Məhkəmə qərarları › İş №2(102)-8167/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8167/2019

26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8167/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, “xxxx” MMC-nin vəkili Əliyev Mehman Əlizaman oğlunun və nümayəndəsi X5, Cavabdeh2 vəkili Süleymanov Türkel Hümbət oğlunun və nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Cavabdeh2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şik ayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı “xxxx” MMC cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Cavabdeh2 qarşı “icarə müqavilələrinin etibarsız hesab edilməsi və mənəvi zərər tələbinə dair” ilk, Cavabdeh2 cavab deh “xxxx” MMC-yə qarşı “sökülmüş qeyri-yaşayış sahəsinin bərpa edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Xətai rayon məhkəməsinin 12 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən S.Mehrəliyev, iş 2(011)-229/2019) ilk iddia təmin edilməklə, ilk iddia üzrə cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında bağlanmış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair 28.03.2018-ci il tarixli, 13137 saylı icarə müqaviləsi bağlandığı andan etibarsız hesab edilməsi, ilk iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ilk iddia üzrə cavabdehlərdən tutulub ilk iddia üzrə iddiaçıya ödənilməsi, Cavabdeh2 cavabdeh “xxxx” MMC-yə qarşı q arşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov(sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş № 2(103)-8120/2019) qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və ilk iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 12 mart 2019-cu il tarixli qətnaməsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və ilk iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin apelyasiya ş ikayətləri üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, il k iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh2 vəkili Süleymanov Türkel Hümbət oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətlərinin təmin edilməsini xahiş edir. “xxxx” MMC-nin vəkili Əliyev Mehman Əlizaman oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq no rmalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətlərinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi i şin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüqu qi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri İcra hakimiyyəti Başçısının 56 saylı, 24.05.2018-ci il tarixli sərəncamının surətindən görünür ki, “xxxx” MMC-yə Bakı şəhəri, ünvan 1 ünvanında yaşayış binasının tikintisinə icazə verilmişdir. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 14.07.2014-cü il tarixli, 1007 saylı müqavilənin surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış binalarının sökülüb yerində ayrılmış torpaq sahəsinə dair Bakı şəhəri İcra hakimiyyəti ilə “xxxx” MMC arasında müqavilə bağlanmışdır. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında 09.02.2016-cı il tarixli aktın surətindən görünür ki, yaşayış cinasının normativ istismar müddəti bitmişdir. Texniki vəzi yyəti qeyri-qənaətbəxşdir. Şəhərsalma və tikinti normalarına cavab vermir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında bağlanmış 10177 saylı 29.03.2018-ci il tarixli dövlət əmlakının icarə müqaviləsinin surətindən görünür ki, icarəyəverən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 132,5 kv.m təşkil edən MKTD-nin 1 saylı xüsusi təyinatlı mənzil kommunal təsərrüfat birliyinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə illik icarə haqqı 2285,63 manat olmaqla 29.09.2018-ci il tarixədək icarəçinin istifadəsinə vermişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 158 saylı 15 aprel 2014-cü il tarixli Sərəncamına əsasən sökülməsi nəzərdə tutulan ünvan 3 ünvanında yerləşən və sahibi məlum olmayan qeyri yaşayış sahəsində yaşıl boru 24 ədəd, dəmir qarmoşk a 1 ədəd, aluminium profil 1 ədəd, plasmas boru 100-lük 90° - 4 ədəd, saxsı qatıq qabı 13 ədəd, plastik qapı 1 ədəd, havalandırma borusu 2 ədəd, əleyh qaz 3 yeşik, əl mişarı 1 ədəd, plastik su çəni 250 lt. 2 ədəd, taxta 5x10-43-ədəd, raskladuşka 1 ədəd, metlax 5 paçka, rəndə əl 1 ədəd, manqal 1 ədəd, dəmir soba 1 ədəd, çadır 4 ədəd, elektrik plita 1 ədəd, elektroçaynik 1 ədəd, kompressor 1 ədəd, makina balaca 1 ədəd, makina böyük 1 ədəd, lobzik 1 ədəd, dəşən lobzik 1 ədəd, kondisioner 1 ədəd, kompot 1 lt, 160 ədəd, lobzik köhnə 1 ədəd, lobzik balaca köhnə 1 ədəd aşkar edilərək saxlanması üçün “xxxx” MMCnin anbarına təhvil verilmişdir. Apelyasiya instansiyası məhkəməsi işin faktiki ilə əlaqədar birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilənlərlə razılaşmışdır. Verilmiş sərəncaml ara uyğun olaraq icarə əsasında iddiaçı “xxxx” MMC-nin istifadəsində olan və sökülmüş olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış binasının zirzəmisində ümumi sahəsi 132,5 kv.m təşkil edən qeyri-yaşayış sahəsi 10177 saylı 29.03.2018-ci il tarixli dövlət əmlakının icarə müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh2 icarəyə verilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakılara istinad etmişdir: Mülki Məcəllənin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə ye rləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Həmin Məcəllənin 227.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtə bələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərs alma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6.2, 6.2.12-ci maddəsinə görə, Azərbaycan Respublikasının dövlət mülkiyyətində saxlanılan mülki-müdafiə və səfərbərlik obyektlərinin özəlləşdirilməsi qadağandır: “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 31.1.1-ci maddəsinə görə, bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na görə ümumi istifadə sahələrinin, xüsusi ilə zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunması, zirzəmi daxilində kommikasiya xətlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda dayanıqlığın və zəlzələyə qarşı davamlığın azaldılmasına yol verilmir. Apelyasiya instansiyası məhkəməsi aşağıdakı nəticəyə gəlmişdir. Əvvəla, birinci instansiya məhkəməsinin istinad etdiyi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Qaydalarda göstərilənlər məhz icarə müqaviləsinin etiba rsız hesab edilməsi üçün hüquqi əsasdır. Belə ki, işdə olan(cild.1.səh.80) dövlət əmlakının(qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 29 mart 2018-ci il tarixli 10177 nömrəli icarə müqaviləsinin, müqaviləni predmetini nəzərdə tutan 1.1-ci bəndində mübahisəli qeyriyaşayış sahəsinin xidmət məqsədi ilə icarəçinin müddətli istifadəsinə(29.09.2018-ci ilədək) verildiyi nəzərdə tutulurdu. Dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti, müstəsna olaraq, dövlət əmlakının sərəncamçısına - Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilməsi o demək deyil ki, hazırki iş üzrə cavabdeh olan Komitə mübahisəli zirzəmini təyinatından kənar məqsədlər üçün ilk iddia üzrə digər cavabdehə əvvəlcə qeyd olunan tarixdə 6 aylıq müddətə icarəyə versin, bundan bir neçə gün sonra, yəni ar tıq qeyri-yaşayış sahəsinin mövcud olmadığı 09 aprel 2018-ci il tarixdə isə icarəyə verilmiş əmlakın alqı-satqısına dair 6889 nömrəli müqavilə bağlasın və bu müqavilə əsasında zirzəmini ilk iddia üzrə cavabdehə satsın. Qeyd olunduğu kimi, Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Qaydalarda göstərilənlər mübahisəli zirzəmi ilə bağlı həm ilk icarə müqaviləsinin, həm də sonrakı alqı-satqı müqaviləsinin bağlanmasını qadağan edirdi. Yəni, Əmlak Məsələləri Dövlət Komitəsi mübahisəli zirzəmini nə icarəyə verə, nədə alqı-satqı müqaviləsi əsasında digər cavabdehə sata bilməzdi. Mübahisəli zirzəmidən kommunikasiya xətlərinin keçməsi hamıya məlum olan hallar olmaqla yanaşı iş materialları ilə də açıq-aşkar təsdiq olunur. Belə ki, həm hazırki, həm də sovet dönəmində inşa olunmuş istənilən çoxmən zilli yaşayış binalarının zirzəmisində kommunikasiya xətlərinin, yəni işıq, qaz, su, kanalizasiya və.s xətlərinin keçməsi danılmaz fakt idi. Sonralar bəzi binalarda işıq və qaz xətlərinin mənzillərarası pilləkan meydançalarına keçirilməsi baş versə də, ümumilikdə çoxmənzilli yaşayış binalarının zirzəmilərində həmin xətlər qalmışdır. Bununla yanaşı, işdə olan Nizami rayon Sukanal İdarəsinin rəsmi məlumatında mübahisəli yaşayış binasının zirzəmisində binanın kommunikasiya (su və kanalizasiya) xətlərinin keçdiyi bir daha təsdiqlənmişdir. Bundan əlavə, həm Mülki Məcəllənin 227.1-ci, həm də Mənzil Məcəlləsinin 35.1-ci maddələri çoxmənzilli binanın sahə mülkiyyətçilərinin binanın ümumi əmlakına mülkiyyət hüququ ilə bağlı məsələləri tənzimləyir. Belə ki, həmin maddələrdə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş obyektlərin adları qeyd olunmaqla onların ümumi paylı mülkiyyət hüququ ilə sahə mülkiyyətçilərinə məxsus olduğu bildirilir. Qeyd olunan obyektlər sırasında mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq da nəzərdə tutulmuşdur. Bu hallar ona dəlalət edir ki, çoxmənzilli binalarda bu cür obyektlər binanın sahə mülkiyyətçilərinə ümumi paylı mülkiyyət hüququ ilə məxsus olur. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur k i, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin(MM.mad.227.2). Bu hal Mənzil Məcəlləsinin 36.4, 36.4.1 və 36.4.2-ci maddələrində də nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunvericiliyin məqsədi binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş obyektlərin, o cümlədən kommunikasiya xətləri keçən zirzəminin kənar məqsədlər üçün icarəyə verilməsini yaxud hansısa şəxsin ayrıca mülkiyyətinə verilməsinin qarşısını almaq olmuşdur. Ona görə də, bu aspektdə də ilk iddia tələbi əsaslı sayılır, əlbətdə ki, bu imperativ tələblər cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə də aiddir. Bununla yanaşı, ilk iddiaçını n icarə müqailəsinin etibarsız hesab edilməsi barədə subyektiv hüququnun olmadığı dəlili də əsassızdır. Belə ki, qeyd olunduğu kimi ilk iddiaçı Nazirlər Kabinetinin məlum qərarına və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının sərəncamı ilə mübahisəli ərazidə çoxmənzilli yaşayış binaları inşa etməklə məşğuldur. Mübahisəli zirzəminin yerləşdiyi binanın sakinləri ilə də qarşılıqlı razılıq əsasında müqavilə bağlayaraq binanın sökülməsi ilə bağlı onlara başqa yerdə müvəqqəti yaşamaları üçün kompensasiya ödəməyi, yeni mənzillə təmin etməyi öhdəsinə götürmüşdür. Bu zaman hazırki işdə olduğu kimi yaranan hər hansı bir kənar maneə ilk iddiaçının hüquqlarına və qanuni maraqlarına toxunur. Məhz buna görə də ilk iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ (tələb etmək hüqu qu) yaranmışdır. Bu hüquq heç bir halda məhdudlaşdırıla bilməz. Mübahisəli zirzəminin dövlət mülkiyyətində olması dəlili özü mübahisəli məsələdir. Çünki, cavabdeh Komitə bu dəlili işlədərkən hər hansı bir normativ hüququ akta istinad etməmişdir. Yuxarıda qeyd olunan normalar da bunu istisna edir. Belə ki, mübahisəli zirzəminin yerləşdiyi bina sovet dönəmində inşa olunsa da, artıq həmin binanın sakinləri bina sökülərkən mənzillərin mülkiyyətçisi olmuşdur. Mülki və Mənzil Məcəllərinin yuxarıda qeyd olunan müddəaları Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran normativ hüquqi akt kimi qəbul edilsə demək ki, həmin sakinlərin də çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçiləri kimi mübahisəli zirzəmiyə ümumi mülkiyyət hüquqları olmuşdur. Yəni, həmin zirzəmi bina sökülməsəydi binanın saxlanması üçün təyinatına uyğun binanın sahə mülkiyyətçiləri üçün istifadə olunmalıydı.Ona görə də ilk iddiaçı tərəfindən binanın tərkib hissəsinin mülkiyyətçilərinin sahəsini yuxarıda qeyd olunan məqsədlər üçün alınmışdırsa, demək ki, sahə mülkiyyətçilərinin yaşayış binasındakı ümumi mülkiyyəti sayılan mübahisəli zirzəmi də alınmışdır. Göründüyü kimi, ilk iddia üzrə cavabdehlərin mübahisəli zirzəminin yerləşdiyi binanın sökülməsi prosesində əvvəlcə icarə müqaviləsi, bundan bir neçə gün sonra isə alqı-satqı müqaviləsi bağlaması açıq-aşkar hüquqdan sui-istifadə kimi qiymətləndirilir. İlk iddiaçıya ziyan vurmaq məqsədilə hüquqdan bu cür sui-istifadə isə yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddiaçının apellyasiy a şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər qarşılıqlı iddianın məzmunu ilə tam eynilik təşkil edir. Bununla əlaqədar, apellyasiya instansiya məhkəməsi qarşılıqlı iddia üzrə də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, qarşılıqlı iddianın bir hissəsi “qeyri-yaşayış sahəsinin qanunsuz və özbaşına sökdüyü üçün tam bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və ya qiymətləndirərək dəyərinin ödənilməsi”, bilavasitə ilk iddia ilə bağlı olduğundan həmin məsələlərə digər apellyasiya şikayətinin dəlilləri yoxlanılarkən hüquqi qiymət verildi və əlavə olaraq yenidən həmin məsələlərin ayrıca qiymətləndirilməsinə lüzum yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi kassasiya şikayətində apelyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 06.09.1997-ci il tarixli, 629 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti, müstəsna olaraq, dövlət əmlakının sərəncamçısına - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir.” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, dövlət əmlakının icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətli olması qanunla müəyyən edilmiş və komitənin belə bir səlahiyyətə malik olması mübahisə mövzusu ola bilməz. Lakin dövlət əmlakının icarə verilməsi ilə bağlı funksiyasını həyata keçirərkən Komitə ilkin olaraq icarəyə verilməli olan əmlakın dövlət əmlakı olub-olmaması, əgər dövlət əmlakıdırsa onun komitə tərəfindən icarəyə verilməsini istisna edən halların olub olmamasını müəyyən etməlidir. Bundan əlavə komitə hər hansı vətəndaşa dövlət əmlakını icarəyə verərkən digər dövlət orqanının həmin əmlakla bağlı sərəncamlarından irəli gələn mübahisəsini həll etməli, vətəndaşlara gələcəkdə onların həyat və sağlamlığı üçün zərər təhlükə yarada biləcək əmlakı icarəyə verməməli və faktiki mövcud olan əmlakı icarəyə verməlidir. Mülki işin materialları ilə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 28.03.2018-ci il tarixdə Cavabdeh2 icarəyə verilərkən artıq həmin bina əsa sən sökülmüş və istifadəyə yararsız vəziyyətdə olmuşdur. Bundan əlavə mülki işdə olan “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış müraciətlər ilə müəyyən edilir ki, yuxarıda qeyd olunan binanın sökülməsi ilə əlaqədar Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən “xxxx” MMC-yə müvafiq razılığın verilməsi, bunun müvafiq sərəncamla rəsmiləşdirilməsi barədə 6 ay əvvəldən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat verilmişdir. Həmçinin müəyyən edilir ki, mübahisəli binanın icarəyə verilmiş zirzəmisi mülki müdafiə obyekti kimi istifadə olunmuşdur. Bu barədə müvafiq sənədlər mülki işə əlavə edilmişdir. Bundan əlavə mübahisəli binaya Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya tərəfindən baxış keçirilmiş komissiyan ın tərkibində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin mühəndisləri də iştirak etmiş 10.02.2016-cı il tarixdə belə rəyə gəlinmişdir ki, mübahisəli binanın istismar müddəti bitmiş, vəziyyəti qeyriqənaətbəxşdir, şəhərsalma və texniki istismara cavab vermir. (bax iş vərəqə 171) Beləliklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi mübahisəli binanın Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamına əsasən sökülməsi məqsədilə “xxxx” MMC-yə verməsi, binanın texniki istismar tələblərinə cavab verməməsi və beləliklə də vətəndaşların həyat və sağlamlığı üçün təhlükəli olması və nəhayət əsasən sökülməsi barədə məlumatlı olmasına baxmayaraq, artıq mövcud olmayan binanın zirzəmisini Cavab deh2 icarəyə vermiş, daha doğrusu onunla 29 mart 2018-ci il tarixdə icarə müqaviləsi, 09.04.2018-cı il tarixdə isə alqı-satqı müqaviləsi bağlanmışdır. Mülki işin materialları ilə Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşlarının 09.04.2018-ci il tarixə kimi binanın yerləşdiyi ərazidə olması və binanın tamamilə sökülməsinin şahidi olması iş materialları ilə təsdiqini tapır. Belə bir vəziyyətdən sonra Cavabdeh2 ilə qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı müqavilənin bağlanılması qanuna müvafiq olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dig ər dəlillərini də apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas kimi qəbul etmir. Cavabdeh2 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi müqavilə azadlığı ilə əlaqədar Mülki Məcəllənin 390-cı maddəsinə istinad etmişdir. həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi araşdırma əsasında belə qənaətə gəlmişdir ki, mübahisəli binanın zirzəmisindəki qeyri-yaşayış sahəsi ilə bağlı Azərbaycan Respublikası Əm lak Məsələləri Dövlət Komitəsinin icarə müqaviləsi bağlamaq hüququ olmamışdır. Bundan əlavə qeyri-yaşayış sahəsi ilə bağlı icarə və alqı-satqı müqavilələri bağlanan vaxt mübahisəli qeyri-yaşayış sahəsi sökülmüş vəziyyətdə olmuşur. Bu xüsusatlar isə müqavilə azadlığı hüququna istinad olunmaqla apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi tələbinin əsassız olması təsdiqini tapır. Kassasiya şikayətində Cavabdeh2 həmçinin mülkiyyət hüququnun pozulmasına da istinad etmişdir. O, qarşılıqlı iddia tələbini aşağıdakılar kimi qeyd etmişdir: “- Alqı-satqı müqaviləsi əsasında mənə məxsus olmuş Bakı ş., ünvan 3 ünvandakı binanın zirzəmisində yerləşən sahəsi 146,8 kv.m. olan qeyri-yaşayış sahəsinin qanunsuz və özbaşına sökdüyü üçün tam bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoy ulması, - və ya qiymətləndirərək dəyərinin ödənilməsi, - zirzəmidən götürülmüş dəyəri 11143,0 (on bir min yüz qırx üç) manat olan əşyaların dəyərinin cavabdehdən xeyrimə tutulması, - mənə verdiyi əzab, əsəb və iztirablara görə eləcədə bütün bu müddət yerdən istifadə etmək imkanından məhrum olduğum üçün 15000,0 (on beş min) manat təzminat ödəməsi barədə qətnamə qəbul edilsin.” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi bağlanan zaman qeyriyaşayış sahəsi mövcud olmadığına görə həmin müqavilə əhəmiyyətsiz əqd hesab olunmalıdır və həmin əqd heç bir hüquqi nəticə yaratmır. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı ol mayaraq özlüyündə etibarsız olan əqddir. Ona görə də kassasiya şikayətinin qeyri-yaşayış sahəsinin Cavabdeh2 mülkiyyət hüququnu təşkil etməsi barədə dəlili əsassızdır və rədd olunmalıdır. Məhkəmə kollegiyası zirzəmidəki əmlakla bağlı apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Həmin əmlak “xxxx” MMC tərəfindən mənimsənilməmiş və sahibinə verilməsi üçün saxlanca verilmişdir. Əmlakın dəyərinin 11.143 manat təşkil etməsi ilə bağlı isə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Ona görə də Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasi ya şikayətlərinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar