Məhkəmə qərarları › İş №2(102)-814/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-814/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-814/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli, 2(103)1525/2021 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(00 4)-67/2020 saylı 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 14.08.2017-ci il tarixli, RBSB6327 RES RES saylı Baş kredit müqaviləsinə 1 saylı 06.11.2018-ci il tarixli əlavə razılaşma üzrə 103.212,62 manat əsas borc, 17.064,49 manat faiz borcu, 4500 manat cərimə borcu olmaqla cəmi 124777,11 (yüz iyirmi dörd min yeddi yüz yetmiş yeddi manat on bir qəpik) manat borc, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat rüsum və iddia verilməsi üçün məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsində yerləşən 4 otaqlı 105,7 kv.m. yaşayış sahəsi, 95 kv.m. yardımçı sahəsi, 12.2 kv. m. zirzəmisi olan 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiyməti 210.000 (iki yüz on min) manat dəyərində qiymətləndirilməklə, açıq hərracda satılması, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, əmlakın satışından artıq qalan vəsait Cavabdeh2 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(103)-1525/2021 nömrəli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(004)-67/2020 nömrəli qətnaməsi cavabdehdən faiz borcunun tutulması hissəsində və ipoteka predmeti o lan daşınmaz əmlakın ilkin satış qiymətinin hissəsində dəyişdirilmiş, faiz borcu 26697,66 manat müəyyən edilərək, Cavabdeh1 103.212,62 manat əsas borc, 26697,66 manat faiz borcu, 4500 manat cərimə borcu olmaqla cəmi 134410,28 (yüz otuz dörd min dörd yüz on manat iyirmi səkkiz qəpik) manat borc, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat rüsum və iddia verilməsi üçün məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumun İddiaçı ASC-nin xeyrinə tutulmuş, Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsində yerləşən 4 otaqlı 105,7 kv.m. yaşayış sahəsi, 95 kv.m. yardımçı sahəsi, 12.2 kv.m. zirzəmisi olan 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmetinin likvid qiyməti 208.000 (iki yüz səkkiz min) manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ASC və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(103)-1525/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(102)-814/2022 nömrəli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuş məktubda, Bakı Apellyasiya Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(103)-1525/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Bakı Ap ellyasiya Məhkəməsinə qaytarılmasını xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya bax ışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İşin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2(102)-814/2022 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar