Məhkəmə qərarları › İş №2(102)-814/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-814/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-814/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): müqavilə öhdəliyindən irəli gələn mübahisələr (öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi - real zərər), ödənilmiş təhsil xərclərinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6506/2024 nömrəli iş üzrə 6 dek abr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 29 mart 2021-ci il tarixli F-119 nömrəli əmri ilə Böyük Britaniya, “London School of Economics” ali təhsil müəssisəsində “mühasibat uçotu, təşkilatlar və institutlar” ixtisasi magistratura səviyyəsində təhsil almaq hüququ qazanmış Cavabdeh Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından xaric edilmişdir.

2. Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 saylı sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbayc an Respublikası Prezident Administrasiyasının xx.xx.2013-cü il tarixli, 2/900 nömrəli məktubuna əsasən Cavabdeh Təhsil üzrə Komissiyanın xx.xx.2013-cü il tarixli, 835 saylı əmri ilə Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısına daxil edilmişdir.

3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Cavabdeh arasında 27 sentyabr 2013-cü il tarixdə 1 il müddətinə bağlanmış müqavilənin predmeti Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 saylı sərəncamı ilə “2007-2015ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın reallaşması zamanı tərəflər arasında yaranan münasibətlərdir. 4. 26 aprel 2024-cü il tarixli hesabatdan görünür ki, yaşayış xərci xx.xx.2013-cü il tarixdə 13323,24 manat şəxsi hesaba, təhsil haqqı xx.xx.2013-c ü il tarixdə 28212,31 manat ali təhsil müəssisəsinin hesabına, yol xərci xx.xx.2013-cü il tarixdə 213,51 manat şəxsi, xx.xx.2014-cü il tarixdə 566 manat "xxxx" MMC-nin hesabına köçürülmüşdür.

5. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə 23 may 2019-cu il tarixdə ərizə ünvanlayaraq 2013-cü ildə Dövlət Proqramı çərçivəsində London İqtisad Məktəbinin “mühasibat uçotu, təşkilatlar və institutlar” ixtisasi üzrə magistratura təhsil səviyyəsinə qəbul olunduğunu, təhsilini 1 il ərzində oxusa da, şəxsi məsələləri ilə əlaqədar olaraq son kəsr fənnini yenidən götürə bilmədiyini qeyd edərək universitet tərəfindən göstərilən səbəbdən diplom almasa da, transkriptini təqdim etmiş və təhsili üçün çəkilən xərclərin geri qaytarılmamasında köməklik göstərilməsini xahiş etmiş, Cavabdeh ərizəs i 24 may 2019-cu il tarixdə qeydiyyata alınmışdır.

6. Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nazirinə ünvanlamış 12 iyul 2019-cu il tarixli müraciətində qeyd olunmuşdur ki, Cavabdeh və digərləri Təhsil Nazirliyi ilə imzaladıqları müqavilənin 2.3.5-ci bəndini pozaraq akademik müvəffəqiyyətsizlik göstərmiş və təhsillərini başa vura bilməmişlər. Hər 4 tələbənin adının Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından çıxarılmasını və onların təhsilinin maliyyələşdirilməsi üçün dövlət tərəfindən çəkilmiş vəsaiti geri qaytarmalarını təmin etmək üçün müvafiq tədbirlərin görülməsini məqsədəuyğundur və bu haqda əmrin hazırlanmasını təklif edir.

7. Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin Azərbaycan Respublikası Elm və Təhsil Naz irliyinin nazirinə ünvanlamış 30 noyabr 2020-ci il tarixli xidməti məlumatda Cavabdeh xx.xx.2013-cü il tarixli Təhsil Nazirliyi ilə imzaladığı müqaviləyə xitam verilməsi, Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından çıxarılması və onların təhsilinin maliyyələşdirilməsi üçün dövlət tərəfindən çəkilmiş vəsaiti geri qaytarmalarını təmin etmək üçün Nazirliyin Hüquq Şöbəsi tərəfindən müvafiq tədbirləin görülməsi məqsədəuyğun hesab olunmuş və bu haqda əmrin hazırlanması təklif edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh İddiaçı xeyrinə 427 02,96 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd olunmuşdur ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, Təhsil Nazirliyi ilə iş üzrə Cavabdeh arasında xx.xx.2013-cü ildə müqavilə bağlanmış və onun adı təhsil nazirinin xx.xx.2013-cü il tarixli, 835 saylı əmri ilə Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtlərinə görə cavabdeh Böyük Britaniya, London School of Economics ali təhsil müəssisəsində “mühasibat uçotu, təşkilatlar və institutlar” ixtisasi (magistratura) üzrə 2013-2014-cü tədris illəri üzrə təhsilin təşkili ilə bağlı onun hesabına 42702,96 manat vəsait ödənmişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq, akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini başa vura bilməmiş və Nazirliyin xx.xx.2021-ci il tarixli, F-119 saylı əmri ilə Dövlət Proqramından xaric edilmişdir. Tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilənin 2.3.6-cı bəndinə əsasən tədris müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarının yerinə yetirilməsi təqaüdçünün əsas öhdəliyi kimi qəbul edilmişdir. Bağlanmış müqavilənin 5.2-ci bəndində qeyd edilir ki, təhsil alan üzrsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilmiş bütün xərcləri həmin Nazirliyə 2 aydan gec olmayaraq qaytarmalıdır. Müqavilənin 2.2.4-cü bəndinə uyğun olaraq təhsil alan tərəfindən bu Müqavilən in şərtləri pozulduqda, çəkilən xərclərin qaytarılması məqsədi ilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək Nazirliyin hüququdur.

10. Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 ərizə ilə müraciət edərək, hazırkı tələb üzrə iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1831/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia rədd edilmiş, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilmişdir.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2013-cü il tarixli müqavilənin predmeti Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 saylı sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın reallaşması zamanı tərəflər arasında yaranan münasibətlərdir. Cavabdeh Təhsil üzrə Komissiyanın xx.xx.2013-cü il tarixli, 835 saylı əmri ilə Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısına daxil edilmişdir. Müqavilənin müddəti isə 2014-cü il tarixdə bitsə də, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 29 mart 2021-ci il tarixli F-119 nömrəli əmri ilə Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından xaric edilmişdir. Bundan əlavə, Cavabdeh 23 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə email vasitəsilə ərizə ünva nlayaraq bildirmişdir ki, təhsilini 1 il ərzində oxusa da, şəxsi məsələləri ilə əlaqədar olaraq son kəsr fənni yenidən götürə bilməmişdir. Universitet tərəfindən qeyd olunan səbəbdən diplom almasa da, transkriptini Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim etmiş və təhsili üçün çəkilən xərclərin geri qaytarılmamasında köməklik göstərilməsini xahiş etmişdir. Onun müraciəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində 24 may 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bununla bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nazirinə tədbir görülməsi üçün 30 noyabr 2020-ci il tarixli xidməti məlumat verilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, Elm və Təhsil Nazirliyi hüququnun pozulmasını təhsil ili bitdikdən sonra bilməli idi. Qəbul edilsə ki, Təhsil Nazirliyi təhsi l ili bitəndən sonra tələbənin təhsilinin bitib-bitməməsi, bu barədə müvafiq diplom alıb-almaması barədə məlumatı olmasa belə, Cavabdeh 23 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə e-mail vasitəsilə ərizə ünvanlamışdır. Göründüyü kimi, ən azından iddiaçı tərəfin 23 may 2019-cu ildən cavabdehin müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi barədə məlumatı vardır. Lakin qeyd olunanlara baxmayaraq iddiaçı Elm və Təhsil Nazirliyi yalnız xx.xx.2024-cü il tarixdə Lerik Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. Məhkəməyə 29 aprel 2024-cü il tarixdə müraciət edilməklə müqavilələr üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. 14. “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2013-cü il tarixli müqa vilədən irəli gələn öhdəliklərin icra müddəti 1 il müəyyənləşdirilmiş, bundan sonra iddiaçı tərəf hər hansı hüquqi prosedur həyata keçirməmiş, müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımının başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini hər hansı üzrlü səbəb olmadan keçirmişdir. Cavabdeh tərəf isə hazırkı mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Odur ki, iddia tələbi rədd edilməlidir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2, 377.2, 385.1, 390.1 və 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəmə sinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 5 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəm əsində icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia ərizəsi ilə analoji məzmunda əsaslandırılmışdır.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6506/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində müəyyən edilmiş “öhdəlik anlayışı”na uyğun olaraq, iddiaçı (kreditor) təhsilə çəkilmiş xərcin əvəzinin ödənilməsini cavabdehdən (borcludan) tələb edə bilər. Lakin iddia müddəti ötürülüb. Belə ki, iddiaçının həmin tələbi müqavilədən əmələ gəldiyinə görə müqavilə tələbi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Cavabdeh üç illik iddia müddətinin keçdiyini bildirərək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İddiaçı buna etiraz etmiş, iddia müddətinin keçmədiyini bildirmişdir. İddiaçı etirazını belə əsaslandırmışdır ki, müqavilənin 5.2-ci bəndinə görə, təhsil alan üzrsüz hesab edilən səbəblərə görə təhsil proqramından çıxarıldıqda, təhsilinə çəkilmiş bütün xərcləri 2 aydan gec olmayaraq qaytarmalıdır. Cavabdehin adı xaricdə dövlət proqramı çərçivəsində təhsil alanların siyahısında n iddiaçının xx.xx.2021-ci il tarixli əmri ilə xaric edilmişdir. Ona görə də, iddia müddətinin axımı əmrin verildiyi tarixdən hesablanmalıdır. İddia ərizəsi isə həmin əmrin verildiyi tarixdən hesablanmaqla 3 il bitməmiş – xx.xx.2024-cü ildə verilmişdir.

20. Məhkəmə hesab etmişdir ki, iddiaçının etirazı qanuna uyğun deyil. Birinci, iddiaçının istinad etdiyi şərt onun özünün məhkəməyə təqdim etdiyi müqavilədə nəzərdə tutulmayıb. İkinci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2008-ci il tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”nın 5.4-cü bəndinə görə, təqaüdçü Komissiya tərəfindən üzrsüz hesab edilən səbəblərə görə təhsil proqramından çıxarıldığı və ya müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirm ədiyi hallarda, müqavilədə nəzərdə tutulmuş müddət ərzində onun təhsilinə sərf edilmiş bütün vəsaitləri qaytarmalıdır. Göründüyü kimi, Qaydalara görə, təhsil alanın təhsilə sərf edilmiş vəsaiti qaytarmaq vəzifəsi iki haldan biri baş verdikdə yaranır: - Birinci, təhsil proqramından çıxarıldıqda; - İkinci, müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədikdə.

21. Məhkəmə qeyd etmişdir, iki haldan hansı biri daha əvvəl baş veribsə, vəsaiti qaytarmaq vəzifəsi (öhdəliyi) həmin andan yaranır. İddia müddətinin axımı isə öhdəliyin icrası müddəti bitdikdən sonra başlayır. Müqavilədə bu müddət müəyyən edilməmişdir. Buna baxmayaraq, iddiaçı həmin müddətin 2 ay olduğunu bildirmiş, cavabdeh isə etiraz etməmişdir. Ona görə də, hesab olunur ki, öhdəliyin icrası müddəti 2 aydır.

22. Məhkəmə hesab etmişdir ki, ikinci hal daha əvvəl baş vermişdir. Belə ki, cavabdeh xx.xx.2019-cu il tarixli ərizə ilə iddiaçıya məlumat vermişdir ki, şəxsi məsələlərə görə təhsilini başa çatdıra bilmir. O, həmin ərizədə həm də xahiş etmişdir ki, təhsil üçün çəkilən xərcin əvəzi ondan tutulmasın. Ərizə xx.xx.2019-cu ildə iddiaçı tərəfindən qeydiyyata alınmışdır. İddiaçının aparat rəhbəri xx.xx.2019-cu il tarixdə Təhsil Nazirinə xidməti məlumat ünvanlamış, xidməti məlumatda qeyd olunmuşdur ki, cavabdeh müqavilənin 2.3.5-ci bəndinin tələbini pozaraq akademik müvəffəqiyyətsizlik göstərmiş və təhsilini başa vura bilməmişdir. Xidməti məlumata bu faktı təsdiq edən sənədlər əlavə olunmuşdur. Xidməti məlumatda bildirilmişdir ki, iddiaçının adının dövlət proqramı çərçivəsində təhsil alanların siyahısından çıxarıl ması və təhsilə çəkilmiş vəsaitin geri qaytarılması üçün tədbir görülməsi məqsədəuyğun hesab edilir və bu barədə əmrin hazırlanması təklif edilir. Bununla da cavabdehin öhdəliyinin icrası müddətinin (2 ayın) axımı xx.xx.2019-cu ildən başlamış və xx.xx.2019-cu ildə həmin müddət bitmişdir. xx.xx.2019-cu ildən isə 3 illik iddia müddətinin axımı başlamış və həmin müddət xx.xx.2022-ci ildə bitmişdir. İddia isə iddia müddəti bitdikdən 1 il 6 ay sonra - xx.xx.2024-cü ildə verilmişdir.

23. Mülki Məcəllənin 377.1-ci maddəsində iddia müddətinin axımının başlanma ana belə müəyyən olunmuşdur: “İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır”. İddiaçı hüququnun pozulduğunu əmrin verildiyi gün deyil, cavabdehin ərizəsinin Təhsil Nazirliyində qeydə alın dığı və bu barədə xidmətin məlumatın tərtib olunduğu vaxtdan 2 ay sonra bilmişdir, çünki cavabdehin vəsaiti qaytarmaq öhdəliyinin icrası müddəti həmin zaman bitmişdir. Əmr xidməti məlumatdan 1 il 8 ay sonra verilmişdir. Əmrin vaxtında verilməməsinə görə iddiaçının özü məsuliyyət daşıyır. Əmrin daha gec (məsələn, 10 il sonra) verilməsi və ya ümumiyyətlə verilməməsi mümkündür. Odur ki, əmrin verilmə tarixi iddia müddətinin hesablanmasında cavabdehin əleyhinə istifadə oluna bilməz. Beləliklə, iddia müddəti keçmiş, cavabdeh isə müddətin tətbiqi barədə ərizə vermişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Ona görə də birinci instansiya məhkəməs i iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir.

24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 və 377.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, nazirlik cavabdehin müqaviləyə uyğun olaraq, onun təhsilinin təşkili ilə bağlı ödənilmiş vəsaiti geri qaytaracağını hesab etmişdir. Lakin vəsait qaytarılmadığından ona rəsmi şəkildə müraciət edilərək pulun qaytarılması tələb edilmişdir. Cavabdehə sonun cu müraciətdən sonra nazirlik hesab etmişdir ki, qarşı tərəf iddiaçının müqavilə üzrə ödənilmiş xərclərin geri qaytarılması barədə tələb hüququnu pozur və cavabdehin ödənilmiş vəsaiti geri qaytarmaq niyyəti yoxdur. Nazirlik ondan sonra mübahisənin məhkəmə qaydasında həll edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə müddətin tətbiqi ilə bağlı ərizəyə qiymət verərkən iddiaçıya qarşı öz qərəzini buruzə vermis, ərizəni cavabdehin xeyrinə şərh etmişdir. Belə ki, məhkəmə iddiaçının cavabdehə ünvanladığı sonuncu müraciətinə hüquqi qiymət vermədən, müddətin hesablanmasını cavabdehin Dövlət Proqramından xaric edilməsi barədə müraciətin edildiyi tarixdən hesablanmalı olmasına qeyd etmişdir. Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozduğuna, tərəflər arasında bağlanmış müqavilənin qüvvədə ol masına və tərəflərin öhdəliklərinə xitam verilmədiyinə məhkəmə hüquqi qiymət verməmiş, təqdim olunmuş sənədlərə hüquqi qiymət vermədən mülki qanunvericilik normalarını yanlış tətbiq etməklə iddia tələbini təmin etməmişdir. Belə ki, məhkəmə iddia müddətini tətbiq edərkən, xəbardarlıq məktubunun cavabdehə göndərildiyi tarixi əsas götürməli idi. Çünki xəbardarlıq məktubundan sonra, tələb olunan vəsaitin cavabdehin qaytarmaq fikri olmadığı məlum olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

29. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

30. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarı

34. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfi ndən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 5 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarı

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesa b etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarı

36. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarını n pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı

37. Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təm in edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müv afiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

50. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmiş, iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasına dair düzgün nəticəyə gəlmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

51. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdı rılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instans iyası məhkəməsi yeni sübut qəbul etmir.

1. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfi ndən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-6506/2024 nömrəli iş üzrə 6 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar