Məhkəmə qərarları › İş №2(102)-82/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-82/2023

24.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-82/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: miras əmlaka mülkiyyət hüququnun tanınması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı “mərhum anası Cavabdeh3 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0723 ha torpaq sahəsinin ½ hissəsinə və mərhum nənəsi X7 miras qalmış ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 121.3 kvm olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.0723 ha torpaq sahəsinin ½ hissəsinə vərəsəl iyin açılması və mülkiyyətinə verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)919/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********17-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışa əsasən Qax şəhəri, Nizami Gəncəvi küçəsi, ev 18\. (Yeni qaydalarla AZ 3400, Qax şəhəri, Nizami Gəncəvi küçəsi, ev 55) yerləşən 0.0723 ha həyətyanı torpaq sahəsi X8 və Cavabdeh3 ümumi birgə, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi isə X8 ta m mülkiyyətindədir.

2. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci l tarixli, 21(107)-412/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı Cavabdeh2 (bundan sonra iddiaçı və ya Cavabdeh2) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (bundan sonra cavabdeh və ya DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsi) qarşı (üçüncü şəxs İddiaçı cəlb edilməklə) iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, "ünvan 2 ünvanda yerləşən fərdi evin yerləşdiyi torpaq sahəsi üzərində Cavabdeh3 hüququnun dövlət qeydiyyatının və həmin evə dair xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmin fərdi ya şayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində (tam mülkiyyət hüququnda) X8 hüququnun dövlət qeydiyyatına alaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmiş, Şəki İnzibati Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 2-1(116)- 432/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış, iddiaçının prosessual hüquq varisi Cavabdeh1 həmin qərardaddan verdiyi şikayət təmin edilməmişdir.

3. Cavabdeh3 xx.xx.2007-ci il tarixdə, X14 xx.xx.1982-ci il tarixdə ölmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 sayl ı Şəki Ərazi idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən mərhum anası Cavabdeh3 mülkiyyəti olmaqla ondan miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0723 ha torpaq sahəsinin ½ hissəsinə və mərhum nənəsi X8 mülkiyyəti olmaqla ondan miras qalmış ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 121.3 kv.m olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.0723 ha torpaq sahəsinin ½ hissəsinə vərəsəliyin açılması və həmin əmlakların onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qax Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərardadına əsasən İddiaçı ərizəsi təmin edilərək Cavabdeh2 öldüyü üçün onun oğlu Cavabdeh1 işə cavabdeh qismində cəlb olunmuşdur.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası Cavabdeh3 xx.xx.2007-ci, nə nəsi X14 isə xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. Mərhum anası Cavabdeh3 vəfatından sonra ünvan 1 ünvanda yerləşən 0.0723 ha torpaq sahəsinin ½ hissəsi və mərhum nənəsi X8 vəfatından sonra isə ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 121.3 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.0723 ha torpaq sahəsinin ½ hissəsi Az.Resp. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən onların mülkiyyəti olmaqla miras əmlakı olaraq qalmışdır. Cavabdeh miras əmlakı olan evdə nənəsinin vəfatından sonra yaşamamış və mirası heç bir formada qəbul etməmişdir. Həmin evdə və torpaq sahəsində nənəsi Keke Kərimovanın vəfatından sonra ancaq anası Cavabdeh3 yaşamış və onun vəfatından sonra isə o öz ailəsi ilə birlikdə yaşamışdır. Nənəsinin ölümündən sonra onun əmlakını ancaq anası faktiki olaraq qəbul etmiş və təsərrüfatı idarə etmişdir. Anasının bacı və qardaşları nənəsi Keke Kərimovanın ölümündən əvvəl həmin evdən çıxmış, həmin evdə yaşamamış, mirası heç bir formada qəbul etməmişlər. Onlar miras əmlaka olan hüquqlarını tam olaraq itirmişlər. Onlar nənəsinin və anasının vəfatından sonra ondan miras qalmış əmlaka sahiblik etmiş, mirasi faktiki olaraq qəbul etmişlər. O, anası Cavabdeh3 yeganə vərəsəsidir.

7. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, o, X11 nəvəsidir. İddia tələbinin mərhum X10 miras qalmış əmlakın tam olaraq iddiaçıya verilməsinə dair hissəsi ilə razılaşmır. Nənəsindən miras qalmış əmlakı anası Cavabdeh2 və nənəsinin digər vərəsələri faktiki qəbu l etmişlər. X10 miras qalmış əmlakda anasına çatacaq paydan irsi transmissiya üzrə onun da payı vardır. Öz payını gələcəkdə qəbul edəcəkdir. İddianın qismən, özü qəbul etdiyi hissədə təmin edilməsinə etiraz etmir.

8. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 08 sentyabr 2021-ci il tarixli, 2(024)33/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən mərhum Cavabdeh3 mülkiyyəti olmaqla ondan miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0723 ha torpaq sahəsinin ½ hissəsinə və mərhum X8 mülkiyyəti olmaqla ondan miras qalmış ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 121.3 kvm olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.0723 ha torpaq sahəsinin ½ hissəsinə vərəsəliyin açılması, ünvan 1 ünvanda yerləşən 0.0723 ha torpaq sahəsinin ½ hissəsi üzərində İddiaçı payı tam, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 121.3 kv.m olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.0723 ha torpaq sahəsinin ½ hissəsi üzərində isə 2/7 payı müəyyən edilməsi və iddiaçının mülkiyyətinə verilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********17-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışa əsasən Qax şəhəri, Nizami Gəncəvi küçəsi, ev 18 (Yeni qaydalarla AZ 3400, Qax şəhəri, Nizami Gəncəvi küçəsi, ev 55) yerləşən 0.0723 ha həyətyanı torpaq sahəsi X8 və Cavabdeh3 ümumi birgə, həmin torpaq sahəsinin üzərində ye rləşən fərdi yaşayış evi isə X8 tam mülkiyyətinə verilmişdir.

10. X14 xx.xx.1982-ci ildə ölmüş, onun Cavabdeh3, X4, Cavabdeh2, X5, X12 və oğulları X6 və X3 ibarət vərəsələri qalmışdır. Cavabdeh3 isə xx.xx.2007-ci ildə ölmüş, onun qızı İddiaçı ibarət vərəsəsi qalmışdır.

11. Məhkəmə iddia tələbinin “iddiaçının mərhum anası Cavabdeh3 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.0723 ha torpaq sahəsinin ½ hissəsinə vərəsəlik açılması və iddiaçının mülkiyyətinə verilməsinə dair hissəsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı anası Sumayə Kərimvoanın yeganə qanun üzrə vərəsəsidir. Həmin miras əmlak başqa şəxsə vəsiyyət olunmamışdır. Ona görə də. Mərhum Cavabdeh3 miras qalmış yuxarıda qeyd olunan torpaq sahəsi üzərində iddiaçının qanun üzrə payı tam olaraq müəyyən edilərək iddiaçıya verilməlidir.

12. İddi a tələbinin “iddiaçının mərhum nənəsi X8 mülkiyyəti olmaqla ondan miras qalmış ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 121.3 kv.m olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.0723 ha torpaq sahəsinin ½ hissəsinə vərəsəliyin açılması və həmin əmlakların onun mülkiyyətinə verilməsi barədə” hissəsi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, iddiaçının nənəsi X2 Kərimova ondan sonra öldüyü üçün Keke Kərimovadan miras qalmış əmlakdan Cavabdeh3 çatacaq pay onun vərəsəsi olan İddiaçı düşür (irsi transmissiya).

13. Keke Kərimovanın Cavabdeh3, X4, Cavabdeh2, X5, X12 və oğulları X6 və X3 ibarət 7 vərəsəsi qalmışdır. Həmin şəxslər Keke Kərimovanın vərəsələridir və miras əmlak üzərində onların qanun üzrə payı vardır. Həmin vərəsələrdən Cavabdeh2 vəfat etdiyi üçün Keke Kərimovadan miras qalmış əmlakdan Cavabdeh2 çatacaq qanun üzrə paydan onun vərəsəsi olan Cavabdeh1 düşür. (irsi transmissiya). Həmin vərəsələrdən X5 məhkəməyə ərizə təqdim edərək mərhum anası X7 miras qalmış əmlakdan bacısı qızı X1 xeyrinə imtina etdiyini bildirmişdir. X11 7 nəfər vərəsəsinin olması və həmin vərəsələrdən Leyla Dukaşvilinin mərhum anasından ona düşəcək paydan iddiaçının xeyrinə imtina etməsi nəzərə alınarsa, mərhum K.Kərimovadan miras qalmış əmlakdan iddiaçıya düşəcək pay 2/7 hissə təşkil edir. Ona görə də, iddiaçı tələbin həmin hissəsində haqlıdır.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145, 1146, 1133.2, 1134.1, 1147.1, 1151.1, 1159.1, 1159.1.1, 1243.1, 1245, 1246, 1248.1, 1257.1 və 1257.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya inst ansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarış araşdırılmalı və ekspertiza keçirilməlidir. Məlumat üçün bildirirlər ki, İddiaçı ünvan 1 ünvanda müvəqqəti yaşamışdır onun həmin əmlaka dair hər hansı təsərrüfatı idarə etməmişdir. Yaşayış yeri olmadığı üçün həmin evdə müvəqqəti qalmışdır. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə maddi hüquq normalarını pozmuş və qətnamənin hazırki şikayət üzrə mübahisələndirilən hissəsində düzgü n nəticəyə gəlməmişdir.

17. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.A.Mahmudov-sədrlik edən və məruzəçi, hakimlər L.M.Məmmədova və T.O.Quliyev) 22 iyul 2022-ci il tarixli, 2(107)-919/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Qax Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(024)-33/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilmiş, İddiaçı miras qoyan (anası) Cavabdeh3 miras qalmış (xx.xx.2019-cu il tarixli ********** nömrəli Çıxarış) ümumi birgə mülkiyyət hüququ əsasında ünvan 4 ünvanda yerləşən 0.0723 ha torpaq sahəsinin ½ hissəsində vərəsəlik payı tam; Nənəsi X7 miras qalmış (xx.xx.2019-cu il tarixli ********** nömrəli Çıxarış) ümumi birgə mülkiyyət hüququ əsasında ünvan 4 ünv anda yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0.0723 ha torpaq sahəsinin ½ hissəsində vərəsəlik payı 1/7 (yeddidə bir) hissə müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. 19. hazırki işin həllində formalaşmış məhkəmə təcrübəsindən fərqlilik yarandığından, yəni hüquq müəyyənlik prinsipi baxımından bütün vərəsələrin işə cəlb edilməsi, hansı vərəsənin mirası qəbul edib-etməməsini aydınlaşdırmaq mümkün olmadığından yalnız id diaçının mübahisəli miras əmlakda irsi transmissiya üzrə payı müəyyən edilməlidir. Pay müəyyən edilərkən bütün vərəsələr nəzərə alınmalı, lakin onların iradə ifadələrini müəyyən etmək mümkün olmadığından vərəsəlik payı yalnız iddiaçıya münasibətdə müəyyən edilməlidir.

20. İddiaçının payının müəyyənləşdirilməsinə gəldikdə isə kollegiya qeyd edir ki, iddiaçının anası Cavabdeh3 miras qoyan Keke Kərimovadan miras qalmış evdə yaşayıb, təsərrüfat idarə etməklə həmin əmlakı faktiki qaydada qəbul etmiş, lakin sənədləşdirməmişdir.

21. Cavabdeh3 ölümündən sonra da nənədən miras qalmış əmlakda nəvə, hazırki iş üzrə İddiaçı yaşayıb, təsərrüfat idarə etməkdə davam etmiş, beləliklə də mirası faktiki qəbul etdiyini şəksiz nümayiş etdirmişdir.

22. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, Cavabdeh1 izahatında X11 nəvəsi olmasını bildirmiş və mərhum X10 miras qalmış əmlakın tam olaraq iddiaçıya verilməsinə etiraz edir.

23. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213, 214, 1133, 1159, 1243, 1252, 1246, 1255, 1256, 1262, 1270, 1273, 1300-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a)Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayətinin əsaslandırılması kimi qeyd olunmuşdur ki, cavabdeh miras əmlak olan evdə Keke Kərimovanın ölümündən sonra yaşamamış, mirası he ç bir formada qəbul etməmişdir. Həmin evdə və torpaq sahəsində Keke Kərimovanın vəfatından sonra yalnız Sumayə Kəimova yaşamış və onun vəfatından sonra isə iddiaçı öz ailəsi ilə birlikdə yaşamışdır. Keke Kərimovanın ölümündən sonra onun əmlakını ancaq Cavabdeh3 faktiki olaraq qəbul etmiş və təsərrüfatı idarə etmişdir. Cavabdeh3 bacı və qardaşları Keke Kərimovanın ölümündən əvvəl həmin evdən çıxmış, bir daha həmin evdə yaşamamış və mirası da heç bir formada qəbul etməmişlər. Məhkəmə digər vərəsələrin mirası qəbul edib etməmələri məsələsini araşdırmamış, digər vərəsələri məhkəmə prosesinə cəlb etməmişdir. Həmçinin mirasın qəbulu ilə əlaqədar iddiaçı tərəfindən təqdim edilmiş sübutlara hüquqi qiymət verməmişdir. İddiaçıya görə o, mirası tam olaraq qəbul etdiyindən miras əmlakda onun payı tam olaraq müəyyən edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh1 kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək kassasiya şikayətində göstərilənlərin əsassız olduğunu bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

28. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

29. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

30. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.

31. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

32. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

33. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

34. Maddə 1243 Mirası i stər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

35. Maddə 1252 Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müdd ət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.

36. Maddə 1246 Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

37. Maddə 1255 Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

38. Maddə 1256 Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

39. Maddə 1262 Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyət namə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.

40. Maddə 1270.1. Mirasdan imtina hüququ vərəsəlik üzrə keçir.

41. Maddə 1273 Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.

42. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.

43. Maddə 1300 Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə bor cludurlar. Mülki Prosessual Məcəllə

44. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün ka ssasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

54. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgü n müəyyən edilmişdir.

55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-919/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar