Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-82/2025 10.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 iyul 2024-cü il tarixli, 2(103)3254/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı və Cavabdeh 23 may 2001-ci il tarixdə nikaha daxil olmuş, nikahları Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.
2. Tərəflər məcburi köçkün olmaqla, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi ilə bağlanmış 12 iyun 2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Qobu-3 qəsəbəsindəki 33 saylı binanın 3 otaqlı 37-ci mənzili müvəqqəti yaşamaq üçün kirayəçi kimi İddiaçı sahibliyinə və istifadəsinə verilmişdir. Müqavilədə kirayəçinin ailə üzvləri kimi həyat yoldaşı - Cavabdeh, oğlu - X2 və qızı - X1 göstərilmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi köçkün kimi müvəqqəti məskunlaşdıqları Bakı şəhəri, Qaradağ rayonu, Qobu-3 qəsəbəsindəki 33 saylı binanın 37 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı məcburi köçkündür, cavabdehlə birgə nikah dövründə AZMİU-nin 5 saylı yataqxanasının 211-ci otağında yaşamış, 2020-ci ilin əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Qobu-3 qəsəbəsindəki 33 saylı binanın 37-ci mənzilinə köçürülmüşlər. Cavabdehlə münasibətləri pozulmuş və sonuncu iddiaçını zorakılıqla məskunlaşdıqları yaşayış sahəsindən çıxarmışdır. Dəfələrlə məskunlaşdığı mənzilə qayıtma q istəsə də, cavabdeh onu mənzilə buraxmamışdır.
5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(002)210/2024 nömrəli qətnaməsi ilə (hakim G.Həmişova) iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park-3 qəsəbəsi, 33 saylı binanın 37-ci mənzilinə köçürülməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli yaşayış sahəsində sosial kirayə müqaviləsinə əsasən istifadə hüququ olduğundan, iddia təmin edilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mənzil Məcəllənin 2.1, 68, 99-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci insta nsiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisə salmış və çağırılan polis əməkdaşları onu evdən çıxarmışlar. Çünki iddiaçı ona qarşı zorakılıq etmiş və onu döyərək zor tətbiq etmişdir. İddiaçının həmin evdə yaşaması təhlükəlidir. Hətta məhkəmə iclası getdiyi bir vaxtda iddiaçı zəng edərək cavabdehə və övladlarına hədə qorxu gəlmişdir. Həmin ev sosial kirayə müqaviləsi əsasında verilmiş olsa belə, iddiaçının həmin evdə yaşamaq hüququ yoxdur. Həmin ev dövlətə məxsusdur. Lakin iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsini işə cavabdeh qismində cəlb etməmişdir. Bu iddiaya cavab verilməli tərəf həmin qurumdur. Eyni zaman da, 44 günlük Vətən müharibəsi zamanı məcburi köçkün düşdükləri Füzuli rayonu tamamilə işğaldan azad olunmuşdur. Tərəflər Füzuli rayonunda evlə təmin olunacaqlar. Belə olan halda, məhkəmə qətnaməsi öz qüvvəsini itirir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 iyul 2024-cü il tarixli, 2(103)-3254/2024 nömrəli qətnaməsi ilə (hakim F.Abdıyevin sədrliyi və məruzəsi ilə, hakimlər F.Qasımovdan və X.Sarıyevdən ibarət tərkibdə) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(002)-210/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.
11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəli lləri üzrə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa idi, fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına maneələr yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məh rumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir.
12. Hazırkı işin hallarından göründüyü kimi, mübahisəli mənzillə bağlı sosial kirayə müqaviləsi iddiaçı ilə bağlanılmış və iddiaçı 3 il həmin mənzildə cavabdeh və iki övladı ilə birlikdə yaşamış və nəticə etibarı ilə mənzildən öz iradəsinə zidd olaraq çıxarılmışdır. Başqa sözlə, iddiaçı mübahisə predmetini təşkil edən mənzildə tam qanuni əsaslarla məskunlaşmış və həmin mənzili öz iradəsi ilə tərk etməmişdir. Bununla belə, onun həmin mənzildə yaşamaq və ondan istifadə etmək hüquqlarından məhrum olması tam əsassız olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci i nstansiya məhkəməsi haqlı olaraq iddiaçının mənzillə bağlı pozulmuş hüquqlarını bərpa etmiş və mübahisəli mənzilə iddiaçının köçürülməsini təmin etmişdir.
13. Apellyasiya kollegiyası apellyasiya şikayətinin dəlilləri kimi göstərildiyindən, tərəflərin Füzuli rayonundan məcburi köçkün olması, həmin ərazilərin artıq işğaldan azad olunduğu üçün onların həmin torpaqlara köçürülməsi, nəticədə, hazırkı iddianın təmin edilməsinə hər hansı zərurətin qalmaması ilə bağlı arqumentlərə münasibətdə qeyd etmişdir ki, hazırda tərəflərin hər hansı birinin köçürülməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən hər hansı qərarın qəbul edilməsi müəyyən edilmir. Cavabdeh hazırda da mənzildə yaşamağa davam edir. Həmin mənzilin onların istifadəsinə verilməsi üçün əsas olmuş müqavilə isə məhz iddiaçı ilə bağlanmış v ə qüvvədədir. Hüquqi nəticə etibarı ilə iddiaçının 12 iyun 2020-ci il tarixli müqavilə ilə mübahisəli mənzilə yaranmış hüquqları cavabdeh tərəfindən hər hansı əsas olmadan məhdudlaşdırılır. İddiaçı mənzildən cavabdeh tərəfindən çıxarılmasa da, hazırda məhz cavabdeh tərəfindən yaradılan maneələr nəticəsində iddiaçı mənzildə yaşaya və ondan istifadə edə bilmir. Faktiki olaraq bu hüququndan məhrum olunmuşdur. Onların arasında münasibətlərin mübahisəli və prinsipial olması da cavabdehin hərəkətlərini hüquqi baxımdan əsaslı etmir.
14. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mənzil Məcəlləsinin 2.1, 68.1, 68.2, 68.3, 68.4, 98.1, 99.1, 99.5, 99.6-cı, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci, Mülk i Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 1.4, 1.5-ci bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
15. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 iyul 2024-cü il tarixli, 2(103)-3254/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mənzil Məcəlləsinin 2.1, 99.1-ci və Mülk i Prosessual Məcəlləsinin 76, 77, 88, 89-cu maddələrinin pozulması ilə qəbul edilmişdir.
17. Belə ki, iddiaçını heç kim mənzildən məhrum etməmiş, sadəcə olaraq evdə olan insanlara qarşı zorakılıq tətbiq etdiyinə görə Polis əməkdaşları tərəfindən evdən çıxarılmışdır. Onun evə köçürülməsi cavabdehin və onun ailə üzvlərinin hüquqlarını məhdudlaşdırır. Hətta evdə nəfəs almağın özü də çətin olacaqdır. Yəni cavabdeh olaraq onun hüququ, azadlığı və qanuni mənafeləri pozulacaqdır.
18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
19. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəmə si işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
21. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
23. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəs na hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanun i əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüs usi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 99.6-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifad ə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxa rkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını səlahiyyətləri çərçivəsində müəyyən etmiş və həmin hallara uyğun o laraq maddi hüquq normalarını tətbiq etmişdir.
27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, mübahisəli yaşayış sahəsinin 12 iyun 2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə tərəflərin birgə istifadəsinə verilməsi işin mübahisəsiz halıdır. Yəni, iddiaçının həmin sahədən cavabdehlə yanaşı istifadə etmək hüququ olduğu üçün, onun mənzilə köçürülməsi tələbi əsaslı olmuşdur.
28. Kassasiya şikayətinin dəlilləri iddiaçının cavabdeh tərəfindən deyil, polis əməkdaşları tərəfindən mənzildən çıxarılması və onun mənzilə köçürüldüyü halda, cavabdehə və ailə üzvlərinə qarşı zor tətbiq edəcəyi ehtimalı ilə əsaslandırılmışdır.
29. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının polis əməkdaşları tərəfindən mənzildən çıxarılması qəbul edilsə də belə, onun bu yaşayış sahəsindən istifadə hüququnu məhdudlaşdıran səlahiyyətli orqanın (məhkəmənin) qərarı mövcud deyildir. İşin faktiki halı isə ondan ibarətdir ki, hazırda iddiaçının mənzilə köçürülməsinə məhz cavabdeh mane olur.
30. Həmçinin iddiaçının cavabdehə qarşı zor tətbiq edəcəyi ehtimalı iddianın rədd olunması üçün əsas ola bilməz. Belə ki, cavabdehin bununla bağlı müvafiq hüquqmühafizə orqanlarına və ya məhkəməyə müraciət etməklə, qanunla müəyyən olunan qaydada müdafiə olunmaq imkanı vardır.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 iyul 2024-cü il tarixli, 2(103)-3254/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.