Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8133/2019 20.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçınun nümayəndəsi X4 və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2019-cu il tarixli, 2(105)1936/2019 saylı qətnaməsindən İddiaçınun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(060)-1092/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.T.Məmmə dov) İddiaçı Həşim oğlunun cavabdeh “Cavabdeh-2016” MTK və digərlərinə qarşı “iaşə obyektinin bərpa edilməsi və iaşə obyektinin yerləşdiyi torpaq sahəsinin boşaldılması” barədə iddiası qismən təmin edilərək, Sumqayıt şəhər bələdiyyə Şurasının 22 oktyabr 2004-cü il tarixli, 137 saylı protokol-qərarı ilə şəhid ailəsi İddiaçı Sumqayıt şəhəri, 5-ci mikrorayonun şimalında iaşə obyektinin tikintisi üçün ayrılmış 50 kv.metr torpaq sahəsinin cavabdeh “Cavabdeh-2016” MTK tərəfindən boşaldılması və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. İddiaçı və cavabdeh “Cavabdeh-2016” MTK ayrıayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2019-cu il tarixli, 2(105)1936/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, A.Ə.Abbasov və T.Q.Məmmədov) cavabdeh “Cavabdeh-2016” MTK apellyasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt şəhər məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia ərizəsi rədd olunub və İddiaçı apellyasiya şikayəti təmin edilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə və üçüncü şəxsə qarşı “iaşə obyektinin bərpa edilməsi və iaşə obyektinin yerləşdiyi torpaq sahəsinin boşaldılması” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, Sumqayıt şəhər bələdiyyə Şurasının 22 oktyabr 2004-cü il tarixli, 137 saylı protokol-qərarı ilə şəhid ailəsi olaraq ona Sumqayıt şəhəri, 5-ci mikrorayonun şimalında iaşə obyektinin tikintisi üçün 50 k v.metr torpaq sahəsi ayrılıb. Ayrılmış torpaq sahəsində inşaat işlərinin görülməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 27 aprel 2005-ci il tarixdə “İnşaat pasportu” hazırlanıb. O, ailə üzvlərinin köməkliyi ilə ayrılmış torpaq sahəsində iaşə obyekti tikib və ərazidə abadlıq işləri görüb. İaşə obyektinin hesabına ailəsini dolandırıb. Sumqayıt Dənizkənarı Bulvarın tikintisi ilə əlaqədar olaraq iaşə obyektini orada çalışan işçilərin istifadəsi üçün kirayəyə verib. İaşə obyektinin işləmədiyini görən cavabdeh “Cavabdeh-2016” MTK obyekti uçurub və yerində hündürmərtəbəli ev inşa etməyə başlayıb. Məsələ ilə əlaqədar olaraq “Cavabdeh-2016” MTK rəhbərliyinə müraciət edərək hansı əsasla ailəsinə verilən iaşə obyektini uçuraraq torpaq sahəsində ev inşa e tdiyini soruşduqda ona bildiriblər ki, “şəhid ailəsini tanımır və hara istəyirsən şikayət et”. Bundan sonra məsələyə aydınlıq gətirilməsi üçün aidiyyəti orqanlara müraciət edib, lakin cavabdeh “Cavabdeh-2016” MTK torpaq sahəsində tikilmiş iaşə obyektini bərpa etmək və torpaq sahəsini boşaltmaq istəmir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı nümayəndəsi X və vəkili X1 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı, cavabdeh “Cavabdeh-2016” MTK, üçüncü şəxslər Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzürsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi mər uzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edərkən, iddiaçıya ayrılmış 50 kv.metr torpaq sahəsi ilə cavabdeh “Cavabdeh-2016” MTK ayrılmış 0,4 ha torpaq sahəsinin üstüstə düşməsinə, iddiaçı, ona məxsus iaşə obyektinin cavabdeh “Cavabdeh-2016” MTK tərəfindən söküldüyünü iddia etsə də, bunu təsdiq edəcək hər hansı mötəbər və legitim sübutları məhkəməyə təqdim etməməsinə, 0,4 ha torpaq sahəsinin cavabdeh “Cavabdeh-2016” MTK qanuni əsaslarla ayrılmasına, sonuncunun torpaq sahəsini özbaşına tutması halı təsdiq edilmədiyi üçün birinci instansiya məhkəməsinin iddianı təmin edərkən Torpaq Məcəlləsinin 111ci maddəsinə istinad etməkdə haqlı olmamasına, cavabdeh “Cavabdeh-2016” MTK torpaq sahəsinin ayrılmasına dair sənədlərin qüvvədə olmaqla məhkəmə qaydasında mübahisələndirilməməsinə, artıq sözügedən torpaq sahəsində inşa edilmiş binalarda mənzil satışının həyata keçirilməsinə, vətəndaşların pay haqqlarını ödəməklə həmin binalarda olan mənzillərə mülkiyyət hüququ əld ə etmələrinə, iddianın təmin edilməsinin həmin binalarda mənzil almış şəxslərin hüquqlarının pozulmasına gətirib çıxaracağına istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 178.8-ci maddəsinin, Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları, tam, hərtərəfli və obyektiv araşdırmayıb. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı, şəhid ailəsinin üzvüdür. Belə ki, onun qardaşı X2 Sumqayıt şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb və 04 oktyabr 1992-ci ildə Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Sumqayıt şəhər bələdiyyə Şurasının 22 oktyabr 2004-ci il tarixli, 137-saylı protokol-qərarı ilə şəhid ailəsinin üzvü kimi İddiaçı “iaşə obyektinin tikintisi-quraşdırılması üçün” Sumqayıt şəhəri, 5-ci mikrorayonun şimalında yerləşən ərazidən 50 kv.metr torpaq sahəsi ayrılıb və ayrılmış torpaq sahəsinə dair İddiaçı adına 27 aprel 2005-ci il tarixli, 146 saylı “İnşaat pasportu” tərtib edilib verilib. Eləcə də Sumqayıt şəhər İHB-nın 02 sentyabr 2009-cu il tarixli, 226 saylı sərəncamına əsasən şəhid ailəsinin üzvü kimi İddiaçı ayrılmış torpaq sahəsində təqdim edilmiş “İnşaat pasportu”na və layihəyə uyğun olaraq iaşə obyektinin tikint isinə-quraşdırılmasına icazə verilib. Həmçinin apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt şəhər İHBnın 16 sentyabr 2016-cı il tarixli, 251-saylı sərəncamına əsasən “Cavabdeh-2016” MTK “çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədilə” Sumqayıt şəhəri, Bulvar ərazisindən 0,4 ha torpaq sahəsi ayrılıb və ayrılmış torpaq sahəsinə dair “Cavabdeh2016” MTK adına 27 aprel 2005-ci il tarixli, 146 saylı “İnşaat pasportu” tərtib edilib verilib. Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2018-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 5-ci mikrorayonun şimalında yerləşən Sumqayıt şəhər bələdiyyə Şurasının 22 oktyabr 2004-cü il tarixli, 137-saylı protokol-qərarına əsasən İddiaçı “iaşə xidməti obyektinin tikintisi və quraşdırılması məqsədi ilə ayrılmış 50 kv.metr torpaq sahəsi ilə Sumqayıt şəhər İHB-nın 16 sentyabr 2016-cı il tarixli, 251-saylı sərəncamına əsasən “Cavabdeh-2016” MTK çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədi ilə Sumqayıt şəhəri, Bulvar ərazisindən ayrılmış 0,4 ha torpaq sahəsinin bütövlükdə üst-üstə düşdüyü müəyyən edilir. Göründüyü kimi mübahisəli 50 kv.metr torpaq sahəsinin qanuni əsaslarla ictimai iaşə obyektinin tikintisi və quraşdırılması üçün iddiaçının istifadəsinə, 0,4 ha torpaq sahəsinin isə çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün “Cavabdeh-2016” MTK istifadəsinə verilməsi, həmin torpaq sahələrinin üst-üstə düşməsi işin mübahisə olunmayan hallarıdır. Cavabdeh tərəf özü də bu halları inkar etmir və torpaq sahələrinin üst-üstə düşməs i ekspertin rəyi ilə də təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1, 158.1.2, 158.2-ci maddələrinin mənasına görə, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsində göstərilir ki, mülkiyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan RespublikasıAli Məhkəməsi Mülki Kollegiyasının02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan RespublikasıKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında göstərilir ki, daş ınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Sadalanan maddələrin tələblərindən də göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələr ə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətlənd irilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, bələdiyyənin mülkiyyətində olan qanuni əsaslarla iddiaçının istifadəsinə verilmiş 50 kv.metr torpaq sahəsinin Sumqayıt şəhər İHB-nın sərəncamı ilə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisi üçün “Cavabdeh-2016” MTK istifadəsinə ayrılmasına, Sumqayıt şəhər İcra Hakimiyyətinin özünə aid olmayan torpaq sahəsi üzərində sərəncam verməsinə, məhz “Cavabdeh-2016” MTK tərəfindən həmin arazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinin v ə tikintisinin həyata keçirilməsinə və mübahisəli torpaq sahəsinin qanuni istifadəçisi kimi iddiaçının cavabdeh “Cavabdeh-2016” MTK qanunsuz sahibliyindən öz 50 kv.metr torpaq sahəsini geri tələb etməkdə haqlı olmasına əhəmiyyət vermədən və iddiaçının cavabdehə və digər şəxslərə qarşı iddia tələblərinin sökülmüş iaşə obyektinin bərpa edilməsindən və iaşə obyektinin yerləşdiyi torpaq sahəsinin boşaldılmasından ibarət olmasını nəzərə almadan, iddiaçıya məxsus iaşə obyektinin cavabdeh “Cavabdeh-2016” MTK tərəfindən sökülməməsi və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün iddiaçının məhkəməyə heç bir mötəbər və legitim sübutlar təqdim etməməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Halbuki, mübahisəli 50 kv.metr torpaq sahəsinin ilk gündən “Cavabdeh2016” MTK fa ktiki sahibliyində olması və sonuncunun orada tikinti işləri aparması işin mübahisə olunmayan hallarıdır. Apellyasiya instansiyası məhkəməsi bir tərəfdən iddiaçının qanuni istifadəsində olmuş 50 kv.metr torpaq sahəsinin “Cavabdeh-2016” MTK sahibliyində olmasını qeyd etdiyi halda, digər tərəfdən iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim etməməsini göstərməklə işin halları barədə ziddiyyətli nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsində göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsində göstərilir ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisəli torpaq sahəsinin cavabdeh “Cavabdeh-2016” MTK ayrılmasına dair sənədlərin qüvvədə olmaqla məhkəmə qaydasında mübahisələndirilməməsi, eləcə də həmin torpaq sahəsində inşa edilmiş binalarda artıq mənzil satışının həyata keçirilməsi, vətəndaşların pay haqqlarını ödəməklə həmin binalarda olan mənzillərə mülkiyyət hüququ əldə etmələri və sair hallar iddia tələblərinin sözsüz rədd edilməsi üçün əsas ola bilməz. Çünki Mülki Məcəllənin 21.2-ci maddəsinin mənasına görə, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması da real zərərin tərkibini təşkil edir. Zərərin əvəzinin ödənilməsi üsulları isə Mülki Mə cəllənin 1115-ci maddəsinin tələbləri ilə tənzimlənir. Həmin maddədə zərərin əvəzinin ödənilməsinin iki üsulu fərqləndirilir. Birincisi, zərərin əvəzinin naturada ödənilməsi; ikincisi, vurulmuş zərərin əvəzinin ödənilməsi. Zərərin əvəzinin naturada ödənilməsi halında zərərvurmuş şəxs zərərin əvəzini zərər vurulmuş əmlakın əvəzinə eyni növlü, eyni keyfiyyətli əmlak vermək və ya zədələnmiş əmlakı təmir etməklə əvvəlki vəziyyətini bərpa etmək yolu ilə ödəyir. Vurulmuş zərərin əvəzinin ödənilməsi halında vurulmuş zərərin əvəzi pulla ödənilir. Vurulmuş zərərin əvəzinin ödənilməsi üçün vurulmuş zərərin nəticələrini aradan qaldıraraq və zərərçəkmiş şəxsin məruz qaldığı itkinin bərpası üçün lazım olan məbləğ müəyyənləşdirilir və zərərçəkmişə ödənilir. Hər bir halda vurulmuş zərərin əvəzinin ödənil məsi üsulları tətbiq edilərkən işin halları nəzərə alınmalıdır. Ona görə də kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, iddiaçının qanuni istifadəsində olmuş 50 kv.metr torpaq sahəsində “Cavabdeh-2016” MTK tərəfindən çoxmərtəbəli yaşayış binasının inşa edilməsi mülki iş materialları ilə istisna edilmədiyindən və həmin torpaq sahəsində iddiaçıya məxsus iaşə obyektinin yenidən bərpa edilməsi və iaşə obyektinin yerləşdiyi torpaq sahəsinin “Cavabdeh-2016” MTK tərəfindən boşaldılması qeyrimümkün olduğundan, işə yenidən apellyasiya qaydasında baxılarkən şəhid ailəsinin üzvü kimi iddiaçının tələblərinin əsaslılığına zərərin əvəzinin naturada ödənilməsi və ya vurulmuş zərərin əvəzinin ödənilməsi qaydasında hüquqi qiymət verilməsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyas ının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsində də təsbit edilib göstərilib. Həmin maddənin mənasına görə, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli və onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunmuşdur. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını nəzərə alıb, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini əsas tutub, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib h esab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçınun kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2019-cu il tarixli, 2(105)-1936/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8133/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8133/2019
20.12.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver