Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8156/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi X8, vəkili X5, İddiaçı, vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 MMC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 fevral 2019-cuil tarixli qətnaməsi ilə (iş № 2(006)-1309/2019, hakim S.F.Cəfərov) İddiaçı Cavabdeh1, Bakı şəhəri 13 saylı dövlət notariat kontoruna, Cavabdeh3 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, pul tələbi və vurulmuş mənəvi ziyana görə təzminatın ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-8552/2019 X.A.Cəmilova, İ.K.Xəlilov, İ.Ə.Kərimli) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən, cavabdehdən 29.000 manat məbləğində pulun tutulması barədə iddianın təmin edilməmiş hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş, cavabdehdən 29.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehin nümayəndəsi ve rdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 28.04.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilini Cavabdeh1 mülkiyyətinə verməyi, sonuncu isə bunun müqabilində 60.000 manat məbləğində pulu ödəməyi öhdəsinə götürür. 14 dekabr 2018-ci il tarixdə İddiaçı həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ona vurulmuş mənəvi zərərə görə 5.000 manat pulun alınaraq ona verilməsi, həmin mənzilin dəyəri olaraq Cavabdeh3 MMC-dən əlavə olaraq 29.000 manat, xarab olmuş ev əşyaları və geyimlərə görə, maddi zərər olaraq 10.000 manat və vurulmuş mənəvi zərərə görə 100.000 manat, habelə Bakı şəhəri 13 saylı dövlət notariat ko ntorundan vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun alınıb ona verilməsi tələblərinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədən, sübutlara istinad edilmədən, mülahizələr əsasında qəbul edilmiş, 29.000 manat pulun cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması barədə səhv nəticəyə gəlinmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdaf iə edərək təmin edilməsini, iddiaçı və vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən,apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədənsaxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yaşa yış evinin yerləşdiyi ərazidə fərdi yaşayış evlərinin sökülərək yerində yeni çoxmərtəbəli binalar tikilməsinin nəzərdə tutulduğunu, həmin işlərin Cavabdeh3 MMC tərəfindən həyata keçirildiyini, onlara məxsus alınmış yaşayış evinin də Cavabdeh3 MMC tərəfindən 120.000 manata alınması, həmin məbləğdən 60.000 manatın alqı-satqı müqaviləsi üzrə rəsmiləşdirilməklə iddiaçının depozit hesabına qoyulacağı, qalan məbləğin isə qeyri-rəsmi, nağd şəkildə iddiaçıya veriləcəyi barədə razılığa gəldiklərini, lakin ona qeyri-rəsmi ödənilməli olan məbləğdən 31.000 manat ödənilsə də, 29.000 manat məbləğində pulun ödənilmədiyinə, bununla da aldadıldığına istinad edərək, qeyd edilən yaşayış evinin alqı-satqısı barədə əqdin etibarsızlığı, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair hazırki iddianı qaldırmışd ır. İddianı rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi iddaiçının şikayəti əsasında apellyasiya məhkəməsi tərəfindən ləğv edilərək cavabdehdən 29.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilmişdir. İddiaçı iddianın təmin edilməyən hissələrində apellyasiya məhkəməsinin qətnaməsini mübahisələndirməməklə, cavabdeh MMC hazırda həmin qətnaməni iddianın təmin edilmiş hissəsində kassasiya qaydasında mübahisələndirir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı ona məxsus olan evin 120.000 manata alınması razılaşdırılsa da, ona cəmi 91000 manat ödənildiyini göstərmişdir. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı ilə şirkət arasında əlavə pul barədə razılaşma olmamış, iddiaçının evinə görə 60.000 manat kompensasiya hesab lanmış, həmin məbləğ də notarius vasitəsilə ödənilmişdir. Lakin sonradan iddiaçının nümayəndəsi şirkətə gedərək oradan əlavə pul tələb etmişdir. İddiaçıya sonradan əlavə nağd şəkildə 31.000 manat da ödənilmiş və bu barədə akt tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən təqdim edilmiş 28.04.2018-ci il tarixli aktın məzmunundan görünür ki, X3 nümayəndəsi İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 14,5 kv.m, yaşayış sahəsi 9.5 kv.m. olan 1 otaqlı mənzilin Cavabdeh3 MMC tərəfindən sökülməsi ilə əlaqədar həmin qurumun nümayəndəsi olan X4 31.000 manat pulu nağd şəkildə almışdır. Akt İddiaçı, X9 və X2 tərəfindən imzalanm ışdır. Beləliklə, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh müqavilədə göstərilən məbləğdən əlavə iddiaçıya daha 31.000 manat pul ödəmişdir. Deməli, iddiaçı müqavilədə göstərilən qiymətin tərəflər arasında razılaşdırılmış qiymət olmamasını sübuta yetirmişdir. Halbuki, cavabdeh təşkilat məhz 60.000 manat kompensasiya ilə bağlı razılığa gəldiklərini təsdiq edir, 31.000 manat əlavə pulu isə iddiaçıya onun xəstəliyi, və.s. səbəblərə görə verildiyini göstərir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin belə izahı inandırıcı və ağlabatan deyil ki, həmin məbləğdə vəsaiti cavabdeh iddiaçının əlavə pul tələbi barədə xahişi əsasında versin. İşdə olan sübutlar isə iddiaçının dəlilərini təsdiq edir. Belə ki, alqı-satqı müqaviləsində mənzilin dövlət reyestrindən çıxarışa əsasən ümum i sahəsinin 14.5 kv.m. təşkil etdiyi və onun 60000 manata satılması göstərilsə də, həmin müqavilənin 11-ci bəndində daşınmaz əmlakın yardımçı vasitələri ilə birlikdə faktiki sahəsinin 60.6 kv.m.-dən ibarət olduğu öz əksini tapmışdır. Bununla da alqı-satqı müqaviləsini imzalayan hər iki tərəf alqı-satqı predmeti olan mənzilin sənəd üzrə 14,5 kv.m. olsa da, sahəsinin faktiki olaraq 60,6 kv.m. təşkil etməsi faktını təsdiqləmişlər. Əks təqdirdə sahəsi 14.5. kv.m. olan sahəyə görə cavabdeh təşkilatın 91.000 manat pul ödəməsi ağlabatan və inandırıcı deyil. Apellyasiya məhkəməsi alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətin düzgün olmadığını, yəni tərəflərin razılaşdıqları qiymət olmadığını sübuta yetirməsini, iddiaçıya məxsus evin cavabdeh MMC tərəfindən sökülməsini və sonuncunun həmin əmlak ı sökməmişdən əvvəl onun dəyərini ödəmək öhdəliyinin olmasını və iddiaçının göstərdiyi kimi mübahisəli evin sahəsinin 60.6. kv.m. təşkil etməsi, evin yerləşdiyi ərazi üzrə hər kv.m üçün 2.000 manat məbləğində kompensasiyanın ağlabatan olduğunu və cavabdeh MMC-nin öz etirazlarını sübuta yetirə bilmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi 29.000 manatın tutulması hissəsində təmin edilməlidir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8156/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8156/2019
26.12.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver