Məhkəmə qərarları › İş №2(102)-813/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-813/2024

18.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-813/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-813/2024 (Açar sözlər: torpaq sahəsinin boşaldılması və tikilinin sökülməsi) Kateqoriya:əmlakın qanunsuz sahiblikdən geri qaytarılması, özbaşına tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması və tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 (104)-460/2023 nömrəli, 4 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 18 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Torpağa Mülkiyyət Hüququna dair JN-0637, KOD 50806028 nömrəli Dövlət Aktının surətinə əsasən, Xanlar (Göygöl) rayonu Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli 14 nömrəli qərarı ilə Xanlar rayonu Üçtəpə kənd sakini X2 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 0,12 ha torpaq sahəsi verilmişdir. 2. 4Ə-134441 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil olmuş, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X1 rayonunun Üçtəpə kəndində yerləşən Torpağa Mülkiyyət Hüququna dair JN-0637, KOD 50806028 nömrəli Dövlət Aktına əsasən mülkiyyətində olan 0,12 ha torpaq sahəsini 5000 manata İddiaçı2 satmışdır.

3. Həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı2 adına Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0.044 ha torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyul 2017-ci il tarixdə verilmiş RX nömrəli ******* saylı ********** qeydiyyat nömrəli çıxarış və 01 avqust 2019-cu il tarixli A seriyalı 394468 nömrəli Torpaq sahəsinin planı və ölçüsü, Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0,0741 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə dair isə RX nömrəli ******* saylı ********** qeydiyyat nömrəli çıxarış və xx.xx.2019-cu il tarixdə A 393503 nömrəli planı və ölçü sənədi verilmişdir.

4. Hüquqların Dövlət q eydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 may 2018-ci il tarixli RX seriyalı 129668 nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,26 ha torpaq sahəsi Cavabdeh2, X7 və X3 paylı mülkiyyətindədir.

5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16 dekabr 2022-ci il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,118 ha torpaq sahəsi Cavabdeh1 olunun xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, Göygöl rayonun Üçtəpə kəndi ərazisində xüsusi mülkiyyətində olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 3 say lı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş **********90 reyestr nömrəli 05 avqust 2019-cu il il tarixli AN 393503 nömrəli, Torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlar üzrə 1-2 nöqtə - 6,28 metr, 2-3 nöqtə 106,04 metr, 3-4 nöqtədə 7,69 metr və 4-1 nöqtədə 106,09 metr ölçülü ümümilikdə 0,0741 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin Cavabdeh1 tərəfindən qanunsuz zəbt edildiyindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş evin cavabdehin öz hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması; Göygöl rayonun Üçtəpə kəndi ərazisində xüsusi mülkiyyətində olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş **********18 reyestr nömrəli 01 avqust 2019-cu il il tarixli AN 3944 68 nömrəli, Torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən torpaq sahəsinin döngə nöqtələrinin kordinatları üzrə 1-2 nöqtə - 48,54 metr, 2-3 nöqtə 19,69 metr, 3-1 nöqtədə 44,69 metr ölçülü ümumilikdə 0,044 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi Cavabdeh2 tərəfindən qanunsuz zəbt edildiyindən çıxarılması və həmin torpaq sahəsində tikilmiş evin cavabdehin öz hesabına sökülməsi, əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırmışdır ki, torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasını təsdiq edən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, eləcə də torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Lakin mülkiyyətində olan torpaq sahəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanun suz zəbt etmişlər və kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ev inşa etmişlər. Cavabdehlərdən dəfələrlə xüsusi mülkiyyətində olan 0,0741 ha və 0,044 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən çıxmalarını və tikilmiş evlərin öz hesablarına sökülməsini tələb etsədə, heç bir nəticə əldə etməmişdir. Həmçinin Göygöl rayon Polis şöbəsinə şikayət ünvanlamış, lakin 21 fevral 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılmışdır.

8. İddiaçı2 sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli **********90 reyestr nömrəli çıxarışla, 05 avqust 2019-cu il il tarixli A 393503 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə qeyd edi lən 0,0741 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz zəbt edildiyindən onların həmin torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsində tikilmiş tikililərin (ev, yarım tikili, daş hasar, metal tor və s tikililərin ) cavabdehlərin öz hesablarına sökülməsi, əvvəlki vəziyyətinə qaytarılması və torpaq sahəsinin istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatlarında göstərmişlər ki, iddiaçının torpaq sahəsini zəbt etməyiblər. İstifadələrində olan torpaq sahəsinin iddiaçıya heç bir aidiyyətı yoxdur. Bildirmişlər ki, iddiaçı əsassız olaraq iddia qaldırmışdır və iddianın rədd edilməsini xahiş etmişlər.

10. İddiaçıya məxsus 0.0741 ha torpa q sahəsinin cavabdehlər tərəfindən istifadə edilməsi və həmin ərazidə hər hansı tikililər tikilməsinin müəyyən edilməsi üçün Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin verdiyi xx.xx.2021-ci il tarixli **********71 №-li mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2021-ci il tarixli 10/6200 nömrəli rəyində RX nömrəli ******* saylı ********** qeydiyyat nömrəli çıxarışın A 393503 nömrəli planı və ölçüsü sənədlərindən koordinatlara istinadən İddiaçı2 mülkiyyətində olan 0,0741 ha (741,0 kv.m) torpaq sahəsinin 0,0467 ha (467,0 kv.m) hissəsi Cavabdeh1, 0,0156 ha (156 kv.m) hissəsinin isə Cavabdeh2 faktiki istifadələrində olduğu, RX nömrəli ******* saylı ********** qeydiyyat nömrəli çıxarışın A 393503 nömrəli planı və ölçüsü sənədlərindən koordinatlara istinadən İddiaçı2 mülkiyyətində olan torpaq sahəsi üzərində Cavabdeh1 tərəfindən iki hissədən 8,0 metr uzunluğunda metal tor hasarın quraşdırıldığı, RX nömrəli ******* saylı ********** qeydiyyat nömrəli çıxarışın A 393503 nömrəli planı və ölçüsü sənədlərindən koordinatlara istinadən İddiaçı2 mülkiyyətində olan torpaq sahəsi üzərində Cavabdeh2 tərəfindən iki hissədən (7 metr, 6,80 metr) ibarət ümumi uzunluğu 13,80 metr olan daş hasar inşa edildiyi, RX nömrəli ******* saylı ********** qeydiyyat nömrəli çıxarışın A 393503 nömrəli planı və ölçüsü sənədlərindən koordinatlara istinadən İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinin 78.0 kv.m hissəsi üzərində Cavabdeh2 tərəfindən tikili inşa edildiyi müəyyən edilmişdir.

11. Göygöl Rayon Məhkəməsinin 2(066)-22/2022 nömrəli iş üzrə 04 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Qələmdar Abbasov) qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 tərəfindən (İddiaçı2 mülkiyyətində olan 0,0741 ha torpaq sahəsinin hüdudları daxilində) inşa edilmiş tikililərin (fərdi yaşayış evi, daş hasar, metal tor, yarım tikililər sökülərək) sökülərək, zəbt edilmiş torpaq sahəsinin İddiaçı2 istifadəsinə verilməsi; Cavabdeh2 tərəfindən (İddiaçı2 mülkiyyətində olan 0,0741 ha torpaq sahəsinin hüdudları daxilində) inşa edilmiş tikililərin (fərdi yaşayış evi, daş hasar, metal tor, yarım tikililər və s) sökülərək, zəbt edilmiş torpaq sahəsi İddiaçı2 istifadəs inə verilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı2 mülkiyyətində olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0.0741 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən daş hasar, metal torla hasarlanaraq zəbt olunmuş və müxtəlif növ tikililər tikilmiş, nəticədə mülkiyyətçinin mülkiyyət hüquqları pozulmuşdur.

13. Birinci instansiya məhkəməsi mütəxəssis və ekspert rəylərinə qiymət verib ekspertin çıxardığı nəticə ilə razılaşmış və hesab etmişdir ki, İddiaçı2 mülkiyyətində olan 0,0741 ha (741,0 kv.m) torpaq sahəsinin 0,0467 ha (467,0 kv.m) hissəsini Cavabdeh1 və 0,0156 ha (156 kv.m) hissəsini Cavabdeh2 zəbt etmişlər. Cavabdehlər Cavabdeh1 zəbt etdiyi 0,0467 ha (467,0 kv.m) torpaq sahəsindən və Cavabdeh2 zəbt etdiyi 0,0156 ha (156 kv.m) torpaq sahəsindən çıxarılmalı və özbaşına inşa etdirdikləri tikili onların öz hesabına sökülməldidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-22/2022 nömrəli iş üzrə 04 fevral 2022-ci il tarixli qətnaməsinin onlara aid hissədə ləğv edilməsi, iddia tələbinin onlara aid hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

16. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessu al hüquq normasının pozulması ilə çıxarılmışdır. Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,26 ha torpaq sahəsi 2001-ci ildə Aqrar İslahat aparılan zaman onlara vermiş və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 may 2018-ci il tarixli RX seriyalı 129668 nömrəli çıxarışla hüquqları qeydə alınmışdır. İddiaçı2 isə 2017-ci ildə Dürdanə Hüseynovadan 0,12 ha torpaq sahəsi almışdır. Həmin ərazidə Aqrar İslahat aparılan zaman Dürdanə Hüseynovanın yeri siyahıda 637, onları yeri isə 639-cu sırada olmuşdur. Belə olan halda İddiaçı2 torpaq sahəsinin zəbt edilərək tikinti işlərinin aparılması mümkünsüzdür. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsaslansa da, ekspertiza keçirilən zaman iştirakı təmin olunmamış və sərhədlər düzgün göstərilməmişdir.

17. Cavabdeh1 ap ellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış və təqdim olunmuş subutlara qiymət verməmişdir. Gəncə “ASAN xidmət” Mərkəzində notariat kontorunda 19 fevral 2016-cı il tarixdə 4Ə-427 nömrəli alqısatqı müqaviləsi bağlayaraq Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,12 ha torpaq sahəsini almış və həmin tarixdən torpaq sahəsini idarə etmişdir. Həmin ərazidə Aqrar İslahat aparılan zaman Dürdanə Hüseynovanın yeri siyahıda 637, onun yeri isə 636-cı sırada olmuşdur. Belə olan halda İddiaçı2 torpaq sahəsini zəbt edərək tikinti işlərinin aparılması mümkünsüzdür. Birinci instansiya məhkəməsi ekspert r əyinə əsaslansada, ekspertiza keçirilən zaman iştirakı təmin olunmamış və sərhədlər düzgün göstərilməmişdir.

18. Gəncə Apellyasiya Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki və torpaqşünaslıq-yerquruluşu ekspertizaları təyin edilmiş və ekspert qarşısında 20 iyul 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və 01 avqust 2019-cu il tarixli A seriyalı 394468 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında Göygöl rayonunun Üçtəpə kəndində İddiaçı2 xüsusi mülkiyyətində olan 0,044 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 may 2018-ci il tarixli RX seriyalı 129668 nömrəli çıxarış əsasında Göygöl rayonu Üçtəpə kəndində yerləşən və Cavabdeh2, X7 və X3 paylı mülkiyyət ində olan 0,26 ha torpaq sahəsi, eləcədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16 dekabr 2022-ci il tarixli ********** nömrəli çıxarış əsasında Göygöl rayonu Üçtəpə kəndində yerləşən və Cavabdeh1 olunun xüsusi mülkiyyətində olan 0,118 ha torpaq sahəsi ilə üst üstə düşüb-düşməməsini, eləcədə üst-stə düşdüyü halda hansı hissələrdə və Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda inşa etdikləri tikililərin özlərinə aid torpaqda və ya İddiaçı2 mülkiyyətində olan torpaqda olub-olmamasına dair suallar qoyulmuşdur.

19. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 8 may 2023-cü il tarixli mütəxəssis rəyinə və ona əsaslanan Az ərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2023cü il tarixli 10/3917 nömrəli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, **********18 reyestr nömrəli çıxarışa dair tərtib olunmuş A 394468 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı2 mülkiyyətində olan 440.0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, **********27 reyestr nömrəli çıxarışa dair tərtib olunmuş A 242664 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətlərində olan 2600.0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahə si üst-üstə düşmür. Cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin altında yerləşən 193.0 kv.m torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, **********27 reyestr nömrəli çıxarışa dair tərtib olunmuş A 242664 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətlərində olan 2600.0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşmir. Cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin altında yerləşən 193.0 kv.m torpaq sahəsinin 78.0 kv.m hissəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, **********90 reyestr nömrəli çıxarışa dair tərtib olunmuş A 393503 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı2 mü lkiyyətində olan 741.0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, **********18 reyestr nömrəli çıxarışa dair tərtib olunmuş A 394468 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı2 mülkiyyətində olan 440.0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********38 reyestr nömrəli çıxarışa dair tərtib olunmuş A 857128 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Cavabdeh1 mülkiyyətində olan 1180.0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üst-üstə düşmür. Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin altında yerləşən 149.0 kv.m torpaq sahəsinin 90.0 kv.m hissəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********38 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 öz mülkiyyətində olan 1180.0 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilindədir. Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin altında yerləşən 149.0 kv.m torpaq sahəsi **********90 reyestr nömrəli və **********18 reyestr nömrəli Çıxarışlara əsasən İddiaçı2 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşmir.

20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-460/2023 nömrəli mülki iş üzrə 04 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi), Ədil Məmmədov və Fikrət Mehtiyev) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edi lərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın qismən təmin edilməsi, RX seryalı 20 iyul 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və 01 avqust 2019-cu il tarixli A seriyalı 394468 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında İddiaçı2 mülkiyyətində olan və Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0,0741 ha torpaq sahəsinin 78,0 kv.m. hissəsindən Cavabdeh2 çıxarılması, zəbt edilmiş hissədə inşa etdirdiyi tikilinin onun öz vəsaiti hesabına sökülməsi, RX seriyalı 20 iyul 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və 01 avqust 2019-cu il tarixli A seriyalı 394468 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında İddiaçı2 mülkiyyətində olan və Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0,0 741 ha torpaq sahəsinin 59 kv.m. hissəsindən cavabdeh X5 çıxarılması və zəbt edilmiş hissədə inşa etdirdiyi tikilinin onun öz vəsaiti hesabına sökülməsi qət edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ekspert rəyinə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 78,0 kv.m. hissəsi Cavabdeh2 tərəfindən tutulmuş və zəbt olunmuş ərazidə onun tərəfindən tikinti işləri aparılmışdır. Cavabdeh1 münasibətdə isə yuxarıda da qeyd olunduğu kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2021-ci il tarixli 10/6200 nömrəli rəyində qeyd olunmuşdur ki, RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli çıxarış, A 393503 nömrəli planı və ölçüsü sənədlərindən koordinatlara istinadən İddiaçı2 mülkiyyətində olan 0,0741 ha (741,0 kv.m) torpaq sahəsinin 0,0467 ha (467,0 kv.m.) hissəsi Cavabdeh1 faktiki istifadəsindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2023-cü il tarixli 10/3917 nömrəli ekspert rəyində isə qeyd olunmuşdur ki, İddiaçı2 mülkiyyətində olan 440,0 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Cavabdeh1 mülkiyyətində olan 1180,0 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst-üstə düşmədiyi, Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin altında yerləşən 149,0 kv.m. torpaq sahəsinin 90,0 kv.m hissəsinin Cavabdeh1 öz mülkiyyətində olan 1180,0 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində olduğu, Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin altında yerləşən 149,0 kv.m. torpaq sahəsinin isə İddiaçı2 mülkiyyətin də olan kənd təsərrüfatı təyinatlı torpaq sərhədlərində yerləşmədiyi göstərilmişdir. Kollegiya hər iki ekspert rəyini nəzərə alaraq qeyd etmişdir ki, Cavabdeh1 inşa etdirdiyi tikilinin 59 kv.m. hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə düşür.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 152.1, 152.5, 157.4, 170.1, 170.2, 180.1, 180.2, 238.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49, 111.1, 111.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(104)-460/2023 nömrəli qətnaməsinin ləğv e dilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 qanunvericiliyə uyğun olaraq mülkiyyət hüququ əldə etsə də hal-hazırda Azərbaycan Respublikasının ƏMDX-nin DƏDK-ı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin məsul şəxsləri və Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri, onun mülkiyyət hüquqlarının pozulması ilə müşayiət olunan qətnamə qəbul etmişdir. Cavabdeh2 0,26 ha torpaq sahəsindən öz istədiyi kimi sahib olmaq, istifadə etmək hüquqları məhdudlaşmışdır. Həmin torpaq sahəsindən 22 ildən artıqdır ki, heç bir maneə olmadan həm iddiaçı, həm də cavabdeh maneəsiz istifadə etmişdir. İddiaçının torpaq sahəsi avto mobil yolunun digər tərəfindədir. Onun torpaq sahəsini zəbt etmək mümkün deyil. İddiaçını mülkiyyətində olan torpaq sahəsində sürüşmə olubsa onda avtomobil yolu onu mülkiyyətinə düşür. O, bununla bağlı məhkəməyə vəsatət verərək, qonşulara məxsus torpaq sahəsinin planı və ölçülərində qeyd edilən döngə nöttələri koordinatlar üzrə müəyyən edilməsini xahiş etmiş, əgər qonşulara məxsus torpaq sahəsinin planı və ölçülərində qeyd edilən döngə nöqtələri koordinatlar üzrə müəyyən olunanda, hamının torpaq sahəsi kartaya uyğun gələcəkdir. Belə olan halda mübahisə aradan götürülürdü. Məhkəmə qəsdən vəsatəti təmin etmədi, həmçinin münasibət bildirmədi. 25. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respu blikasının 2009-cu il 30 iyun tarixli 853-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 148 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə ərazilərin kartaları hazırlanaraq yerlərə göndərilmişdir. Həmin xəritədə yerlər üst-üstə düşduyünə görə 2016cü ildə xəritələr yerində dəyişdirildi, bələdiyyələrə yeni xəritələr və Şəhadətnamələr verildi və yerlərə bu xəritə ilə işləmət tövsiyə olundu. Bu gün ərazidə olan pay və fərdi yaşayış evlərininə aid olan torpaqlar sonuncu 2016-cü il tarixli xəritələr üzrə aparılır, heç bir sürüşmə qeydə alınmır. Azərbaycan Respublikasının ƏMDX-nin DƏDK-ı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin məsul şəxsləri, maraq dairəsində köhnə yəni 2009-cü il, maraq olmayanda 2016-cü ilin xəritəsi ilə rəy yazırlar. Onların bu qanunsuz hərəkətlərini məhkəmələr legitimləşdirirlər. Nəticədə qonşunun torpaq sahəsi avtomobil yolunu digər tərəfə sürüşməsi barədə qətnamə qət olunur, nəticədə mülkiyyət hüququ pozulur.

26. Kassasiya şikayətində həmçinin qeyd olunur ki, məhkəmənin gedişatında, mübahisəli torpaq sahəsinə yerində baxış aparılması barədə vəsatət verilsə də nə birinci instansiya, nə də apellyasiya məhkəməsinin hakimləri vəsatətə hüquqi qiymət verməmiş, hətta ərazinin bələdiyyəsinin sədrini işlə bağlı mühüm əhəmiyyət kəsb edən məlumat verilməsinə imkan verilməmişdir. Bununla da Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri işə hərtərəfli, obyektiv araşdırma aparmadan baxaraq, qərəzli, ədalətsiz qətnamə qəbul etmişdir. Bu səbəb dən kassasiya şikayətində bildirilir ki, qətnamə bir mənalı ləğv olunmalı, iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.

27. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə, Mülki Məcəllənin 152.1, 152.5, 1096-cı, Mülki Prosesual Məcəlləsinin 4.1,14.2, 77.1, 88, 416, 417.1.4, 418.1-ci maddələrinə istinad edərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi q əsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılma sı zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Apellyasiya məhkəməsinin qətnaməsi yalnız Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin cavabdehə münasibətdə iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının RX seryalı 20 iyul 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və 01 avqust 2019-cu il tarixli A seriyalı 394468 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında İddiaçı2 mülkiyyətində olan və Göygöl rayonunun Üçtəpə kəndində yerləşən 0,0741 ha torpaq sahəsinin 78,0 kv.m. hissəsindən Cavabdeh2 çıxarılması və zəbt edilmiş hissədə inşa etdirdiyi tikilinin onun öz vəsaiti hesabına sökülməsinə dair nəticəsi işin faktiki halalrına uyğun olmamış, təkrar ekspertiza zamanı iddia tələbinin predmetini təşkil edən 0,0741 ha torpaq sahəsi üzrə deyil, iddiaçının mülkiyyətində olan digər 0,044 ha torpaq sahəsi üzrə araşdırma aparılmış, iddiaçının iddia predmetini təşkil edən RX nömrəli ******* saylı ********** qeydiyyat nömrəli çıxarış və xx.xx.2019-cu il tarixdə A 393503 nömrəli planı və ölçü sənədi əsasında mülkiyyətdə olan 0,0741 ha torpaq sahəsi ilə Cavabdeh2 mülkiyyətində olan 0,26 ha torpaq sahəsinin sənəd üzrə üst-üstə düşüb-düşməməsi nə birinci instansiya məhkəməsi tərəfindən alınmış ekspert rəyinin, nə də apelyasiya instansiya məhkəməsində alınmış ekspert rəyinin araşdırma predmeti olmamış, bu barədə ekspertlər qarşısında sual qoyulmamış, nəticədə apelyasiya məhkəməsi tərəfindən bu hissədə düzgün qətnamə qəbul edilməmişdir.

40. Belə ki, iş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan 0,12 ha torpaq sahəsi 0,0741 ha və 0,044 ha olmaqla bir-birindən kənarda yerləşən iki hissədən ibarət olduğundan həmin torpaq sahələrinin hər birinə ayrıca çıxarış və torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir.

41. İddiaçı ilkin iddia ərizəsində Cavabdeh1 ona məxsus 0,0741 ha torpaq sahəsindən, Cavabdeh2 isə 0,044 ha torpaq sahəsindən çıxar ılması barədə iddia tələbi irəli sürsə də, sonradan iddia tələbini dəyişdirmiş və hər iki cavabdehin ona məxsus 0,0741 ha torpaq sahəsindən (RX nömrəli ******* saylı ********** qeydiyyat nömrəli çıxarış və xx.xx.2019-cu il tarixdə A 393503 nömrəli planı və ölçü sənədi) çıxarılmasını, həmin torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsini xahiş etmişdir.

42. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza zamanı da ekspert qarşısında məhz iddiaçıya məxsus 0,0741 ha torpaq sahəsinin zəbt edilibedilməməsi ilə bağlı suallar qoyulmuş, həmin torpaq sahəsinin Cavabdeh2 0,26 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyi araşdırılmadan iddiaçıya məxsus torpaq sahəsinin 0, 0156 ha hissəsinin cavabdeh A.Məmmədov tərəfindən zəbt edildiyi, həmçinin ona məxsus evin 78 kv.m hissəsinin iddiaçının torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir.

43. Apelyasiya məhkəməsi hər iki tərəfin mülkiyyətində olan torpaq sahələrinin üstüstə düşüb-düşmədiyini müəyyən edilməsi üçün yeni ekspertiza təyin etsə də, bu zaman yanlışlığa yol verərək ekspert qarşısında iddiaçının mübahisə predmetini təşkil edən 0,0741 ha torpaq sahəsi ilə bağlı deyil, mübahisəyə aidiyyəti olmayan digər 0,044 ha torpaq sahəsi (RX seryalı 20 iyul 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və 01 avqust 2019-cu il tarixli A seriyalı 394468 nömrəli torpaq sahəsinin planı və ölçü) ilə bağlı suallar qoymuş və təbii ki, həmin torpaq sahəsinin cavabdehlərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir.

44. Apellyasiya məhkəməsi qətnaməsinin nəticə hissəsində də eyni yanlışlıqla 0,0741 ha torpaq sahəsinin deyil, 0,044 ha torpaq sahəsinə aid olan hüquq müəyyənedici sənədlərə, yəni RX seryalı 20 iyul 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və 01 avqust 2019-cu il tarixli A seriyalı 394468 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 78 kv.m hissəsindən Cavabdeh2 çıxarılması və zəbt edilmiş hissədə inşa etdiyi tikilinin onun öz vəsaiti hesabına sökülməsini qət etmişdir.

45. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, 0,0741 ha torpaq sahəsinə dair RX nömrəli ******* saylı ********** qeydiyyat nömrəli çıxarış və xx.xx.2019-cu il tarixdə A 393503 nömrəli planı və ölçü sənədinə əsasən koordinatları ilə Cavabdeh2 0,26 ha torpaq sahəsinə dair koordinatları üst-üstə düşüb-dü şməməsinin araşdırılması iş üçün əhəmiyyətli haldır. Çünki cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları həmin torpaq sahəsinə dair sənədlərdə göstərilən koordinatlar daxilində yerləşərsə bu zaman hər hansı zəbt faktından söhbət gedə bilməz.

46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılmaması cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur.

47. Halbuki, «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiə haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

48. Hər kəsin ədalətli məhkəmə araşdırılması hüququna malikdir. Bu ifadə lazımi qaydada həyata keçirilən məhkəmə araşdırmasının bir çox aspektlərini, məsələn, məhkəməyə müraciət hüququnun, məhkəmə qərarının əsaslandırılması və sair məsələləri əhatə edir.

49. Ədalətli məhkəmə araşdırması hüququ tərəflərin bərabərliyi və işə çəkişmə prinsipi əsasında baxılması hüququnu da özündə ehtiva edir.

50. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

51. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən əsaslıdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün qanuni əsasdır.

52. Ona görə də qətnamə iddianın Cavabdeh2 münasibətdə təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş yeni baxışa göndərilməli, kassasiya şiayəti təmin edilməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 04 sentyabr 2023-cü il tarixli 2(104)-460/2023 saylı qətnaməsi qismən, iddianın Cavabdeh2 münasibətdə təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş yeni baxışa göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar