üçün tələbin irəli sürülən qaydada təmin olunması mümkün d eyil. Belə ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə fərqli vaxtlarda on akt tərtib olunmuş, həmin aktlar əsasında da müxtəlif aralıqlarda itirilmiş qazın həcmi hesablanaraq vurulmuş ziyan tələb olunmuşdur. Lakin bəzi aktlarda vurulmuş ziyanla bağlı itirilmiş qazın dəyərinin hesablanması zamanı nəzərə alınan hesabat müddəti düzgün müəyyən edilməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş 13 yanvar 2017-ci il tarixli akta əsasən, təbii qazdan istifadə qaydalarının hansı müddətdən pozulduğu müəyyən olunmadan 90 günlük müddət üçün itirilmiş qazın həcmi hesablanmışdır. 06 fevral 2017-ci il tarixli akta əsasən 90 günlük müddət üçün itirilmiş qazın həcmi tələb olunmuşdur, halbuki, 13 yanvar 2017-ci il tarixdən 06 fevral 2017-ci il tarixə qədər (aktların tərtib olunduğu interva lda) 90 gün müddət keçməmişdir. Cəmi bir ay 7 gün vaxt keçmişdi. Bundan başqa, 09 mart 2017-ci il tarixli (31 günlük müddət üçün), 10 aprel 2017-ci il tarixli (32 günlük müddət üçün), 29 sentyabr 2017-ci il tarixli (152 günlük müddət üçün), 26 oktyabr 2017-ci il tarixli (27 günlük müddət üçün), 20 noyabr 2017-ci il tarixli (20 günlük müddət üçün), 13 dekabr 2017-ci il tarixli (23 günlük müddət üçün), 19 yanvar 2018-ci il tarixli (80 günlük müddət üçün) 14 fevral 2018-ci il tarixli (21 günlük müddət üçün) aktlarla müxtəlif aralıqlarda itirilmiş qazın həcmi hesablanmışdır ki, qeyd olunan bəzi aktlarla da itirilmiş qazın həcminin hesablanması üçün nəzərə alınan hesabat müddəti düzgün müəyyənləşdirilməmişdir. Cavabdeh iddia tələbini qismən etiraf etmişdir. Bu halda qazdan qeyri-qanuni istifa dəyə görə ziyanın vurulması istisnasızdır. Lakin məhkəmə kollegiyası tərəfindən iddia tələbinin qismən təmin olunaraq vurulan zərərin azaldılması barədə yekun qərara gələ bilmə mümkün deyil. Belə hesablama iddiaçının təqdim etdiyi sənədlər əsasında aparılmalıdır. İddiaçı isə həmin hesablamalarda səhvə yol vermiş və onların dəqiqləşdirilməsinə zərurət var. Eyni zamanda nə qədər ki, itirilmiş qazın sərfi günlərəin sayına əsasən hesablanmışdır, ona görə məhkəmə hesab etmişdir ki, öz təşəbbüsü ilə ziyanın məbləğini daha az günlərin sayına görə hesablanması düzgün olmayacaq. İddiaçı aktlar üzrə hesablanmış günlərə görə zərəri tələb etdiyindən və sənədləşmələrdə hesablama texniki olaraq düzgün aparılmadığından (aktların tərtib olunması intervalındakı günlərin sayı) tələbi həmin həcmdə təmin etmə k mümkün deyil. Eyni zamanda cavabdehin etirafı iddiaçının təqdim etdiyi sübutlarla təkzib olunduğundan zərərin etiraf olunan məbləğini də hesablamaq mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, 1-ci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, tələb olunan məbləğin tam olaraq əsaslı olması təsdiq olunmadığından (hesablamaların günlər üzrə düzgün aparılmaması əsası ilə) və vurulmuş zərərin əslində nə qədər olmasını hazırkı icraatda müəyyən etm ək mümkün olmadığından iddia tələbi təmin olunmamalıdır. Lakin iddiaçı tərəfə izah edilməlidir ki, iddia tələbi zərərin düzgün hesablanmasının mümkün olmaması əsası ilə təmin olunmadığı üçün müvafiq sənədləşmələrdəki səhvləri (aktlar üzrə günlərin sayını düzətmək və yaxud düzgün olmayan aktları çıxarmaqla) aradan qaldırmaqla ümumi qaydada yenidən məhkəməyə müraciət oluna bilər. Məhkəmənin gəldiyi nəticəni qərarda bu qaydada şəhr etməsi iddiaçının vurulmuş ziyanın ödənilməsi barədə yenidən məhkəməyə müraciət etməsinə mane olmayacaq. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın qismən təmin edilməsinin mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, hazırki tələb iddianın qismən təmin edilməsini istisna edən kateq oriya işlərə, yəni məsələn bölünməz əşyalarla və yaxud bu tipli tələblərlə bağlı deyildir. Kassasiya kollegiyası hesab edir ki, vurulmuş zərərin cavabdeh tərəfindən qismən etiraf edildiyi halda, işdə olan sübutlar əsasında bu sahə üzrə müvafiq mütəxəssisin cəlb edilməsi yolu ilə zərərin həddinin qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanması mümkündür. Apellyasiya instanisyası məhkəməsi isə gəldiyi nəticəni hər hansı maddi və prosessual hüquq norması ilə əsaslanırmadan iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və i clasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Eyni zamanda S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etm ək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 -cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarına irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsinin ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsi sübuta yetirilməm əsi ilə nəticələnir; ərizəçinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə belə dəlillərin rədd edilməsinə dair nəticəsinin əsaslandırmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərarı; Hiro Bilani işi üzrə 9 dekabr 1994-cü il tarixli qərarı). Göstərilənlərə əsasən kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinə olan etirazlarını qəbul etməyərkən qərarında bu dəlillərə dair maddi və prosessual hüquq normalarına istinad etməklə zəruri olan əsaslandırma aparmalı olduğu halda bunu etməmiş və nəticədə Mülki Prosessual Məcəlləsinin yuxarıda istinad edilən müddəalarını pozmuşdur. Azərbaycan Respublikası MPM-in 4 17.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman prosessual qanunvericiliyin istinad edilən tələbinə riayət olunmaqla mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İB-nin kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli, 2(103)9021/2019 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar