Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-819/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-819/2019 18 fevral 2019-cu il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X30 oğlunun katibliyi, Cavabdeh vəkilləri X10 və Vəkil iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 avqust 2018-ci il tarixli 2(103)-7663/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi və sair tələbi barədə” iddiasına dair iddia ərizəsi və iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onlara vurduğu maddi zərərin əvəzi olaraq 26.000 ABŞ dolları, vurduğu mənəvi zərərin əvəzi olaraq 20.000 manat və iddianın verilməsi üçün ödədikləri dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar müvəqqəti olaraq ABŞ-nın Kaliforniya ştatında yaşayırlar. İddiaçıların tanışı olan cavabdeh də ABŞ-ya gəlib-gedirdi, orada yaşayırdı. 2006-cı ildə iddiaçılar qərara gəlmişlər ki, Bakı şəhərində torpaq sahəsi alıb ev tiksinlər. Lakin, Bakı şəhərinə gəlib bu işləri görmək üçün vaxtları olmamışdır. İddiaçılar ilə cavabdeh arasında baş tutmuş razılıq əsasında, iddiaçılar, torpaq sahəsinin alınması üçün cavabdehə 08.08.2006-cı il tarixdə etibarnamə və pul vermişlər. İddiaçılar 2006-cı ildən başlayaraq cavabdehə cəmi 178.000 ABŞ dolları məbləğində pul vermişlər. Həmin məbləğə torpaq sahəsinin alınması, sahədə evin inşası və təmiri daxil idi. Cavabdeh 2006cı ildə İddiaçı1n adına Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,06 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin Svetlananın adına 28.11.2006-cı il tarixli dövlət reyestrindən çıxarışı da vardır. Cavabdeh orada onların puluna ev də tikdirmişdir. Lakin sonradan cavabdeh iddiaçıların xəbəri olmadan torpaq sahəsinin guya sənədinin itirdiyini əsas gətirərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək çıxarışın dublikatını almış, sonra isə Bakı Şəhəri 19 saylı Notariat Kontorunda 29.12.2008-ci il tarixdə “Alğı-satqı müqaviləsi” ilə əri X6 adına keçirmiş, daha sonra isə ərinin adından Bakı Şəhəri 41 saylı Notariat Kontorunda 08.07.2014-cü il tarixli “Alğı-satqı müqaviləsinə” əsasən X1. İddiaçılar bundan xəbər tutduqdan sonra cavabdehlə aralarında söz-söhbətlər olmuş, nəticədə uzun sürən danışıqdan sonra cavabdeh 18.12.2014-cü il tarixdə 100.000 manat dəyərində Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,06 ha torpaq sahəsini alıb iddiaçılara vermişdir. Hal-hazırda iddiaçı Svetlana İddiaçı1 adına həmin torpaq sahəsinə dair reyestrdən 24. 12.2014-cü il tarixli çıxarış vardır. Cavabdeh orada iki mərtəbəli ev tikmiş, lakin ev yarımçıq və təmirsiz qalmışdır. İddiaçıların cavabdehə göndərdikləri 178.000 ABŞ dolları puldan onun iddiaçılara 56.000 ABŞ dolları borcu qalmışdır. Cavabdeh həmin məbləği iddiaçılara qaytarmaqdan imtina edir. Dəfələrlə ondan pullarını tələb etmələrinə baxmayaraq, cavabdeh onların pullarını qaytarmamışdır. İddiaçılar cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində sarsıntılar da keçirmişlər və onlara mənəvi zərər dəymişdir. Mənəvi zərəri iddiaçılar 20.000 manat dəyərində qiymətləndirirlər və hesab edirlər ki, cavabdeh bu zərərlərin əvəzini onlara ödəməlidir. İddia tələbinin həcminin azaldılması haqqında ərizədən göründüyü kimi iddiaçı cavabdehin sonradan 56.000 ABŞ dollarından 30.000 ABŞ dollarını qaytard ığını, buna görə də, hazırda tələb olunan məbləğin 26.000 ABŞ dolları olduğu bildirlmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin iş üzrə 14 may 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 26.000 ABŞ dolları (məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçılara verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət etmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 avqust 2018-ci il tarixli 2(103)-7663/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər arasında hazırkı mübahisənin yaranmas ına əsas olan münasibət 10 ildən artıq əvvəl yaranmışdır və uzun müddətin keçməsi ilə əlaqədar göndərilən pulun dəqiq məbləği qarışıqdır. Həmin məbləğin məhz 178000 ABŞ dolları təşkil etməsi işdə olan sənədlərlə sübut edilmir. Belə ki, həmin sənədlər lazımi qaydada təsdiq edilməmiş, doğrudan da bank sənədləri olması müəyyən deyildir və notariat kontoru həmin sənədlərin özünü yox, yalnız tərcüməçinin ingilis dilindən düzgün tərcümə etməsini təsdiq etmişdir. Digər tərəfdən işə əlavə edilmiş həmin bank sənədlərini mötəbər sübut kimi qəbul edilsə belə, oradan pul vəsaitlərinin Cavabdeh tərəfindən qəbul edilməsi yox, yalnız pulların göndərilməsi görünür. Belə olan halda iddiaçı öz istinad etdiyi halları sübut etmək üçün qeyd etdiyi-«xxxx» ASC-dən Cavabdeh imzası olan sübut gətirməli idi ki, gön dərilən pul vəsaitlərini sonuncu qəbul etmişdir. Belə bir sübut iş materiallarında yoxdur. Başqa bir anlaşılmayan məqam ondan ibarətdir ki, pul vəsaitlərinin sənədlərinə əsasən X2 tərəfindən göndərilməsinə baxmayaraq X3 da iddiaçı kimi tanınmışdır. Onun hansı səbəbdən birgə iddiaçı kimi göstərilməsi nə iddia ərizəsində, nə də iddia ərizəsinə əlavə edilmiş sənədlərdə açıqlanmamışdır. İddiaçıların göstərdikləri 178000 ABŞ dolları vəsaitin Cavabdeh tərəfindən alınmasını həqiqət kimi qəbul edilsə onda pulların necə və nə qədər xərclənməsi məsələsi aydınlaşdırılmalıdır. Məhkəmələr isə bu istiqamətdə hər hansı araşdırma aparmamışdır. Belə ki, iddiaçıların özlərinin də etiraf etdiyi kimi 18.12.2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında dəyəri 100.000 manat olan və Badamdar qəsəbə sində yerləşən 0,06 ha torpaq sahəsi onlara alınmışdır. 18.12.2014-cü il tarixdə 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 0,78 manat təşkil edirdi. Deməli 128205 ABŞ dolları (məzənnəyəəsasən 100000 manat=128200ABŞ dolları təşkil edir) torpağın alınmasına xərclənmiş, iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizədə etiraf etdikləri kimi 30000 ABŞ dolları iddiaçılara verilmişdir. Qalır 19800 ABŞ dolları, həmin vəsaitdən də artıq pul qoyularaq evin tikinti işlərinə başlanılmış, bünövrənin betonlama işləri görülmüşdür, fərdi yaşayış evi qoşa daşla inşa edilmişdir. Bu işlərin görülməsinə 32000 ABŞ dolları xərc çəkilib. Əlavə olaraq fərdi yaşayış evinin layihəsinin hazırlanmasına 1500 dolları xərc çəkilmişdir. Bununla yanaşı məhkəmənin nəzərinə çatdırır ki, evin tikintisinə icazə alınma sı, yerli icra hakimiyyəti tərəfindən tikintiyə icazə verilməsi də, hamıya bəlli olduğu kimi asan iş deyildir. İcazə olmadığı halda icra hakimiyyətinin əməkdaşları tikintiyə icazə vermir, tikilini uçururlar. Hər tikilən mərtəbənin, sahənin icazəsi vardır. Bütün bunlar nəzərə alınmalı idi ki, məhkəmə bu məsələlərə toxunmamışdır. Əgər evin tikintisinə çəkilmiş xərcin nə qədər təşkil etməsi aydın deyilsə və ya məhkəmə bu barədə dəlillərinə inanmırsa, bu halda xüsusi biliyə malik mütəxəssis cəlb etməklə ekspertiza təyin etməli, xərcin nə qədər təşkil etməsini müəyyən etməli idi ki, bu işləri görməmişdir. İddiaçıların da etiraf etmələrinə baxmayaraq, məhkəmələr bu işlərin görülməsini ümumiyyətlə diqqətdən kənarda saxlamışlar. Sanki evin tikintisi aparılmamışdır. Halbuki, məhkəmələr qərarda öz ləri də etiraf etmişlər ki, tapşırıq torpaq sahəsinin alınması və evin tikintisi barədə olmuşdur. Başqa sözlə, evin tikintisinin də tapşırığın bir hissəsi olmasına baxmayaraq tikintiyə çəkilmiş xərcə qiymət verilməmiş, həmin xərc nəzərə alınmamışdır. Başqa bir vacib məqam ondan ibarətdir ki, məhkəmə iddiaçı ilə cavabdeh arasında yaranmış münasibətə tapşırıq müqaviləsi kimi baxmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehə tapşırıq vermiş və cavabdeh onun tapşırıqlarını yerinə yetirmiş, bununla bağlı cavabdehə pul vəsaitləri göndərilmişdir. Tərəflər arasında razılaşma 2006-cı ilin sentyabr ayında baş tutmuş, həmin vaxtdan iddiaçıların məhkəməyə müraciət etməsi vaxta kimi 9 il müddət keçmişdir. İddiaçı hazırkı tələblə 3 il müddətində məhkəməyə müraciət etməli olduğu halda, həmin müddət i dəfələrlə ötürməklə bu hüququndan istifadə etməmiş, iddia müddətini ötürmüşdür. Cavabdeh 1-ci instansiya məhkəməsinin iclaslarından məlumatsız olduğu üçün müddətin tətbiq edilməsi barədə ərizə vermək imkanından məhrum olmuşdur. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsi və vəkili X13 17.08.2018-ci il tarixli ərizə ilə müraciət edərək səhhətində yaranmış problemlərlə əlaqədar məhkəmə iclasının təxirə alınmasını xahiş etmiş, məhkəmə nümayəndənin xahişinə əhəmiyyət vermədən işə baxıb, qərar qəbul etmişdir. Bu səbəbdən müddətin tətbiq edilməsi barədə ərizəni apellyasiya instansiyası məhkəməsində də vermək mümkün olmamışdır. İddiaçıların məhkəməyə vaxtında müraciət etməmələrinin səbəbi onların görülmüş işləri bəyənmələri olmuşdur. Belə ki, onlar özləri də gözə l bilmişlər ki, cavabdehdə pul qalmamışdır. İş üzrə Nəsimi rayon Məhkəməsinin qətnaməsində tərəflər arasında münasibətə gah tapşırıq müqaviləsi kimi qiymət verilmiş, gah da əsassız varlanma kimi. Sual olunur ki, tərəflər arasında yaranan münasibət bunların dəqiq hansıdır? Apellyasiya instasiyası məhkəməsi Nəsimi rayon Məhkəməsinin bu dəlillərinə dəqiq qiymət verməmişdir. Belə ki, əsassız varlanma münasibətlərində iddia müddəti müqavilə münasibətlərindən daha qısadır. İşə baxan məhkəmə sübutlara düzgün qiymət verməmiş və qüvvədə olan maddi və prosessual hüquq normalarına əməl etməmişdir Mübahisəyə hansı qaydada yanaşılmasından asılı olmayaraq iddia əsassızdır. Həm göndərilmiş pul vəsaitlərinin artıqlaması ilə xərclənməsi, həm iddia müddətinin ötürülməsi, həm pulun alınmasını təsdiq edən sən ədin olmaması, həm də işə aid olmayan şəxsin birgə iddiaçı kimi tanınması iddianın rədd edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7663/20İ 17.08.2018-ci il tarixli qətnaməsini ləğv edilməsi, yeni qərar qəbul edilərək iddiaların rədd edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh vəkilləri X18 və Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 782.1, 779.1, 442, 448-ci maddələrinə istinad etməklə işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, işin mübahisəli halı tapşırıq müqaviləsində qeyd edilmiş işlərin, xidmətlərin görülməsi üçün alınmış 178.000 ABŞ dolları pulun tapşırığın vicdanla icra edilməməsi nəticəsində qaytarılmamış 26.000 ABŞ dollar hissəsi ilə bağlıdır. Ayrı-ayrı vaxtlarda iddiaçılar (vəkalət verənlər) tərəfindən 178.000 ABŞ dolları pul vəsaitinin tapşırığın icrası məqsədilə cavabdehin hesabı na köçürülməsi, həmçinin cavabdeh tərəfindən 100.000 manat dəyərində torpaq sahəsinin bağışlama müqaviləsi ilə İddiaçı1 bağışlanması, sonradan 30.000 ABŞ dollarının cavabdeh tərəfindən qaytarıldığı tərəflərin etirafı ilə, iş materialları ilə sübuta yetirilir. Yerdə qalan 26.000 ABŞ dolları məbləğin qaytarılmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin nümayəndəsi isə nə apellyasiya şikayətində, nə də məhkəmə iclasında izahat verən zamanı pul vəsaitinin tamamilə qaytarıldığını sübut edən mötəbər sübut gətirmədi, həmçinin cavabdehin nümayəndəsinin etiraf etdiyi kimi 30.000 ABŞ dolları qaytarıldıqdan sonra yerdə qalan məbləğin hesabına daş hasar çəkilməsi, yarımçıq tikilinin tikilməsi, ev tikintisi üçün layihənin çəkilməsi sübuta yetirilmir. Məhkəmə kollegiyası hesab edir k i, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı Şəhəri Səadət Sarayı tərəfindən 27.04.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 092431 saylı “Nikah haqqında şəhadətnamədən” görünür ki, iddiaçılar İddiaçı2 və X19 həmin tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra Xya X1 soyadı verilmişdir. Bakı Şəhəri 1 saylı Notariat Kontorunun böyük dövlət notariusu X2 tərəfindən təsdiq olunmuş AR-İ seriyalı, 026344 saylı, 08.08.2006-cı il tarixli etibarnamədən görünür ki, İddiaçı1 Cavabdeh onun adına Azərbaycan Respublikasının ərazisində daşınmaz əmlak, o cümlədən torpaq almağı, daşınmaz əmlaka dair al ğı-satqı müqaviləsini bağlamağı, həmin müqavilənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təhvil verib adına dövlət reyestrindən çıxarış, qeydiyyat vəsiqəsi almağı və s. səlahiyyətlər vermişdir. Etibarnamə 5 il müddətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş 28.11.2006-cı il tarixli, MH seriyalı, ******* №-li “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 28 saylı reyestr kitabının 2747 nömrəli vərəqində, **********44 nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddia çı2 ünvanlanmış 21.11.2014-cü il tarixli, **********22 №-li məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1707 ünvanında yerləşən torpaq sahəsi İddiaçı1 tərəfindən 16.10.2006-cı il tarixdə başqa şəxslərdən satın alınmışdır və alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsini alıcının adından etibarnamə üzrə nümayəndə (etibarnamə 08.08.2006-cı il tarixində verilmişdir) Cavabdeh həyata keçirmişdir. Cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosundan 8835 nömrəli, 28.07.2008-ci il tarixli arayışı və mətbuatda dərc edilmiş elanı DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə təqdim edərək qeyd olunan torpaq sahəsinə dair İddiaçı1 adına olan ********* qeydiyyat nömrəli, 28.11.2006-cı il tarixli reyestrdən çıxarışın dublikatının verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.11.2004-cü il tarixli, 174 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi Qaydası”nın 2.6-cı bəndinə uyğun olaraq çıxarışın dublikatı ona təqdim olunmuşdur. Sonradan Cavabdeh xidmətin Bakı şəhər Ərazi İdarəsindən məhdudiyyət (yüklülük) haqqında arayışı aldıqdan sonra həmin torpaq sahəsini Bakı şəhəri 19 saylı DNK-da təsdiq edilmiş 4Ə-676 reyestr nömrəli, 29.12.2008-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X11, sonuncu isə Bakı şəhəri 41 saylı DNK-da təsdiq edilmiş 4Ə-444 reyestr nömrəli, 08.07.2014-cü il tarixli müqaviləyə əsasən X1. Hazırda həmin torpaq sahəsi E.C.Axundovanın adına qeydiyyatdadır. İşdə olan 18.12.2014-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsindən” gör ünür ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Yaşayış Massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsini (dəyəri 100.000 manat) İddiaçı1 bağışlamışdır. Həmçinin, işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 24.12.2014-cü il tarixli, RX seriyalı, ******* №-li “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən sahəsi 0,06 ha olan torpaq sahəsi İddiaçı1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 28 saylı reyestr kitabının 2743 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. Apellyasiya instansiyası məhkəməsinin işin material larında olan maliyyə sənədlərinə istinad edərək qeyd etmişdir ki, İddiaçı2 Amerika Birləşmiş Ştatlarından bank vasitəsilə Cavabdeh “xxxx” ASC-dəki hesabına 2006-cı ilin sentyabr ayından 2007-ci ilin oktyabr ayınadək ümumilikdə 178.000 ABŞ dolları məbləğində pul vəsaitini göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin məbləğin məhz 178000 ABŞ dolları təşkil etməsinin iş materiallarında olan sənədlərlə sübut edilmir. Belə ki, işin materiallarından görünür ki, həmin sənədlər lazımi qaydada təsdiq edilməmiş, doğrudan da bank sənədləri olması müəyyən deyildir və notariat kontoru həmin sənədlərin özünü deyil, yalnız tərcüməçinin ingilis dilindən düzgün tərcümə etməsini təsdiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs i göstərilən vəsaitin cavabdeh tərəfindən alınması halında belə onun həmin pulların xərclənməsinin təyinatı istiqamətində araşdırma aparmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi mövcud mübahisənin həlli ilə bağlı hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 782.1, 779.1-ci maddələri təşkil etməsini qeyd etməklə tərəflər arasında tapşırıq müqaviləsi bağlanması qənaətinə gəlsə də, Cavabdeh Bakı şəhərində İddiaçı1 adına torpaq sahəsi alıb, üzərində ev tikdirməli və iddiaçılara təhvil verməli olmasına və bunun üçün nə qədər vəsait xərclənməsinə dair hansı konkret hərəkətlər etməsinə diqqət yetirməyərək, bununla bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Belə ki, işin materiallarında olan fotoş əkilllərdən görünür ki, mübahisəli torpaq sahəsi hasara alınmış və onun ərazisində yarımçıq tikili inşa edilmişdir. Həmçinin iddiaçılar da iddia ərizəsində torpaq sahəsində ikimərtəbəli evin titkildiyi, lakin yarımçıq və təmirsiz qaldığını göstərmişdirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən işlərin görülməsi üçün cavabdehin çəkdiyi xərclərin dəyəri müəyyənləşdirmədən işin mübahisəli halının tapşırıq müqaviləsində qeyd edilmiş işlərin, xidmətlərin görülməsi üçün alınmış 178.000 ABŞ dolları pulun tapşırığın vicdanla icra edilməməsi nəticəsində qaytarılmamış 26.000 ABŞ dollar hissəsi ilə bağlı olması barədə nəticəsi qanuni v əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 777.1-ci maddəsinə görə, tapşırıq müqaviləs inə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 779.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. - 782.1-ci maddəsinə görə, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tapşırıq müqaviləsinin müddəalarına istinad etdiyi halda, cavabdehin bu tapşırıq müqaviləsi üzrə tapşırılanların hansı formatda və necə yerinə yetirilməsini müəyyən etməli, görülən işlərin dəyərini müəyyən etmək üçün xüsusi bilik tələb olunan sahə olduğu üçün müvafiq ekspertiza təyin edilməsinin zəruriliyini müzakirə etməli idi. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini nəticəsi qanuni, əsaslı və işin hallarına uyğun olması qənaətinə gəlsə də, səlahiyyətli məhkəmə olaraq tərəflər arasındakı münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına (1091 1092.1-ci maddələri) istinad etməsinin qanuniliyinə hüquqi qiymət verməmiş, özü tərəfindən Mül ki Məcəllənin 442-ci və 448-ci maddələri tətbiq edilərkən isə cavabdehin iddiaçı qarşısında hansı öhdəliklərin daşıyıcısı olmasını hüquqi cəhətdən əsaslandırmamışdır. Başqa sözlə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında yaranmış münasibətlərə tapşırıq müqaviləsi kimi qiymət versə də, birinci instansiya məhkəməsi tərəfində bu münasibətlərə həm tapşırıq, həm də əsassız varlanma kimi qiymətləndirməsinə hüquqi münasibət bildirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasın dan ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edili r. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənaf elərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməs i ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və p rosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olsa da, kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsan ları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 avqust 2018-ci il tarixli 2(103)-7663/2018 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva
Məhkəmə qərarları › İş №2(102)-819/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-819/2019
18.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver