Məhkəmə qərarları › İş №2(102)-8145/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8145/2019

20.12.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8145/2019 20.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçı Azərbaycan Respublikasının ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin nümayəndəsi X3, vəkili X2 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli, 2(105)-3030/2019 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(012)-1519/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim H.Y.Əhmədov) iddiaçı Azərbaycan Respublikasının ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin Cavabdeh qarşı “kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş əsaslı tikilinin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” barədə iddiası rədd edilib. İddiaçı təşkilat qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli, 2(105)-3030/2019 saylı qətnaməsi ilə (hakimlər S.A.Qafari sədrlik edən, məruzəçi, L.M.Məmmədova və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin ed ilmədən, iş üzrə Abşeron rayon məhkəməsinin 15 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş əsaslı tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, Agentliyin müfəttişləri tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin istifadə vəziyyəti ilə bağlı 27 sentyabr 2018-ci il tarixdə monitorinq keçirilib. Monitorinq zamanı müəyyən edilib ki, cavabdehə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində xüsusi m ülkiyyət hüququ ilə məxsus olan 0,09 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 280 kv.metr ölçüdə əsaslı tikinti işləri aparıb. Agentlik tərəfindən monitorinqin nəticələrinə uyğun olaraq akt tərtib edilib. Reyestr Xidməti tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,09 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ 28 sentyabr 2017-ci il tarixdə dövlət qeydiyyatına alınıb və bu barədə onun adına “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarış verilib. Agentliyin müfəttişlərinə monitorinq zamanı torpaq sahəsində inşa edilmiş tikiliyə dair hüquq müəyyənedici sənəd təqdim edilməyib. Cavabdeh tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədli təyinatı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər pozulub və to rpaq sahəsində əsaslı tikinti işləri aparılıb. Kənd təsərrüfatı təyinatlı torpaqlar məskunlaşma sistemi ilə əhatə olunmayan ərazilər olduğundan belə torpaqlarda əsaslı tikinti işlərinin aparılmasına qanunvericiliklə yol verilmir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Ka ssasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin nümayəndəsi X və vəkili X1 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tə ləblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddia ərizəsinin əsassız olmasına, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı təşkilat tərəfindən tərtib edilmiş 27 sentyabr 2018-ci il tarixli akta əsasən, Abşeron rayonu, Saray qəsəbəsi əra zisində yerləşən cavabdehin mülkiyyətində olan 0,09 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində kateqoriyası dəyişdirilmədən əsaslı tikinti işləri aparılıb. Tikintinin ümumi sahəsi 280 kv.metr təşkil edir. 28 sentyabr 2017-ci il tarixli “hüquqların dövlət qeydiyyatı” haqqında Çıxarışa əsasən, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,09 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respubl ikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasından ibarətdir. Hazırda iddiaçı təşkilat kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş əsaslı tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasını iddia edir. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə əsasən, Agentliyin- dövlət və özəlləşdirilən müəssisələrə məxsus torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyətı orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq; torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaqların hüquqi rejiminə, kateqoriyasına və məqsədli təyinatına uyğun istifadə edilməsinə nəzarət etmək; torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; fəaliyyət istiqamətləri üzrə torpaq haqqında qanunvericiliyinin tələblərini pozan şəxsləri inzibati məsuliyyətə cəlb etmək; inzibati işlərə baxmaq və həmin şəxslər barəsində inzibati tədbirlər görmək; torpaq qanunvericiliyinin pozulması ilə əlaqədar olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin, habelə digər fiziki və hüquqi şəxslərin vurduqları ziyanın ödənilməsindən imtina edildikdə, məhkəmədə iddia qaldırmaq və sair vəzifələri vardır. Apellyasiya instansiya sı məhkəməsi sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, hazırki mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ- hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictima i münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 20 08-ci il tarixli qərarı). Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən, bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimlənmə haqqında” Azərbaycan Respublikasının 29 iyun 2012-ci il tarixli, 392-İVQ saylı Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci il tarixli, 695 saylı Fərmanının 4.10-cü bəndinə əsasən, həmin Məcəllənin 95.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası nın Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Göründüyü kimi qanunverici, Agentliyə torpaqlardan təyinatına uyğun istifadə ilə bağlı dövlət nəzarətini həyata keçirmək, bu sahədə qanunvericiliyin tələbini pozan subyektlərin inzibati məsuliyyətə cəlb edilməsi yönümündə vəzifələr müəyyən etsə də, ona xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaqlarda aparılmış qanunsuz tikililərin sökülməsinə dair məhkəmədə iddia qaldırmaq səlahiyyəti verməmişdir. Yəni qanunverici subyektiv hüququn tərkib elementi kimi bir sıra hallarla Agentliyə başqa (borclu) şəxslərdən tələb etmək hüququ versə də, konkret olaraq xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaqda inşa edilmiş tikilinin sökülməsi barədə məhkəmədə iddia tələbi ilə çıxış etmək barədə hüquqi ixtiyar verməmişdir. Bu hüquq m övcud vəziyyətdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə məxsusdur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də kassasiya instanasiyası məhkəməsi belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapm adığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının ƏMDK yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin kassasiya şikayətitəmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli, 2(105)-3030/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar