Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8127/2019 30.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X20 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh və vəkili X9 iştirakı ilə, İddiaçı “X1” X3 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, qanunsuz tikilmiş hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, çıxarışın ləğv edilməsi2 barədə ilk və Cavabdeh “X1” X2rşı “texniki pasportda tikililərin 999 kvadrat metr torpaq sahəsində yerləşməsinə dair qeydin etibar sız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli 2(105)2603/2018 nömrəli qətnaməsindən iddiaçı “X1” X3 direktoru 111 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1” X10 Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, “X1” X6 məxsus olan JJJ kvadratmetr torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsində qanunsuz olaraq mişar daşları ilə tikilmiş hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcmini artıraraq, “X1” X6 məxsus olan JJJ kvadratmetr torpaq sahəsinin 387,3 kv.metrindən cavabdehin çıxarılması, həmin torp aq sahəsində qanunsuz olaraq mişar daşları ilə tikilmiş hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, həmçinin cavabdehə verilmiş 12 dekabr 2015-ci il tarixli RX seriyalı ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh da qarşılıqlı iddia ərizəsi verərək Xaçmaz rayonu Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29 mart 2005-ci il tarixdə cavabdeh “X1” X6 məxsus JJJ küçəsində yerləşən tikililərə verilmiş Texniki pasportda tikililərin 999 kvadratmetr torpaq sahəsində yerləşməsinə dair qeydin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin (hakim Fizuli Mirzəquliyev) 19 sentyabr 2017-ci il tarixli, 2(067)-25/2017 saylı qətnaməsi ilə iddiaçı “X1” X3 Cavabdeh qarşı iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, Xaçmaz rayonu Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29 mart 2005-ci il tarixdə cavabdeh “X1” X6 məxsus JJJ küçəsində yerləşən tikililərə verilmiş Texniki pasportda tikililərin 999 kvadratmetr torpaq sahəsində yerləşməsinə dair qeydin əsassız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 26 fevral 2018-ci il, tarixli, 2(105)-692/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli, 2(067)-25/2017 saylı qətnaməsi ilk iddia üzrə iddiaçı, qarşı lıqlı iddia üzrə cavabdeh “X1” X3 direktoru X1 verdiyi apelyasiya şikayəti əsasında - “Cavabdeh “X1” X2rşı texniki pasportda tikililərin 999.0 kvadrat metr torpaq sahəsində yerləşməsinə dair qeydin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilsin və Xaçmaz rayonu Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29 mart 2005-ci il tarixdə cavabdeh “X1” X6 məxsus JJJ küçəsində yerləşən tikililərə verilmiş Texniki pasportda tikililərin 999.0 kvadrat metr torpaq sahəsində yerləşməsinə dair qeyd əsassız hesab edilsin” hissəsində ləğv edilmiş, həmin hissədə eyni tarixli ayrıca qərardadla qarşılıqlı iddia tələbi üzrə icraata xitam verimiş, qətnamə – «iddiaçı “X1” X3 Cavabdeh qarşı “X1” X6 məxsus olan X1 şəhəri, ”Nəsimi” a dına sovxozun malikanəsi X1 küçəsində yerləşən 999.0 kvadrat metr torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsində qanunsuz olaraq mişar daşları ilə tikilmiş hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, cavabdehə verilmiş 12 dekabr 2015ci il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi haqqında ilk iddia tələbi təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 iyun 2018-ci il tarixli, (102)4775/2018 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 26 fevral 2018-ci il, tarixli, 2(105)-692/2018 saylı qətnaməsi qismən – ilk iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissə də yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(105)-3310/2018 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli, 2(067)-25/2017 saylı qətnaməsi ləğv olunmuş, iddiaçı “X1” X3 iddiası təmin edilmiş, Cavabdeh iddiaçı “X1” X6 məxsus 999 kvadratmetr torpaq sahəsinin 387 kvadratmetrindən çıxarılması, Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş hasar və tikililərin cavabdehin hesabına sökülərək ərazinin boşaldılması, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 12 dekabr 2015-ci il tarixli, RX seriyalı ******* saylı Hüquqların Dö vlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh ekspertiza xərci 100.00 (yüz manat) AZN-in tutularaq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Az. MEM, VÖEN **********, AZ 34 CTRE ********************, X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SWİİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2019-cu il tarixli, 2(102)2719/2019 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin həmin hissədə yenidən apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Aqil Abbasov - sədrlik edən və məruzəçi, Şəmsəddin Abbasov v ə Telman Məmmədov) 07 avqust 2019-cu il tarixli 2(105)2603/2019 nömrəli qətnaməsi ilə iddiaçı “X1” X3 apelyasiya şikayəti təmin edilməyərək, Xaçmaz Rayon Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli, 2(067)-25/2017 saylı qətnaməsi ilk iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “X1” X3 direktoru 111 və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli 2(105)2603/2019 nömrəli qətnaməsinin qismən-ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi birin ci instansiya məhkəməsinin qətnaməsini ilk iddianın təmin edilməməsi hissəsində qüvvədə saxlayarkən prosessual hüquq normalarının tələblərini pozmuşdur, tam hüquqlu məhkəmə kimi işə baxmamış, işdəki sübutları hərtərəfli və obyektiv araşdırmamış, öz qərarını tərəflərin çəkişmə prinsipinə əsasən dəlillərlə, izahatlarla və sənədlərlə deyil, özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Cavabdeh ayrılmış torpaq sahəsi ilə mübahisəli torpaq sahəsi arasında 100 metr məsafə vardır, Cavabdeh ayrılmış torpaq sahəsi onun yaşadığı evin pəncərəsinin altındadır. Cavabdeh “X1” İKB-nin qanuni istifadəsində olan torpaq sahəsinin təxminən 387,3 kv.m hissəsini qanunsuz olaraq hasarlamış və özbaşına zəbt etdiyi ərazidə tikinti işləri aparmışdır. İşdəki 23 sentyabr 2016-cı il tarixli 13527 saylı və 07 avqust 2017-ci il tarixli 19225 saylı ekspert rəylərindən də görünür ki, Cavabdeh “X1” İKB-nin qanuni istifadəsində olan torpaq sahəsinin təxminən 387,3 kv.m hissəsini qanunsuz olaraq özbaşına zəbt etmişdir. Apellyasiya instansiyası məhkəməsində izahatı alınan Cavabdeh bildirdi ki, onun istifadəsində hazırda Xudat qəsəbəsində iki müxtəlif ərazilərdə yerləşən torpaq sahəsi vardır, torpaq sahələrindən birinə dair onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, digər torpaq sahəsi barədə ona hüquq müəyyənedici sənədlər verilməmişdir. Xudat Bələdiyyəsinin qərarı ilə Cavabdeh Xudat Bələdiyyəsinin mülkiyyətində olan 0,2 ha torpaq sahəsinin satılmasını etiraf edirik. Lakin həmin sahə başqa ərazidə yerləşir. İş materialları, Cavabdeh izahatı və eksp ert rəyləri ilə sübut olunur ki, hazırkı mübahisə predmeti olan torpaq sahəsi heç vaxt Xudat Bələdiyyəsinin mülkiyyətində olmamışdır, həmin torpaq sahəsini Cavabdeh özbaşına zəbt etmişdir, Cavabdeh satılmış sahəsi 0,02 ha torpaq sahəsi tamamilə başqa ərazidə yerləşir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsinin və Cavabdeh satılmış torpaq sahəsinin koordinatlarının yerində müəyyən edilməsi üçün verilmiş vəsatəti əsassız olaraq təmin etməmişdir. Cavabdeh tərəfindən 387,3 kv.m torpaq sahəsi özbaşına zəbt edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh tərəfindən 187,3 kv.m torpaq sahəsinin özbaşına zəbt edilməsinə haqq qazandırmışdır. Xaçmaz rayonu Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin 999,0 kv.m torpaq sahəsində ye rləşən mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.m, ticarət sahəsi 16,1 kv.m olan univermağın anbar binası sabiq “Nəsimi” adına sovxozun mülkiyyətində olmuşdur, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində həmin tikili X13 verilmişdir. Həmid Məmmədov 09 fevral 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin tikilini 25.000.000 AZM manata ’’X1” İKB-nə satmışdır. Həmin tikiliyə “X1” İKB-nin mülkiyyət hüququ 29 mart 2005-ci il tarixli 86 A saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (qeydiyyat vəsiqəsi ilə) qeydə alınmışdır. Həmin vaxtdan həmin tikili “X1” İKB-nin mülkiyyətindədir. Tikilinin 999,0 kv.m torpaq sahəsində yerləşməsi, tikintialtı sahənin 155,1 kv.m olması barədə texniki pasport mövcuddur. Həmin torpaq sahəsindən istifadəyə görə “X1” İKB tərəfindən 2004-cü ildən bu günədək torpaq vergisi ödənilir. Həmin torpaq sahəsi 2014-cü ildən “X1” İKB-nin mülkiyyətinə keçmişdir və onun istifadə hüququ vardır, həmin torpaq sahəsi üçüncü şəxslərə icarəyə və ya istifadəyə verilə bilməz. Cavabdeh həmin torpaq sahəsinin bir hissəsini təxminən 387,3 kv.m ərazini qanunsuz olaraq hasarlamış və özbaşına zəbt etdiyi ərazidə tikinti işləri aparmışdır. Həmin torpaq sahəsinin 200 kv.m hissəsinə dair cavabdehə 12 dekabr 2015-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh və vəkili Könül Salehova kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacib dir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki: İş materiallarında olan 09 fevral 2004-cü il tarixli X14 Alqı-Satqısı Müqaviləsinin surətindən görünür ki, X4 şəhəri, X1 küçəsində, 999 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi, 121,1 kv.m olan X17 “X1” İKB-yə satmışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 18 may 2004-cü il tarixli Qətnaməsindən görünür ki, X1 tərəfindən iddiaçıya satılması qərarlaşdırılmış X1 şəhərində yerləşən 200 kv.m torpaq sahəsinin iddiaçının (Cavabdeh Cabbbar oğlu) mülkiyyətinə verilməsi ilə əlaqədar sənədlərin hazırlanaraq, Xudat Bələdiyyəsinə təqdim edilməsi bir vəzifə kimi, cavabdeh təşkilat olan Azərbaycan Respublikası Dövlət XK-nin Xaçmaz Rayon Şöbəsinə tapşırılmışdır. Qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, həmin torpaq sahəsi Xudat Bələdiyyəsinin mülkiyyətində olmuş və alğı-satqı müqaviləsi ilə iddiaçı Cavabdeh satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 16 fevral 2005ci il tarixli qətnaməsindən görünür ki, maraqlı şəxs X12 apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 18 may 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətna mə ilə müəyyən edilmiş hallardan görünür ki, Xaçmaz Rayon Aqrar İslahat Komissiyası tərəfindən X13 yalnız univermaq-anbar satılmışdır. Həmin tikilinin yerləşdiyi həyətyanı torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və yalnız bələdiyyə tərəfindən özgəninkiləşdirilə bilər. İş materiallarında olan Xaçmaz Rayon X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29 mart 2005-ci il tarixdə verilmiş Qeydiyyat Vəsiqəsindən görünür ki, X1 şəhərində sabiq “Nəsimi” adına sovxozunun malikanəsində, X1 küçəsində yerləşən univermaq sklad binasına “X1” X3 mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan univermaq-sklad X5 pasportundan görünür ki, torpağın ümumi sahəsi 999 kv.m, tikintialtı sahə 155,1 kv.m-dir. İş materiallarında olan torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surə tindən görünür ki, Xudat Bələdiyyəsinin 13 avqust 2004-cü il tarixli qərarı ilə Cavabdeh 0,02 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan 12 dekabr 2015-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, X1 şəhərində 0,02 ha torpaq sahəsinə Cavabdeh mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan 07 avqust 2017-ci il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Xaçmaz Rayon X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29 mart 2005-ci il tarixdə verilmiş Texniki Pasportda qeyd edilmiş 999 kv.m torpaq sahəsi və Cavabdeh verilmiş Çıxarışda qeyd edilmiş 0,02 ha torpaq sahələri üst-üstə düşür. “X1” KİB-ə məxsus 999 kv.m torpaq sahəsinin 387,3 kv.m hissəsindən Cavabdeh istifad ə edir. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə əsasən iddiaçı “X1” İKB-nin 09 fevral 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 999 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 121,1 kv.m olan tikilini əldə etməsini, 29 mart 2005-ci il tarixdə verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən onun həmin binaya mülkiyyət hüququnun qeydə alınmasını, iddiaçının 999 kv.m torpaq sahəsini əldə etməməsini, onun həmin torpaq sahəsinə hər hansı bir hüququnun olmamasını, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri, Torpağın Mülkiyyətə Verlməsi Haqqında Şəhadətnamə və Çıxarışla Cavabdeh mübahisəli ərazidə yerləşən torpaq sahəsini qanuni əsaslarla əldə etməsini, müəyyən edərək ilk iddia tələbini təmin etməmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 139, 152.1, 178.1, 389.1-ci maddələri və “M.Bağırovu n şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, iddiaçı univermaq-anbar binasını alsa da, onun altındakı torpağı almamışdır, həmin torpaq bələdiyyə mülkiyyətindədir. Bu baxımdan, iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsində və texniki pasportda qeyri-yaşayış binasının 999 kv.metr torpaq sahəsində yerləşməsi barədə qeydin olması iddia tələbinin təmin olunması üçün əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələr işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X şikayətinə dair” 13.02.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmaz lığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması ilk növbədə hüquqi müəyyənlik prinsipi ilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mülkiyyətində olan Univermaq Sklad X1 almışdır. Həmin X17 yerləşdiyi 999 kv.m torpaq sahəsinin həmin bina ilə birlikdə satılıb-satılmaması, Həmid Xələfovun həmin torpaq sahəsinə hər hansı hüququnun olub-olmaması və həmin torpaq sahəsinin 0,02 ha hissəsinin fərdi ticarət obyektinin tikintisi məqsədilə Xudat Bələdiyyəsinin 08 noyabr 2002-ci il tarixli qərarı ilə Cavabdeh ayrılması həmin şəxslərin iştirakı ilə baxılmış mülki iş üzrə məhkəmə baxışının predmeti olmuş və qanuni qü vvəyə minmiş məhkəmə qətnaməsi ilə X12 X17 yerləşdiyi 999 kv.m torpaq sahəsinə hər hansı hüququnun olması müəyyən edilməmişdir. Belə olan halda, həmin şəxsdən X17 2004-cü ildə alqı-satqı yolu ilə əldə edən iddiaçının eyni əsaslarla həmin binanın yerləşdiyi torpaq sahəsinə hüquqlarının olmasına istinad edərək həmin sahədən cavabdehin çıxarılmasını tələb etmək hüququ yoxdur. İddiaçının yuxarıda göstərilən tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edə bilər. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut et məlidir və 3) cavabdehin əmlaka sahiblik hüququ qanunsuz olmalıdır. Hazırki iş üzrə nə 1-ci, nə də, 3-cü dispozisiya şərtinin mövcudluğu müəyyən edilmir. Belə ki, boşaldılması tələb edilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olması və cavabdehin həmin torpaq sahəsinə sahibliyinin qanunsuz olması iş üzrə müəyyən edilmir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğvi üçün əsas vermir. Belə ki, iddiaçının ümumiyyətlə 999 kv.m torpaq sahəsinə hüququ məhkəmə tərəfindən müəyyən edilmədiyindən həmin torpaq sahəsinin Cavabdeha ayrılmış 0,02 ha torpaq sahəsindən əlavə onun tərəfindən zəbt edildiyi iddia edilən 187,3 kv.m hissəsinin boşaldılmasını da tələb etmək hüququ yoxdur. İddiaçı kassasiya şikayətində istinad etdiyi maddi hüquq normalarına əsasən əldə etdiyi qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin qanunla müəyyən edilmiş qaydada satın alınması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “X1” X3 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli 2(105)2603/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8127/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8127/2019
30.12.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver