Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-817/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), İ.R.Xələfov və Q.Ə.Allahverdiyevdən ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili X3, Cavabdeh2 iştirakları ilə, iddiaçılar İddiaçı2, İddiaçı1 və onların vəkili X3 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon məhkəməsinin 01 may 2018-ci il tarixli qətnaməsi ilə (S.R.Səlimova, iş 2(011)-3001/18) iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cava bdeh2 qarşı evin açıq hərracdan satılıb əldə olunan pul vəsaitinin paylara mütənasib şəkildə bölüşdürülməsi barədə iddia tələbi təmin edilib, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Əhmədli-8 küçəsi sahəsi 70,57 kvm olan 3 otaqdan 18 saylı evin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin hər birinə ¼ hissə olmaqla İddiaçı1 Burqay qızı, İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (X.A.Mərdanova, İ.Ş.Vəliyev və E.M.Həsənov, iş 2(103)-9743/18), Bakı şəhəri, Xətai rayon məhkəməsinin 01 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilib iddia tələbi rədd edilmişdir. İddiaçılar İddiaçı2, İddiaçı1 və onların vəkili T.H.Süleymanov kassasiya ş ikayəti verib qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş,Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən kassasiya kollegiyası onun izahatını dinləmədən, iddiaçılar İddiaçı2, İddiaçı1 və digər Cavabdeh1 üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə kassasiya qaydasında baxılan zaman iddiaçılar İddiaçı2 və İddiaçı1 Burqay qızının vəkili T.H.Süleymanov kassasiya şikayətinin dəlillərini müdafiə edib təmin olunmasını xahiş etdi. İŞİN HALLARİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evin açıq hərracdan satılıb əldə olunan pul vəsaitinin paylara mütənasib şəkildə bölüşdürülməsi barədə iddia ilə məhkəməyə müraciət edib Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Əhmədli-8 küçəsi sahəsi 70,57 kvm olan 3 otaqdan 18 saylı evin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin hər birinə ¼ hissə olmaqla İddiaçı1 İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı2 və İddiaçı1 tələblərini onunla əsaslandırmışlar ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi 70.57 kvm olan 3 otaqdan ibarət 18 saylı fərdi yaşayış evi İddiaçı1 Burqay qızının mərhum həyat yoldaşı, İddiaçı2 isə atası X10 məxsus olmuş, X12 03.09.2010-cu il tarixdə vəfat etmiş və ölümü Bakı şəhəri, Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 28.09.2010-cu il tarixdə ölüm haqqında aktı qe ydləri kitabında 1108 nömrəli qeyd edilmişdir. X9 ölümündən sonra Bakı şəhəri, Xətai rayonu 8-ci Əhmədli küçəsi 18 saylı ev 14.04.2014-cü il tarixli 2V-63 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi əsasında vərəsələr arasında bərabər bölünüb, hər bir vərəsəyə ¼ hissə pay müəyyən edilmiş və DƏDRX-nın Bakı şəhər ərazi idarəsi tərəfindən hər birinə ¼ hissədə pay üzrə mülkiyyət hüququna dair RX seriyalı № 0386828 saylı çıxarış verilmişdir. Cavabdehlər mərhum x1un birinci nikahından olan övladlarıdır. x1un vəfatından sonra cavabdehlər mübahisəli mənzildə onlarla birlikdə yaşamaq isdəmədiklərini bildirmiş və 2014-cü ilin avqust ayında onları evdən qovmuşlar. Onların müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər X6 və X4 qarşı ünvan 2 ünvanında yerləşən ümumi 70.57 kvm olan 3 otaqdan ibarət 18 saylı fərdi yaşayış evinin onlara məxsus 2/4 hissəsinin naturada ayrılması və paya müvafiq təcrid mənzil yaradılması, ayrıca giriş-çıxış qapısının açılıması barədə iddia tələbi Bakı şəhəri, Xətai rayon məhkəməsinin 06 fevral 2017-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Cavabdehlərin qanuna zidd hərəkətləri nəticəsində 2/4 hissədə mülkiyyətçisi olduqları mənzildən məhrum olmuş, kirayədə yaşamaq məcburiyyətində qalmışlar. Mübahisəli mənzildə olan paylarının alınması ilə bağlı təklifləri cavabdehlər tərəfindən qəbul edilməmişdir. Cavabdeh2 iddianı qəbul etməmiş, mübahisəli evin inşasına 35.000 manata yaxın pul vəsaiti sərf etdiyini, iddiaçıların paylarının dəyərinin ödənilməsi barədə bildirişlərini aldığını lakin maddi imkanı olmadığından həmin vəsaiti ödəyə bilmədiyini, miras evin inşasına s ərf etdiyi 35.000 manat pulun ona verilməsindən sonra qalan məbləğin bölünməsi şərti ilə evin satılmasına razı olduğunu göstərib iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh1 da iddianı qəbul etməmiş, özünün ailəsi ilə birlikdə Saray qəsəbəsində inşa etdiyi fərdi yaşayış evində yaşadığını, iddiaçıların mübahisəli evdə yaşamalarına etiraz etmədiyini, miras evin satılmasına razı olmadığını göstərib iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçılar İddiaçı2, İddiaçı1 və onların vəkili T.H.Süleymanov kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman cavabdehlərin mübahisəli mənzilə olan 2/4 hissədə mülkiyyətlərindən məhrum etmələri və onl arı mülkiyyətçisi olduqları mənzili tərk edib kirayədə yaşamağa məcbur qoymalarına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddia tələbinin rədd olunmasına dair əsassız qərar qəbul edilmiş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, iddiaçıların vəkili X7 dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə olan 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Hazırkı iş üzrə rayon məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın tələbinin rədd olunması b arədə nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi öz qənaətlərini iddiaçıların iddia qaldırmazdan əvvəl cavabdehlərə onların paylarına mütənasib surətdə müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya növü təklif etməli olduqları halda etməmələrinə, iş materiallarına əlavə olunmuş bildirişlərdə mübahisəli mənzilin 2/4 hissədə payın əvəzinin hazırkı real bazar qiymətinə uyqun olaraq kompensasiya məbləğində cavabdehlərə təklif etmələri əvəzinə, cavabdehlər tərəfindən onlara kompensasiya ödənilməsini tələb etmələrinə istinad etməklə əsaslandırmışdır. İş materiallarında olan sənədləri və işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarını nəzərdən keçirən kassasiya kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə i lə razılaşmaq olmaz. Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08.12.1997-ci il tarixli № 284170 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X12 ilə İddiaçı1 Burqay qızı 09.12.1997-ci il tarixdə nikaha daxil olmuş və burada nikahın bağlanması haqqında akt qeydləri kitabında 181 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01.05.1998-ci il tarixli, № 347634 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı2 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 141 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X12, anası İddiaçı1 Burqay qızıdır. Bakı şəhəri, Xətai rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28.09.2010-cu il tarixli AZ-İ №440588 saylı ölüm haqqında şəhadətnamənin sürətindən müəyyən olunur ki, X12 03.09.2010-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 24.08.2015-ci il tarixli 1108 nömrəli ölüm akt qeydi edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXHD qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 08.05.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsi Əhmədli -8 küçəsi 18 saylı evin sahəsi 37.11 kvm olan 2 otağı X5, sahəsi 23,72 kvm olan 2 otağı X2, sahəsi 70,57 kvm olan 3 otaqdan ¼ hissə İddiaçı1 Burqay qızının, sahəsi 70,57 kv m olan 3 otaqdan ¼ hissə Cavabdeh1 Nurali oğlunun, sahəsi 70.57 kvm olan 3 otaqdan ¼ hissə Cavabdeh2, sahəsi 70.57 kvm olan 3 otaqdan ¼ hissə İddiaçı2 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 260 saylı reyestr kitabının 24186 saylı vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri, Xətai rayon məhkəməsinin 06.02.2017-ci il tarixli, 2(011)-2266/2017 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçılar İddiaçı1 Burqay qızının və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X8 və X1 qarşı –ünvan 3 ünvanında yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 75.57 kv.m olan 18 saylı yaşayış evinin iddiaçılara məxsus 2/4 hissəsinin paylara mütənasib surətdə naturada ayrılması, həmin paya müvafiq təcrid mənzil yaradılm ası və yaradılmış mənzilə ayrıca giriş qapısının müəyyən edilməsi barədə iddiaları rədd edilmişdir. İddiaçı1 Burqay qızının və İddiaçı2 Cavabdeh1, Cavabdeh2, X6 və X4 ünvanladıqları bildirişdə İddiaçı1 və İddiaçı2 ünvan 4 ünvanında yerləşən ümumi 70.57 kv.m olan 3 otaqdan ibarət 18 saylı fərdi yaşayış evində özlərinə məxsus 2/4 hissədə payın əvəzinin hazırkı real bazar qiymətinə uyğun olaraq kompensasiya qaydasında ödənilməsi və bundan sonra ümumi mülkiyyətdə paylara olan hüquqlarının itirilməsi təklifini irəli sürmüş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişlər. Avand Qiymətləndirmə Xidməti Mərkəzi MMC-nin 01.05.2018-ci il tarixli, 14 saylı rəyində İddiaçı1 məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 01.05.2018-ci il tarixə bazar qiymətinin dəyəri 85.0 00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onu öz razılığı ilə yol verilir.Mülkiyyətçinin payı cuzi olduqda, real sürətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Göründüyü kimi, qanunvericiliyin məzmununun mənasına görə paylı mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səl ahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri paylı mülkiyyətdə olan əmlaka ( əşyaya) sahiblik ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirməsindən, paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malik olmasından, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilməsindən, paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünması və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onların öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilmələrindən ibarətdir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki üsulla ya ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması, ya da pul kompensasiyasının (dəyərinin) ödənilməsi yolu ilə həyata keçirilə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman iddiaçıların paylı mülkiyyətlərində olan hazırki iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evinin naturada bölgüsünün aparılması barədə iddia tələblərinin evin naturada bölgüsünün aparılmasının qeyrimümkün olması səbəbindən rədd olunmasına, Cavabdeh1, Cavabdeh2 ünvanlanmış bildirişlərdə paylı mülkiyyətçilər İddiaçı1 Burqay qızı və İddiaçı2 mübahisəli evdə özlərinə məxsus 2/4 hissədə payın əvəzinin hazırki real bazar qiymətinə uyğun olaraq kompensasiya qaydasında ödənilməsi və bundan sonra ümumi mülkiyyətdə paylara olan hüquqlarının itirilməsi təklifini irəli sürmülərinə dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddiaçıların iddia qaldırmazdan əvvəl cavabdehlərə onların paylarına mütənasib surətdə müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya növü təklif etməli olduqları halda, bunu etməmələri kimi səhv nəticəyə gəlinib iddia tələbinin rədd olunması barədə qərar qəbul edilmişdir ki, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Digər tərəfdən, apellyasiya məhkəməsi tərəfindən işə baxılan zaman iş materiallarına əlavə olunmuş bildirişlərdə mübahisəli mənzilin 2/4 hissədə payın əvəzinin hazırkı real bazar qiymətinə uyqun olaraq kompensasiya məblə ğində cavabdehlərə təklif etmələri əvəzinə, cavabdehlər tərəfindən onlara kompensasiya ödənilməsini tələb etmələrinin əsassız olması kimi səhv nəticəyə gəlinmiş, belə bir təklifin qanunvericiliyin tələblərinə zidd olmamasına dair işin hallarına səhv hüquqi qiymət verilməklə iddianın rədd olunması barədə qərar qəbul edilmişdir. Halbuki, qanunvericilik paylı mülkiyyətin ayrılan mülkiyyətçisinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malik olmasını nəzərdə tutmuşdur. ( Mülki Məcəllənin 220.3-cü maddəsi). Şərh olunanları nəzərə alan kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilməklə sadalanan mülki-prosessual hüquq normala rının tələbləri pozulmuşdur. Kassator kassasiya şikayətində qətnamənin mübahisələndirilən hissəsində ləğv edilməsini və həmin hissədə yeni qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırkı iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyil. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılan zaman qərarın təsviri hissəsində göstərilən hallar araşdırılıb mübahisənin həllinə dair qanuni qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və AR MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 18 sentyabr 2018-ci il tarixli 2(103)-9743/18 saylı qətnaməsi ləğv edilsin. İşə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-817/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-817/2019
13.02.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver