Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-821/2020 07.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı vəkili Əlixanlı Elgün İsa oğlunun, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin nümayəndəsi X6 və onun vəkili Xudatlı Orxan Vəlyəddin oğlunun iştirakı ilə, İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixl i qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinə qarşı əmrin etibarsız edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şabran rayon məhkəməsinin 27 may 2019-cu il tarixli qətnaməsi ilə (sədr lik edən Ç.İsgəndərov, iş 2(031)-444/2019) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin 10 dekabr 2018-ci il tarixli, 118 nömrəli əmrinin etibarsız hesab edilməsi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin Şabran meşəbəyiliyinin Dənizkənarı meşə sahəsinin 8 saylı dolayısının meşə gözətçisi vəzifəsinə bərpa edilməsi, İddiaçı 10 dekabr 2018-ci il tarixdən meşə gözətçisi vəzifəsinə bərpa olunanadək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə ( hakimlər A.Abbasov (sədrlik edən və məruzəçi), T.Məmmədov və M.Rzayev, iş № 2(105)-3204/2019) cavabdeh Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin apelyasiya şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 27 may 2019cu il tarixli, 2(031)-444/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinə qarşı əmrin etibarsız edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Əlixanlı Elgün İsa oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilmə sini, apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin nümayəndəsi X6 və onun vəkili Xudatlı Orxan Vəlyəddin oğlu izahatında göstərmişdilər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin təmin edilməməsini xahiş edirlər. Hüquqi məsələlər: A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hall arına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, meşə qanunvericiliyinin pozulmasına görə inzibati qaydada cərimə qoyma barədə 10 avqust 2018-ci il tarixli, 01 nömrəli qərara görə, X8 meşə fondundan qanunsuz olaraq yaş kök üstə ağac kəsməklə İXM-in 253.1-ci maddəsinin tələblərini pozmuşdur. Həmin iş üzrə X8 izahatında ona meşədən işlək material apamasını meşə gözətçisi İddiaçı təklif etməsini bildirmişdir. Həmçinin İddiaçı də izahat verərək, meşədən yerə yıxıl mış ağacları qanunsuz aparmaq istəyərkən meşə mütəxəsissləri tərəfindən tutulduğunu etiraf etmişdir. 24 iyul 2018-ci il tarixli Akta görə, X8 meşə gözətçisi İddiaçılə əlbir olub 9,531 m3 həcmində fıstıq cinsli işlək ağacları aparmaq istəyərkən saxlanmışlar. Qeyd edilən aktı İddiaçı də şəxsən imzalamışdır. 15 avqust 2018-ci il tarixli aktdan görünür ki, Dənizkənarı meşəbəyiliyinin 8 saylı dolayının 31 nömrəli kvartalında qəfləti yoxlama aparılmış və yaş kök üstə kəsilmiş fısdıq cinsinə aid olan ağaclar aşkar edilmişdir. 20 avqust 2018-ci il tarixli imtina aktından görünür ki, İddiaçı 15 avqust 2018-ci il tarixli aktda göstərilənlər barədə izahat verməkdən imtina etmişdir. Həmkarlar İttifaqı Komitəsinin 10.12.2018-ci il tarixli 02 saylı iclas protokolunun çıxarışına görə, İddiaçılə bağlanmış 20 sentyabr 2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tuturaq tutduğu vəzifədən azad olunması və əmrləşdirilməsi Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktorundan xahiş edilmişdir. Həmkarlar İttifaqı Komitəsi iddiaçının əmək müqaviləsinə xitam verilməsinə razılıq vermiş və bundan sonra iddiaçının işdən azad edilməsi barədə 10 dekabr 2018-ci il tarixli, 118 nömrəli əmr verilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndini, 80-ci maddəsini tətbiq etmişdir. İddiaçı kassasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instans iyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Q anunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş hallar ı, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli Sumqayıtldə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol ve rməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-821/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-821/2020
07.02.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver