Məhkəmə qərarları › İş №2(102)-821/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-821/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-821/2023 27.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə iddiaçılar X9, X11 və X1 Cavabdehnə qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər X9, X11 və X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliklərinin icrası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X12 və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 4161/2022 nömrəli iş üzrə 12 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "Poleks ” MMC ilə X9 və X7 arasında 30 sentyabr 2017-ci il tarixdə, X11 arasında 03 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda ayrı-ayrı üç müqavilə imzalanmışdır. Müqavilələrə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən iddiaçıların mülkiyyətində olan mənzilləri söküb, yerində tikilən hundürmərtəbəli binada iddiaçıların hər birinə tam təmirli, sahələri 83 kv.m olan 02 (iki) otaqlı mənzil verməyi, mənzilləri təhvil verənədək yaşayışlarını təmin etmək məqsədi ilə kompensasiya şəklində iddiaçıların hər birinə aylıq 500 (beş yüz) manat kirayə haqlarını əvvəlcədən ödəniş gününə istinad edilməklə uç ayda 1 (bir) dəfə 1500 (bir min beş yüz) manat ödəməlidir.

2. Mübahisə həmin müqavilələrdən irəli gələn öhdəliklərin icrası ilə bağlı yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə akt ları: Birinci instansiya məhkəməsində icraat

3. X9, X11 və X7 iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 21 nömrəli notariat kontorunda X9 ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq, Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən X3 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.metr olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı X5 təhvil verilməsi və Cavabdehndən 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayına kimi hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manat hissəsi olmaqla, cəmi 4.510 (dörd min beş yüz on) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı X5 verilməsi; Bakı şəhəri 21 nömrəli notariat kontorunda X7 ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən X1 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.metr olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı X2 təhvil verilməsi və Cavabdehndən 2019-cu ilin dekabr ayından 2020- ci ilin avqust ayına kimi hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsi olmaqla, cəmi 4.510 (dörd min beş yüz on) manat mə bləğində pul vəsaitinin tutulub iddiaçı X2 verilməsi; Bakı şəhəri 21 nömrəli notariat kontorunda X11 ilə Cavabdeh arasında bağlanmış 03 oktyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh Məhdud Məsuliyyəli Cəmiyyəti tərəfindən ünvan 3 ünvanında yerləşən X6 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.metr olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı X8 təhvil verilməsi və Cavabdehndən 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayına kimi hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsi olmaqla, cəmi 4.510 (dörd min beş yüz on) manat məbləğində pul vəsaitinin tutulub iddi açı X8 verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

4. İlkin iddia belə əsaslandırılmışdır ki, müqavilə üzrə ödənişlər 2017-ci ilin oktyabr ayının əvvəlindən fasilələrlə ödənilsə də (cəmi 26 ay), 2019-cu ilin dekabr ayından cavabdeh müqavilədə qeyd olunan, sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı mənzilləri vermir, yaşayış üçün razılaşdırılan 500 manat kirayə haqqını da 9 aydır kı, ödəmir. Hər bir iddiaçıya cavabdehin 4500 manat borcu yaranıb. Bundan əlavə, binanın komendantı iddiaçılara bildirmişdir ki, Cavabdeh MMC-nin rəhbəri Şahin Qasımov sahəsi 83 kvadrat metrlik bütün mənzilləri 90 kvadrat metr adı ilə müştərilərə satıb və hazırda iddiaçılara verilməli olan sahəli mənzillərdən boş qalanı yoxdur. Beləliklə, aydın görünür ki, cavabdeh müqavilələr üzrə iddiaçıların qarş ısında götürdüyü öhdəlikləri yerinə yetirmir. İddiaçılar müqavilələrdə qeyd olunan 02 (iki) otaqlı, 83 kv.m mənzillərinin iddiaçılara təhvil verilməsi və eyn zamanda kirayə haqlarının ödənilməsi barədə dəfələrlə şifahi və yazılı şəkildə cavabdehin rəhbərinə xahişlə müraciət etsələr də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyini bildirmişdir. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir, iddiaçıların etimadından istifadə edərək onları aldadır, artıq gəlir əldə etməyə çalışır. Bu çətin günlərdə müqavilə üzrə sahəsi 83 kv.m olan 02 (iki) otaqlı mənzilləri verməməklə yanaşı, kirayə haqlarını da ödəməyərək cavabdeh iddiaçıları acınacaqlı duruma salıb. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 399.1, 425.1, 442, 448.1-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2 və 59.3-cü maddələrinə istinad etmişlər. İddiaçılar bir neçə dəfə kirayə puluna aid hissədə tələblərini dəyişmiş, sonda digər tələblər yerində qalmaqla, hər birinə cavabdeh tərəfindən 21 ay üçün 10.500 (on min beş yüz) manat kirayə pulu ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 5. "Poleks” MMC qarşılıqlı iddia verərək, tərəflər arasında bağlanmış müqavilə üzrə 83 kv.m sahə ilə faktiki təşkil edən 79 kv.m sahə arasında olan 4 kv.m fərq üçün hər kvadrat metrə 1.200 manatdan hesablanmaqla iddiaçılara kompensasiya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 27 09.2017-ci il, xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatı na alınmış hüquqlara və onların məhdudluşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışa və Azərbaycan Respublikası əmlak X10 Yanında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Seriya RX № 1123090, Seriya RX № 1123089, Seriya RX № ******* saylı Cıxarışa əsasən iddiaçılar (hər üçü) ünvan 4 ünvan olmaqla, yaşayış sahəsi 64.4 kv.m, köməkçi sahəsi 36 kv.m, ümumi sahəsi 100.4 olan, 3 otaqdan ibarət bir mənzildə 1/3 hissə üzrə paylara malik olmuşlar. Başqa sözlə, ümumi sahəsi 100.4 kv.m olan, 3 otaqdan ibarət bir mənzildə iddiaçıların hər birinin 33.4 kv.m sahəsi olmuşdur. Lakin iddia ərizəsindən görünür ki, cavabdeh iddiaçıların mülkiyyət hüquqlarını pozaraq, onların etimadından istifadə edərək, xüsusi rifahı naminə artıq gəlir əldə etmək mə qsədi ilə onları aldadaraq hər birinə ümumi sahəsi 83 kv.m olan iki otaqdan ibarət, 3 ayrı-ayrı mənzil təklif etmişdir. Cavabdeh uzun müddət təmirsiz istismar olunmuş, fiziki aşınmalara məruz qalmış mülkiyyətçilərə məxsus evləri sökərək qanunla iddiaçılara düşən bir mənzildən ibarət 121.2 kv.m (100.4 kv.m + 20.8 (20%) = 121.2) sahənin əvəzinə iddiaçılara 83 kv.m, 2 otaqdan ibarət 3 ayrı- ayrı mənzil (ümumi sahəsi 249 kv.m) təklif etmişdir. Ekspertizanın nəticələrindən görünür ki, təklif olunan mənzıllər faktiki olaraq 83 kv.m deyil, 79 kv.m təşkil etmişdir. Bu hal binanın ümumi ilkin layihəsi üzrə bağlanmış müqavilələr ilə tikintidən sonra divar arakəsmələri və digər texniki sahələr səbəbindən yaranmış itkilərlə əlaqədar baş vermişdir. Buna görə də bu hal kompensasiya ödənilməklə aradan qa ldırıla bilər və heç bir halda iddiaçı tərəfindən müqavilə öhdəliklərinin pozulması anlamını ortaya çıxartmır. Nəzərə almaq lazımdır ki, iddiaçılara Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən qanunla müəyyən edilmiş 1 mənzildən ibarət ümumi sahəsi 120 kv.m sahə əvəzinə 2 otaqdan ibarət, hər mənzilin sahəsi 79 kv.m olmaqla üç ayrı-ayrı mənzil (ümumi 237 kv.m) təqdim edilmişdir. Bu da mütənasiblik prinsiplərinə əsasən mülkiyyətin dəyərinə ağlabatan dərəcədə uyğundur.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi 2(005)-276/2021 saylı, 09 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.A.Əsədova) ilkin iddia təmin edilmiş, Bakı şəhəri 21 saylı notariat kontorunda X9 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə u yğun olaraq Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən X3 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı X5 təhvil verilməsi və mənzilin iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021-ci il tarixinə 21 ay) 10.500 (on min beş yüz) manat kirayə haqqının Cavabdeh MMC-dən tutulub X5 ödənilməsi, Bakı şəhəri 21 saylı notariat kontorunda X7 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən X1 mülkiyyə tində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı X2 təhvil verilməsi və mənzilin iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021-ci il tarixinə 21 ay) 10.500 (on min beş yüz) manat kirayə haqqının Cavabdeh MMC-dən tutulub X2 ödənilməsi, Bakı şəhəri 21 saylı notariat kontorunda X11 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən X6 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı X8 təhvil verilməsi və mənzilin iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021-ci il tarixinə 21 ay) 10.500 (on min beş yüz) manat kirayə haqqının Cavabdeh MMC-dən tutulub X8 ödənilməsi, ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutulub iddiaçılara ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi, ekspertiza xərcinin cavabdehdən tutulması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabag küçəsi, ümumi sahəsi 100.4 kv.m olan ev 34, mənzil 36 iddiaçılar X3 adına 1/3 hissədə, X6 adına 1/3 hissədə və X1 adına 1/3 hissədə xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Pilot layihəyə əsasən cavabdeh "Poleks” MMC i lə iddiaçılar X9 və X7 arasında 30 sentyabr 2017-ci il tarixində, X11 arasında isə 03 oktyabr 2017-ci il tarixində qarşılıqlı razılaşma yolu ilə Bakı şəhəri 21 saylı notariat kontorunda müqavilələr imzalanmışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən iddiaçıların mülkiyyətində olan mənzilləri söküb, yerində tikilən hündürmərtəbəli binada iddiaçıların hər birinə tam təmirli, sahələri 83 kv.m olan 02 (iki) otaqlı mənzillər verir, mənzillər iddiaçılara təhvil verənədək kompensasiya şəklində iddiaçıların hər birinə aylıq 500 (beş yüz) manat kirayə haqlarını əvvəlcədən ödəniş gününə istinad edilməklə üç ayda 01 (bir) dəfə 1500 (bir min beş yüz) manat ödəməlidir.

9. Birinci instansiya məhkəməsi mülkiyyət hüququ, müqavilə və öhdəlik münasibətləri ilə bağlı qanunvericiliyi n normalarına istinad edərək göstərmişdir ki, tərəflər (fiziki və hüquq şəxslər) azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Eyni zamanda müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilə azadlığı tərəflərin öz iradə ifadələrini əks etdirməklə bağlanılır və heç kimi hər hansı bir öhdəlik vəzifəsi kimi müqavilə bağlanılmasına məcbur edilə bilməz. Hazırki işdə tərəflər şərtlərlə razılaşdıqdan sonra öz iradə ifadələrini bildirməklə müqavilə imzalamışlar. Cavabdeh MMC müqavilə şərtlərinə əsasən iddiaçılara sökülmüş mülkiyyətlərinin əvəzinə hər birinə 2 otaqlı, təmirli 83 kv.m mənzil verməyi öhdəsinə götürüb. Həmçi nin müqavilə şərtlərindən biri də Əmlak mülkiyyətçisi"-nə kompensasiya şəklində aylıq 500 ( beş yüz ) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 (bir) dəfə (1500AZN(bir min beş yüz) manat ödənilməsidir ki, həmin məbləg dekabr 2019-cu ildən ödənilmir. Cavabdeh tərəf kirayə haqlarının verilməməsinə səbəb kimi mənzillərin 2019-cu ilin dekabrında iddiaçılara təklif olunması, iddiaçıların bundan imtina etməsi ilə izah etmişdir. İddiaçılar isə mənzillərin sahəsinin məhz müqavilə şərtinə uyğun 83 kv.m deyil, 79-78 olması səbəbinən təhvil almaqdan imtina etmişlər.

10. Məhkəmə ekspert rəylərinə əsasən iddiaçılara verilmiş mənzillərin müvafiq olaraq 79.0 m2, 78.81 m2, və 78,96 m2 olması, eyni zamanda 2-ci blok 14-cü mərtəbədə yerləşən iki otaqlı mənzil in ümumi sahəsinin eskiz layihədə 2-ci blok, 3-14-cü mərtəbələrin planında göstərilmiş 83,4 kv.m sahəli, 2 otaqlı mənzilə uyğun olmasını nəzərə alaraq, qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqavilə şərtləri məhz Cavabdeh tərəfindən pozulmuş, inşa olunmuş binada 83 kv.m mənzillər olduğu halda, iddiaçılara daha sahəli – 78-79 kv.metlik mənzillər təklif olunmuşdur.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mənzillər vaxtında iddiaçılara təhvil verilmədiyindən onlar kirayələrdə yaşamağa məcbur olmuşlar, bununla da bağlı kirayə haqları dekabr 2019-cu ildən kəsilməklə, cavabdeh müqavilə şərtlərini pozmuşdur. Buna görə də cavabdeh şirkət onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 157.1, 385.1, 386.1, 390.1, 390.5, 405.1, 421.2, 422.1, 422.2, 422.4, 424.1, 424.3, 425.1, 427.3, 442, 445.2.1, 448.1 və 448.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdeh MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsi və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti qarşılıqlı iddianın dəlillərinə uyğun məzmunda əsaslandırılmışdır.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) (hakimlər - F.F.Babayev (s ədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) 17 noyabr 2021-ci il tarixli, 2(103)-11057/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçılara təklif olunan mənzillər öz texniki parametrlərinə görə müqavilələrdə göstərilən şərtlərə uyğun gəlmirlər. Məhkəmə belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qarşılıqlı iddia tələblərinə münasibətdə qeyd edilməlidir ki, hazırd a ilkin iddia tələbi təmin edildiyindən qarşılıqlı iddia tələbi üzrə araşdırılma aparılmasına lüzum yoxdur. Belə ki, iddia tələbləri bir-biri ilə bağlıdır. İddiaçıların tələbi təmin olunmasa idi, bu zaman qarşılıqlı iddia üzrə əlavə araşdırmaya ehtiyac olardı. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Cavabdeh MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiqedilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən mənzillərin h esablanması faktiki sahə ilə bu qaydalara uyğun hesablamalar arasında 4-5 kv.metr fərq (azalma) yaradır. Bu, balkon, dəhliz, sanitar qovşağın və digər köməkçi sahələrin azalma əmsalları ilə hesablanmasından irəli gəlir. Ekspertizanın həmin qaydalara uyğun hesabladığı 2-ci blok, 14-cü mərtəbədə yerləşən 2 otaqlı mənzilin faktiki sahəsi 89 kv.metr olmaqla başqa şəxslərə satılmışdır. İstər iddiaçı, istərsə də, məhkəmə FHN-in göndərdiyi layihə əsasında həmin binada 83 kv.metr mənzil olması qənaətinə gəliblər. Lakin cavabdeh tərəf bununla bağlı məhkəmədə dəfələrlə məsələ qaldıraraq həmin layihənin ilkin layihə olması və sonradan tikinti getdikcə texniki parametrlərin dəyişərək sahələrdə itki olmasını demiş, Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən layihənin axırıncı (qüvvədə olan) variantı t əqdim edilmiş, lakin məhkəmə bunu nəzərə almamışdır. Yaşayış kompleksi 2019-cu ildə təhvil verilmiş, elə həmin ildə də istismara qəbul edilmişdir. Yəni iddiaçılar üçün nəzərdə tutulmuş evlərdən savayı, başqa boş mənzil yoxdur; - iddiaçılara çatışmayan sahəyə görə kompensasiya təklif edilib, lakin onlar kompensasiyanı qəbul etmirlər. Bu hal iddiaçıların hüquqlarından sui-istifadə etməsi deməkdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1839/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və E.Y.Şamayev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

20. Kassasi ya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdən görünür ki, birinci instansiya məhkəməsi ekspert rəylərinə əsasən iddiaçılara verilən mənzillərin 79.0 m2, 78.81 m2 və 78,96 m2 olması, eyni zamanda 2-ci blok 14-cü mərtəbədə yerləşən iki otaqlı mənzilin ümumi sahəsinin eskiz layihədə 2-ci blok, 3-14-cü mərtəbələrin planında göstərilmiş 83,4 kv.m sahəli, 2 otaqlı mənzilə uyğun olmasını nəzərə alaraq iddianı təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi də bununla razılaşmışdır.

21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməmişdir.

22. Əvvəla, cavabdehin binanın ilkin layihəsindən fərqli olaraq son layihədə müəyyən texniki parametrlərin dəyişməsi barədə dəlillərinə qiymət verilməmişdir. Bu dəlillərin əsaslı olub-olmamasına həmin dəlillə r üzrə işin faktiki hallarını müəyyən etməklə qiymət verilməli olduğu halda, məhkəmələr bunu etməmişlər. Buna görə də qeyd edilən dəlil üzrə məhkəmələrin gəldiyi nəticənin əsaslılığına kollegiya qiymət verə bilmir. Bundan əlavə, birinci instansiya məhkəməsi iddiaçıların hər birinə onların mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzil verilməsi nəticəsinə gəlsə də, həmin mənzillərin hansı mərtəbədə olmasına aydınlıq gətirməmişdir.

23. Həmçinin məhkəmələr cavabdeh tərəfindən inşa edilən yaşayış kompleksində faktiki boş olan 3 ədəd 83 m2 sahəli mənzillərin olub-olmamasını araşdırmadan iddianı təmin etməklə, qətnamənin gələcəkdə icrasının mümkünlüyünə şübhələr yaratmışdır. Halbuki məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (MPM, 15.2-ci maddə).

24. Prosessual qanunverciliyin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (MPM, 88 və 218.1).

25. İşə mahiyyəti üzrə baxan məhkəmələr, o cümlədən apellyasiya məhkəməsi qeyd edilən prosessual hüquq normalarının tələblərinə əməl etməmişlər.

26. Həmçinin kirayə haqqının ödənilməsi tələbi də iddiaçılara mənzil təqdim edilməsi tələbi ilə bağlı olduğu üçün bu hissədə gəlinən nəticə də düzgün olmamışdır. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilməlidir.

27. Məhkəmə kollegiyası yuxarıda göstərilən əsaslarla ilk iddianın təmin edilməsi hissəsində qətnamənin ləğv edilməsi nəticəsinə gəldiyi üçün, hesab edir ki, qətnamə qarşılıqlı iddianın rədd edilən hissəsində də ləğv edilməlidir. Çünki qarşılıqlı id dia öz məzmununa görə ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmağa yönəlmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

28. Apellyasiya icraatında kollegiya mülki iş üzrə mübahisə predmeti olan mənzilin kv.m-nin real satış (bazar) qiyməti barədə mütəxəssis rəyinin alınması üçün qərardad qəbul etmiş və "xxxx" MMC-nin 02 avqust 2022-ci il tarixli qiymətləndirmə rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34 ünvanında yerləşən binada hesablanmış bir kv.m-nin bazar dəyəri 1850-1900 manat təşkil etdiyi müəyyən edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-4161/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və F.Ş.Talışinski) cavabdehin apellyasiya şikayəti tə min edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya instansiya məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsinə qeyd olunan mövqeyə uyğun izahat verilməsi təklif etmişdir. Cavabdeh nümayəndəsi izahatında qeyd etmişdir ki, Cavabdehndən asılı olmayan səbəblərdən ilkin layihədən fərqli olaraq son layihədə müəyyən texniki parametrlərin dəyişilmişdir. Nəticədə çoxmənzilli yaşayış binasında 83 kv.m-lik mənzillərin olması qeyd edilsə də, həmin mənzillərin sahəsi əslində daha çox olmuşdur. Lakin həmin sahədə olan mənzillər də ayrı-ayrı şəxslərə satıldığından və MTK tərəfindən inşa olunmuş çoxmənzilli yaşayış binasında başqa mənzil qalmadığınd an, iddiaçılara təklif olunanlardan başqa mənzillərin təhvil verilməsi qeyri-mümkündür.

31. Təkrar apellyasiya icraatı zamanı aparılmış araşdırmadan da müəyyən edilmişdir ki, iddiaçılara təklif olunan mənzillər öz texniki parametrlərinə görə müqavilələrdə göstərilən şərtlərə uyğun gəlmir. Belə ki, xx.xx.2020-ci il tarixli 10/3209 nömrəli ekspert rəyinə əsasən, ünvan 5 ünvanda “Poleks" MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli binada X5 verilmiş mənzilin ümumi sahəsi 79.0 m2, X2 verilmiş mənzilin ümumi sahəsi 78.81 m2, X8 verilmiş mənzilin ümumi sahəsi 78,96 m2 təşkil edir. Həmçinin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi vermiş olduğu izahatında 83 kv.m-lik mənzillərin sahəsinin əslində daha çox olduğunu və həmin mənzillərin ayrı-ayrı şəxslərə sa tıldığını qeyd etsə də, bu hala dair (iddiaçı tərəfin yazılı və şifahi vəsatət təqdim etməsinə baxmayaraq) hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, tərəflər arasında imzalanmış müqavilə şərtləri məhz Cavabdeh MMC tərəfindən pozulmuş, inşa olunmuş binada 83 kv.m mənzillər olduğu halda iddiaçılara daha az kv. olan 78-79 kv.metlik mənzillər təklif olunduğundan, iddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar.

32. Kasasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq məhkəmə kollegiyası iddiaçıların hər birinə verilməli olan mənzillərin hansı mərtəbədə olmasına aydınlıq gətirilməsi üçün ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsinə izahat verilməsi təklif edilmiş və nümayəndə həm şifahi, həm də yazılı izahat təqdim edə rək bağlanmış xx.xx.2017-ci il tarixli müqavilələrə əsasən X5 verilməli olan mənzili çoxmənzilli yaşayış binasının 2-ci bloku, 14-cü mərtəbəsində, X4 verilməli olan mənzil 3-cü blok, 3-cü mərtəbədə, X8 verilməli olan mənzili isə 3-cü blok, 14-cü mərtəbədə yerləşdiyini qeyd etmişdir.

33. Kassasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarında qeyd etmişdir ki, iddiaçıların hər birinə onların mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzil verilməsi nəticəsinə gəlsə də, həmin mənzillərin hansı mərtəbədə olmasına məhkəmələr tərəfindən aydınlıq gətirilməmişdir.

34. Kollegiya qeyd etmişdir ki, iş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli 10/2750 nömrəli və xx.xx.2020-ci il tarixli 10/3209 nömrəli ekspert rəyləri üzrə ekspert araşdırması məhz iddiaçı X5 təklif edilən mənzili çoxmənzilli yaşayış binasının 2-ci bloku, 14-cü mərtəbəsində, iddiaçı X4 təklif edilən mənzil 3-cü blok, 3-cü mərtəbədə, iddiaçı X8 təklif edilən mənzil 3-cü blok, 14-cü mərtəbədə yerləşən mənzillər üzərində aparılmışdır.

35. Göründüyü kimi, hazırda cavabdeh tərəfindən təqdim edilən mənzillə ekspert rəyləri üzrə ekspert araşdırması aparılan mənzillər eynidir. Ona görə də, kollegiya hesab edir ki həmin hal üzrə əlavə araşdırmanın aparılmasına lüzum yoxdur.

36. Beləliklə məhkəmə araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında imzalanmış müqavilə şərtləri məhz Cavabdeh MMC tərəfindən pozulmuş, inşa olunmuş binada 83 kv.m mənzillər olduğu halda iddiaçıla ra daha az kv. olan 78-79 kv.metlik mənzillər təklif olunmuşdur. Bu da iddiaçılarn haqlı narazılığına səbəb olmuşdur. Mənzillər vaxtında iddiaçılara təhvil verilmədiyindən onlar kirayələrdə yaşamağa məcbur olmuşlar, bunanla bağlı kirayə haqları dekabr 2019-cu ildən kəsilmişdir.

66. Cavabdeh tərəf, kirayə haqlarının verilməməsinə səbəb olaraq qeyd etmişdir ki, dekabr 2019-cu il tarixdə iddiaçılara mənzilləri təhvil almaq təklif olunsa da, onlar imtina etmişlər. İddiaçılar isə mənzillərin sahəsinin məhz müqavilə şətrinə uyğun 83 kv.m deyil 79 -78 olması səbəbindən təhvil almaqdan imtina etmişlər.

37. Məhkəmə kollegiyası mübahisənin ədalətli həlli baxımından ilkin iddia üzrə iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehlərin) nümayəndəsi Nümayəndə2 təklifi nəzərə alaraq müqavilə üzrə verilmə li olan mənzil sahəsinin (83X3=249) hər kvadratının əvəzi olaraq pul məbləğinin iddiaçılara ödənilməsini ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehnə təklif edilsə də, birmənalı şəkildə imtina edilmişdir.

38. Kollegiya qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, ilkin iddia üzrə iddiaçılar tərəfindən tələb olunan mənzil məhz Cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyin yerinə yetirilməsindən ibarətdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən 83 kv.m-lik mənzillərin ayrı-ayrı şəxslərə satılması təsdiq olunmuş olsa belə, həmçinin ilkin layihədən fərqli olaraq son layihədə müəyyən texniki parametrlərin dəyişdirilməsi halında belə ilkin iddia üzrə cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetir ilməsindən imtina üçün əsas ola bilməz.

39. Belə ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərindən də göründüyü kimi, tərəflər (fiziki və hüquq şəxslər) azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Eyni zamanda, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Qeyd edilməlidir ki, müqavilə azadlığı tərəflərin öz iradə ifadələrini əks etdirməklə bağlanılır və heç kimi hər hansı bir öhdəlik vəzifəsi kimi müqavilə bağlanılmasına məcbur edilə bilməz. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə l azımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

40. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələblərinə münasibətdə qeyd edir ki, hazırda ilkin iddia tələbi təmin edildiyindən qarşılıqlı iddia tələbi üzrə araşdırılma aparılmasına lüzum yoxdur. Kollegiya özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Belə ki, iddia tələbləri bir-biri ilə bağlıdır. İddiaçıların tələbi təmin olunmasa idi, bu zaman qarşılıqlı iddia üzrə əlavə araşdırmaya ehtiyac olardı.

41. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin, qarş ılıqlı iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

42. Cavabdeh MMC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilələrə əsasən X5 verilməli olan mənzili çoxmənzilli yaşayış binasının 2-ci bloku, 14-cü mərtəbəsində, X2 verilməli olan mənzil 3-cü blok, 3-cü mərtəbədə, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, X8 verilməli olan mənzili isə 3-cü blok, 14-cü mərtəbədə yerləşir və həmin mənzillərin sahələri müvafiq olaraq 79.0 kv.m, 78.81 kv.m və 78.96 kv.m təşkil edir. MTK tərəfindən inşa olunmuş çoxmənzilli yaşayış binasında başqa mənzilin qalmaması səbəbi ilə iddiaçılara təklif olunanlardan başqa mənzillərin təhvil verilməsi mümkün deyil və qarşılıqlı iddia yaranmış kvadrat fərqinin kompensasiyasına yönəldiyindən, mübahisələndirilən məhkəmə qətnaməsi tamamilə əsassız və qanunsuzdur. Beləliklə Məhkəmə binanın ilkin layihəsindən fərqli olaraq, son layihədə texniki parametrlərin dəyişməsini, ilkin iddia üzrə iddiaçıya təklif olunan mənzillərdən başqa mənzillərin olmadığını nəzərə almamış, Mülki Məcəllənin 452-ci maddəsinin düzgün tətbiq edilm əməsi nəticəsində əsassız qətnamə qəbul etmişdir. Qarşılıqlı iddiaçı tərəfindən inşa edilmiş Bakı şəhəri,Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən çoxmənzilli binada 83 kv.m mənzillərin qalmaması dəfələrlə bildirilmiş, həmçinin müvafiq sübutlar təqdim olunmuş lakin məhkəmə tərəfindən bunlara məhəl qoyulmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçılara müqavilə şərtlərinə uyğun olaraq, sahəsi 83 kv.m olan mənzillərin verilməsi barədə qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamış, bununla da, MPM-nin 15-ci maddəsinin diqqətdən kənarda qoymuşdur. Məhkəmə tərəfindən yol verilmiş bu cür hərəkətlər qanunun aliliyinə də xələl gətirilməsinə səbəb olmuşdur. Apellyasiya məhkəməsi hazırda şikayət verilən qətnaməsində kassasiya məhkəməsinin göstərişlərini nəzərə aldığını qeyd etməsinə baxmayaraq işin həllində tətbiq edərkən bunun sadəcə görüntü xarakteri olması, qarşılıqlı iddianın rədd olunması ilə kassasiya məhkəməsinin göstərişlərinin nəzərə alınmaması aydın görünür. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. İlkin iddia üzrə iddiaçılar kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin dəlillərinin əsassız olduğunu qeyd etmiş və əlavə olaraq göstərmişlər ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində hər hansı maddi və prossesual hüquq normaların pozuntusuna yol verildiyini qeyd edə bilməmişdir. Cavabdeh MMC-nin verdiyi kassasiya şikayəti yalnız bir məqsəd daşıyır - vaxt uzatmaq, bizim kirayələrdə çəkdikləri əziyyət və iztirabı daha da artırmaq (çünki kirayə haqlarını ödəmir) və bu yol ilə onlara sərf etməyən şərtlər ilə, “Poleks" MMC-nin təklifini qəbul edərək yeni müqavilə bağlatdırmağa məcbur etməkdir. İddia ilə iddiaçı tələb etmək hüququna malikdir, lakin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC öz ərizəsində tələb etmək əvəzinə təkliflər verir. Halbuki, onlar öz öhdəliklərini yerinə yetirib, mülkiyyətlərində olan fərdi yaşayış evlərini Cavabdeh MMC-və təhvil vermişdir. Belə olduğu təqdirdə Cavabdeh MMC isə müqavilədə nəzərdə tutulmuş öz öhdəliklərini tam verinə yetirməlidir. Lakin Cavabdeh MMC müqavilədə nəzərdə tutulmuş öhdəliklərini verinə yetirmir. Həm də bu hal tərəflərdən asılı olmavan səbəblərlə əlaqədar devildir. Cünki Cavabdeh MMC-nin insa etdivi binada 83 kv.m. 2 otaalı mənzillər var. Bu mənzillərin mövcudluğu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin TTNDA-nin Ekspertiza İdarəsinin məhk əmə sorğusun göndərdiyi layihə ilə (məhz bu layihə ilə “istismara icazə rəyi” verilib) və məhkəmənin təyin etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2750 saylı ekspert rəyi ilə də sübut edilmişdir. Cavabdeh MMC-nin inşa etdiyi binanın 2 və 3-cü bloklarında 24 ədəd 2 otaqlı 83 kv.m. mənzillər var. Lakin, Cavabdeh MMC mənfəəti naminə, onlara müqavilədə nəzərdə tutulan yox, nəzərdə tutulmayan mənzilləri vermək istəyir (otaq sayı və kv.m. aşağı olan mənzilləri). Cavabdeh MMC apellyasiya və kassasiya şikayətləri verməklə məqsədi - heç də qanuni qətnamələri real şəkildə mübahisələndirmək deyil, yalnız əvvəllər olduğu kimi bizi məhkəmələrdə süründürərək, əziyyət vermək və qanuni hüquqlarının həyata keçirilməsini mümkün qədər uzatma qdır. Poleks” MMC ilkin iddia üzrə iddiaçılar arasında 2017-ci ilin sentyabr-oktyabr aylarında 21 saylı Notariat Kontorunda bağladığı müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklər üzrə məsuliyyət daşıyır və öhdəlikləri icra etməlidir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin olunmamasını və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

45. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

46. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

47. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

48. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

49. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

50. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

51. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

52. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

53. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.

54. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

55. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

56. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

57. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

58. Maddə Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmə k əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

59. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

60. Maddə 556.1. İcra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz.

61. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

62. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə p odratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

63. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

64. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

65. Maddə

765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərcl ərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

66. Maddə

766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

67. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

68. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

69. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.

70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. Maddə 79.1. Yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda, məhkəmə onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq edə bilər.

72. Maddə

88. Məhkəmə sübutla ra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

73. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

74. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

75. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

76. Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

77. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

78. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

79. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

80. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

81. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

82. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi öhdəlik hüququnun ümumi normalarına istinad etsə də, tələbin qanuni əsasını konkret olaraq göstərməmiş, müvafiq maddi hüquq nomasının dispozisiya şərtləri ilə işin halları arasında uyğunluğu (uyğunsuzluğu) yoxlamamış, iddianın əsaslılığı üzrə bu qaydada hüquqi dəyərləndirmə aparmamışdır.

83. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İki nci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

84. Qeyd edilənlərə uyğun olaraq işə mahiyyəti üzrə baxan məhkəmə əvvəlcə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinə dair iddianın qanuni əsaslarını yoxlamalıdır.

85. Məlum olduğu kimi, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır (§ 45).

86. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (§ 46-47).

87. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (məsələn, əmlak verməli, iş görməli və s.), müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi əsaslarından biri də müqavilədir (§ 48-49).

88. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında müqavilədən irəli gələn mülki hüquq münasibətləri vardır.

89. Belə ki, "Poleks” MMC ilə X9 və X7 arasında 30 sentyabr 2017-ci il tarixdə, X11 arasında 03 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri 21 saylı notarial qaydada üç müqavilə bağlanmışdır. Müqavilələrə əsasən, ilkin iddiaçılar hər biri paylı mülkiyyətində olan ünvan 6 ünvand a yerləşən yaşayış sahəsini sökülmək üçün "Poleks” MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onlar üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi, "Poleks” MMC isə ilkin iddiaçıların qeyd edilən yaşayış sahəsinin sökülməsini, yerində tikilən hundürmərtəbəli binada iddiaçıların hər birinə 83 kv.m, 02 (iki) otaqlı təmirli mənzili mülkiyyətlərinə verməyi, tikintini başa çatdırıb mənzillə təmin edən günədək onların müvəqqəti yaşayışlarını təmin etmək məqsədi ilə kompensasiya şəklində ilkin iddiaçıların hər birinə aylıq 500 (beş yüz) manat kirayə haqlarını ödəməyi öhdəsinə götürmüşdür.

90. Beləliklə, ilkin iddiaçılar ümumi paylı mülkiyyətlərində olan daşınmaz əşy anın tikinti şirkəri tərəfindən sökülməsinə dair sərəncam verməyi, "Poleks” MMC isə orada yeni bina inşa etməklə onların hər birinə 83 kv.m, 02 (iki) otaqlı təmirli mənzillər verməyi öhdəsinə götürmüşdür.

91. Göründüyü kimi, tərəflər alqı-satqı və podrat müqaviləsi üzrə əsas öhdəlikləri əhatə edən qarışıq müqavilə bağlamışlar.

92. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (§ 61).

93. Podrat müqaviləsinə görə isə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (§ 62).

94. Mülki Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsür lərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

95. Baxılan işdə ilkin iddiaçıların öhdəliklərinin icrası ilə əlaqədar mübahisə yoxdur. Fikir ayrılığı "Poleks” MMC-nin müqavilədə şərtləşdirilmiş həcmdə olan mənzilləri ilkin iddiaçılara verməməsi ilə bağlıdır.

96. Tərəflərin bağladıqları əqdlərdəki “müqavilənin predmeti” bölməsində ilkin iddiaçılara veriləcək mənzillərin otaq sayı və kvadratı qeyd olunmuşdur.

97. Halbuki, tikinti şirkəti tərəfindən inşa edilməklə sifarişçiyə verilməli olan mənzillərlə bağlı razılaşmalarda müvafiq qaydada təsdi qlənmiş layihə üzrə yaşayış binasının müstəqil tərkib hissəsini fərdiləşdirən rekvizitlərin (blok, mərtəbə, nömrə, layihə üzrə yerləşmə yeri, otaq sayı, yardımçı sahələr, ümumi kvadrat, onun hesablanma qaydası və s.) dəqiq və aydın şəkildə göstərilməsi bu xarakterli mübahisələrin yaranmaması üçün mühüm əhəmiyyət kəsb edir.

98. Qanuna əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir (§ 50, 52, 53).

99. Baxılan iş üzrə tərəflər imzaladıqları müqavilələrdə yeni tikilən binada ilkin iddiaçılara veriləcək iki otaqlı mənzillərin sahəsini 83 kv.m. olaraq razılaşdırmışlar. "Poleks” MMC-nin təqdim etdiyi mənzillər isə 78-79 kv.m.-dir. Cəmiyyət bu addımını belə əsaslandırır ki, ondan asılı olmayan səbəblərdən binanın ilkin layihəsindən fərqli olaraq son layihədə müəyyən texniki parametrlər dəyişilmişdir. Nəticədə binadakı 83 kv.m-lik mənzillərin olması qeyd edilsə də, həmin mənzillərin sahəsi əslində daha çox olmuşdur. Həmin sahədə olan mənzillər ayrı-ayrı şəxslərə satılmışdır və ilkin iddiaçılara təklif olunanlardan başqa mənzillərin təhvil verilməsi qeyri-mümkündür.

100. Belə olan halda iddiaçılar bildirirlər ki, tikinti şirkəti müqavilə öhdəliyini lazımınca icra etmir.

101. Məlum olduğu kimi, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınc a icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (§ 55).

102. Mülki Məcəllənin podrat münasibətlərini tənzimləyən normalarına əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi öhdəsinə götürür. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur (§ 62-64).

103. Göründüyü kimi, hazırkı məqamda "Poleks” MMC ilkin iddiaçılarla bağladığı müqavilələrdən irəli gələn öh dəliyini, yəni 83 kv.m.-dən ibarət, iki otaqlı mənzilləri təqdim etmək öhdəliyini icra etməmiş, aradakı fərqli qarşılıqlı iddiasında göstərdiyi məbləğlərin ödənilməsi ilə kompensasiya etmək istəyir. İlkin iddiaçılar isə öhdəliyin məhz müqavilədə göstərilən şərtlərə uyğun icrasını tələb edirlər.

104. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

105. Bununla belə nəzərə alınmalıdır ki, müqavilə öhdəliyinin icrası obyektiv baxımda n mümkün olmalıdır. Başqa sözlə, əqddə razılaşdırılmış vəzifələrin yerinə yetirilməsi imkanı varsa və borclu bundan boyun qaçırırsa o, məhkəmə qaydasında həmin öhdəliyin yerinə yetirilməsinə məcbur edilə bilər.

106. Bu baxımdan hazırkı işdə məhkəmə tərəfindən "Poleks” MMC-nin üzərinə ilkin iddiaçılara 83 kv.m.-dən ibarət iki otaqlı mənzillərin verilməsi vəzifəsinin qoyulması üçün əvvəlcə həmin sahəli mənzillərin mövcudluğu müəyyən edilməli, qətnamədə verilməli olan yaşayış sahəsinin binanın konkret olaraq hansı blokunda, mərtəbəsində və tərəfində yerləşdiyi (mənzilin nömrəsi və digər fərdiləşdirici əlamətləri) göstərilməlidir.

107. Belə ki, Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə cavabdehdən alınmalı əmlakın yerləşdiyi y eri qətnamənin nəticə hissəsində göstərir (§ 76).

108. Əgər borclu, öhdəliyini mümkünsüzlük səbəbilə icra edə bilmədiyini irəli sürürsə bu halı təsdiqləyən sübutları təqdim etməli, məhkəmə də həmin xüsusatı qanunun verdiyi prosessual imkanlarla yoxlamalıdır.

109. Bu baxımdan hazırkı işdə "Poleks” MMC-nin ilkin iddiaçılara 83 kv.m.-dən ibarət iki otaqlı mənzilləri təqdim etmək öhdəliyinin obyektiv olaraq mümkün olub-olmaması həm mübahisənin düzgün həlli üçün, həm də çıxarılan məhkəmə qətnaməsinin gələcəkdə real icrası baxımından mühüm əhəmiyyət kəsb edir.

110. Əvvəlki kassasiya kollegiyası da bu məqama diqqət çəkərək vurğulamışdı ki, məhkəmələr "Poleks” MMC tərəfindən inşa edilən yaşayış kompleksində faktiki boş olan 3 ədəd 83 m2 sahəli mənzillərin olub-olmamasını araşdırmamış, ilkin iddiaç ılara məhz həmin kvadratda mənzillərin verilməsi nəticəsinə gəlinsə də, həmin mənzillərin hansı mərtəbədə olmasına aydınlıq gətirilməmişdir. Bu həm də qətnamənin gələcəkdə icrasının mümkünlüyünə şübhələr yaratmışdır. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (§ 22-23).

111. Buna baxmayaraq ikinci apellyasiya baxışında da kassasiya məhkəməsinin göstərişi tam olaraq yerinə yetirilməmiş, "Poleks” MMC-nin inşa etdiyi binada 83 kv.m.-dən ibarət iki otaqlı boş mənzillərin mövcudluğu, əgər varsa onların hansı blokda, mərtəbədə və nömrə altında yerləşməsi, eyni zamanda MMC-nin həmin mənzillərə hüquqi baxımdan sərəncam vermək imkanının olub-olmamsı və öhdəliyin icrasının mümkünlüyü ilə bağlı digər əhəmiyyətli hal lar lazımi şəkildə aydınlaşdırılmamış, qətnamədə bu xüsusatlara əsaslandırılmış qiymət verilməmişdir.

112. Halbuki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (§ 69, 71, 73).

113. Apellyasiya məhkəməsi tərəfindən göstərilən vasitələrdən istifadə etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən həmin halları aydı nlaşdırmamışdır. Bu hallar isə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarının pozulmasına dəlalət edir (§ 67,72,74-75).

114. Kollegiya qeyd edir ki, hazırkı işdə "Poleks” MMC-nin ilkin iddiaçılar qarşısında üzərinə götürdüyü (83 kv.m.-dən ibarət iki otaqlı mənzilləri təqdim etmək) öhdəliyini olduğu kimi icra etməsinin obyektiv baxımdan mümkünlüyü müəyyən edildikidə bu hal ilkin iddianın təmin olunması üçün əsasdır. Belə olan halda, ilkin iddiaçılara verilməsi qət edilən mənzillərin yerləşdiyi blok, mərtəbəsi, nömrəsi və digə r fərdiləşdirici əlamətləri məhkəmə aktının nəticə hissəsində dəqiliklə göstərilməlidir.

115. Bununla belə, müqavilə öhdəliyinin icrası və buna müvafiq olaraq iddianın təmin edilməsi obyektiv səbəbdən mümkün olmadıqda, məhkəmə işin hüquqi vəziyyətini tərəflərlə müzakirə etməli, mövcud hüquqi müdafiə imkanları ilkin iddiaçılara izah olunmalıdır.

116. Belə ki, Mülki Məcəllənin 452-ci maddəsinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (§ 5758).

117. Həmin Məcəllənin 556.1-ci maddəsinə əsasən, icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz (§ 60).

118. Eyni zamanda Mülki Məcəllənin 765 və 766-cı maddələrində nəzərdə tutulmuşdur ki, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə b ağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər (§ 65-66).

119. Beləliklə, məhkəmə tərkibi bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq, ilkin və qarşılıqlı iddialar üzrə əsaslandırılmış qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir.

120. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a ldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 4161/2022 nömrəli iş üzrə 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar