Məhkəmə qərarları › İş №2(102)-8158/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8158/2019

26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8158/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun, Cavabdeh2 iştirakları ilə, LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2019-cu il tarixli qətnaməsində n verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.Məmmədov, iş 2(004)-101/2019) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 36 989.09 AZN əsas, 16 269,79 AZN faiz, 500 manat cərimə borcu olmaqla, cəmi 53 758, 88 AZN (əlli üç min yeddi yüz əlli səkkiz manat 88 qəpik) məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus “HOWO” markalı, ** BS *** dövlət nömrə nişanlı avtomobilə yönəldilərək, ilkin satış qiymətinin 35 000 manat müəyyən edilərək, avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə olunmuş məbləğin kredit məbləğinin öd ənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin Cavabdeh2 verilməsi, avtomobilin satışından əldə olunan vəsaitin iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, yerdə qalan məbləğin ümumi qaydada Cavabdeh1 tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Şamayev(sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova, iş № 2(103)-9578/2019) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2019-cu il tarixli, 2(004)-101/2019 saylı qətnaməsi qismən, yəni dəb bə pulu borcunun müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, Cavabdeh1 Ləğv prosesində olan “İddiaçı" ASC-nin xeyrinə tutulmalı olan dəbbə pulu borcunun 3698,91 manat (üç min altı yüz doxsan səkkiz manat, doxsan bir qəpik) məbləğində müəyyən edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2019-cu il tarixli, 2(004)- 101/2019 saylı qətnaməsinin cəmi borcun müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı olan cəmi kredit borcunun 56957,79 manat (əlli altı min doqquz yüz əlli yeddi manat, yetmiş doqquz qəpik) məbləğində müəyyən edilməsi, iş üzrə keçirilmiş kompleks məhkəmə-əmtəəşünaslıq və mühasibatlıq ekspertizasının xərci hesabına Ləğv prosesində olan İddiaçı ASC-dən 72,50 manat (yetmiş iki manat əlli qəpik), Cavabdeh1 72,50 manat (yetmiş iki manat əlli qəpik) məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2019cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi v ə prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh2 izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkə məsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisəni n hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 17 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən həmin cavabdehə 36 ay müddətinə, illik 20 faiz ödəmək şərtilə 43 000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, bankla digər Cavabdeh2 arasında bağlanmış 16 iyul 2014-cü il tarixli İpoteka müqaviləsinə əsasən sonuncuya mülkiyyət hüququ ilə məxsus olan “HOWO” markalı, ** BS *** dövlət nömrə nişanlı avtomobil ipotekaya qoyularaq, bank qarşısında yüklü edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 20 oktyabr 2017-ci il tarixli arayışa əsasən Cavabdeh1 17 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 19 oktyabr 2017ci i l tarixə 36989,09 manat əsas, 18179,97 manat faiz, 28594,22 manat dəbbə pulu olmaqla, cəmi 83763,28 manat borcu vardır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə əmtəəşünaslıq-mühasibatlıq ekspertizasının 13 mart 2019-cu il tarixli rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və 16 iyul 2014-cü il tarixli, 1249/014 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh1 16 iyul 2017-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 53261,97 manat məbləğində müəyyən edilir, o, cümlədən: əsas borc üzrə 36992,18 manat, faiz borcu üzrə 16269,79 manat. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 390.1, 739, 442, 443.1, 443.5, 462.1, 467-ci maddələrini tətbiq etmişdir. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnamə sinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad edilmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kol legiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi fak tiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətlərinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdiri lmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar