Məhkəmə qərarları › İş №2(102)-817/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-817/2020

03.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-817/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Xələfov İlqar Rəhim oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Vəkil1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)*****/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.Süleymanova) xx.xx.2019-cu il tarixli, 2(060)*****/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “torpaqdan və evdən çıxarılma” tələbinə dair iddiasının rədd edilməsi təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Məmmədov, L.Məmmədova, S.Qafari) xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)*****/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 21-ci mikrorayon, 370E saylı torpaq sahəsindən və evdən əmlakları ilə birlikdə çıxarılmaları qət edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaqdan və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri 21-ci mkr, 370E saylı torpaq sahəsindən və evdən əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri ***-ci mkr, **** saylı torpaq sahəsindən və evdən əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstəri lən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və onların vəkili Vəkil2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmənin mübahisə edilən qətnaməsi ilə eləcə də, “xxxx” ASC-nin, “Azəriqaz ”İB-nin və “xxxx” ASC-nin vermiş olduğu abonentin saldosu və digər sənədlərdən məlum olur ki, torpaq sahəsi hal-hazırda iddiaçının mülkiyyətində olsa da, fərdi yaşayış evi isə 2002-ci ildən onların faktiki mülkiyyətindədir, həmin evə görə dəfələrlə kredit götürmüş həmin evin sahəsini böyütmüş və təmir etdirmişlər və bütün kommunal xidmətlərə görə ödədikləri haqlar 17 il ərzində bu evə mübahisəsiz sahiblik və istifadə etdiklərini sübut edir. Yəni mülkiyyət hüquqları vardır. Bundan başqa həmin fərdi ev də onların yaşayış hüquqları da vardır ki, bu da xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları ilə tənzimlənir. Lakin məhkəmə onları işdə iştirak etməyə cəlb etməyərək onların yaşayış və əmlak hüquqlarının pozulması ilə nəticələnmiş və onların hüquq və vəzifələrinə dair məsələni həll etmişdir. Maddi imkansızlıqdan ailə üzvlərinin hamısı, eləcə də onun özü də ağır xəstəlikdən müalicə alır. Həmin evdə 17 ildir ki, o, həyat yoldaşı və oğlu ilə yaşayır. Torpaq sahəsi və ev barədə iddiaçı tərəfindən bu 17 il ərzində onlara bir dəfə də olsun məlumat verilməmişdir. Apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il t arixli, 2(105)*****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 və onların vəkili Vəkil2 iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə baxışının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin ləğv edilib iddianın təmin edilməsi qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, İş materiallarından müəyyən edilir ki, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 370E saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair hü quqlar isə dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. İş materiallarından həmçinin müəyyən edilir ki, mübahisəli özbaşına tikili iddiaçının a dına dövlət reyestrində qeydiyyata alınmasa da, həmin tikili cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşir. Birinci instansiya məhkəməsi cavabdehlərin mübahisəli evdə yaşamaq hüququnun olduğunu göstərərək iddia tələbini təmin etməmiş, apellyasiya kollegiyası bununla əlaqədar qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan mübahisəli ev özbaşına tikili olmaqla, həmin evə cavabdehlərin hər hansı bir hüququ yaranmamışdır. Odur ki, torpaq sahəsi iddiaçının mülkiyyətinə cavabdehlərin hüquqları ilə yüklü şəkildə keçməmişdir. Göstərilənlərə əsasən apellyasiya kollegiyası hesab etmişdir ki, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 370E saylı torpaq sahəsi iddiaçının mülkiyyətində olduğundan, mülkiyyət isə toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğundan, qanunla qorun duğundan, həmin torpaq sahəsindən və onun üzərindəki özbaşına tikilidən cavabdehlər əmlakları ilə birlikdə çıxarılmalıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehlər birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslarına uyğun kassasiya şikayətini əsaslandırmağa çalışsalar da, apellyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan mübahisəli ev özbaşına tikili olmaqla, həmin evə cavabdehlərin hər hansı bir hüququ yaranmamışdır. Odur ki, torpaq sahəsi iddiaçının mülkiyyətinə cavabdehlərin hüquqları ilə yüklü şəkildə keçməmişdir. Bu isə o deməkdir ki, mübahisəli fərdi yaşayış evi özbaşına tikili olduğundan cavabdehlərin həmin evə hər hansı hüquqları yaranmamış, əksinə, torpaq sahəsi isə xüsusi mülkiyyətdə olmuş, iddiaçının həmin torpaq sahəsinə hüquqları heç kimsənin hüquqları ilə məhdudlaşdırılmadan qeydiyyata alınmışdır. Beləliklə, cavabdehlərin mübahisə predmetləri ilə bağlı hər hansı hüquqlarının mövcudluğu müəyyən edilmir. Kassasiya yoxlaması zamanı isə apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlə t tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiy a instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasınınxx.xx.2019-cu il tarixli, 2(105)*****/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar