Məhkəmə qərarları › İş №2(102)-812/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-812/2025

11.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-812/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ərizəçi İddiaçı Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi maraqlı şəxs qismində göstərilməklə iş üzrə QƏRARDADİ (Açar sözlər: hüquqi əhəmiyyətli faktın – sənədlərin şəxsə məxus olması faktının müəyyən edilməsi, ərizənin mümkünlüyü, yolverilənliyi, prosessual hüquq normalarının pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, ərizəçi İddiaçı Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi maraqlı şəxs qismində göstərilməklə “sənədlərin ona məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3974/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qətnaməsindən ərizəçi İddiaçı kassasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı hərbi rütbəsi baş leytenant olmuş, təqaüddə olan zabitdir.

2. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalının verdiyi xx.xx.1993 tarixli 296 nömrəli rusca arayışın notarial qaydada təsdiq edilmiş tərcüməsində yazılıb: “Verilir ondan ötrü ki, N saylı h/h baş leytenantı, batalyon komandiri X3 həqiqətən xx.xx.1993 ildən xx.xx.1993 ilədək Azərbaycan Respublikası MN MHH-da Azərbaycan Respublikasının müdafiəsi zamanı baş beynin silkələnməsi ağır dərəcəli, qapalı kəllə-beyin travması diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur”.

3. DİN DQ-nin qərargah rəisi, polkovnik V.B. Dzarasovun DİN-in müavini, generalmayor Əsgər Ələkbərovun adına ünvanlanan 22 may 1999-cu il tarixli, 19/299 nömrəli məktubunda qeyd edilib: “Daxili Qoşunların sərəncamında olan baş leytenant X2 1993-cü ilin yanvarında Ağdərədə şifahi əmrlə desant-hücum taborunun komandiri təyin olunmuşdur. Naməlum səbəbdən M.Bədəlov pul məbləğlərini həmin vaxt almamışdır, amma Novruz qabağı döyüşdə olan zabitin Bakıdakı ailəsinə ərzaq payı və maddi yardım edilmişdir. Nazirlər Kabinetinin qərarına və DİN-in əmrinə əsasən vaxtı ötmüş məbləğlərin alı nma müddəti üç ildir. Üç ildən sonra həmin məbləğlər dövlət nəfinə keçirilir. Altı il qabaq alınmalı vəsaitin indiki hesablama ilə verilməsinə əsas yoxdur. Daxili Qoşunların qospitalında müalicə olunmaq üçün M.A.Bədəlov DQ-nin tibb xidmətinə müraciət edə bilər”.

4. Daxili Qoşunların hərbi tibb şöbəsinin rəisi tərəfindən DİN-in şəxsi heyətlə iş İdarəsinin rəisi, polkovnik M.Mehmanova ünvanlanan xx.xx.1998 tarixli 30/21 saylı məktubda qeyd edilib: “Daxili Qoşunların sərəncamında olan tabur komandiri X2 DQBİ-də qəbulda olmamış və heç bir problem barəsində müraciət etməmişdir. Mövcud qanunvericilikdə belə hallarda kömək Sosial Təminat Nazirliyi tərəfindən göstərilir, buna baxmayaraq, DQBİ komandanlığı Qarabağda xəsarət almış öz zabitlərinə köməyi heç zaman əsirgəmir”.

5. Səfərbərlik və Hərbi X idmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinin xx.xx.2013 tarixli 126 saylı arayışında yazılıb: “Verilir baş leytenant İddiaçı ondan ötrü ki, həqiqətən o, Zaqafqaziya Hərbi Dairəsinin Komandanının 06 nömrəli, xx.xx.1986-tarixli əmri ilə baş leytenant rütbəsi verilmiş və xx.xx.1991-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Azarbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçmişdir”.

6. İddiaçı inzibati məhkəmə icraatı qaydasında ona xüsusi təyinatlı qoşunun tabor komandiri vəzifəsinə və polkovnik rütbəsinə uyğun olaraq müxtəlif müavinət və güzəştlərin verilməsi və s. barədə iddialar vermiş, iddiaları mümkün sayılmamışdır.

7. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 21(102)-1452/2021 saylı qərarında qeyd edilmişdir ki, İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xüsusi təyinatlı qoşunun tabor komandiri vəzifəsinə və polkovnik rütbəsinə uyğun olaraq, hərbi xidmət illərinin Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 saylı qərarına və xx.xx.2000-ci il tarixli 73 saylı qərarına əsasən hesablanmaqla və 1993-cü ildən indeksasiya edilməklə, 2013-cü ildən ərzaq payının 128 manatdan hesablanmaqla təminat xərcliyinin məbləği haqqında yeni hesablama vərəqinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, işdən çıxarma pulunun, geyim əşya kompensasiyasının, məzuniyyət və ezamiyyət pulunun, sığorta ödənişinin, sanatoriya yollayışının və əvəzində kompensasiyanın qanunvericiliyin tələblərinə uyğun hesablanaraq ödənilməsi, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunun 15v və 23b maddələrinə əsasən minimum pensiyanın müvafiq olaraq 300 və 100 faizi miqdarında əlavənin 1993-dən hesablanmaqla, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000 tarixli 597 saylı sərəncamı və xx.xx.2001 tarixli 613 saylı fərmanı ilə müəyyən edilmiş müvafiq olaraq 14 və 26 manatlıq, toplam 40 manatlıq aylıq müavinətin həmin aktların qəbul edildiyi tarixdən hesablanmaqla pensiyasına hesablanmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun hüquqi marağı pensiyasının artırılmasına nail olmaqdan ibarətdir. Belə ki, onun iddia tələblərinin əsasını mahiyyət etibarı ilə tabur komandiri və polkovnik rütbəsinə uyğun olaraq pensiyasının yenidən hesablanması təşkil etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsini n xx.xx.2019-cu il tarixli, 2-1(84)-30/2019 saylı qərardadı ilə M.X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı 1993-cü ildən polkovnik-leytenant rütbəsi, 2003-cü ildən polkovnik rütbəsinin verilməsinin təmin edilməsi, 1993-cü ilin əvvəlində Ağdərədə sıra qabağında elan edilən, amma şəxsi işinə yazılmayan tabor komandiri vəzifəsinin şəxsi işinə yazılması, yeni hesablama vərəqinin bu xidmət ilinə, polkovnik rütbəsinə və tabur komandiri vəzifəsinə uyğun tərtib edilməsi, işdən çıxarma pulu, geyim əşya kompensasiyası, ezamiyyət, məzuniyyət pulu, sığorta ödənişi, sanatoriya yollayışı və əvəzində kompensasiyanın da Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 saylı qərarının 3 və 5-ci bəndinə əsasən hesablanması, 6 ildə ayda 64 manat məbləğində artım indeksasiyası tətbi q olunmaqla hesablanıb ödənilməsinin təmin edilməsi, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” xx.xx.1992-ci il tarixli Qanunun 15 “v” maddəsinə uyğun olaraq 300 faizlik və 23 “b” maddəsinə əsasən 100 faizlik yaşa görə minimum pensiya məbləğində əlavənin pensiyasına 1993-cü ildən indeksasiya edilməklə hesablanması, Prezidentin xx.xx.2001-ci il tarixli 613 saylı Fərmanı və xx.xx.2000-ci il tarixli 597 saylı sərəncamı ilə müəyyən edilmiş müvafiq olaraq 26 və 14 manatlıq aylıq müavinətin pensiyasına əlavə olunması, “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinə görə müvafiq təminat xərcliyinin 100 faizi qədər müəyyən edilmiş məbləğin 2006-cı ildən indeksasiya edilməklə pensiyasına əlavə edilməsi, Konstitusiyanın 149-cu maddəsinə əsasən qanunun geriyə qüvvəsi olduğundan bu əlav ənin indeksasiyasız 1993cü ildən pensiyasına hesablanmasının təmin edilməsi, həmin Qanunun 19.1.4-cü maddəsinə 1-ci qrup əlillərə və sağlamlıq imkanları məhdud şəxslərə qulluq üçün 11 manat məbləğində aylıq əlavənin 2006-cı ildən indeksasiya edilməklə pensiyasına hesablanması, onun vəzifə maaşının müvafiq rütbə və vəzifəyə (polkovnik tabur komandiri) uyğun olaraq DİN-də ən yüksək səviyyədə təminat alan qurumun (Xüsusi Təyinatlı Qoşunlar ya da X6) təminat xərcliyinə uyğunlaşdırılmasının təmin edilməsi barədə iddiası mümkün sayılmamışdır.

8. Şəki İnzibati-İqtisadi Məhkəməsi iddianı mümkün saymamasının əsası kimi qeyd etmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəriNizami rayon İdarəsinin xx.xx.2019-cu il tarixli 8 saylı arayışından və ona əlavə edilmiş şəx si işdən, həmçinin DİN Daxili Qoşunlar Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 73 saylı arayışından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nizami rayon İdarəsinin xx.xx.2013-cü il tarixli arayışında texniki səhvə yol verilmiş, səhvən iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2012-ci il tarixə kimi Daxili Qoşunlarda xidmət keçməsi qeyd olunmuşdur. Belə ki, iddiaçı xx.xx.2011-ci ildə ehtiyatda olan zabitlərin son yaş həddinə görə uçotdan çıxarılmışdır. Həmçinin iddiaçı xx.xx.1993- cü il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçmişdir. Buna qədər isə xx.xx.1991-ci il tarixindən 1993-cü il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməsi fakt ı müəyyən edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının işdən çıxarma pulu, geyim əşya kompensasiyası, məzuniyyət, ezamiyyət pulu, sığorta ödənişi, sanatoriya yollayışı və əvəzində kompensasiya tələbinə dair iddiası 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə mümkün sayılmamış, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçının iddia ərizəsinin 4-7-ci bəndlərində qeyd olunan tələblər isə hazırki cavabdehə qarşı yönələ bilməz. Qeyd olunan tələblər iddiaçının pensiya ödənişini həyata keçirən DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə yönəlməlidir. İddiaçıya məhkəmə tərəfindən müvafiq yardım məktubu göndərilmiş, iddiaçı dəfələrlə iddia ərizəsinə dəqiqləşmələr vermiş və nəticədə cavabdeh kimi Daxil İşlər Nazirliyini göstərmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-30/2019 saylı qərardadı Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(107)-237/2019 saylı qərardadı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmış, həmin qərardaddan verilmiş kassasiya şikayəti isə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(102)-444/2020 saylı qərardadı ilə mümkün sayılmamış və qərardad qanuni qüvvəyə minmişdir. Həmin qərardadda qeyd olunmuşdur ki, iddiaçının işdən çıxarma pulu, geyim əşya kompensasiyası, məzuniyyət, ezamiyyət pulu, sığorta ödənişi, sanatoriya yollayışı və əvəzində kompensasiya verilməsi tələbinə dair analoji iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi nin xx.xx.2013-cü il tarixli qərardadı ilə mümkün sayılmamış və həmin qərardad Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, görünür ki, iddiaçı mahiyyət etibarı ilə tabor komandiri vəzifəsinə və polkovnik rütbəsinə uyğun olaraq pensiyanın yenidən hesablanmasını tələb edir. Lakin bu tələbinə rəğmən iddiaçı xidmət dövründə səlahiyyətli orqan tərəfindən həmin vəzifəyə təyin edilməsini və həmin rütbənin ona verilməsini təsdiq edən hər hansı rəsmi sənədi məhkəməyə təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının tabor komandiri vəzifəsini icra etdiyini və polkovnik rütbəsinin ona verilməli olduğunu sadəcə iddia etməsi onun tələblərinin təmin olunması baxımından yetərli sayıla bilməz. İdd iaçının real olaraq həmin vəzifədə xidmət etdiyi və həmin rütbəyə malik olduğu qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş müvafiq sənədlərlə, o cümlədən onun vəzifəyə təyin olunması və ona rütbənin verilməsi barədə müvafiq əmrlərlə təsdiq olunmalıdır. Yaxud da iddiaçı ən azından həmin sənədlərin mövcudluğuna istinad etməlidir. Lakin iddiaçı həmin vəzifəyə təyin edilməli olduğunu və rütbənin ona verilməli olduğunu bildirməklə kifayətlənmiş və bu zaman hər hansı müvafiq rəsmi sənədlərə istinad etməmişdir. İş üzrə materiallarda da belə sənədlər aşkar edilməmişdir. Onun tabor komandiri vəzifəsinə təyin edilməsi barədə Daxili Qoşunların arxivində sənədlərin aşkar olunmadığı müəyyən edilmişdir. Bununla bağlı iddiaçının həmin vəzifəyə və rütbəyə uyğun olaraq pensiyanın yenidən hesa blanmasını tələb etmək hüququ səlahiyyətli orqan tərəfindən onun vəzifəyə təyin edilməsi və ona rütbənin verilməsi barədə əmrlərdən, yəni inzibati aktlardan irəli gəlməlidir. İddiaçı özünün iddia ərizəsində həmin inzibati aktlara (əmrlərə) istinad etməlidir. Konkret mübahisəyə münasibətdə iddiaçının istinad edə biləcəyi inzibati aktların mövcud olmaması səbəbindən onun iddia etdiyi vəzifəyə və rütbəyə uyğun olaraq pensiyanın yenidən hesablanmasını tələb etmək imkanı da istisna edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. Ərizəçi İddiaçı (bundan sonra “ərizəçi”) Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Müdafiə Nazirliyi Mərkəzi Hospitalının verdiyi xx.xx.1993-cü il tarixli, 296 nömrəli arayışın; DİN DQ-nin hərbi tibb şöbəsinin verdiyi xx.xx. 1998-ci il tarixli, 30/21 nömrəli; qərargah rəisinin xx.xx.1999-cu il tarixli, 19/299 nömrəli bildiriş-sənədlərin; və SHXÇDXnin Nizami rayon idarəsinin verdiyi xx.xx.2013-cü il tarixli, 126 nömrəli arayışın ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlar Baş İdarəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi ərizə üzrə maraqlı şəxsdirlər.

11. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 1978-ci ildən 4 illik hərbi hazırlıq kursunun sonucu olaraq leytenant, 1986-cı ildən baş leytenantdır. Ərizəçi 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, Qarabağ uğrunda savaşda batalyon-tabor komandiri kimi iştirak etmişdir. 1993-cü ilin martında Ağdərə bölgəsində tabur komandiri kimi döyüş əməliyyatında ərizəçi ağır baş-beyin travması alıb, 1-ci dərəcəli Qarabağ əlili olmuşdur. Qarabağ savaşında batalyon komandiri vəzifəsində olmağı ərizəçinin şəxsi işinə yazılmayıb. Sənəddə kimya müdafiə bölüyünün komandir müavini vəzifəsi yazılıb. Halbuki ərizəçi desant-hücum taborunun-batalyonunun komandiri olmuş, “kimyəvi hücum döyüşçüsü” olmamışdır. Belə vəzifə, ümumiyyətlə, yoxdur. Ərizəçiyə ilk zabit rütbəsi veriləndə hərbi biletində rusca “komandir motostrelkovoqo vzvoda” yəni, “motoatıcı taqım komandiri” vəzifəsi yazılıb. Eyni zamanda Azərbaycan SQdə xidmətə başlayanda hərbi biletini təhvil verib, xidməti vəsiqə almışdır. Həmin hərbi biletində vurğuladığı vəzifələr, keçmiş SSRİ ordusunda hərbi toplanışlarda iştirak etməyi barədə qeydlər vardır.

12. Ərizəçinin batalyon k omandiri vəzifəsində olmağını Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalının verdiyi xx.xx.1993 tarixli 296 saylı arayış, Daxili Qoşunların hərbi tibb şöbəsinin veriyi xx.xx.1998 tarixli 30/21 saylı, qərargah rəisinin verdiyi xx.xx.1999 tarixli, 19/299 saylı arayışlar təsdiq edir.

13. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalının verdiyi xx.xx.1993 tarixli 296 nömrəli rusca arayışın notarial qaydada təsdiq edilmiş tərcüməsində yazılıb: “Verilir ondan ötrü ki, N saylı h/h baş leytenantı, batalyon komandiri X3 həqiqətən xx.xx.1993 ildən xx.xx.1993 ilədək Azərbaycan Respublikası MN MHH-da Azərbaycan Respublikasının müdafiəsi zamanı baş beynin silkələnməsi ağır dərəcəli. Qapall kəllə-beyin travması diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur”.

14. DİN DQ-nin qərargah rəisi V.B. Dzarasov DİN-in müavini, general Əsgər Ələkbərova cavab olaraq arayış verib ki, “Daxili Qoşunların sərəncamında olan baş leytenant X2 1993-cü ilin yanvarında Ağdərədə şifahi əmrlə desant-hücum taborunun komandiri təyin olunmuşdur”. Ərizəşinin DİN DQ-də həqiqi hərbi xidmətdə olmağını bu arayışlardan əlavə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinin xx.xx.2013 tarixli 126 saylı arayışı sübut edir. Arayışda yazılıb: “Verilir baş leytenant İddiaçı ondan ötrü ki, həqiqətən o, Zaqafqaziya Hərbi Dairəsinin Komandanının 06 nömrəli, xx.xx.1986-tarixli əmri ilə baş leytenant rütbəsi verilmiş və xx.xx.1991-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Azarbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçmişdir”.

15. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının verdiyi xx.xx.1993-cü il tarixll 296 saylı arayışın, DİN DQ-nin verdiyi xx.xx.1998-ci il tarixli və xx.xx.1999-cu il tarixli bildirişlərin, hərbi komissarlığın verdiyi xx.xx.2013 tarixli, 126 saylı arayışın ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi onun pensiyasının batalyon komandiri vəzifəsinə uyğun hesablanıb artırılması üçün mühüm əhəmiyyat daşıyır. Hazırda ərizəçinin vəzifə maaşı 530 manatdır ki, bu heç sıradan əskərin maaşından da azdır; ərizəçi tabeliyində olanlardan da 3 dəfə az pensiya alır. Lakin sənədlərin ərizəçiyə məxsus olması faktını maraqlı şəxslər qəbul etmir, etsəydi, pensiyanı sıradan əskərin maaşından da az hesablamazdı, bunu yalnız məhkəmə qaydasında müəyyən etmək olar.

16. Birinci instansiya məhkəməsinə maraqlı şəxs Azərbaycan Respu blikası DİN-in Daxili Qoşunlar Baş İdarəsinin nümayəndəsi ərizəyə etiraz edərək göstərmişdir ki, ərizəçi bu məslə ilə bağlı dəfələrlə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin iddiaları təmin edilməmişdir. Ərizəçinin bildirdiyi vəzifələrə təyin olunması ilə bağlı arxivdə heç bir əmr və ya məlumat yoxdur.

17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-611/2024 nömrəli, 3 aprel 2024-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. (hakim Ramin Quliyev)

18. Birinci instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral ta rixli Qərarında qeyd edilmişdir ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

20. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən hesab etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-1452/2021 saylı qərarı (hazırki qərarın 7-ci bəndində göstərilən) işin araşdırılması üçün xüsusi əhəmiyyət kəsb edir.

21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü ərizəçinin üzərinə düşür. Belə ki, ərizəçi həqiqətən tələbində sadaladığı sənədlərin ona məxsus olmasını sübuta yetirməli, bununla bağlı sübutları məhkəməyə təqdim etməli olduğu halda, sənədlərin ona məxsus olması ilə bağlı sübutlar təqdim etməmişdir. Həmçinin onun tabor komandiri vəzifəsinə təyin edilməsi barədə Daxili Qoşunların arxivində sənədlərin aşkar olunmadığı müəyyən edilmişdir.

22. Birinci instansiya məhkəməsi Müdafiə Nazirliyi Mərkəzi Hospitalının verdiyi xx.xx.1993-cü il tarixli, 296 nömrəli arayışı və DİN DQ-nin hərbi tibb şöbəsinin verdiyi xx.xx.1998-ci il tarixli, 30/21 nömrəli qərargah rəisinin xx.xx.1999-cu il tarixli bildirişlərini mötəbər sübut kimi qəbul etməmiş və göstərmişdir ki, maraqlı şəxsin təqdim etdiyi arxiv arayışı və məhkəmə qərarı ilə müəyyən edilir ki, ərizəçi Daxili qoşunların komandanının xx.xx.1993-cü il tarixli 93 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 33 nömrəli əmri ilə baş leytenant hərbi rütbəsində Nizami RHK-dan ehtiyatdan çağırılmış hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilərək, kimya müdafiə bölüyü komandirinin müavini vəzifəsinə təyin edilmiş, Daxili qoşunların komandanının xx.xx.1993-cü il tarixli 376 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 158 nömrəli əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli qanununa əsasən 18-ci maddənin “V” bəndinə (xəstəliyə görə) müvafiq olaraq kimya müdafiə bölüyü komandirinin müavini vəzifəsi ndən azad edilmişdir.

23. Birinci instansiya məhkəməsinin mövqeyinə görə ərizəçinin tələbinin faktiki hallarının sübutu üçün təqdim etdiyi dəlillər kifayət etmir. Maraqlı şəxsin təqdim etdiyi dəlillər isə preyudisiallıq baxımından ərizənin əsassız olduğuna dəlalət edir.

24. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, ərizəçi uzun müddətdir eyni məqsədə çatmaq üçün məhkəmə müdafiəsindən istifadə edərək müxtəlif məhkəmələrdə iddialar qaldırmış, lakin heç bir tələbində iddia etdiyi dəlillər barədə müsbət nəticə əldə etməmişdir. Həmçnini xüsusi olaraq qeyd edilməlidir ki, ərizəçi 2009cu ildə Nizami rayon Məhkəməsinə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə müraciət etmiş və bu zaman nə ərizəsində, nə də həmin iş üzrə apellyasiya şikayətinə etirazında tabor komandir i olması barədə məlumat verməmişdir.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prossesual Məcəllənin 9.1, 9.3, 14.2, 77, 82.3, 88, 307, 308, 309, 310-cu maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Ərizəçi apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, qətnamənin ləğv, ərizənin təmin edilməsini xahiş etmişdir.

27. Ərizənin məzmununa uyğun ə saslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarını səhv müəyyən etmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə ərizənin rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3974/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski, Azad İmanov)

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, hazırki işdə sübutetmə yükü üzərinə düşən ər izəçi həqiqətən tələbində sadaladığı sənədlərin ona məxsus olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin onun tabor komandiri vəzifəsinə təyin edilməsi barədə Daxili Qoşunların arxivində sənədlərin aşkar olunmadığı müəyyən edilmişdir. Ərizəçinin tələbinin faktiki hallarının sübutu üçün təqdim etdiyi dəlillər kifayət etmir. Maraqlı şəxsin təqdim etdiyi dəlillər isə preyudisiallıq baxımından ərizənin əsassız olduğuna dəlalət edir

30. Apellyasiya instansiyası məhkəməsi də gəldiyi nəticəni Mülki Prossesual Məcəllənin 9.1, 9.3, 14.2, 77, 82.3, 88, 307, 308, 309, 310-cu maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il ta rixli, 03 saylı qərarı və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Ərizəçi (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işdə olan sübutlar əsasında ərizənin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti mahiyyət etibarı ilə həm ərizənin, həm də apelyasiya şikayətinin məzmunu ilə eynilik təşkil etməklə yanaşı, şikayətdə qeyd edilib ki, ərizəçinin təqdim etdiyi sənədlərin heç birinə baxılmayıb, həmin sənədlər əsassız olaraq sübut kimi qəbul edilməyib. Məhkəmələr MPM-in 82.3-cü maddəsinə düz gün istinad etməyiblər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəm əsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.5. Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.3, 259.0.8 və 259.0.1 0-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırm ır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

35. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiy a instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir.

38. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi hazırki işdə sübutetmə yükünün ərizəçinin üzərinə düşməsinə baxmayaraq onun mötəbər sübutları məhkəməyə təqdim etməməsinə, həmçinin onun tabor komandiri vəzifəsinə təyin edilməsi barədə Daxili Qoşunların arxivində sənədlərin aşkar olunmamasına, maraqlı şəxsin təqdim etdiyi dəlillərin isə preyudisiallıq baxımından ərizənin əsassız olduğuna dəlalət etməsinə istinad edərək, ərizəni təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi ərizəni təmin etməyərkən, ərizəçinin tanıtmaq istədiyi faktın mə hkəmə qaydasında müəyyən edilməli olan hüquqi əhəmiyyətli fakt olmamasına əhəmiyyət verməmiş, iş üzrə icraata xitam vermək əvəzinə, şikayətə mahiyyəti üzrə baxıb onu təmin etməyən qətnamə çıxarmaqla səhvə yol vermişdir.

40. Belə ki, ərizəçi 4 sənədin – Müdafiə Nazirliyi Mərkəzi Hospitalının verdiyi xx.xx.1993-cü il tarixli, 296 nömrəli arayışın; DİN DQ-nin hərbi tibb şöbəsinin verdiyi xx.xx.1998-ci il tarixli, 30/21 nömrəli; qərargah rəisinin xx.xx.1999-cu il tarixli, 19/299 nömrəli bildiriş-sənədlərin; və SHXÇDX-nin Nizami rayon idarəsinin verdiyi xx.xx.2013-cü il tarixli, 126 nömrəli arayışın ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

41. Hazırki qərarın 2-5-ci bəndlərində həmin sənədlərin məzmunu göstərilib və sənədlərin hər birində onlar ın ərizəçiyə aid olması mübahisə doğurmur. Çünki sənədlərdə ərizəçinin adı soyadı və atasının adı dəqiq qeyd edilib.

42. Göründüyü kimi, ərizəçinin hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında tanıtmaq istədiyi fakt – sənədlərin ərizəçiyə məxsus olması – elə həmin sənədlərin özündə yer alıb.

43. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.

44. Qeyd edilən normanın tələbindən də görünür ki, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilə bilər. Əks halda, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və soyadı ilə düzgün gəldiyi halda, belə bir faktın məhkəmə qaydasında tanınmasına yol verilmir.

45. Məhkəmə kollegiyası izah edir ki, müvafiq sənəddə şəxsin adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və soyadı ilə düzgün gəlirsə, deməli, sənədin şəxsə aidliyi ilə bağlı hər hansı anlaş ılmazlıq yoxdur və belə olan təqdirdə müvafiq sənəddə, onun konkret şəxsə məxsus olmasını müəyyən etməyə imkan verən məlumatlar düzgündürsə, həmin sənədin yenidən şəxsə məxsus olmasının məhkəmə qaydasında müəyyən edilməsinə ehtiyac qalmır. Çünki sənədin özü onun şəxsə aidliyini birbaşa təsdiq edir.

46. Əks yanaşma, istənilən sənədin məhkəmə qaydasında şəxsə məxus olması faktlını müəyyən edilməsinə əsassız yol açar və MPM-in 307.2.5-ci maddəsinin tamamilə səhv tətbiqinə gətirib çıxarar.

47. Bundan əlavə Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

48. Adı çəkilən və apellyasiya instansiya sı məhkəməsinin özünün də istinad etdiyi MPM-in 308-ci maddəsi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin zəruri şərtini müəyyən etmişdir. Həmin şərtə görə hüquqi əhəmiyyəti olan fakt özü-özlüyündə mövcud olmalı və yalnız ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməzsə və ya itirilmiş sənədləri bərpa etmək mümkün olmadığı hallarda müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər.

49. Hazırki halda isə ərizəçinin məhkəmə qaydasında özünə məxsus olmasını tanıtmaq istədiyi sənədlərdə adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və soyadına uyğun göstərilib. Ərizəçinin bildirməsinə görə həmin sənədin inzibati orqanlar tərəfindən hər hansı səbəbdən qəbul edilməməsi qeyd edilən məsələnin məhkə mə qaydasında hüquqi əhəməyyətli fakt kimi müəyyən edilməsinə əsas ola bilməz. 50. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində də qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın – yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi – şəxsin sənəddə göstərilən adı, atasını n adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi – həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü – məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.

51. Ali Məhkəmənin Plenum qərarında qeyd edilənlərdən də görünür ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi üçün ilkin şərt şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə dü z gəlməməsidir (üst-üstə düşməməsidir). Yalnız ilkin şərt mövcud olduğu halda, qalan iki şərt yoxlanmalıdır.

52. Hazırki işdə ilkin şərt olmadığı üçün, yəni ərizəçinin istinad etdiyi 4 sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və soyadı ilə düz gəldiyi üçün bu faktın məhkəmə qaydasında tanınması zərurəti aradan qalxır və digər iki şərtin yoxlanmasına da lüzum qalmır.

53. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ərizəyə dair iş üzrə icraata xitam vermək əvəzinə, apellyasiya şikayətinə mahiyyəti üzrə baxıb, qətnamə çıxarmaqla səhvə yol vermişdir. Halbuki Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

54. Ali Məhkə mənin yuxarıda istinad olunan Plenum Qərarının 1.3-cü bəndində də qeyd edilib ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi ərizəyə dair iş üzrə icra ata xitam verməməklə prosessual hüquq normalarını pozmuşdur. Bu da MülkiProsessual Məcəllənin 418.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsas verir.

56. Şərh edilən hallar hüquqi məsələ olduğu üçün məhkəmə kollegiyası işi apellyasiya baxışına göndərmədən apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə uyğun olaraq, yuxarıda göstərilənlərə əsasən iş üzrə xitam verilməli olması qənaətinə gəlir.

57. Mülki Prosessual Məcəllənin 417.1.5-ci maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259. 0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

58. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

59. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ ərizəçi İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3974/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar