Məhkəmə qərarları › İş №2(102)-82/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-82/2022

09.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-82/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh «X1 B.V» Şirkətinin Azərbaycan Respublikasındaki filialına qarşı, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-nin üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, zərərin əvəzinin ödənilməsi tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4451/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X1 B.V» Şirkətinin Azərbaycan Respublikasındaki filialında «Takelajçı» vəzifəsinə işə qəbul edilmiş, müddətli əmək müqaviləsinin müddəti 13.11.2020-ci ilədək razılaşdırılmşdır.

2. Cavabdehin əmri ilə iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad olunmuş, iddiaçı həmin əmri məhkəmə qaydasında mübahisələndirmiş, nəticədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, əmr ləğv olunaraq iddiaçının əvvəlki işinə bərpa olunması qət edilmişdir.

3. Cavabdehin 19.01.2021-ci il tarixli, BM-El-020-2021 saylı əmri ilə İddiaçı, barəsində qəbul edilmiş əmək müqaviləsinə xitam v erilməsi barədə 20.10.2020-ci il tarixli əmr ləğv edilmiş və 20.10.2020-ci il tarixdən etibarən onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlər və müddət daxilində əvvəlki vəzifəsinə bərpa edilmişdir.

4. Cavabdehin 19.01.2021-ci il tarixli, BM-El-022-2021 saylı əmri ilə əmək müqaviləsinin müddətinin bitməsi il əlaqədar olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 13.11.2020-ci il tarixdən etibarən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh «X1 B.V» Şirkətinin Azərbaycan Respublikasındaki filialına və üçüncü şəxs Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, 19.01.2021-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa, 19.01.20 21-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının, 15.000 manat maddi və 15.000 manat mənəvi ziyana gör pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, cavabdeh 20.10.2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bundan sonra Səbail rayon Məhkəməsinin 02.12.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin 20.10.2020-ci il tarixli əmri ləğv edilmiş, cavabdehdən iddiaçının xeyrinə 20.10.2020-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının ödənilməsi qət edilmişdir. Cavabdeh bundan sonra iddiaçını işə bərpa etsə də, iddiaçının işdən azad olunduğu gündən, yəni 20.10.2020-ci il tarixdən 19.01.2021-ci ilə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının deyil, 20.10.2020-ci ildən 13.11.2020-ci ilə qədər olan müddətə ödəmişdir. Eyni zamanda onunla bağlanmış əmək müqaviləsini işə bərpa olunduqdan sonra qanunsuz olaraq ləğv etmişdir.

7. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək bildirmişdir ki, cavabdeh işə müddətli əmək müqaviləsi ilə götürülmüşdür və həmin müddət də bitdikdən sonra qanunvericiliyə uyğun olaraq işdən azad edilmişdir.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim İ.Rüstəmli) 26 fevral 2021-ci il tarixli, 2(009)663/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

9. Məhkəmə Əmək Məcəllənin 73.2-ci maddəsinə istinad edərə k mövqeyini belə əsaslandırmışdır ki, işəgötürən qanunvericiliyin tələbinə uyğun olaraq işçini müddətli əmək müqaviləsi qurtardığı üçün işçi işə çıxdıqdan sonra bir təqvim həftəsi ərzində işdən azad etmişdir. Belə ki, işəgötürən 19.01.2021-ci il tarixli əmri ilə məhkəmə qətnaməsini icra edərək işçini işə bərpa etmiş və həmin tarixdə başqa bir əmrlə işçini Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən işdən azad etmişdir. Əmək Məcəlləsinin 73.2-ci maddəsinin də məzmunundan göründüyü kimi, işçi işəgötürən ilə aralarında məhkəmə çəkişməsi olduğu dövrdə işə çıxmadığından və məhkəmə çəkişməsi bitdikdən sonra 19.01.2021-ci il tarixdən işə çıxdığından işəgötürən işçini məhz işə çıxdığı gündən 1 təqvim həftəsi keçməmiş əmək müqaviləsinin bitdiyi tarixdən etibarən işdən azad etmişdir. Bu səbəbdən işçini n Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. İddia tələbinin 19.01.2021-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının, 15.000 manat maddi və 15.000 manat mənəvi ziyana gör pulun alınaraq ona verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbinin bu hissəsi bilavasitə iddia tələbinin “əmrin ləğvi və işə bərpa” hissəsi ilə bağlı olduğundan və iddia tələbi qeyd olunan hissədə təmin edilmədiyindən tələb bu hissədə də əsassızdır və təmin olunmamalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.Məmmədov a və F.Talışinski) 22 iyun 2021-ci il tarixli, 2(103)-4451/21 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(009)- 663/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. Rahim Salmanov kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin 19 yanvar 2021-ci il tarixli əmri ilə onun ilə bağlanmış əmək müqaviləsi arxa tarixli, yəni 13 noyabr 2020-ci il tar ixdə ləğv edilir ki, bu da Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə ziddir. Yəni, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən Əmək müqaviləsi arxa tarixlə ləğv edilə bilməz. İddiaçı ilə bağlanmış əmək müqaviləsi 13 noyabr 2020-ci il tarixdə ləğv edilir, hansı ki, bu müddətdə onun əmək müqaviləsi ləğv edilə bilməzdi, belə ki, həmin dövrdə onunla cavabdeh arasında işə bərpa ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və davam etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı ən azı 20.10.2020-ci il tarixdən 19 yanvar 2021-ci il tarixə qədər işə bərpa olunmuşdur, məhkəmə qətnaməsi də qanuni qüvvəyə minmişdir və qanuni qüvvəyə minmiş məhkəmə qərarı mübahisələndirilə bilməz. Məhkəmə qərarı ilə işə bərpa olunduğu müddətdə (ən azı 20.1 0.2020ci il tarixdən 19yanvar 2021-ci il tarixə qədər) onun əmək müqaviləsi 13 noyabr 2020-ci ildə necə ləğv edilə bilər? İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 13 noyabr 2020-ci il tarixdə tamam olmuşdur. Həmin dövrdə onunla cavabdeh arasında Bakı şəhəri Səbail Rayon Məhkəməsində fərdi əmək mübahisəsi olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş: “X1 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 20.10.2020-ci il tarixli, 528 saylı Əmri ləğv edilmişdir. Cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsini "əmək müqaviləsinin müddətinin qurtarması ” əsası ilə ləğv edilməsi barədə belə bir niyyəti olmuş olsa da, Əmək Məcəlləsində olan bu müddət iddiaçının deyil, cavabdehin səhvi üzündən burax ılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, işçinin müəyyən üzrlü səbəbdən (işçinin xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması) habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.2-ci maddəsi də təsdiq edir ki, cavabdeh yalnız bu maddədə göstərilən hallar olduqda işçi işə çıxdığı gün onunla bağlanmış əmək müqaviləsini ləğv edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.2-ci maddəsi təsdiq edir ki, bu maddədə göstəril ən hallar olduqda və işçi işə çıxmadıqda iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Əmək Məcəlləsinin bu maddəsi o halı nəzərdə tutur ki, maddədə göstərilən üç haldan hər hansı biri baş verdiyi təqdirdə işçi işə çıxdığı gün onunla bağlanmış əmək müqaviləsi ləğv edilə bilər, yəni, həmin üç haldan biri mövcud olsaydı bu zaman 13 noyabr 2020-ci il tarixdə deyil, 19 yanvar 2021-ci tarixdə və ya sonrakı 1 həftə ərzində ləğv edilə bilərdi. Birinci halda, 13 noyabr 2020-ci il Bakı şəhər Səbail Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının işə bərpa olunduğu tarixə daxildir, bu tarixdə onun əmək müqaviləsi ləğv edilə bilməz. İkinci halda, 19 yanvar 2021-ci il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinin arxa tarixlə, yəni, 13 noyabr 2020-ci il tarixdə ləğv edilməsi qanunsuzdur. Üçüncü halda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.2-ci maddəsində göstərilən işçinin müəyyən 3 üzrlü səbəbdən (işçinin xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması) işdə olmaması, habelə bu Məcəllənin 179-cu maddəsində olan hallar olmamışdır. Dördüncü halda, Əmək müqaviləsini “əmək müqaviləsinin müddətinin qurtarması” əsası ilə ləğv edilməsi barədə Əmək Məcəlləsində olan bu müddət mənim deyil, cavabdehin təqsiri və ya səhvi üzündən buraxılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən: əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7 0, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsi və bu maddəyə əsaslanaraq qəbul edilmiş Bakı şəhər Səbail Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qətnaməsi də təsdiq edir ki, Əmək Məcəlləsinə və məhkəmə qətnaməsinə əsasən iddiaçı işdən çıxarıldığı 20.10.2020-ci il tarixdən işə bərpa olunduğu 19 yanvar 2021-ci il tarixə qədər işə bərpa olunmuşdur, bu günlərə və aylara görə ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsi və Bakı səhər Səbail Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qətnaməsi də təsdiq edir ki, bu müddətdə, yəni iddiaçı 19 yanvar 2021-ci il tarixinə qədər faktiki olaraq işdə olmasa da, məhkəmə qərarına əsasən işdə olmuş hesab edilmişdir və şirkətlə əmək münasibətlərinin bu günə qədər davam etmişdir. Belə olan halda, yəni, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında iddiaçının əmək münasibətləri 19 yanvar 2021-ci ilə kimi davam etmişsə, onunla başlanmış Əmək müqavil əsi hansı əsaslardan, arxa tarixdən, yəni 13 noyabr 2020-ci ildən ləğv edilə bilər? Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin qeyd hissəsinə əsasən: bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsi və məhkəmə qətnaməsi də təsdiq edir ki, 20.10.2020-ci il t arixdən 19 yanvar 2021-ci il tarixinə qədər işdə iddiaçı olmasa da, məhkəmə qərarına əsasən işdə olmuş hesab edilmişdir, məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir və şirkətlə əmək münasibətlərini həmin günə, yəni 19 yanvar 2021-ci ilə qədər davam etmişdir. Belə olan halda, yəni, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında iddiaçının əmək münasibətləri 19 yanvar 2021-ci ilə kimi davam etmişsə, onunla bağlanmış əmək müqaviləsi hansı əsaslardan, arxa tarixdən, yəni 13 noyabr 2020-ci ildən ləğv edilə bilər? Birinci instansiya məhkəməsinin mövqeyinə haqq qazandıran Bakı Apellyasiya Məhkəməsinin 22.06.2021-ci il tarixli qətnaməsində də analoji qaydada səhv və yanlış olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsaslanmaqla bildirilir ki, bu maddəyə əsasən iddia çı ilə bağlanmış Əmək müqaviləsi arxa tarixlə, yəni, 13 noyabr 2020-ci il tarixdən ləğv edilə bilər və bu zaman qanunun tələblərinin pozulması halı baş vermir. Yəni, hazırki işdə Əmək Məcəlləsinin 73.2-ci maddəsində sadalanan üzrlü səbəblər olmasa da işə baxan Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin işə baxan hakimi kimi düşünərək yanlış olaraq hesab etmişdir ki, cavabdeh həmin maddəni tətbiq etməklə işçi ilə əmək münasibətlərinə xitam verməkdə haqlı olmuşdur. Hesab edir ki, aşağıdakı səbəblərdən dolayı belə bir mövqeyə əsaslı və qanuni yanaşma kimi bir qiymət verilə bilməz. Belə ki; Məhkəmə qətnamələrində istinad olunan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.2-ci maddəsinin hazırki əmək mübahisəsi ilə heç bir bağlılığı, aidiyyətı yoxdur. Sözügedən maddənin məzmunundan da görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.2-ci maddəsi bu əmək münasibətlərini tənzimləmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.2-ci maddəsi: işçinin müəyyən 3 üzrlü səbəbdən (işçinin xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması) habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər kimi əmək münasibətlərini tənzimləyir. Ən mühüm şərt isə: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.2-ci maddəsi İşəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı, işçinin bu ma ddədə göstərilən üzrlü səbəblərdən işə çıxmadığı hallarda əmək müqaviləsinin ləğvini tənzimləyir və o işə çıxdıqdan sonra 1 həftə ərzində əmək müqaviləsinin ləğv edilməsini tənzimləyir. Onların münasibətlərində isə bu maddədə qeyd olunan hallar baş verməmşdir. Yəni hazırkı mübahisədə iddiaçının bu maddədə göstərilən qaydada üzrlü səbəbdən isə çıxmamalı deyil, cavabdeh "Saipem Contracting Netherlands B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının əsassız və qanunsuz əmri ilə əlaqədar müddətin buraxılması mübahisə mövzusudur və qeyd olunan 13 noyabr və ya 1 həftə ərzində əmək müqaviləsinin ləğv edilməsi iddiaçının deyil, işəgötürənin qanunsuz hərəkətləri nəticəsində buraxılmışdır. Mülki iş üzrə cavabdeh “X1 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı filialının daha bir qanunsuzluğ u ondan ibarətdir ki, hətta bu müddət onların fərz etdikləri kimi və ya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulan qaydada tənzimlənmiş olsaydı belə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvi arxa tarixlə 13 noyabr 2020-ci ildən deyil, 19 yanvar 2021-ci il - 26 yanvar 2021-ci il tarixində reallaşdırıla bilərdi. Məsələn, əgər iddiaçı xəstələnsəydi, ezamiyyətdə, yaxud məzuniyyətdə olsaydı və bu sənədlərin davam etməsi müddəti 19 yanvar 2021-ci il tarixinə kimi olsa idi, bu halda da cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvini arxa tarixlə, yəni 13 noyabr 2020-ci ildən deyil, 19 yanvar 2021-ci il - 26 yanvar 2021-ci il tarixində reallaşdıra bilərdi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8-ci maddəsinə əsasən, bu Məcəllə ilə əmək hüquqlar ının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. Mülki iş üzrə cavabdeh “X1 B. V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8-ci maddəsində göstərilən müddəti, yəni 13 noyabrda və ya 1 həftə ərzində əmək müqaviləs inin ləğvini, iddiaçının deyil, özünün qanunsuz əmri ilə buraxmışdır. Görünür cavabdeh müəssisə verdiyi əmirin qanunsuzluğunun sonradan yarada biləcəyi nəticələri əvvəlcədən hesablamamışdır. Eyni zamanda apellyasiya şikayətində qeyd edildiyi kimi, cavabdeh müəssisənin iddiaçı ilə əmək münasibətlərini davam etdirmək niyyətində olmamasının, yəni 19 yanvar 2021-ci tarixli, BM-Eİ022-2021 saylı əmrin verilməsinin yeganə səbəbi cavabdehin 20.10.2020-ci il tarixli, 528 saylı əmrinin iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməsidir. Cavabdeh obyektiv, ədalətli məhkəmə qərarından daha rasional, praqmatik nəticə çıxarmalı olduğu halda mənim öz hüquqlarımı müdafiə etməkdə israrlı olmağını, bunun üçün məhkəməyə müraciət etməyimi qəbul edə bilmədiyindən iddiaçıya qarşı açıq-aşkar qərəzli mövqe nüma yiş etdirməyə başlamışdır. Onun bu qənaətə gəlməyinin əsas səbəblərindən biri də odur ki, iddiaçı uzun müddətdir cavabdeh müəssisə ilə əmək münasibətindədir. O, bu müddət ərzində yalnız yüksək nizam-intizam və peşəkar fəaliyyəti ilə fərqlənmişdir. Qazandığı peşəkar fəaliyyətdən yeni işə başlayanlar nümunə və təcrübə olaraq faydalanıblar. Və əməyi işəgötürən tərəfindən daim yüksək səviyyədə qiymətləndirilmişdir (tərifnamə, sertifikat və s.). Buna görə də hər dəfə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti uzadılmışdır. Sonuncu dəfə bu münasibətlər nədən davam etdirilməsin? Sualın cavabı yuxarıda qeyd edilən izahdadır. Əslində cavabdeh müəssisə içindəki qərəzi boğa bilsə onların əmək münasibətlərinin davam etməsi qanuna müvafiq olduğu kimi, həm də mənafelərinin qarşılıqlı şəkildə təmin olunmasına xidmət etmiş olardı. Maddi ziyanın tutulması barədə. Cavabdeh “X1 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 19 yanvar 2021-ci tarixli, BM-Eİ-022-2021 saylı əmri ilə iddiaçını qanunsuz olaraq 2-ci dəfə işdən azad etmiş və ona maddi və mənəvi ziyan vurmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarım araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. «Dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası:

17. Maddə 35, Hissə 2,4,6. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məş ğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

18. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

19. Maddə

73. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həf tə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırmas ı kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

26. Səbail Rayon Məhkəməsinin 02.12.2020-ci il tarixli qətnaməsinin surətindən və iddiaçıya məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı ilə «X1 B.V» Şirk ətinin Azərbaycan Respublikasındaki filialı arasında bağlanmış 10.04.2018-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 10.04.2018-ci il tarixdən 31.08.2018-ci il tarixədək «Takelajçı» vəzifəsinə işə götürülmüşdür.

27. Tərəflər arasında bağlanmış 15.11.2019-cu il tarixli əmək müqaviləsinə düzəlişdən görünür ki, bu müqavilə 16.11.2019-cu il tarixdən 13.11.2020-ci il tarixədək qüvvədə olacaqdır. 28. 19.01.2021-ci il tarixli, BM-El-020-2021 saylı əmrin surətindən görünür ki, həmin əmrlə İddiaçı barəsində qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 20.10.2020-ci il tarixli əmr ləğv edilmiş və İddiaçı 20.10.2020-ci il tarixdən etibarən onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlər və müddət daxilində əvvəlki vəzifəsinə bərpa edilmişdir. 29. 19.01.2021-ci il tarixli, B M-El-022-2021 saylı əmrin surətindən görünür ki, həmin əmrlə əmək müqaviləsinin müddətinin bitməsi il əlaqədar olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 13.11.2020-ci il tarixdən etibarən xitam verilmişdir.

30. Beləliklə, İddiaçı X1 B.V» Şirkətinin Azərbaycan Respublikasındaki filialında «Takelajçı» vəzifəsinə işə qəbul edilmiş, müddətli əmək müqaviləsinin müddəti 13.11.2020-ci il tarixdə bitmiş, 19.01.2021-ci il tarixli əmrlə əmək müqaviləsinin müddəti bitdiyinə görə Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşəgötürən (cavabdeh) qanunvericiliyin tələbinə uyğun olaraq işçini müddətli əmək müqaviləsi qurtardığı üçün işçi işə çıxdıqdan sonra bir təqvim həftəsi ərzində işdən azad etmişdir. Belə ki, işəgötürən 19.01.2021-ci il tarixli əmri ilə məhkəmə qətnaməsini icra edərək işçini işə bərpa etmiş və həmin tarixdə başqa bir əmrlə işçini Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən işdən azad etmişdir. Əmək Məcəlləsinin 73.2-ci maddəsinin də məzmunundan göründüyü kimi, işçi işəgötürən ilə aralarında məhkəmə çəkişməsi olduğu dövrdə işə çıxmadığından və məhkəmə çəkişməsi bitdikdən sonra 19.01.2021-ci il tarixdən işə çıxdığından işəgötürən işçini məhz işə çıxdığı gündən 1 təqvim həftəsi keçməmiş əmək müqaviləsinin bitdiyi tarixdən etibarən işdən azad etmişdir. Bu səbəbdən işçinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə uyğun olaraq işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır.

31. Apellyasiya kollegiyası qeyd etmişdir ki, Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.

32. Əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi).

33. Qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Müddətli əmək müqaviləsində göstərilən müddət qur tardıqdan sonra əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə o halda uzadılmış hesab olunur ki, müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməsin.

34. Hazırki işin hallarından və işdə olan sübutlardan isə görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti 13 noyabr 2020-ci il tarixdə bitmiş, həmin vaxtı iddiaçı işdə olmamış (iddiaçı cavabdehin əvvəlki əmri ilə işdən azad olunduğundan tərəflər arasında məhkəmə mübahisə mövcud olmuşdur), iddiaçı məhkəmə qərarına əsasən cavabdeh tərəfindən əvvəlki işinə bərpa olunduqdan sonra qanunla nəzərdə tutulmuş 1 həftə ərzində qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsinə dair əmr qəbul olunmuşdur.

35. İddiaçı, tələbinin və şikayətinin əsası kimi – əmrin arxa tarixə veril məsini, həmin dövrdə onunla cavabdeh arasında məhkəmə mübahisəsinin getməsini və s. göstərmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili əmrin qanunsuz olmasını ehtiva etmir.

36. İşin faktiki hallarına əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti 13 noyabr 2020-ci il tarixdə bitsə də, ondan əvvəl iddiaçı cavabdehin digər əmri ilə Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndinə əsasən işdən azad olunmuş, iddiaçı həmin əmri məhkəmə qaydasında mübahisələndirmiş, nəticədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, əmr ləğv olunaraq iddiaçının əvvəlki işinə bərpa olunması qət edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçını 13 noyabr 2020-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işdən azad edə bilməzdi. Lakin, cavabdeh məhkəmə qərarını icra edərək iddiaçını işə bərpa etdikdən sonra, qanunla müəyyən olunmuş 1 həftə ərzində əmək müqaviləsinə xitam verilməsinə dair hazırda mübahisələndirilən əmri qəbul etmişdir. Əmrdə əmək müqaviləsinə məhz 13 noyabr 2020-ci il tarixdən xitam verilməsinin göstərilməsi əmrin arxa tarixlə verilməsi anlamına gələ bilməz. Göründüyü kimi, cavabdeh müddətli əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verməkdə haqlı olmuş, əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən olunmamışdır.

38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia qeyd edilən hissədə əsassız olduğundan qalan hissədə də (dəymiş ziyanın ödənilməsi) təmin olun a bilməzdi. Birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur.

39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

40. Kollegiya iddiaçının dəlillərinə apellyasiya məhkəməsi tərəfindən tam və hərtərəfli qiymət verildiyini nəzərə alaraq, həmin məhkəmənin əsaslandırması ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

41. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxl anılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4451/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Əhməd Nurməmmədov İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar