Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-816/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit X5 Cəmiyyəti və Cavabdeh2nə (Xəzər rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın etibarsız hesab edilməsi, hərracın nəticələrinin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit X5 Cəmiyyəti və Cavabdeh2nə qarş ı (Xəzər rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4665/2024 nömrəli 5 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 Bank Olmayan Kredit X5 Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 xüsusi mülkiyyət hüququ kimi X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.
2. X3 xx.xx.2016-cı il tarixdə ölmüşdür.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-56/2019 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı1 Cavabdeh1 BOKT ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 0733/15/ÇPB nömrəli kredit müqaviləsi üzrə 68631,67 ABŞ dolları əsas, 30255,13 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu, cəmi 96986,80 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə, habelə ödənilmiş 30 manat dövlət rüsumu tutulması, ipoteka predmeti olan ünvan 1 ünvanında X1 mülkiyyətində olan 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320,02 kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuların 485000 manat ilkin satış qiyməti ilə qiym ətləndirilməsi və tələbin həmin əmlaka yönləndirilməsi, fərdi yaşayış evi və tərkibindəki tikili və qurğuların açıq hərracda satılaraq əldə edilən vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia üzrə İddiaçı1 qarşılıqlı iddia üzrə Cavabdeh1 BOKT ASC-yə qarşı “kredit, ipoteka və zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.
4. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)3581/2020 saylı qətnaməsi ilə cavabdeh İddiaçı1 apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-683/2021 saylı qərarı ilə cavabdeh İddiaçı1 kassasiya şikayətin in təmin edilməməsi qərara alınmışdır.
6. Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixdə Cavabdeh2 MMC-yə ünvanladığı məktuba görə ünvan 3 ünvanında X1 mülkiyyətində olan 0.115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı, 3 nömrəli yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuların açıq hərrac yolu ilə satılmasına sərəncam verilməsi xahiş edilmişdir. Məktubun surəti İddiaçı1 ünvan 4 ünvanına göndərilmişdir.
7. Cavabdeh2 MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 428 nömrəli bildirişlərinə görə ünvan 1 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulara dair açıq hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. Əmlakın satış qiyməti 485.000 manat müəyyən edilmişdir.
8. Cavabdeh2 MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 428-1 nömrəli bildirişinə görə ünvan 1 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulara dair açıq hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Əmlakın satış qiyməti 15% aşağı qiymətlə 412.250 manat müəyyən edilmişdir. 9. “525-ci” qəzetin xx.xx.2022-ci il tarixli, 240(6046) nömrəli və xx.xx.2023-ci il tarixli, 12(6059) nömrəli tirajlarında Cavabdeh2 MMC tərəfindən ünvan 3 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulara dair açıq hərracın keçirilməsi elan edilmişdir.
10. Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 BOKT ASC-yə ünvan lanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2023-cü il tarixli təklif ilə ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə ipoteka saxlayana təklif olunmuşdur.
11. Cavabdeh1 BOKT ASC tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2023-cü il tarixli təklifin qəbul edilməsi məktubuna əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuları ilkin satış qiymətindən 25% az olmayan qiymətlə qəbul edilmişdir.
12. Cavabdeh2 MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli, 16/6 nömrəli protokol və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Xəzər Rayon Məhkəməs inin 2(003)-56/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi və Xəzər rayon İcra şöbəsinin sifariş məktubu əsasında Cavabdeh2 MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərrac başa çatdırılmış, alıcı (ipoteka saxlayan) Cavabdeh1 BOKT ASC ipoteka predmeti olan X2 məxsus ünvan 1 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuları 309187 manata əldə etmişdir.
13. Bakı şəhəri 25 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə X1 vəfat etməsi ilə əlaqədar vərəsəsi İddiaçı2dır və o, miras əmlakdan tam hissədə pay almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra iddia tələ binin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320.02. kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğularla bağlı cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 BOKT ASC arasında tərtib olunmuş ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli, 16/6 nömrəli Protokolun, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair xx.xx.2023-cü il tarixli Müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 BOKT ASC ilə X3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 313/12/ÇF/PB nömrəli ipoteka müqaviləsinə və ipotekaya xitam verilməsi, ipoteka predmeti olan ünvan 5 ünv anında 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320.02. kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuların ipotekasının dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
15. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, təkrar hərrac da baş tutmadığı üçün əmlak tələbkar Cavabdeh1 BOKT ASC-yə təklif olunmuş, lakin tələbkar əmlakı, əmlak tələb olunan məbləğdən artıq dəyərdə olduğu üçün əldə etməmişdir. Bununla bağlı cavabdeh hərrac təşkilatı 2023-cü ilin fevral ayının sonunda onların nümayəndəsini hərrac təşkilatına dəvət etmiş, tələbkarın əmlakı əldə etmədiyini bildirmiş və hərrac təşkilatının hesabına xidmət haqqı kimi 25000 manat pul ödəməli olduqlarını bildirmişlər. Həmin 25000 manat pulun ödənişi ilə bağlı 2023-cü ilin mart ayının ortalarına kimi hərrac təşkilatı ilə müzakirələr aparmışlar və ödənişin qanunda nəzərdə tutulmadığını bildirmişlər. 25000 manat pulu cavabdeh hərrac təşkilatına ödəmək üçün təşkilat hərracın baş tutmaması, tələbkarın əmlakı əldə etməməsi barədə qəsdən Xəzər rayon İcra şöbəsinə məlumat verməmiş, imkan verməmişdir ki, icra işinə xitam verilsin.
16. Birinci instansiya məhkəməsində Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi Vəkil2 iddia ərizəsinə etiraz edərək, mülki iş üzrə yekun məhkəmə aktı olan qətnamə qəbul edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8 may 2024-cü il tarixli 2(005)649/2024 nömrə li qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia təmin edilməmişdir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər hərrac iştirakçılarına göndərilmiş, bununla bağlı qəzetlərdə elanlar verilmişdir. Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 BOKT ASC-yə ipoteka predmetini əldə edilməsinə dair təklif məktubu xx.xx.2023-cü il tarixdə ünvanlanmış və xx.xx.2023-cü il tarixdə təklif ipoteka saxlayan tərəfindən qəbul edilmişdir. Hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsi xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və ba ğlanmışdır. Göründüyü kimi hərracın yekunları barədə protokol qanunvericilikdə müəyyən edilmiş 30 gün müddətində bağlanmış və ipoteka saxlayana təqdim edilmişdir. Hərracın yekunları barədə protokolun sifariş vermiş icra şöbəsinə göndərilməməsi hərracın etibarsız hesab edilməsi üçün əsas deyildir. Belə məlumatın hər hansı müddətdə verilməsi qanunvericiliklə hərrac mərkəzinin üzərinə öhdəlik kimi qoyulmamışdır. İddiaçı iddia ərizəsində əsaslandırdığı halları sübut edəcək hər hansı mötəbər sübut və ya dəlil təqdim edə bilməmişdir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 415.2, 416, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1, 43.5, 43.7, 43.8-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçılar apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar hərracın keçirilməsi prosesini mübahisələndirməyiblər, hərracın keçirilməsi prosesinin qanunsuzluğu, etibarsızlığı hazırkı iddia tələbinin predmetinə daxil deyil. Məhkəmə iddia tələbinin predmetindən kənara çıxaraq zərurət olmadan hərracın keçirilməsi prosesinə hüquqi qiymət vermişdir. Həmçinin, məhkəmə icra şöbəsinə məlumat verilməməsi məsələsini hərracın yekunlarının etibarsız sayılması əsaslarından olmadığını yazmışdır. Məhkəmə nəzərə alma mışdır ki, icra şöbəsinə məlumat verilməməsi əvvəl iddia tələbinin predmeti olmuş, lakin, sonradan iddiaçılar həmin tələbi dəyişmişlər, artıq, məlumat verməmə iddia tələbinin predmeti deyil, dəlillərindən biridir, məhkəmə həmin məsələyə iddia predmeti kimi yanlış yanaşma edib. İddia tələbi əsaslıdır və tam sübuta yetib ki, Cavabdeh1 BOKT ASC 30 gün ərzində ipoteka predmetini qəbul etməyib, digər cavabdehlə əlbir olub köhnə tarixə həqiqi olmayan müqavilə və protokol tərtib ediblər. Cavabdeh2 MMC-nin 14 fevral tarixli nömrəsi qaralanmış məktubundan görünür ki, həmin məktub xx.xx.2023-cü il tarixdə Cavabdeh1 BOKT ASC-yə daxil olub. Cavabdeh1 BOKT ASC isə guya həmin tarixdə xx.xx.2023-cü il tarixli 0170/PB-1 saylı ipoteka predmetinin əldə etmələri haqqında Cavabdeh2 MMC-yə məktub göndərib. Həm in məktubun qeydiyyat kitabında xx.xx.2023cü il tarixdə 0170/PB-1 nömrə ilə qeydiyyata alınması göstərilir. Həmin qeydiyyat kitabının məhkəməyə təqdim olunmuş vərəqindən və əslindən görünür ki, məktub nömrələrinin hamısının sonu PB ilə bitir. PB-1, PB-2 və sair nömrə yoxdur. Lakin, yeganə PB-1 nömrə Cavabdeh1 BOKT ASC-nin Cavabdeh2 MMC-yə ünvanladığı məktubun üzərində və qeydiyyat kitabındadır. Halbuki, kitabdan görünür ki, həmin xx.xx.2023-cü il tarixdə 0170/PB qeydiyyat nömrəsi “M.Cahangirin MAPS”a verdiyi sorğunun nömrəsidir. Cavabdeh1 BOKT ASC köhnə tarixə məktub hazırlayarkən M.Cahangirin həmin tarixdə MAPS-a verdiyi sorğunun nömrəsinə “-1” əlavə edərək guya Cavabdeh2 MMC-yə ipotekanın əldə edilməsi barədə məktub göndərib və bu barədə qeydiyyat aparıblar. 17 fevral 2023-cü il tarixli üç tərəfli – Sifarişçi olan Xəzər rayon İcra şöbəsi, təşkilatçı Cavabdeh2 MMC və ipoteka saxlayan Cavabdeh1 BOKT ASC arasında tərtib olunmuş protokolun Cavabdeh2 MMC-də qeydiyyatı yoxdur, məhkəmə iclasında cavabdeh hərrac təşkilatı da protokolun qeydiyyatını aparmadıqlarını bildirmişdir. Belə olan halda qeydiyyatı olmayan protokol etibarlı ola bilməz, həmçinin, protokolda göstərilən nömrənin (N 16/6) də heç bir qeydiyyatı yoxdur, nömrələr uydurulmuş nömrələrdir. Cavabdeh hərrac təşkilatı əslində qeydiyyat kitablarını gizlədir, ona görə ki, hazırkı protokolun orada qeydiyyatı yoxdur. Çünki belə bir protokol həmin tarixdə bağlanmayıb. Həmçinin, hazırkı hərracın nəticələri, yəni Cavabdeh1 BOKT ASC tərəfindən balansa götürmə barədə məlumat Cavabdeh2 MMC-nin rəsmi internet saytında 2023-cü il in fevral, mart, aprel, may, iyun, iyul, avqust və digər aylarında yoxdur, bu barədə cavabdehlər heç bir sübut təqdim etməyiblər ki, onların internet saytlarında hazırkı hərracın nəticələri barədə məlumat var. Səbəb odur ki, həmin tarixdə hazırkı ipoteka predmeti Cavabdeh1 BOKT ASC tərəfindən əldə edilməyib. Cavabdeh1 BOKT ASC xx.xx.2023-cü ildə ipoteka predmetini əldə etsəydi mülkiyyət hüququna dair çıxarış alardı. Onların 2023-cü ilin mart ayından etibarən reyestr orqanlara müraciət etməməsi də ipoteka predmetini xx.xx.2023-cü il tarixdə əldə etmədiyini göstərir. Əgər xx.xx.2023-cü il tarixidə Cavabdeh1 BOKT ASC ipoteka predmetini əldə etmişdirsə, ipoteka predmetinin 309.187 manat olan dəyərindən iddiaçılara ödənilməli olan 153.000 manat pul vəsaiti sifarişçinin (Xəzər rayon İcra şöbəsin in) depozitinə nə üçün ödənilməmişdir.
22. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasını 5 noyabr 2024-cü il tarixli, 2(103)4665/2024 nömrəli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən, məruzəçi), X.A.Mərdanova və S.X.Bəhrəmzadə) apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsini qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, ünvan 3 ünvanında 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320.02. kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğularla bağlı cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 BOKT ASC arasında tərtib olunmuş “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2023-cü il tarixli, 16/6 nömrəli Protok olun və “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair” xx.xx.2023-cü il tarixli Müqavilənin etibarsız hesab edilməsi, ünvan 3 ünvanında 0,115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuların ipotekasına xitam verilməsi və həmin ipoteka predmeti olan əmlakın ipoteka yüklülüyündən azad edilərək, ipotekanın dövlət qeydiyyatının ləğv olunması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
23. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, hər iki hərrac qanuni şəkildə keçirilsə də, hərraclar baş tutmamış və xx.xx.2023-cü il tarixdə təkrar hərracın baş tutmaması barədə “525-ci qəzet”də elan verilmişdir. Cavabdeh2 MMC ipoteka predmetinin təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə ipoteka saxlayana təklif olunmasına dair xx.xx.2023-cü il tarixli məktub göndərmişdir ki, həmin məktub da xx.xx.2023-cü il tarixdə Cavabdeh1 BOKT ASC-yə daxil olmuşdur. Sonuncu Cavabdeh2 MMC-yə ünvanlandığı xx.xx.2023-cü il tarixli 0170/PB-1 nömrəli təklifin qəbul edilməsi barədə məktubla ipoteka predmetini əldə etməyə razılıq vermiş və elə həmin tarixdə də tərəflər arasında mübahisələndirilən protokol və alqı-satqı müqaviləsi bağlanmışdır.
24. Əvvəla qeyd olunmalıdır ki, hərrac təşkilatı tərəfindən ilkin və təkrar hərracın keçirilməsi və hər iki hərracın baş tutmaması, xx.xx.2023-cü il tarixdə təkrar hərracın baş tutmaması barədə “525-ci qəzet”də elan verilməsi mübahisə predmetini təşkil etmir. İddiaçılar da ap elyasiya şikayətində bir daha bununla bağlı fikirlərini aydın şəkildə ifadə etmişlər. Yəni, hazırkı mübahisənin predmetini hərracın nəticələrinin etibarsız sayılması halı təşkil etmir. İddiaçıların mübahisələndirdiyi hal ondan ibarət olmuşdur ki, təkrar hərrac baş tutmamış elan olunduqdan sonra, Cavabdeh1 BOKT ASC ipoteka predmetini 30 gün müddətində əldə etməmiş və bununla da, ipotekaya xitam verilmişdir. xx.xx.2023-cü il tarixli protokol və alqı-satqı müqaviləsi isə arxa tarixə tərtib olunmuşdur.
25. Apelyasiya instansiyası məhkəməsi iddiaçıların dəlilləri ilə razılaşmışdır.
26. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçılar əvvəlcə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 BOKT ASC ilə mərhu m X3 arasında bağlanmış xx.xx.2012ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi və Cavabdeh2 MMC-nin üzərinə xx.xx.2023-cü il tarixli təkrar hərracın baş tutmaması və ipoteka predmetinin 30 gün ərzində tələbkar Cavabdeh1 BOKT ASC tərəfindən əldə edilməməsi barədə Xəzər rayon İcra şöbəsinə rəsmi məlumat verilməsi ilə bağlı öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 47.xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ipoteka predmeti ASC tərəfindən qəbul edilmiş və buna dair protokol və alqı-satqı müqaviləsi mövcuddur. Məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. Bundan sonra iddiaçıların vəkili-nümayəndəsi Xəzər rayon İcra şöbəsinə sorğu ilə m üraciət edərək, sifarişləri əsasında keçirilmiş hərracın nəticələri barədə məlumat verilməsini xahiş etmişdir. Xəzər rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli 255 saylı məktubunda göstərilmişdir ki, sifarişləri əsasında açıq hərracların keçirilməsinə dair icra şöbəsinə xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli bildirişlər daxil olsa da, xx.xx.2023cü il tarixdə Cavabdeh2 MMC-yə hərracın nəticəsi barədə məlumat verilməsinə dair məktub göndərilməsinə baxmayaraq, hərracın yekun protokolu Xəzər rayon İcra şöbəsinə təqdim olunmamışdır. 27. xx.xx.2024-cü il tarixdə Cavabdeh1 BOKT ASC məhkəməyə iddia ərizəsinə etiraz vermiş, həmçinin xx.xx.2023-cü il tarixli protokol və alqı-satqı müqaviləsinin surətini təqdim etmişdir.
28. Bundan sonra, iddiaçılar iddia tələbinin dəyişdirilməsi barədə əriz ə verərək, xx.xx.2023-cü il tarixli protokol və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, ipoteka müqaviləsinə və ipotekaya xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsini xahiş etmişlər. Beləliklə, iddiaçıların əsas dəlilləri ipoteka predmetinin əldə edilməsinə dair xx.xx.2023-cü il tarixli protokol və alqı-satqı müqaviləsinin sonradan arxa tarixə tərtib olunması ilə bağlıdır. Ona görə də, həmin dəlillərin yoxlanılması zəruridir və mübahisənin qanuni və ədalətli həlli baxımdan mühüm əhəmiyyət daşıyır.
29. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz təkrar hərrac baş tutmamış elan edildik dən sonra 30 təqvim günü ərzində tərəflər arasında bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir. Yəni, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra, hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetini almaq barədə təklif göndərməsinə ehtiyac yoxdur. İpoteka saxlayan, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra, 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək hüququna malikdir və həmin müddət kəsici müddətdir. Həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya k ollegiyalarının 14 dekabr 2022-ci il tarixli Qərardadı).
30. Cavabdeh1 BOKT ASC iddiaya etirazının əsası kimi qeyd etmişdir ki, xx.xx.2023cü il tarixdə təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra, Cavabdeh2 MMC tərəfindən onlara ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə əldə edilməsi barədə xx.xx.2023-cü il tarixdə təklif daxil olmuş, onlar da elə həmin tarixdə təklifin qəbul edilməsi barədə 0170/PB1 qeydiyyat nömrəli məktubla müsbət cavab vermişlər. Eyni tarixdə tərəflər arasında “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 16/6 nömrəli Protokol və “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” Müqavilə bağlanmışdır. Yuxarıda da qeyd olunduğu kimi, təkrar hərrac baş tutmamış elan olunduq dan sonra ipoteka predmetini əldə etmək üçün yazılı və ya şifahi təklif göndərilib-göndərilməməsinə ehtiyac olmasa da, birinci instansiya məhkəməsində Cavabdeh1 BOKT ASC-nin müvafiq dövrünü əhatə edən qeydiyyat jurnalına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, bütün “çıxan” məktubların qeydiyyat nömrəsi PB ilə bitdiyi halda, Cavabdeh1 BOKT ASC-nin ipoteka predmetini əldə etməyə razılıq verməsi barədə Cavabdeh2 MMC-yə ünvanladığı məktubun qeydiyyat nömrəsi “PB-1” ilə tamamlanır. Həmçinin, xx.xx.2023-cü il tarixli 0170/PB qeydiyyat nömrəli çıxan sənəd Cavabdeh1 BOKT ASC-dən DİN-in MAPS şöbəsinə göndərilən sənədin nömrəsidir. Bundan sonra eyni nömrə altında, yalnız “-1” əlavə olunmaqla Cavabdeh2 MMC-yə ünvanlanmış məktub qeydə alınmışdır. Digər məktubların heç birində əlavə olaraq “-1” q eydi yoxdur (i.v. 171). Həmçinin, müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 BOKT ASC-dən cəmi bir - yuxarıda qeyd olunan DİN-in MAPS şöbəsinə göndərilən sənəd çıxıb. İkinci sənəd kimi isə məhz Cavabdeh2 MMC-yə ünvanlanan məktub qeyd olunub. Beləliklə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə çıxan sənədlər kimi cəmi iki sənəd qeyd olunub, birincisi 0170/PB qeydiyyat nömrəli DİN-in MAPS şöbəsinə göndərilən məktub, ikincisi isə 0170/PB-01 qeydiyyat nömrəli Cavabdeh2 MMC-yə göndərilən məktub. Ancaq sonuncu sənədin nə özündən əvvəlki, nə də ki, özündən sonrakı sənədlərin heç birində “-1” qeydi yoxdur. Bu da ona dəlalət edir ki, bu ya texniki səhvdir, ya da sonradan arxa tarixə əlavə olunub.
31. Göstərilən məsələyə işin digər halları ilə birlikdə qiymət verildikdə, aydın olmuş dur ki, fərqli qeydiyyatın aparılması texniki səhv yox, məhz arxa tarixə tərtib olunma səbəbilə baş vermişdir.
32. Belə ki, birinci instansiya məhkəməsində Cavabdeh2 MMC-nin nümayəndəsi suala cavab olaraq bildirmişdir ki, “bizdə yekun protokollara dair qeydiyyat kitabı mövcud deyil.” Bu isə o deməkdir ki, sənədlərin kargüzarlığı aparılmır.
33. Apelyasiya instansiya məhkəməsi göstərilən arqumenti inandırıcı və ağlabatan hesab etməmiş və qeyd etmişdir ki, hər bir müəssisədə kargüzarlığın aparılması labüddür, əks halda sənədlərin dövriyyəsində qarşısıalınmaz problemlərin yaranması qaçılmaz olar. Digər tərəfdən, “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2023-cü il tarixli Protokolun özünün də qeydiyyat nömrəsi olmuşdur: 16/6. Bu da onu göstərmişdir ki, Cavabd eh2 MMC-nin nümayəndəsinin izahatı həqiqəti əks etdirmir. Bundan başqa, Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi apelyasiya baxışında göstərmişdir ki, ipoteka predmetini əldə etsələr də, hər hansı məbləğdə ödəniş və s. hərəkət etməmişlər (yəni kredit borcu bağlanmamış, qalıq vəsait icra şöbəsinin depozit hesabına köçürülməmiş, vergi ödənilməmiş, yaşayış evinə çıxarış alınmamış, evin boşaldılması tələb olunmamış, icra qurumuna heç bir məlumat verilməmiş və s.). Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 MMC-yə hərracın nəticəsi barədə məlumat verilməsinə dair məktub göndərilməsinə baxmayaraq hərracın yekun protokolu Xəzər rayon İcra şöbəsinə təqdim edilməmişdir.
34. Apelyasiya instansiyası məhkəmə si qeyd etmişdir ki, “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” Protokolda onu imzalayan şəxslər sırasında sifarişçi olan Xəzər rayon İcra şöbəsinin nümayəndəsi də göstərilsə də, sonuncunun Protokolu imzalamasının hər hansı imperativ tələbi yoxdur. Ancaq o da reallıqdır ki, xx.xx.2023-cü il tarixli Protokol və alqı-satqı müqaviləsi barədə ən azı xx.xx.2023-cü il tarixə kimi (icra şöbəsinin 255 nömrəli məktubu verildiyi tarix), hətta xx.xx.2023-cü il tarixdə sorğu verilməsinə baxmayaraq, hərracın sifarişçisi olan icra orqanına heç bir məlumat verilməmişdir. 35. xx.xx.2023-cü il tarixli, 16/6 nömrəli protokol və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh1 BOKT ASC ipoteka predmeti olan X2 məxsus ünvan 1 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nö mrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuları 309.187 manata əldə etsə də, bank tərəfindən göstərilən məbləğin ödənilməsi müəyyən edilmir, həmçinin borc məbləğindən artıq qalmış məbləğ qaytarılmamış, hərracın nəticələri barədə sifarişçi olan icra şöbəsinə məlumat verilməmiş, bank əmlakı mülkiyyətinə keçirməmişdir. Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən də müvafiq hərəkətlərin edilməsi müəyyən olunmamışdır. Halbuki, “İpoteka haqqında” Qanunun 47.2 və 47.3-cü maddələrinə görə, ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən bölüşdürülür. Ödənişlə r həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Bundan başqa, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 157.3-1-ci maddəsinin 3-cü hissəsinə görə, verilmiş borcun təminatı kimi vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43cü maddəsinə uyğun olaraq ipoteka saxlayan tərəfindən əldə edildikdə bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergi hərrac təşkilatçısı kimi çıxış edən ixtisaslaşdırılmış təşkilatlar tərəfindən ipoteka saxlayandan tutulur.
36. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə bu hal da müəyyən olunmamışdır, yəni Cavabdeh1 BOKT ASC tərəfindən ipoteka predmetinin əldə olunmasına görə hərrac təşkilatı tərəfindən qanunla müəyyən olunmuş qaydada və məbləğdə sadələşdirilmiş vergi tutulmamışdır. Beləliklə, mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Cavabdeh1 BOKT ASC tərəfindən ipoteka predmetinin əldə edilməsi ilə bağlı heç bir real hərəkət edilməmişdir. Müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli, 16/6 nömrəli protokol və xx.xx.2023-cü il tarixli müqavilə sonradan tərtib edilmişdir. Həmin sənədlərdə Cavabdeh1 BOKT ASC-nin ipoteka predmeti olan əmlakı 309187 manata əldə etməsi qeyd olunsa da, bank tərəfindən göstərilən məbləğin ödənilməməsi, borc məbləğindən artıq qalmış məbləğin ipoteka qoyana qaytarılmaması, hərracın nəticələri barədə sifarişçi olan icra şöbəsinə məlumat verilməməsi, bankın əmlakı mülkiyyətinə keçirməməsi, sadələşdirilmiş verginin ödənilməməsi və s. bu kimi hallar adıçəkilən Protokol və Müqavilənin arxa tarixə tərtib olunduğuna dəlalət edir.
37. Kollegiya qeyd olunanlara əsasən iddiaçıların sözügedən protokolun və müqavilənin sonradan tərtib edilməsi ilə bağlı dəlillərini əsaslı hesab etmiş və qeyd etmişdir ki, həqiqətən həmin tarixdə real alqı-satqı müqaviləsi bağlanmış olsa idi, borc məbləği silinməli, borc məbləğindən artıq qalan hissə icra qurumunun depozit hesabına köçürülməli, sadələşdirilmiş vergi ödənilməli və s. hərəkətlər edilməli idi.
38. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçıların irəli sürdüyü dəlillər əsaslı olduğundan, yəni xx.xx.2023-cü il tarixli, 16/6 nömrəli protokol və xx.xx.2023-cü il tarixli müqavilə sonrad an tərtib edildiyindən, həmin protokol və müqavilə etibarsız hesab edilməli və Cavabdeh1 BOKT ASC tərəfindən ipoteka predmeti olan əmlakın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində əldə edilmədiyi təsdiqini tapdığından, ipotekaya xitam verilməlidir. Həmçinin, “ipotekaya xitam verilməsi” həmin ipoteka predmeti olan əmlakın ipoteka yüklülüyündən azad edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğvi üçün əsasdır.
39. Məhkəmə kollegiyası gəldiyi nəticəni “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 42.1, 43.7, 43.8, 44-cü, MPM-in 14.2, 77.1 və 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. Cavabdeh1 BOKT ASCC (Vəkil2) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi və ya işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
41. İşə baxan apelyasiya məhkəməsi mövqeyini əsaslandırmaq üçün yalnız iddiaçının heç bir sübuta söykənməyən fikirlərinə istinad etmişdir. Məhkəmə həmin hərrac təşkilatının xx.xx.2023-cü il tarixli hərrac protokolunu və müqaviləsini heç bir əsas olmadan şübhə altına almış, bu nəticəni heç bir qanunvericilik aktı ilə əsaslandırmamışdır. Məhkəmə protokolun İcra Şöbəsinə verilməməsi və ya hərrac təşkilatının hansısa vergiləri ödəməsi barədə sənədləri məhkəməyə təqdim etməməsini əsas gətirməklə və ya BOKT-nın təqdim etdiyi sənədləri şübhə altına alması ilə ipotekaya xitam verməsi tamamilə qanunsuz və əsasssızdı r. Apellyasiya Məhkəməsinin Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyini nəzərə almaması, qanunda nəzərdə tutulmadığı halda satış dəyərinin ödənilməməsini, vergi verilməməsi barədə əsassız arqumentləri qabardaraq qətnamənin əsası kimi təqdim etməsi vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına zidd hərəkət etməsinin bariz sübututdur. Məhkəmənin təqdim edilən sübutları şübhə altına almaqla, qanunvericiliyin tələbinə uyğun olmadığını bildirərək nəzərə almamaqla Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə BOKT tərəfindən təqdim edilən sübutları şübhə altına almış, lakin bu şübhələrin nədən ibarət olmasını göstərməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
43. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
44. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.
45. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödəni lməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
46. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
47. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
48. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
49. Maddə 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər.
58. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçü n əsasdır.
59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
60. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Bu səbəbdən kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya ins tansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş aşağıdakı əsaslara görə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
64. Bu qənaətə gələrkən məhkəmə kollegiyası aşağıdakılara istinad edir:
65. İddiaçılar bildirir ki, xx.xx.2023-cü il tarixli təkrar hərrac baş tutmamış elan olunduqdan sonra əmlak xx.xx.2023-cü il tarixli məktubla ipoteka saxlayan Cavabdeh1 BOKT ASC-yə təklif olunsa da, ipoteka predmeti qanunvericiliklə müəyyən edilmiş 30 gün müddətində əldə edilməmişdir. xx.xx.2023-cü il tarixli protokol və alqı-satqı müqaviləsi isə sonradan arxa tarixə tərtib olunmuşdur.
66. Cavabdeh1 BOKT ASC isə bildirir ki, ipoteka predmeti qanunla müəyyən olunmuş 30 günlük müddət ərzində əldə edilmiş və müvafiq sənədləşmə aparılmışdır.
67. Apelyasiya instansiyası məh kəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək protokol və müqavilənin arxa tarixə tərtib olunması nəticəsinə gəlmiş, gəldiyi nəticəni borc məbləğinin hələ də silinməməsi, borc məbləğindən artıq qalan hissənin icra qurumunun depozit hesabına köçürülməməsi, sadələşdirilmiş verginin ödənilməməsi, hərrac sifarişçisi olan icra şöbəsinin məlumat verilməsinə dair məktubunun cavabsız saxlanılması, icra şöbəsinə ümumiyyətlə məlumat verilməməsi və təklifin qəbul edilməsi barədə məktubun qeydiyyat kitabçasındakı nömrəsinin saxta olması ilə əsaslandırmışdır.
68. Məhkəmə kollegiyasının qənaətinə görə, apelyasiya instansiyası məhkəməsi iş üzrə tam həcmdə araşdırma aparmadan bu nəticəyə gəlmişdir.
69. Belə ki, apelyasiya instansiyası məhkəməsi ilk olaraq hesab etmişdir ki, ipoteka predmetinin ilkin sat ış qiymətindən 25% az olmayan qiymətə qəbul edilməsinə dair xx.xx.2023-cü il tarixli məktubun nömrəsinin cavabdeh Para BOKT-nin reyestr kitabında qeyd olunmuş digər məktubların nömrəsindən fərqli olması (PB və ya PB-1) həmin məktubun saxtalaşdırılmasına dəlalət edir.
70. Bununla bağlı qeyd edilməlidir ki, hazırkı tələblə bağlı işə mahiyyəti üzrə baxan məhkəmənin qarşısında duran əsas vəzifə ipoteka predmetinin qanunvericiliklə müəyyən edilmiş 30 gün ərzində qəbul edilib-edilməməsini müəyyən etmək olduğundan, ilk növbədə araşdırılmalı olan məsələ təklifin qəbul edilməsinə dair məktubun nömrəsi deyil, onun hərrac təşkilatına göndərilməsi tarixi ilə bağlı olmuşdur. Belə ki, məktubun sıra nömrəsinin digər məktubların sıra nömrəsindən fərqli olması özü-özlüyündə həmin məktubun arxa tarixlə tərt ib edilməsi və bununla da, bağlanmış əqdin etibarsız hesab edilməsi ilə nəticələnməsi qənaətinə gəlmək üçün əsas deyildir.
71. İş materiallarından görünür ki, təklifin qəbuluna dair məktubun hərrac təşkilatına nə zaman və hansı qaydada göndərilməsi, həmçinin cavabdehlər tərəfindən göndərilən məktubların reyestri kitabları məhkəmələr tərəfindən araşdırılmamış, məktubların poçtla göndərildiyi halda, poçt təşkilatına sorğu verilməsi imkanlarından istifadə edilməsi nəzərə alınmamışdır.
72. Apelyasiya instansiyası məhkəməsinin iddianı təmin edərkən istinad etdiyi digər əsas o olmuşdur ki, ipoteka saxlayan Para BOKT ipoteka predmetini əldə etdiyini bildirsə də, borclu şəxsin hesabdan çıxarış məlumatlarından borcun silindiyi müəyyən edilmir. Lakin bu zaman məhkəmə nəzərə almamışdır ki, həmin hesa bdan çıxarış xx.xx.2015 – xx.xx.2021-ci il tarixləri əhatə edir, ipoteka predmetinin hərrac vasitəsilə özgəninkiləşdirilməsi isə 2023-cü ilə təsadüf edir. Belə olan halda, ipoteka predmetinin BOKT tərəfindən əldə edilməsindən sonra hesabdan hər hansı silinmə olsa belə, bu həmin sənəddə əks oluna bilməzdi.
73. Apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi digər bir dəlil ondan ibarət olmuşdur ki, ipoteka predmetinin hərrac vasitəsilə əldə edilməsi ilə bağlı vergilər ödənilməmişdir.
74. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2020-ci il tarixli qərarında olan hüquqi mövqeyinə görə hərrac baş tutmamış elan edildikdə əmlakı əldə edən tərəfindən ödəniş həyata keçirilmədiyindən göstərilən normaların tətbiqi mümkünsüz olur. Vergi ödənilməsi qaydasını tənzimləyən müvafiq qanunvericilik normalarına nəzər yetirildikdə, hərracın baş tutmaması səbəbindən əmlakın ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı vergilərin ödənilməli olub-olmaması məsələsini nizama salan normaların mövcud olmadığı aydın görünür. Eləcə də müvafiq məsələ araşdırılarkən ipoteka saxlayanın, bir çox hallarda məcburiyyət qarşısında qalaraq ipoteka predmetini alması, “İpoteka haqqında” Qanunun 43.9-cu maddəsinə uyğun olaraq, xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində özgəninkiləşdirməli olması kimi hallar diqqəti cəlb edir.
75. Həmin qərarda daha sonra göstərilir ki, araşdırılan məsələ üzrə vacib məqamlardan biri də ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı rəsmiləşdirilmə qaydalarının qanunvericilikdə nəzərdə tutulmamasıdır. Bu isə təcrübədə həmin aktın müxtəlif üsullarla rəsmiləşdirilməsinə və əmlaka dair hüquqların müxtəlif sənədlər əsasında qeydə alınmasına səbəb olur. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Mülki Məcəllənin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün konkret əsaslar sadalanmışdır.
76. Göstərilənlərdən belə qənaətə gəlmək olur ki, hərrac baş tutmamış elan edildikdən sonra həyata keçirilən rəsmiləşdirmə hərracdan sonrakı vəziyyətin yalnız rəsmləşdirilməsi ilə bağlıdır, bu halda əmlakı əldə edən tərəfindən ödəniş həyata keçirilmir, ödəniş həyata keçirilmədiyi üçün isə ödəmə mənbəyindən verginin tutulması da yolverilən deyildir.
77. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, borclu İddiaçı1 oğlunun tələbkar Para BOKT-yə olan borcu 96.986,80 ABŞ dolları təşkil etmiş, ipoteka predmeti isə Para BOKT tərəfindən 309.187 manata əldə edilmişdir, satış qiymətindəki fərq Para BOKT tərəfindən ödənilməmiş və müvafiq olaraq, artıq məbləğ ipoteka qoyana qaytarılmamışdır.
78. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin tələbkar tərəfindən əldə edilməsi zamanı verginin ödənilmə məsinə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarındakı hüquqi mövqedən çıxış edərək qiymət verməli olduğu halda, bunu etməmişdir.
79. Apelyasiya instansiyası məhkəməsinin əsaslandığı hərrac sifarişçisi olan icra şöbəsinin məlumatlandırma barədə məktubunun cavablandırılmaması və yekun protokolun təqdim olunmaması ilə bağlı dəlilə münasibətdə qeyd edilməlidir ki, bunlar ipoteka qoyanın deyil, cavabdeh hərrac təşkilatının məsuliyyət dairəsinə aid olan haldır və ipoteka predmetini əldə etmiş tələbkarın ziyanına təfsir edilməməlidir.
80. Odur ki, qeyd olunan hal protokolun və müqavilənin əvvəlki tarixə tərtib olunmasına dair mötəbər sübut qismində çıxış edə bilməz.
81. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə cavabdeh Para BOKT tərəfindən sübut qismində xx.xx.2 023-cü il tarixdə eyni hərrac təşkilatında keçirilmiş hərracın nəticələrinə dair 16/5 və 16/7 saylı digər protokollar da təqdim edilmiş, lakin həmin sübutlara apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilməmişdir.
82. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi yenidən araşdırma zamanı bu qərarda qeyd edilənlər nəzərə alınmaqla, mübahisənin mahiyyəti üzrə yekun nəticəyə gələrkən mötəbər sübutlara istinad etməli, bu məqsədlə çəkişmə prinsipinin tələblərinə riayət etməklə sübutlar üzrə təkrar qiymətləndirmə aparmalıdır.
83. Nəzərə alınmalıdır ki, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiy i bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarı).
84. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
85. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 Bank Olmayan Kredit X5 Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4665/2024 nömrəli 5 noyabr 2024-cü il tarixli qətnamə si ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.