Məhkəmə qərarları › İş №2(102)-8120/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8120/2019

02.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8120/2019 02.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.07.2019-cu il tarixli, 2(103)9118/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim E.Ə.Mehdiyev) 2(004)-1830/2019 saylı 06 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tə ləbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.N.İmanov, A.Q.Hüseynov və V.N.Sadıqov) 03.07.2019-cu il tarixli, 2(103)-9118/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 36223 ABŞ dolları məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Mərkəzi Univerma qda qızılzinət əşyaları ticarəti ilə məşğul olarkən 2012-ci ilin iyun ayında əvvəldən tanıdığı, Bakı şəhəri Vergilər Departamentində işləyən Cavabdeh Rafıq oğlunun qızıl-zinət əşyalarının ticarətinə onu da şərik etməsi barədə təklifi ilə razılaşmış və cavabdeh, şərik işləmək üçün ona 100.000 ABŞ dolları pul vermişdir. Həmin pul ilə 2016-cı ilin sentyabr ayına kimi 143434 ABŞ dolları qazanc əldə etmişlər ki, onun 50 faizini, yəni 71.717 ABŞ dollarını qazanc kimi cavabdehə vermişdir. 2013-cü ilin iyun ayında fəaliyyətini genişləndirmək üçün Cavabdeh 30.000 ABŞ dolları, 2015-ci ilin fevral ayında 40.000 ABŞ dolları və 2016cı ilin avqust ayında 24.000 ABŞ dolları, cəmi 94.000 ABŞ dolları borc almışdır. Həmin borcdan 2016-cı ilin sentyabr ayına kimi 69.000 ABŞ dollarını ödəmişdir. 19.09.2016-cı il tarixdə qızıl-zinət əşyaları almaq məqsədi ilə X1 Dubay şəhərinə köçürülməsi üçün X4 adlı bir nəfərə 61.802 ABŞ dolları, Azərbaycan məzənnəsi ilə 105.217,90 manat pul vermiş, lakin o, həmin pulu aldatma və etibardan sui-istifadə etməklə mənimsəmişdir. Buna görə o, Azərbaycan Respublikası CM-nın 322.1-ci maddəsi ilə məhkum olunmuşdur. Bu hadisədən sonra ticarət fəaliyyətini davam etdirmək imkanı olmamış, bu barədə Cavabdeh bildirmiş və o, pullarını tələb etmişdir. Onun şəriklik üçün verdiyi 100.000 ABŞ dolları əvəzinə 97.628 ABŞ dolları xalis maya dəyəri olan qızıl-zinət aşyalarını ona vermişdir. Bundan sonra özündə 94.395 ABŞ dolları məbləğində xalis maya dayəri olan qızıl-zinət əşyaları qalmışdır. Cavabdeh həmin qızıl-zinət aşyalannı almaq istədiyini bildirib ona 40.000 ABŞ dolları pul vermişdir. Həmin 94.395 ABŞ dolları məbləğində qızıl-zinət əşyalarını ona vermiş, 54.395 ABŞ dolları borclu qalmışdır. Həmin pulu 10 gün müddətinə ödəyəcəvinə söz versə də, ödəməmişdir. Bundan əlavə Cavabdeh ondan bir dəfə 2600 ABŞ dolları, ikinci dəfə 2100 ABŞ dolları borc almış, bir dəfə isə onun deməsi ilə 2013-cü ildə arvadı Samirə Əsədovaya 1800 ABŞ dolları nağd pul və 2700 ABŞ dolları məbləğində qızıl-zinət əşyalarını borc almış, lakin indiyə kimi qaytarmamışdır. Beləliklə də Cavabdeh borc aldığı 94.000 ABŞ dollarından, şəriklik üçün verdiyi 100.000 ABŞ dollarından cəmi 2372 ABŞ dolları borcu qalmış, Cavabdeh isə ondan aldığı 94.395 ABŞ dolları məbləğində qızıl-zinət əşyalarına görə 54.395 ABŞ dolları və ayrı-ayrı vaxtlarda yuxanda qeyd etdiyi 2600 ABŞ dolları, 2100 ABŞ dolları, 2700 ABŞ dolları və 1800 ABŞ dolları, cəmi 63.595 ABŞ dolları borcu qalmışdır. Ona olan 2372 ABŞ dollarını çıxdıqda 36223 ABŞ dollan borcu qalır. Cavabdeh 36223 ABŞ dollarını tələb etdikdə, hər dəfə ona hədə-qorxu gələrək borcunu ödəməkdən tamamilə imtina etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə dindirilmiş şahidlərin ifadələrinə tənqidi yanaşır.Belə ki, iddiaçının dəvət etdiyi şahidlər iş üzrə maraqlı şəxslər olub (iddiaçının atası və satıcısı) onları dəvət etmiş şəxsin mövqeyinə uyğun ifadə vermişlər.Ona görə də məhkəmə hesab edir ki,həmin ifadələr hazırki iş üzrə mümkün olan sübutetmə vasitəsi hesab edilə bilməz. Məhkəmə qeyd edir ki,sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün mötəbər sübutlardan istifadə oluna bilər.Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.Ona görə də,iddia tələbi əsassız hesab edilməli və rədd olunmalıdır.Lakin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 62-ci maddəsinə görə məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismind ə dindirilə bilər. Şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur.Şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur. Şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır.Qeyd olunanlara baxmayaraq məhkəmə İddiaçı vəsatəti əsasında məhkəməyə dəvət edilərək dindirilmiş atası Qasımov Arif Əmrah oğlunun və satıcısı X2 ifadələrinə heç bir əsas olmadığı halda tənqidi yanaşmış, həmin ifadələri iş üzrə mümkün olan sübutetmə vasitəsi hesab etməmiş, qeyd edilən şahidlər iş üzrə maraqlı şəxs olduqları üçün onları dəvət etmiş şəxsin mövqeyinə uyğun ifadə vermələri nəticəsinə gəlmişdir. Halbuki qeyd olunan şahidlə r iddiaçı tərəfindən dəvət olunduğu üçün onların ifadələri İddiaçı mövqeyinə uyğun olmalı və onların ifadələri iddiaçının ifadələri ilə ziddiyyət təşkil etməməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, teleqramla müraciət edərək iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 03.07.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Qasımov Arif Əmrah oğlu ifadəsində göstərmişdir ki, İddiaçı atasıdır. Cavabdeh onların qohumudur. Oğlu qızıl ticarəti ilə məşğul olur. Cavabdeh onun oğlu İddiaçı ilə şərikli qızıl ticarəti fəaliyyəti ilə məşğul olmuş və hazırda ona borcu yaranmışdır. Oğlu Nizami borcu qaytarmasını Bəhramdan dəfələrlə tələb etsədə sonuncu müxtəlif bəhanələrlə bundan yayınmışdır. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, İddiaçı Mərkəzi Univermaqda olan qızıl dükanında satıcı işləmişdir. Cavabdeh İddiaçı qohumu kimi tanımışdır. Cavabdeh tez-tez onların qızıl dükanına gəlib-getmiş və sonradan bilmişdir ki, Nizami ilə Bəhram şərikdirlər. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23.02.2016-cı il tarixli Qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işi n gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub- olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla mü əyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları v ə hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Mərkəzi Univermaqda qızıl-zinət əşyaları üzrə şərikli ticarətlə məşğul olduqları dövrdən aralarında olan pul haqq-hesabları nəticəsində cavabdehin ona 36.223 ABŞ dolları məbləğində borcunun qalmasını iddia etsə də, tələbin təsdiqi üçün heç bir mötəbər sübut təqdim etməmişdir. Onun vəsatəti əsasında iki şahid dindirilmiş, lakin, məhkəmə dindirilmiş şahidlərin ifadələrinə tənqidi yanaşmışdır. Belə ki, iddiaçının dəvət etdiyi şahidlər iş üzrə maraqlı şəxslər olub (iddiaçının atası və satıcısı) onları dəvət etmiş şəxsin mövqeyinə uyğun ifadə verdiyindən və ifadələri ümumiyyətlə iddia tələbi ilə bağlılığı olmadığından məhkəmə haqlı olaraq hesab etmişdir ki, həmin ifadələr hazırkı iş üzrə mümkün olan sübutetmə vasitəsi hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd olunmalıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıi şinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Buna baxmayaraq, iddiaçı cavadehiun ona borclu olmasına dair istinad etdiyi halları üzrə üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilmədiyindən kassasiya şikayəti rədd edilməlidir. Digər tərəfdən, Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət ve rmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya ins tansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.07.2019-cu il tarixli, 2(103)-9118/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar