Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-813/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(103)-8530/2021 saylı qətnaməsindən Cavabdeh3 və onun vəkili tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 fevral 2022-ci il tarixdə Ali Məhkəməni n binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 340/13 saylı, 29 avqust 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 18 faiz dərəcəsi ilə 6 ay güzəşt müddəti olmaqla 24 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir.
2. Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 448/13 saylı, 19 dekabr 2013-cü il tarixli kredit müqaviləsi əsasında Cavabdeh1 illik 16 faiz dərəcəsi ilə 6 ay güzəştli olmaqla 42 ay müddətinə 260.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 3. 448/13 saylı, 19 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədi ilə İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 448/13 saylı, 19 dekabr 2013-cü il ta rixli ipoteka müqaviləsi əsasında Cavabdeh3 mülkiyyətində olan, Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində yerləşən 2A nömrəli evin, ümumi sahəsi 79,32 kv.m, yaşayış sahəsi 63,32 kv.m, yardımçı sahəsi 16,0 kv.m ibarət olan 4 otaqlı 29 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. “İpoteka predmeti”nin dəyəri 130.000 manat qiymətləndirilmişdir (İ.v.35-37). 4. 448/13 saylı, 19 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədi ilə həm də İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 448/13-1 saylı, 25 fevral 2014-cü il tarixli ipoteka müqaviləsi əsasında Cavabdeh1 mülkiyyətində olan, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 60.000 manat məbləğdə qiymətləndirilmişdir (İ.v.52-54). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək: Cavabdeh1 29.08.2013-cü il tarixli 340/13 nömrəli kredit müqaviləsi üzrə yaranmış 11.680,14 manat faiz borcunun tutulması; tələbin Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki 108 nömrəli evin C girişi, ümumi sahəsi 144,5 kv.m, yaşayış sahəsi 104,1 kv.m, yardımçı sahəsi 40,4 kv.m olan 4 otaqlı 9 nömrəli mənzilinə yönəldilməsi; Cavabdeh1 19.12.2013-cü il tarixli 448/13 nömrəli kredit müqaviləsi üzrə yaranmış 209.233,85 ABŞ dolları əsas borc, 105.665,51 AB Ş dolları faiz borcu və 21.000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 335.899,36 ABŞ dolları borcun tutulması; tələbin Cavabdeh3 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 2A nömrəli evin ümumi sahəsi 79,32 kv.m, yaşayış sahəsi 63,32 kv.m, yardımçı sahəsi 16,0 kv.m olan 4 otaqlı 29 nömrəli mənzilinə və Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsinə yönəldilməsi; həmin daşınmaz əmlakların açıq hərracdan satılması və satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması; əmlaklar açıq hərracdan satıldıqdan sonra əldə olunan vasaitin hesabına Cavabdeh1 banka olan borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xah iş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcalan onunla bağlanmış 340/13 saylı, 29 avqust 2013-cü il tarixli və 448/13 saylı, 19 dekabr 2013-cü il tarixli kredit müqavilələrin şərtlərini pozaraq, borcun tam ödənilməsini təmin etməmişdir. Cavabdehlərə göndərilmiş 23.10.2017-ci il tarixli M/11-19066, M/11-19067 və M/11- 19068 nömrəli ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlər 25.10.2017-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsində və 27.10.2017-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyatdan keçmişdir. 24.10.2017-ci il tarixli 984 nömrəli maliyyə arayışına əsasən Cavabdeh1 29.08.2013-cü il tarixli 340/13 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 11.680,14 manat faiz borcu qalmışdır. Həmçinin 28.11.2017-ci il tarixli 1100 nömrəli maliyyə arayışına əsasən Cavabdeh1 19.12.2013-cü il tarixli 448/13 nömrəli kredit müqaviləsi üzrə banka 209.233,85 ABŞ dolları əsas borc, 105.665,51 ABŞ dolları faiz borcu və 21.000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 335.899,36 ABŞ dolları borcu var. Xəbərdarlıq edilməsinə baxmayaraq, borcalan borcu ödəməkdən boyun qaçırır.
7. Cavabdeh2 İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia verərək, onunla İddiaçı ASC və borcalan Cavabdeh1 arasında bağlanmış 29.08.2013-cü il tarixli 340/13 nömrəli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmiş, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsindəki 108 nömrəli evin C girişi, ümumi sahəsi 144,5 kv.m, yaşayış sahəsi 104,1 kv.m, yardımçı sahəsi 4 0,4 kv.m olan 4 otaqlı 9 nömrəli mənzilinin üzərindəki ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, borcalan Cavabdeh1 29.08.2013-cü il tarixli 340/13 nömrəli kredit müqaviləsi üzrə əsas borcunu tam şəkildə ödəmişdir. Bunu bankın borcalandan yalnız faiz borcunun tutulmasını tələb etməsi də təsdiq edir. Belə ki, 340/13 nömrəli kredit müqaviləsinin 5.3-cü bəndində qeyd edilir ki, qaytarılmış məbləğ ilk növbədə kredit üzrə hesablanan faizlərin, sonra isə kreditin əsas məbləğinin ödənilməsinə yönəldilir. Bu səbəbdən də, Mülki Məcəllənin 432.4-cü maddəsinin tələblərinə uyğun olaraq, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə bütün borcları banka qaytarıb və onun müqavilə üzrə hər hansı öhdəliyi qalmamışdır. Hesab ed ir ki, 29.08.2013-cü il tarixli 340/13 nömrəli kredit müqaviləsi üzrə əsas öhdəlik tam icra edildiyinə görə, 29.08.2013-cü il tarixli 340/13 nömrəli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsindəki 108 nömrəli evin 9 nömrəli mənzilinin üzərindəki ipotekaya xitam verilməlidir.
9. Cavabdeh1 nümayəndəsi və vəkili X2 birinci instansiya məhkəməsinin iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 29.08.2013-cü il tarixli 340/13 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 200.000 manat kredit verilmişdir. Sonradan İddiaçı ASC ilə Cavabdeh1 arasında 19.12.2013- cü il tarixli 448/13 nömrəli kredit müqaviləsi bağlanmış və Cavabdeh1 illik 16 faizlə 6 ay güzəşt müddəti olmaqla 42 ay müddətinə qayt armaq şərti ilə 260.000 manat kredit verilmişdir. Borcalan 29.08.2013-cü il tarixli 340/13 nömrəli kredit müqaviləsi üzrə banka borcunu tam şəkildə ödəmişdir. Bu hal bankın borcalandan yalnız faiz borcunu tələb etməsi də təsdiq edilir. Belə ki, 340/13 nömrəli kredit müqaviləsinin 5.3-cü bəndində qeyd edilir ki, qaytarılmış məbləğ ilk növbədə kredit üzrə hesablanan faizlərin, sonra isə kreditin əsas məbləğinin ödənilməsinə yönəldilir. Borcalan 19.12.2013-cü il tarixli 448/13 nömrəli kredit müqaviləsi üzrə yığılmış əsas borcun məbləği ilə razı olsa da, 105.665,51 ABŞ dolları faiz və 21.000 ABŞ dolları dəbbə pulu şişirdilməklə hesablanmışdır. Məhkəmə Ekspertizası Məzkəzinin 12.02.2019-cu il tarixli 23964 nömrəli rəyindən görünür ki, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza yolu ilə Cavabdeh 1 19.12.2013-cü il tarixli 448/13 nömrəli kredit müqaviləsi üzrə banka 209.233,85 ABŞ dolları əsas və 90.788,80 ABŞ dolları faiz borcu olması müəyyən edilmişdir. Bu səbəbdən də, 21.000 ABŞ dolları dəbbə pulunun tutulması təmin edilə bilməz. Həmçinin "xxxx" MMC tərəfindən keçirilmiş daşınmaz əmlaklarının qiymətləndirmə ekspertiza nəticələri ilə razıdır. Borcalan banka olan borcun ödənilməsini təmin etmək məqsədilə tutmanın ona məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsinə yönəldilməsinə etiraz etmir.
10. Digər cavabdeh X3 birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə təqdim etməmişdir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-103/2019 saylı, 08 aprel 2019cu il tarixli qətnaməsi ilə (hakim Vahid Hacıyev) ilkin iddia qismən təmin edilərək, Cavabdeh1 19.12.2013-cü il tarixli 448/13 nömrəli kredit müqaviləsi üzrə yaranmış 209.233,85 ABŞ dolları əsas borc, 80.769,14 ABŞ dolları faiz (90.788,80 ABŞ dolları faiz borcundan 29.08.2013-cü il tarixli 340/13 nömrəli kredit müqaviləsi üzrə artıq ödənilmiş 16.987,52 manat, yəni 08.04.2019-cu il tarixə olan məzənnəyə uyğun olaraq 9.992,66 ABŞ dolları çıxılmaqla) və 997.01 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 291.000 ABŞ dolları (ödəniş günü manat məzənnəsi ilə) pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 2A nömrəli evin ümumi sahəsi 79,32 kv.m, yaşayış sahəsi 63,32 kv.m, yardımçı sah əsi 16,0 kv.m olan 4 otaqlı 29 nömrəli mənzilinə və Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsinə yönəldilməsi, Cavabdeh3 mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 2A nömrəli evin ümumi sahəsi 79,32 kv.m, yaşayış sahəsi 63,32 kv.m, yardımçı sahəsi 16,0 kv.m olan 4 otaqlı 29 nömrəli mənzilin ilkin satış qiyməti bazar dəyərinin 155.000 manat, likvid dəyərinin 145.000 manat müəyyən edilməklə açıq hərracda satılması, mənzil satıldıqdan bir ay sonra Cavabdeh3 ailə üzvləri - əri X6 və qızı X5 ilə birlikdə həmin mənzildən çıxarılması, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsinin ilkin satış qiyməti bazar dəyərinin 75.000 manat, likvid dəyərinin 67.000 manat müəyyən edilməklə açıq hərracda satılması, torpaq sahəsi satıldıqdan bir ay sonra Cavabdeh1 arvadı X1 ilə birlikdə həmin torpaq sahəsindən çıxarılması, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olan 145 manat pulun Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iş üzrə daşınmaz əmlakların qiymətləndirilməsinə dair 04.07.2018-ci il tarixli LP-073/18; LP074/18; LP-075/18 nömrəli mütəxəssis rəylərinin hazırlanması üçün İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə ödənilmiş 900 manat vəsaitin 400 manatının Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi, 500 manatının isə İddiaçı ASC-nin özünə aid edilməsi, ipoteka ilə yüklü edilmiş mənzilin və torpaq sahəsinin satışından əldə olunacaq vəsait hesabına cəmi 291.000 ABŞ dolları (ödəniş günü manat məzənnəsi ilə) pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və 400 manat qiymətləndirmə xərcinin İddiaçı ASCnin, 145 manat ekspertiza xərcinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, artıq qalan vəsait ipoteka qoyanlar Cavabdeh3 və Cavabdeh1 qaytarılması, ilk iddianın qalan hissədə, yəni “Cavabdeh1 29.08.2013-cü il tarixli 340/13 nömrəli kredit müqaviləsi üzrə yaranmış 11.680,14 manat faiz borcunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki 108 nömrəli evin C girişi, ümumi sahəsi 144,5 kv.m, yaşayış sahəsi 104,1 kv.m, yardımçı sahəsi 40,4 kv.m olan 4 otaqlı 9 nömrəli mənzilinə yönəldilməsi” hissəsində, həmçini n 19.12.2013-cü il tarixli 448/13 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 24.896,37 ABŞ dolları faiz, o cümlədən 20.002,99 ABŞ dolları dəbbə pulu tutulması” hissəsində rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.08.2013-cü il tarixli 340/13 nömrəli kredit müqaviləsi üzrə öhdəliyə (borc tam ödənilib) xitam verildiyinə görə, İddiaçı ASC ilə borcalan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 29.08.2013-cü il tarixli 340/13 nömrəli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki 108 nömrəli evin C girişi, ümumi sahəsi 144,5 kv.m, yaşayış sahəsi 104,1 kv.m, yardımçı sahəsi 40,4 kv.m olan 4 otaqlı 9 nömrəli mənzilinin üzərində olan ipot ekaya xitam verilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh2 aid edilməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Məzkəzinin 12.02.2019-cu il tarixli 23964 nömrəli ekspert rəyinə əsasən borcalan Cavabdeh1 29.08.2013-cü il tarixli 340/13 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 29.08.2015-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixədək) İddiaçı ASC-yə olan borcu 69.512,48 manat müəyyən edilir (əsas borc üzrə 64.662,77 manat və faiz borcu üzrə 4.849,71 manat). Cavabdeh1 banka 29.08.2015-ci il tarixdən sonrakı dövrdə ümumilikdə 86.500 manat ödəniş etmişdir. Lakin borcun hesablanması tarixi 29.08.2015-ci il tarixə hesablandığına görə həmin ödənişlər nə zərə alınmamışdır. Borcalan Cavabdeh1 19.12.2013-cü il tarixli 448/13 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 19.06.2017-ci il tarixə İddiaçı ASC-yə olan borcu 300.022,65 ABŞ dolları müəyyən edilir (əsas borc üzrə 209.233,85 ABŞ dolları və faiz borcu üzrə 90.788,80 ABŞ dolları).
13. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 29.08.2013-cü il tarixli 340/13 nömrəli kredit müqaviləsi üzrə yaranmış əsas borcunu tam ödədiyindən, onun hazırda bank qarşısında hər hansı öhdəliyi qalmamışdır. Buna görə 29.08.2013-cü il tarixli 340/13 nömrəli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki 108 nömrəli evin C girişi, ümumi sahəsi 144,5 kv.m, yaşayış sahəsi 104,1 kv.m, yardımçı sahəsi 40,4 kv.m olan 4 ot aqlı 9 nömrəli mənzilinin üzərindəki ipotekaya xitam verilməlidir. Çünki, 29.08.2013-cü il tarixli 340/13 nömrəli kredit müqaviləsinin 5.3-cü bəndində qeyd edilir ki, qaytarılmış məbləğ ilk növbədə kredit üzrə hesablanan faizlərin, sonra isə kreditin əsas məbləğinin ödənilməsinə yönəldilir.
14. Məhkəmə Mülki Məcəllənin 385.1, 427.3, 442, 445.2.1 və 448-ci maddələrinə istinadla bildirmişdir ki, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan Cavabdeh1 19.12.2013-cü il tarixli 448/13 nömrəli kredit müqaviləsi üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazı mınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı 19.12.2013-cü il tarixli 448/13 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsini və tutmanın 19.12.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 2A nömrəli evin 29 nömrəli mənzilinə və 25.02.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsinə yönəldilməsini tələb etməkdə haqlıdır.
15. Məhkəmə qeyd etmişdir ki, borcalan Cavabdeh1 29.08.2013-cü il tarixli 430/13 nömrəli kredit müqaviləsi üzrə 64.662,72 manat əsas borc və 4.849,71 manat faiz borcu olmaqla, cəmi 69.512,48 manat borcunu İddiaçı ASC-y ə ödəməklə yanaşı, müqavilənin müddətinin bitdiyi 29.08.2015-ci il tarixdən sonrakı dövrdə etdiyi ödənişlərlə birlikdə olan ümumilikdə 86.500 manat puldan ödənilməli olan 69.512,48 manat çıxılmaqla, artıq ödənilmiş 16.987,52 manat pul borcalan Cavabdeh1 19.12.2013-cü il tarixli 448/13 nömrəli kredit müqaviləsi üzrə yaranmış 90.788,80 ABŞ dolları faiz borcdan çıxılmalı, (Azərbaycan Respublikası Mərkəzi Bankının 08.04.2019-cu il tarixə olan rəsmi məzənnəsinə uyğun olaraq (1 ABŞ dolları - 1.7 manat) 16.987,52 manat, yəni 9.992,66 ABŞ dolları faiz borcu olan 90.788,80 ABŞ dollarından çıxıldıqdan sonra, borcalan Cavabdeh1 İddiaçı ASC-yə 209.233,85 ABŞ dolları əsas borc, 80.769,14 ABŞ dolları faiz borcu olmaqla, cəmi 290.002,99 ABŞ dolları ödənilməmiş borcu qalır.
16. Məhkəmə “İpoteka haqqında” Qanunun 4, 33, 34, 59-cu maddələrinə əsasən hesab etmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 2A nömrəli evin ümumi sahəsi 79,32 kv.m, yaşayış sahəsi 63,32 kv.m, yardımçı sahəsi 16,0 kv.m olan 4 otaqlı 29 nömrəli mənzili satıldıqdan bir ay sonra Cavabdeh3 ailə üzvləri - əri X6 və qızı X5 ilə birlikdə həmin mənzildən çıxarılmalıdır. Həmçinin Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsi satıldıqdan bir sonra Cavabdeh1 arvadı X1 ilə birlikdə həmin torpaq sahəsindən çıxarılmalıdır.
17. Məhkəmə müstəqil qiymətləndirici Legal Prime MMC-nin 04.07.2018-ci il tarixli LP074/18 nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh3 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 2A nömrəli evin ümumi sahəsi 79,32 kv.m, y aşayış sahəsi 63,32 kv.m, yardımçı sahəsi 16,0 kv.m olan 4 otaqlı 29 nömrəli mənzilin ilkin satış qiyməti bazar dəyərini 155.000 (yüz əlli beş min) manat, likvid dəyərini 145.000 (yüz qırx beş min) manat müəyyən etmişdir.
18. Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsinin ilkin satış qiyməti isə müstəqil qiymətləndirici "xxxx" MMC-nin tərtib etdiyi 04.07.2018-ci il tarixli LP- LP- 075/18 nömrəli mütəxəssis rəyinə əsasən 75.000 manat, likvid dəyəri 67.000 manat müəyyən edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın rədd olunan hissəsində və qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv olunmasını, ilkin iddianın tam təmin edilmə si, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2019-ci il tarixli, 2(103)-9108/2019 saylı qətnaməsi ilə İddiaçı ASC-nin apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli qətnaməsi "xxxx" ASC-nə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
21. Bundan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti vaxtında verilmiş hesab edilərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş üzrə keçiril ən məhkəmə iclaslarından və qəbul edilmiş məhkəmə aktlarından xəbəri olmamışdır. Müstəqil qiymətləndiricinin mütəxəssis rəyi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki bu rəyə əsasən müəyyən edilən real bazar qiyməti və likvid qiyməti olduqca aşağıdır. Əmlakın qiymətləndirilməsi aparılsa da, mənzilə gəlib baxan olmamışdır, mənzilə yerində baxış keçirilmədən onun qiymətini müəyyən etmək isə mümkün deyil. Rəyin “tədiqatın aparılma ardıcıllığı” adlanan 5-ci hissəsində mənzilə vizual baxış keçirilməsi mərhələsi yoxdur. 19.12.2013-cü il tarixdə ipoteka müqaviləsi bağlanılarkən ipoteka predmetinin dəyəri 130.000 manat müəyyən edilmiş, hətta bu məbləğ məhz bankın əməkdaşlıq etdiyi “X7” MMC bankın təsiri və təzyiqi ilə qiymətləndir ilmişdir. Həmin vaxtdan sonra mənzildə təmir və bərpa işləri aparılmış, mənzil yaxşılaşdırılmış, mənzildə yaşayış olmadığına görə həmin təmir və yaxşılaşdırma işləri hər hansı aşınmaya, köhnəlməyə məruz qalmamışdır.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(103)-8530/2021 saylı qətnaməsi ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın hədləri ilə bağlı qeyd etmişdir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin cavabdeh Sədiqə Dadaşovaya münasibətdə, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi his səsində ləğv edilməsi xahiş edilməklə, qətnamə qismən mübahisələndirilmişdir. Həmçinin Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, verdiyi apellyasiya şikayətinin məznunundan görünür ki, o, qətnamənin ipoteka predmetləri olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin və ünvan 1 ünvanında yerləşən 29 nömrəli mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsini xahiş edir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni cavabdehlər tərəfindən mübahisələndirilən hissədə yоxlanılmalıdır.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ip oteka ilə yüklü edilmiş, Cavabdeh3 mülkiyyətində olan, Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində yerləşən 2A nömrəli evin 29 nömrəli mənzilin qiyməti tərəflərin qarşılıqlı razılaşması əsasında 130.000 manat dəyərində, Cavabdeh1 mülkiyyətində olan, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsi isə 60.000 manat dəyərində qiymətləndirilmişdir. Lakin cavabdehlərin vəsatəti əsasında birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetləri olan yuxarıda qeyd olunan əmlakların qiymətlərinin qiymətləndirici vasitəsi ilə müəyyənləşdirilməsi üçün 15.05.2018-ci il tarixdə qiymətləndirmə ekspertizası təyin etmiş və qiymətləndirici rəyləri alınmışdır. Müstəqil qiymətləndirici "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə LP074/18 saylı, 04 iyul 2018-ci il ta rixli mütəxəssis rəyi ilə Cavabdeh3 mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 2A nömrəli evin 29 nömrəli mənzilin bazar dəyəri 155.000 manat, likvid dəyəri 145.000 manat müəyyən edilmişdir (İ.v.193199). "xxxx" MMC-nin LP-075/18 saylı, 04 iyul 2018-ci il tarixli mütəxəssis rəyi ilə Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsinin bazar dəyəri 75.000 manat, likvid dəyəri 67.000 manat müəyyən edilmişdir (İ.v.185-191).
26. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, göründüyü kimi müstəqil qiymətləndirici tərəfindən mübahisələndirilən ipoteka predmetlərinin dəyəri ipoteka müqavilələrində göstərilən tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyən edilmiş dəyərindən yüksək qiym ətləndirilmişdir.
27. Bu səbəbdən də məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərində ipoteka predmetlərinin ilkin satış qiymətinin hazırki dəyərindən olduqca aşağı hesablanması ilə bağlı göstərdikləri dəlilləri əsassızdır. Çünki Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 qiymətini mübahisələndirdikləri ipoteka predmetlərinin məhkəmə qətnaməsində müəyyən edilmiş satış qiymətindən daha yüksək qiymətdə olmasını təsdiq edən sübutları apellyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərək bunu təsdiq edən hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin də lilləri
28. Cavabdeh3 və vəkili Vəkil kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(103)-8530/2021 saylı qətnaməsinin Cavabdeh3 aid hissədə ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinin qaydaları konkret müəyyən edilmişdir və məhkəmənin öz təşəbbüsü ilə qiymətləndiricidən rəy əldə etməsi və qiyməti onun əsasında müəyyən etməsi nəzərdə tutulmamışdır. Belə olan halda birinci instansiya məhkəməsində ipoteka qoyanın və ya ipoteka saxlayanın ilkin satış qiyməti ilə bağlı mübahisəsi olmadan və ipoteka qoyanın buna münasibətini öyrənmədən məhkəmə öz təşəbbüsü ilə ipoteka predmetinin qiyməti barədə rəy əldə etməsi qanuna ziddir. Bundan başqa, ipotekanın qiymətinin müəyyən olunması üçün məhkəmə ekspertizasını keçirilməsi barədə verilmiş vəsatət məhkəmə tərəfindən rədd olunmuşdur. Lakin həmin qərardad məhkəmə iclasının protokolunda qeyd edilsə də, əsaslandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçı ASC-nin nümayəndəsi kassasiya şikayətinə qarşı yazılı etirazında kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vas itəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Ö z hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallar da, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 32. “İpoteka haqqında” Azərbaycan Respu blikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtini n baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə
59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsi ni ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişik lik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
34. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
35. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmama sı qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı Cavabdeh3 aid hissədə mübahisələndirildiyinə görə, məhkəmə aktı ona aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassatorun dəlilləri onun apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə eynilik təşkil edir və apellyasiya instansiyası məhkəməsi tərəfindən hər bir dəlil üzrə təhlil aparılmaqla onun dəlilləri rədd edilmiş, məhkəmənin gəldiyi nəticə tətbiq olunmalı maddi hüquq normalarına istinad edilməklə əsaslandırılmışdır (bu qərarın 25-27-ci paraqrafları).
40. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
41. Məhkəmə kollegiyası kassatorun “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə istinadla, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün məhkəmənin öz təşəbbüsü ilə qiymətləndiricidən rəy almasının qanuna zidd olması barədə dəlili ilə bağlı qeyd edir ki, əvvəla bu dəlil apellyasiya şikayətində irəli sürülməmişdir və apellyasiya baxışının predmeti olmamışdır. Bundan başqa, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mübahisə olduqda müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi nəzərədə tutulmuşdir. İş materi allarından görünür ki, ipoteka predmetinin qiymətləndirilməsi məhkəmənin təşəbbüsü ilə deyil, 19 dekabr 2013-cü il tarixli ipoteka müqaviləsnin tərəfi olan borcalanın vəsatəti əsasında həyata keçirilmişdir.
42. Bundan əlavə, Cavabdeh3 ilə bağlanmış ipoteka müqaviləsində qiymətləndiricinin rəyi əsasında ipoteka predmetinin dəyəri kimi 130000 manat müəyyən edilmişdir. Lakin “İpoteka haqqında” Qanunun 39-cu maddəsində qətnamədə bazar dəyəri deyil, likvid qiymətinin müəyyən edilməsi tələb olunur. Məhkəmə tərəfindən müəyyən olunmuş likvid qiymət isə, müqavilədə müəyyən edilmiş qiymətdən də yüksəkdir.
43. İpotekanın qiymətinin müəyyən olunması üçün məhkəmə ekspertizasının keçirilməsi barədə vəsatətin rədd olunması barədə qərardadın apellyasiya məhkəməsi tərəfindən əsaslandırılmaması barədə kassa torun dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəmə qətnaməsində qeyd etmişdir ki, «Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərində ipoteka predmetlərinin ilkin satış qiymətinin hazırki dəyərindən olduqca aşağı hesablanması ilə bağlı göstərdikləri dəlilləri əsasızdır. Çünki Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 qiymətini mübahisələndirdikləri ipoteka predmetlərinin məhkəmə qətnaməsində müəyyən edilmiş satış qiymətindən daha yüksək qiymətdə olmasını təsdiq edən sübutları apellyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərək bunu təsdiq edən hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişlər».
44. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi, məhkəmə ekspertizası təyin etməkdən imtinanın əsasını təşkil edir.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(103)-8530/2021 saylı qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.