Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-821/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: borcun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-812/2023 nömrəli iş üzrə 21 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İ şin halları
1. İş materiallarında olan sadə formada tərtib edilmiş qəbzin surətindən görünür ki, xx.xx.2019-cu iltarixdə Cavabdeh İddiaçı 10000 (on min) manat məbləğində borc almış və borcunu bir ay ərzində qaytaracağına dair öhdəlik götürmüşdür.
2. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, araşdırma zamanı Cavabdeh izahat verərək, İddiaçı ev tikdirmək məqsədilə 10000 manat məbləğində borc almasını, borcundan 2000 manat qaytarmasını və sonuncuya 8000 manat məbləğində borcu qalmasını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 8000 manat məbləğdə maddi ziyanın, 10000 manat məbləğində mənəvi ziyanın və ödənilmiş 145 manat dövlət rüsumunun əvəzinin alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1-ci qrup əlil həyat yoldaşı Rauf Mədətovla birgə yaşayır. Özlərinə məxsus yaşayış evi satıb daha münasib mənzil almaq qərarına gəlmişlər. Cavabdeh əvvəllər də ev-alğı satqısı (makler) ilə məşğul olan şəxs kimi tanıdığından bu işdə yardımçı olmağını ondan xahiş etmiş, ilk əvvəllər özünü düzgün, etibarlı bir şəxs kimi tanıtdığından Rauf Mədətovla inanmışdır. Yeni mənzil almaq üçün ehtiyatında kifayət qədər pul vəsaitinin olduğunu bilən cavabdeh ondan həyat yoldaşının iştirakı ilə 25 may 2019-cu il tarixdə bir ay müddətinə qaytarmaq şərti ilə 10000 manat pul almışdır. B u barədə cavabdeh yazılı qəbz də vermişdir. Həmin qəbzdə göstərilən müddətə pulu tam şəkildə qaytarmadığından cavabdehə iradını bildirmiş, lakin o, telefon zənglərinə cavab verib tezliklə aldığı pulu qaytaracağını vəd etmişdir. Bir müddət keçəndən sonra pulu birdəfəlik qaytarmağa imkanının olmadığını bildirmiş, aldığı puldan 2000 manatını qaytarmış və qalan hissəsini qaytarmaq üçün 3 ay vaxt istəmişdir. Həmin müddətdə də pulu qaytarmadığından müxtəlif bəhanələr gətirmiş və bu günədək qalan pul vəsaitini qaytarmamışdır. Bu faktlar cavabdehin izahatı, ilkin telefon danışıqları, etirafları ilə bir daha təsdiqlənir. Lakin, cavabdeh verdiyi vədə əməl etməməklə yanaşı telefon zənglərinə də sonda cavab verməmişdir. Artıq telefon vasitəsilə də əlaqə yaratmaq mümkün olmadığından məcbur olub polis o rqanlarına cavabdehin etibardan sui-istifadə hərəkətləri barədə şikayət etmişdir. Cavabdeh polis orqanında verdiyi izahatında ona borclu olmasını etiraf etmiş və borcu qaytaracağını bildirmiş, lakin işin mülki xarakterli olması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehin hərəkətlərinin nəticəsi olaraq bu günə qədər ona vurulmuş maddi zərərin ödənilməsi məhkəmədən kənar şəkildə mümkün olmamışdır. Cavabdeh ona 8000 manat məbləğində ziyan vurmaqla yanaşı mənəvi zərər də vurmuşdur ki, bu mənəvi zərər həm onun, həm də 1-ci qrup əlil olan həyat yoldaşının səhhətində əlavə problemlər yaratmış, mənəvi cəhətdən sarsılmışlar. Cavabdehin bu hərəkətləri onun işgüzar nüfuzuna da xələl gətirmişdir. İşlədiyi mətbuat sahəsində iş yoldaşlarının dairəsində nüfuzdan düşmüşdür. Vurulmuş m ənəvi zərəri 10000 manat məbləğində dəyərləndirir.
5. Tovuz Rayon Məhkəməsinin 2(062)-2397/2022 saylı mülki iş üzrə 31 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim F.Əliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 8000 manat məbləğdə pulun alınaraq, İddiaçı verilməsi, iddia tələinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 386.1, 739, 425.1, 442 və 448.1-ci, MPM-nin 77.1, 88, 217.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
7. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdı r ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmamışdır. Qeyd etmişdir ki, o, iddiaçıdan 10000 manat məbləğində pul götürməmişdir, iddiaçıdan bu məbləğdə pulu götürməyi barədə qəbz verməmişdir. Həmçinin, ona məhkəmə iclasları barədə heç bir məlumat verilməmişdir. Ona görə də iddiaya münasibət bildirə bilməmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (Ə.Məmmədov (sədrliyi və məruzəsi ilə), hakimlər F.Mehdiyev və R.Muradov) 2(104)-812/2023 nömrəli iş üzrə 02 may 2023-cü il tarixli qərardadı ilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 08 iyun 2023-cü il tarixli 4/923-5/770 saylı rəy vermişdir. Həmin rəydə qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 69-cu vərəqində ola n Cavabdeh adından olan qəbzin 3-cü sətrinin sonundakı “10000 AZN” yazılarındakı sonuncu “0” rəqəminin tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, həmin “0” rəqəmi ilə mətndə olan digər “0” rəqəmlərinin öz aralarında eyni şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy verilməsi mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş xx.xx.2019-cu il tarixli qəbzin mətnindəki “10000 AZN” yazısındakı sonuncu “0” rəqəminin sonradan əlavə olunması müəyyən edilmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-812/2023 nömrəli iş üzrə 21 avqust 2023-cü il tarixli qətnaməsi ilə (Ə.Məmmədov (sədrliyi və məruzəsi ilə), hakimlər A.İsgəndərova və R.Muradov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəmə sinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
13. Məhkəmə hazırkı iş üzrə verilmiş ekspert rəyini irəli sürülən iddianın rədd edilməsinə əsas verə bilən mötəbər sübut kimi qəbul etmir.
14. Belə ki, məhkəmənin son iclasında iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarını tədqiq edərkən müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıya 8000 manat borcunun olmasını dolayısı ilə etiraf edir. Həmin səs yazısında danışan şəxslərin onunla iddiaçı olduğunu Cavabdeh özü də etiraf etmişdir. Danışıqlarda isə iddiaçı cavabdehə deyir ki, “gəl sən mənim pulumu başqa vasitələrlə qaytar. Sənin ev tikintisi ilə məşğul olan tanışların var. Onlardan mənim üçün ev götür, öz borcuna düşən hissəni sən ödə, qalanını da mən özüm ödəyim. Cavabında Cavabdeh deyir ki, “mən buna çalışaram, əgər alınarsa deyərəm ki, evin səkkiz min manatını mən ödəyəcəyəm.” Bundan başqa, alınmış ekspert rəyi ilə “10000 AZN” yazılarındakı sonuncu “0” rəqəminin cavabdeh tərəfindən icra olunması nə təsdiq, nə də ki, inkar edilmir.
15. Hazırki işdə cavabdeh tərəfin iddiaya etiraz etdiyi nəzərə alındıqda, iddiaçının məhkəməyə bildirdiklərini təsdiq edə bilən əlaqəli, başqa mötəbər sübutlar da olmalıdır və artıq yuxarıda qeyd edildiyi kimi, iddiaçı bu barədə həm yazılı qəbzi, həm də cavabdehin iddiaçıya 8000 manat məbləğində borcunun olduğunu dolayısı ilə etiraf etdiyi səs yazısını məhkəməyə təqdim etmişdir.
16. Apellyasiya məhkəməsi tərəflərin bildirdiklərini iddiaçının məhkəməyə təqdim etdiyi sübutlarla əlaqəli şəkildə təhlil edərək, belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfin təqdim etdiyi sübutlar məcmu halda qiymətləndirildikdə, cavabdehin iddiaçıdan 10000 manat məbləğində borc pul alması və həmin məbləğin 8000 manatını qaytarmaması işin faktiki halı kimi təsdiq olunur.
17. Tərəflər arasında borc müqaviləsi bağlanmış və bununla da onlar arasında borc münasibətləri yaranmışdır. İddiaçı borc müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmiş, borcun 8000 manat hissəsini müəyyən olunmuş müddətdə qaytarmamışdır. Ona görə də, məhkəmə kollegiyası iddia edilən borcun cavabdehdən tutulmasını əsaslı tələb hesab edir.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 442, 443.1 və 445.1-ci, MPM-nin 14.1, 76.1, 76.2, 77.1, 78.1, 88, 106.1, 217.3 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırkı iş üzrə çıxarılmış hər iki qətnamə qanunun tələbləri pozulmaqla və sübutlar araşdırılmadan çıxarılmışdır. Belə ki, o, iddiaçının iddia tələbini qəbul etmir. Qeyd olunanlar tam əsassızıdr. O, iddia tələbində qeyd olunduğu kimi iddiaçıdan 10000 manat pul götürməmişdir. Nədəki iddiaçıya 10000 manat pulu götürməyi barədə qəbz verməmişdir. Gəncə Apellyasiya Məhkəməsi tərəf indən iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş və rəyə əsasən məlum olmuşdur ki, qəbzdə qeyd olunan sonuncu “0” rəqəmi sonradan başqa şəxs tərəfindən əlavə edilmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilmiş səs yazıda onun tərəfindən iddiaçıya 10000 (on min) manat borcu olmağı barədə ifadə işlənilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi işi düzgün araşdırımamışdır. O, iddiaçıdan 1000 (bir min) manat məbləğində (faizə ) borca pul götürmüş və iddiaçıya 2000 (iki min) manat məbləğində pulu geri qaytarmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi səs yazıda onun tərəfindən borcun etirafı ilə bağlı heç bir söz işlədilməmişdir. Həmçinin iş materiallarında olan Binəqədi RPİ İŞ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılması qərarında qeyd olunduğu kimi borc un etirafı barədə heç bir izahat verməmişdir. Məhkəmə tərəfindən həmin materialın götürülməsi tələb olunsada (yazılı vəsatət) vəsatət təmin olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdrilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
24. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
26. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
27. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
28. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqaviləni n iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
29. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.
30. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə m üəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürü lmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
39. Cavabdehin kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətlərində də irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
40. İddiaçıdan cəmi 1000 manat məbləğində faizə borca alması və 2000 manat məbləğində pulu geri qaytarması barədə cavabdehin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən yazılmış qəbzdə borcdan istifadəyə görə faiz ödənilməsi nəzərdə tutulmamışdır, 1000 manat borca görə 2000 manat ödənilməsi də inandırıcı deyidlir, bu ona əsas verir ki, cavabdehin aldığı borc 1000 manatdan daha artıq məbləğ olmuşdur.
41. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görü nür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
42. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-812/2023 nömrəli iş üzrə 21 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.