Məhkəmə qərarları › İş №2(102)-820/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-820/2021

26.01.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-820/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikili olan yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxx oğlunun iştirakı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(103)4636/2020 nömrəli qətnamə sindən iddiaçılar tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı1 və İddiaçı2 ata-oğuldurlar. Cavabdeh İddiaçı1 digər oğlu İddiaçı2 rəsmi nikahları olmadan həyat yoldaşı olmuşdur. İddiaçılar iddia edirlər ki, onlar 2003-cü ildə inşa edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 2018-ci ilədək cavabdehlə birgə yaşamış, sonradan aralarında yaranmış münaqişələr səbəbində cavabdeh onları evə buraxmamışdır ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçıların hər ikisi ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. İddiaçıların təqdim etdikləri ünvan 1 ünvanında qeydiyyatda o lan X13, Bakı şəhəri, Nərimanov rayonu, X23, ev 5 ünvanında qeydiyyatda olan X14, ünvan 2ünvanında qeydiyyatda olan X12 və ünvan 4 ünvanında qeydiyyatda olan X15 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş xx xxx 2019-cu il tarixli ərizəyə əsasən İddiaçı1 və İddiaçı2 2003-cü ilin dekabr ayından etibarən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2, habelə sonuncunun həyat yoldaşı X1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri, on lara qarşı maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 2003-cü ildə İddiaçı1 tərəfindən inşa edilmiş, həmin evdə iddiaçılar və İddiaçı1 digər oğlu X5 birgə xx xxxxxx 2018-ci il tarixədək yaşamışlar. X5 və Cavabdeh 2007-ci ildə rəsmi nikah bağlamadan evlənmiş və yuxarıda qeyd edilən ünvanda birgə yaşamışlar. Lakin 2015-ci ildən etibarən sonuncular arasında olan faktiki nikah münasibəti bitməsinə baxmayaraq, tərəflər birlikdə həmin evdə yaşamışlar. İddiaçı2 və X6 xx xxxxxxx 2018-ci il tarixdə nikah bağlanmış və həmin evdə yaşamaq istəsələr də, Cavabdeh iddiaçıları, X2 və X3 evə buraxmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)1789/ 2019 nömrəli qətnaməsi ilə (hakim A.N.Novruzova) iddia qismən təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və hazırda cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçılar uzun müddət mübahisəli evdə yaşamış və daimi yaşayış yerləri yoxdur. Bu səbəbdən onların da həmin şərtlər daxilində bu evdə yaşamaq hüquqları vardır. Məhkəmə iddia tələbinin “X1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı2 həyat yoldaşı X7 mülki prosessual fəaliyyət, yəni öz hüquqları ilə məhkəmədə hüquqlarını həyata keçirmək v ə vəzifələrini yerinə yetirmək qabiliyyətinə malik olmasına baxmayaraq, hazırki iddia üzrə onun fərdi yaşayış evinə köçürülməsi hüququnu iddiaçı mübahisələndirir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh iddiaçılara məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması” hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin hissədə iddia rədd edilməlidir. Belə ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçılar mübahisəli evə dair sərəncam vermək hüququna, o cümlədən mənzildən çıxarılma ilə bağlı tələb etmək hüququna malik deyillər. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin x x xxxx 2019-cu il tarixli, 2(005)-1789/2019 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-11731/2019 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovdan və F.F.Babayevdan ibarət tərkibdə) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)-1789/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin ev üzərində hüquqları olduğu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, o, iddiaçıların qarşı Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hi ssəsində müəyyən olunmuş hüquqlarını pozmuşdur. c) Kasasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-11731/2019 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-924/2020 nömrəli qərarı ilə (hakim V.Ə.İbayevin sədrliyi və məruzəsi ilə, hakimlər A.K.Kalbalıyevdən və Ə.Ə.Əliyevdən ibarət tərkibdə) kasasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-11731/2019 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmış dır. Kasasiya məhkəməsi qərarında qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərini araşdırmamış, onlara qiymət verməmişdir. Bununla da, cavabdehin ədalətli məhkəmə baxışına olan hüququ pozulmuşdur. Bundan əlavə iddiaçılar ilkin olaraq cavabdehin onlara məxsus fərdi yaşayış evindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş, sonra İddiaçı1 nümayəndəsi iddia ərizəsinin dəyişdirilməsi tələbi ilə müraciət etmiş, hər iki iddiaçının yaşayış evinə köçürülməsini xahiş etmişdir. Lakin o, İddiaçı2 nümayəndəsi olmadığı halda, məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə müraciəti həmin iddiaçıya münasibətdə də qəbul etmişdir. Bundan əlavə cavabdeh İddiaçı1 və İddiaçı2 mübahisəli evdə yaşamadıqları, evə qeydiyyata qanunsuz alındıqlarını bildirsə də apel yasiya instansiyası məhkəməsi bu xüsusata qiymət verməmişdir. İşə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən məlum olur ki, istər İddiaçı1, istərsə də İddiaçı2 mübahisəli ünvanda qeydiyyatda olmaları barədə verilmiş qeydiyyat vəsiqəsinin tarixi xx xxxxxx 2018-ci il, yəni iddiaçılarla cavabdeh arasında münaqişənin baş verməsindən sonrakı tarixdir. Mülki işdə Bakı şəhər Baş Polis İdarəsinin onların qeydiyyatının qanunsuz olması barədə məktubunun olmasına baxmayaraq, apelyasiya instansiyası məhkəməsi bu xüsusatı, yəni iddiaçıların nə vaxt mübahisəli ünvana qeydiyyata alındıqlarını və bu qeydiyyatın qanuniliyini də yoxlamamışdır. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli 2(103)4636/2020 nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Ə.Məhərrəmovadan və R.M.Həsənovdan ibarət tərkibdə) Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə, yəni iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə tələbin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar mübahisəli evin onlar tərəfindən inşa edilməsini və tikilinin iddiaçıların yaşayış yeri olmasını sübuta yetirə bilməmişlər. Kasasiya şikayəti nin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(103)-4636/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin iddiaçıların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri hissəsində təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işi düzgün və hərtərəfli araşdırmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və düzgün olmayan nəticəyə gəlinmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçıların vəkili xxx oğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və ya vəkili məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət v ermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarından müəyyən olunur ki, iddia tələbləri birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunsa da, iddiaçılar apelyasiya şikayəti verməmişlər. Hazırda iddiaçılar apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin məhkəmə nin predmeti olan hissədə ləğv olunmasını xahiş edirlər. Odur ki, hazırki kasasiya baxışının predmetini apelyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyə ti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 104.2-ci maddəsinə əsasən məhkəmənin tələbi ilə şahid öz ifadəsini yazılı tərtib edə bilər. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kasa siya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsi özbaşına tikili olduğundan mübahisənin həlli üçün ilk olan həmin tikilinin iddiaçılara aidiyyəti və onların yaşayış yeri olması müəyyən edilməlidir. Sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçılar qeyd olunan halların yeganə sübutu kimi X8, X9, X4 və X11 xx xxx 2019cu il tarixdə notarial qaydada təsdiq edilmiş birgə ərizələrinə istinad etmişlər. Lakin iş materiallarından və birinci instansiyası məhkəməsi tərəfindən tərtib edilmiş məhkəmə iclas protokollarından görünür ki, göstərilən ərizə iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş, lakin iddiaçılar ərizədə adları qey d edilən şəxslərin şahid qismində dindirilməsi barədə vəsatət verməmiş, həmin şəxslər şahid qismində ifadələr verməmişlər. Apelyasiya instansiyası məhkəməsi mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına tam uyğun hesab etmişdir ki, işə əlavə edilmiş ərizə sübut kimi qəbul və şahid ifadəsi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna istinad edərək qeyd etmişdir ki, iddiaçıların həmin tikilidə qeydiyyatda olmaları özü özlüyündə mübahisəli mənzildə yaşamaq hüququ yaratmır. Bu səbəbdən məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq iddiaçıların tələblərini sübuta yetirə bilməməsi qənaətinə gəlmişdir. Digər tərəfdən məhkəmə koll egiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin həmin nəticəsi Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsinin əvvəlki icraat üzrə qərarında şərh edilən göstərişlərinə uyğun olmuşdur. İşin hallarının düzgün araşdırılmamasına dair kasasiya şikayətinin dəlili ilə bağlı qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kasasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nə ticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kasasiya instansiya yeni sübut qəbul etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(103)4636/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar