Məhkəmə qərarları › İş №2(102)-813/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-813/2020

10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-813/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, Cavabdeh1 vəkili Vəkil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arası nda bağlanmış 06.03.2015-ci il tarixli, 1**-HF-***5 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 21885.67 manat məbləğində əsas, 4531.94 manat məbləğində faiz, 200 manat məbləğində dəbbə (cərimə) pul, cəmi 26617.61 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun və 30 manat məbləğində digər xərclərin (ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı), ümumilikdə 26677.61 manat tutulması, tutmanın Cavabdeh2 mülkiyyətindəki Ünvanmənzilin ilkin satış qiyməti 47000 (qırx yeddi min) manat müəyyən edilərək Cavabdeh1 tutulacaq məbləğin mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə edilən vəsait İddiaçı ASC-nə ödənilməsi, ipoteka pre dmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borc ümumi qaydada Cavabdeh1 tutulması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsindən sonra artıq qalan məbləğin Cavabdeh2 qaytarılması, Cavabdeh2 məxsus Ünvanmənzilin ən geci 1 ay ərzində boşadılması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 avqust 2019-cu il tarixli, 2(103)-9866/2019 saylı qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.Ə.Hüseyn) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cava bdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 06.03.2015-ci il tarixli, 101HF-3615 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 21885.67 manat məbləğində əsas, 4531.94 manat məbləğində faiz, 1967.09 manat məbləğində dəbbə (cərimə) pul, cəmi 28384.70 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun və 30 manat məbləğində digər xərclərin (ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı), ümumilikdə 2844.70 manat tutulması, tutmanın Cavabdeh2 mülkiyyətindəki Ünvanmənzilə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edi lən vəsait hesabına İddiaçı ASC-yə olan 2844.70 manat borcun ödənilməsi, Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin mənzilə bütün hüquqlarının itirilməsi və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış, sübutlar düzgün qiymətləndirilməmiş, o cümlədən məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9866/2019 saylı mülki iş üzrə 26 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilib işin yenidən apellyasiya baxışına qaytarılmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9866/2019 saylı mülki iş üzrə 26 avqust 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9866/2019 saylı mülki iş üzrə 26 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurə tindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının işin araşdırılmış halları əsasında gəldiyi nəticədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06.03.2015-ci il tarixli, 1**-HF-***5 saylı Kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdeh X2 36 ay müddətinə, illik 17 faiz ödəmək şərtilə 28000 manat məbləğində pul krediti verilmişdir. İddiaçı ASC ilə C avabdeh2 arasında bağlanmış 06.03.2015-ci il tarixli, 101-HF- 3615 saylı İpoteka müqaviləsi İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06.03.2015-ci il tarixli, 1**-HF-***5 saylı Kredit müqaviləsi üzrə öhdəlikləri təmin etmək məqsədilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh2 məxsus Ünvanmənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı Çıxarışın surəti ilə müəyyən edilmişdir ki, Ünvanmənzil Cavabdeh2 mülkiyyətindədir.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışın surəti ilə müəyyən edilmişdir ki, Cavabdeh2 mülkiyyəti ndə olan Ünvanmənzil İddiaçı ASC ipoteka ilə yüklü edilmişdir.15.10.2018-ci il tarixli Maliyyə arayışından görünür ki, 06.03.2018-ci il tarixə Cavabdeh1 banka 21885.67 manat əsas borcu, 6629.57 manat faiz borcu, 3712.94 manat cərimə borcu, cəmi 32228.18 manat borcu yaranmışdır. Lakin Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini 21.06.2017-ci il tarixdən icra etməmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna gö rə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və cərimə ilə birlikdə iddiaçıya ödəməlidir. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tutulması müəyyən edilmiş borcun məbləği işin faktiki hallarına uyğun olmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən işin halları nəzərə alınaraq dəbbə pulunun həcmi əhəmiyyətli dərəcədə azaldılmışdır. Bunu nəzərə alaraq apellyasiya kollegiyası hesab etmişdir ki, əsas və faiz borcuna münasibətdə birinci instansiya məhkəməsi tərəfindən tutulması müəyyən edilmiş cərimənin məblə ği tam olaraq işin hallarına uyğun olmuşdur. Həmçinin, iddia tələbinin borcun ipoteka predmetinə yönəldilməklə, açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına borcun ödənilməsi eləcə də ipoteka predmetinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması hissəsi üzrə də birinci instansiya məhkəməsinin qənaəti düzgün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir, qətnamə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respulikası Mülki Məcəlləsinin 269.5, 295, 297, 298.1, 317.1, 319.1, 319.6, 385.1, 386.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448, 462.1, 739-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34.1, 39.3.3, 59.3, 59.3.1, 59.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi maddi və prosessual hüquq normaları düzgün olmuşdur. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış, sübutlar düzgün qiymətləndirilməmiş, o cümlədən məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillər inə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir, eyni zamanda həmin dəlillərə apellyasiya şikayətinin dəlilləri eyni olduğundan və həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən və kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətində göstərilən dəlillərin təkrar qiymətləndirilməsinə zəmin görmür. Məhkəmə kollegiyası kassatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlili ilə əlaqədar qeyd edir ki, Cavabdeh1 iş materialında olan ərizə və şikayətlərində qeyd edilən ünvanına və telefon nömrələrinə apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclası barədə məhkəmə bildirişləri göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, sübutları düzgün qiymətləndirilmiş və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9866/2019 saylı mülki iş üzrə 26 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar