Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-821/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Zamin qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi, öhdəliyin icra edilməməsi, borcun ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X2 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1172/2024 nömrəli 22 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı ASC ilə Əzimova Zoya Fəxrəddin qızı arasında xx.xx.2013-cü tarixdə 120 ay müddətinə “Kredit müqaviləsi” bağlanmışdır;
3. İddiaçı ASC-nin Bakıxanov filialı ilə Əzimova Zoya Fəxrəddin qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 54 saylı evin, 11 saylı mənzili Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir;
4. EK/007Ə01 nömrəli xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən, İddiaçı ASC-nin Bakıxanov filialı ilə borclu Əzimova Zoya Fəxrəddin qızı arasında imzalanmış kredit müqaviləsinə əsasən Bank borcluya illik 21% olmaqla 48 a y müddətə 80000,00 ABŞ dolları məbləğində kredit vermişdir; 5. xx.xx.2015-ci il tarixli EK/007/1/1 saylı zaminlik müqaviləsinə əsasən, Zamin kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür;
6. Əzimova Zoya Fəxrəddin qızı xx.xx.2017-ci il tarixində vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 iyun 2022-ci il tarixinə Əzimova Zoya Fəxrəddin qızının kredit üzrə cəmi borcu 94478.42 ABŞ dolları təşkil edir, bundan 72629.57 ABŞ dolları əsas, 11290.08 ABŞ dolları faiz, 14.72 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10544.05 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 450.61 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dənilmiş 40 manat rüsumunun Əzimova Zoya Fəxrəddin qızının faktiki vərəsəsi olan cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və zamini Zamin müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Əzimova Zoya Fəxrəddin qızına məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 54 saylı evin, 11 saylı mənzilinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Zamin tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq LPO İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir..
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit borcunu ödəməmişdir. Elektron hökümət portalı üzərindən əldə edilmiş məlumatlara əsasən müəyyən olunmuşdur ki, mərhum Əzimova Zoya Fəxrəddin qızına məxsus mənzilin faktiki vərəsə kimi idarəçiliyini onunla kredit müqaviləsinin təminatı olan mənzilə dair ipoteka predmetini banka girov qoyularkən notarial qaydada razılıq ərizəsini imzalayarkən rəsmi nikahda olmuş və hal-hazırda həmin mənzilə aid ***-***-**-** telefon nömrəsinin abunəçisi olan Cavabdeh1 həyata keçirir. Bundan başqa müvafiq ərizə anket məlumatlarına əsasən Əzimova Zoya Fəxrəddin qızının digər vərəsələrindən oğlu Cavabdeh3, Cavabdeh4 və qızı Cavabdeh2 miras əmlakı faktini qəbul etmiş şəxslər hesab olunurlar. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsülü və miras əmlakı faktiki idarə etmək üsulu. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Cavabdehin həyat yoldaşı Cavabdeh1 və övladları Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakındakı paylarına mütənasib sürətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, 8 may 2021-ci il tarixli **********278 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər ara sında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf etmişdir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 8 iyun 2022-ci il tarixinə Əzimova Zoya Fəxrəddin qızının kredit üzrə cəmi borcu 94478.42 ABŞ dolları təşkil edir. Bundan 72629.57 ABŞ dolları əsas, 11290.08 ABŞ dolları faiz, 14.72 ABŞ dolları cərimə, kredit müq aviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10544.05 ABŞ dolları faiz borcu təşkil edir. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə 5 oktyabr 2017-ci il tarixində 176 ABŞ dolları məbləğində ödəniş etmişdir. 9. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, İddiaçı ASC ilə Əzimova Zoya Fəxrəddin qızı arasında bağlanmış 13 iyul 2015-ci il tarixli EK/007/01 saylı kredit müqaviləsi üzrə 08 iyun 2022-ci il tarixinə müqavilə üzrə əsas borc 72629,57 ABŞ dolları, müqavilənin müddəti üçün hesablanmış və tələb olunan faizlər 11290,08 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 14,72 ABŞ dolları, kredit müqaviləsi bitə ndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10544.05 ABŞ dolları faiz borcu, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 94478,42 ABŞ dolları təşkil edir.
10. Birinci instansiya məhkəməsində Cavabdeh4 məhkəmə iclasında bildirmişdir ki, Əzimova Zoya Fəxrəddin qızı onun anasıdır və 2017-ci ildə vəfat etmişdir. Cavabdeh3 isə onun qardaşıdır və o hal-hazırda həbsdədir. Hazırda ipoteka qoyulmuş mənzildə Cavabdeh3 ailə üzvləri yaşayır və onların başqa yaşayış sahələri yoxdur. Əzimova Zoya Fəxrəddin qızı bankla müqavilə bağlamış və pulu bankdan götürərək evi ipoteka qoymuşdur. O, banka borcun olmasını etiraf edir, lakin məbləğlə bağlı razı deyil.
11. Birinci instansiya cavabdeh Zamin məhkəmə iclasında bildirmi şdir ki, Əzimova Zoya Fəxrəddin qızı bankla kredit müqaviləsi bağlayaraq kredit götürmüş və o bankla zaminlik müqaviləsi bağlamışdır. O, 2013-cü ildə bağlanmış zaminlik müqaviləsinə imza etmiş, lakin 2015-ci ildə bağlanmış müqaviləyə isə imza çəkməmişdir.
12. Birinci instansiya məhkəməsində Cavabdeh3 vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Əzimova Zoya Fəxrəddin qızı İddiaçı ASC-nin Bakıxanov filialı ilə 13 iyul 2015-ci il tarixli EK/007/1 saylı əlavə kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 21 daiz dərəcəsi ilə 80000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Əzimova Zoya Fəxrəddin qızı 11 oktyabr 2017-ci il tarixində vəfat etmişdir. Bununla əlaqədar olaraq vərəsəlik işinin açılıb- açılmaması barədə onun tərə findən sorğu verilmiş və onun adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Hal-hazırda həmin mənzildə faktiki olaraq Cavabdeh3 ailə üzvləri yaşayır. Həmin mənzil notarial qaydada Cavabdeh3 və digər vərəsələr tərəfindən qəbul edilməmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 6 dekabr 2022-ci il tarixli 9/8078 nömrəli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 13 niyul 2015-ci il tarixli EK/007/01 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq cavabdeh Əzimova Zoya Fəxrəddin qızının İddiaçı ASC-nə sualda soruşulan tarixlərə olan borcu aşağıdakı kimi müəyyən edilir: 11 oktyab r 2017-ci il tarixə (sualda soruşulan tarixə) olan borcu: əsas borc üzrə 72627.54 ABŞ dolları, faiz borcu üzrə 5670.20 ABŞ dolları. 13 iyul 2019-cu il tarixə (müqavilənin bitdiyi) olan borcu: əsas borc üzrə 72627.54 ABŞ dolları, faiz borcu üzrə 11274.45 ABŞ dolları. 08 iyun 2022-ci il tarixə olan borcu (13 iyul 2019-cu il tarixdən illik 5 faiz hesablanmaqla) faiz borcu üzrə 10541.29 ABŞ dolları. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 13 iyul 2015-ci il tarixli EK/007/01 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əksə etdirən çıxarış) olmadığı üçün sualda soruşulan tarixlərə cavabdeh Əzimova Zoya Fəxrəddin qızına cərimə borcu hesablanmadı. 14. "xxxx" MMC-nin Hüquq və Qiymətləndirmə Şirkətinin 23 yanvar 2023-cü il tarixli 1 nömrəli rəyinə əsasən, Əzimova Zoya Fəxrəddin qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 54 saylı evin, 11 saylı mənzilinin 23 yanvar 2023-cü il tarixinə bazar qiyməti 140 800 manat, likvid dəyəri 130 000 manat təşkil edir.
15. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)126/2023 nömrəli qətnaməsi ilə (hakim L.O.Talıbova) iddianın qismən təmin edilməsi, Əzimova Zoya Fəxrəddin qızına məxsus olmuş Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 54 saylı evin, 11 saylı mənzilin likvid dəyəri 130 000 (yüz otuz min) manat müəyyən oluması, borcun ödənilməsinə dair tələb ipoteka qoyulmuş Əzimova Zoya Fəxrəddin qızına məxsus olm uş Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 54 saylı evin, 11 saylı mənzilinə yönəldilməsi və mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsait (mənzilin dəyəri) LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh3, onun ailə üzvləri X5 və onların yetkinlik yaşına çatmayan azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 54 saylı evin, 11 saylı mənzili satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi, xx.xx.2015-ci il tarixli EK/007/1/1№-li zaminlik müqaviləsi üzrə Zamin münasibətdə zaminliyə xitam verilməsi, iddianın qalan hissədə təmin olunmaması, ekspertiza xərci – 200 (iki yüz) manatın Cavabdeh3 və LPO İddiaçı ASC-dən birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bankla “Kredit müqaviləsi” bağlamış və həmin müqavilə üzrə Bank qarşısında üzərinə öhdəlik götürmüş Zoya Əzimova xx.xx.2017-ci il tarixində vəfat etmişdir. Onun ölümü ilə bağlı vərəsəlik işi açılmamış və onun tərəfindən ipoteka qoyulmuş əmlak hazırda yalnız bir vərəsəsi Cavabdeh3 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Bank kredit müqaviləsi üzrə yaranmış borcun hamısını vərəsələrdən tam olaraq tələb etməkdə haqlı olmamışdır. Belə ki, Cavabdeh3 vərəsə kimi faktiki olaraq qəbul etdiyi əmlak dəyərində öhdəlik daşıyır və mənzilin likvid dəyəri 130.000 manat təşkil edir. Beləliklə məhkəmə hesab etmişdir ki, həmin mənzil açıq hərracda satılaraq əldə olunmuş mənzilin dəyəri borcun əvəzinə banka ödənilməlidir.
17. B irinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin kredit müqaviləsi üzrə borcun faktiki vərəsə olan cavabdehlərdən müştərək qaydada tutularaq bankın xeyrinə tutulması və ipoteka predmetinin satışından əldə olunmuş vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borcun tutulması hissəsində iddia tələbi təmin oluna bilməz.
18. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, kreditin qaytarılma müddəti ilkin olaraq xx.xx.2019-cu il tarixə kimi müəyyən olunduğundan və Zamin ilə “Zaminlik müqaviləsi” xx.xx.2019-cu il tarixə kimi bağlandığından, sonradan “Kredit müqaviləsinin” müddəti uzadılmadığından bankla Zamin arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Zaminlik müqaviləsinə” xitam verilməli və iddianın ona qarşı yönəlmiş hissəsi əsassız hesab edilərək rədd edilməlidir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 317.2, 319.1, 385.1, 433.1, 448.1, 453, 472, 477.0.1, 477.0.4, 739.1, 739.2, 741, 1151.1, 1151.2, 1306.1, 1309-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 41.1, 59.1, 59.3-cü 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 4 sentyabr 2012-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianı n rədd edilməsi hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti iddia tələbinin əsasları ilə eynilik təşkil etmiş və əlavə onunla əsaslandırılmışdır ki, iddianın bir qisminin rədd edilməsi hissəsində birinci instansiya məhkəməsi iş üzrə səhv nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
22. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi və 226 manat dövlət rüsumunun iddiaçıdan tutularaq ona verilməsi barədən qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın bir qisminin təmin edilməsi hissəsində maddi və prosess ual hüquq normalarının tələbləri pozulmuş, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, Zoya Əzimova ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli “İpoteka müqaviləsi” borcun yaranması üçün əsas olmuş xx.xx.2015-ci il tarixli “Əlavə kredit müqaviləsindən” əvvəl bağlanmışdır. Lakin “Əlavə kredit müqaviləsində” faiz, müddət və valyuta dəyişikliyi olmuşdur ki, bu dəyişikliklər “İpoteka müqaviləsində” qeyd edilməmişdir. Halbuki qeyd olunan hal həm “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsində, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında açıq şəkildə şərh edilmiş və göstərilmişdir ki, kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilmə lidir. Belə ki, “İpoteka haqqında” Qanunun 14-cü maddəsində qeyd olunur ki, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. X6 ilə Bank arasında bağlanmış həmin “İpoteka müqaviləsinin” 1.1-ci bəndinə əsasən, borcalana ayrılmış 200.000 manat kredit limitindən istifadə nəticəsində gələcəkdə yarana biləcək tələb üzrə borcluya məxsus daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir. Lakin nə xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsində”, nə də “İpoteka müqaviləsində” faiz və məbləğ tam olaraq göstərilməmişdir. Bundan əlavə, xx.xx.2015-ci il tarixli “Əlavə kredit müqaviləsinə” əsasən, X6ya 80.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Halbuki tərəflə r arasında bağlanmış “İpoteka müqaviləsində” valyuta olaraq manat göstərilmişdir. “Mülki Məcəllənin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Qanunun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Mülki Məcəllənin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Qanunun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarına əsasən, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Əsas “Kredit müqaviləsində” və “İpoteka müqaviləsində” kreditin valyutasının manatla müəyyən olunmasına baxmayaraq, borcun yaranmasına əsas olmuş “Əlavə kredit müqaviləsinin” dollarla bağlanması Konstitusiya məhkəməsinin qeyd olunan şərtlərinin pozulması anlamına gəlir ki, bu da Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilən zaman nəzərə alınmamışdır. Bundan başqa, “İpoteka müqaviləsi” bağlanarkən Zoya Əzimovanın ailə üzvləri olan xx.xx.1977-ci il təvəllüdlü X3 və xx.xx.1985-ci il təvəllüdlü X1 və onun himayəsində olan 2 azyaşlı övladının həmin mənzildə qeydiyyatda olmalarına baxmayaraq, mənzilin girov qoyulması zamanı onlardan heç bir razılıq tələb olunmamışdır. Buna baxmayaraq Rayon Məhkəməsi tərəfindən ipoteka qoyanın ailə üzvlərinin mənzildən çıxarılması qət edilmişdir. Digər tərəfdən, tərəflər arasında qeyd olunan borc münasibətləri xx.xx.2015-ci il tarixli “Əlavə kredit müqaviləsi” əsasında yaranmışdır. X6 kredit rəsmiləşdirildiyi gündən et ibarən ödəniş etməmişdir. Bu isə Bankın xx.xx.2015-ci il tarixindən etibarən hüquqlarının pozuldığunu bildiyi mənasına gəlir. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Zoya Əzimova xx.xx.2017-ci il tarixində vəfat etmişdir. Onun vəfat etdiyi tarixə qədər iddia müddətinin axımı 2 il 3 ay davam etmişdir. Lakin onun vəfat etdiyi tarixdən bugünə qədər vərəsəlik qəbul edilməmişdir. İddiaçı Bank X6nın əri Cavabdeh1 mirasa faktiki sahiblik etdiyini əsas gətirərək mirası qəbul etmiş hesab etmişdir. Zoya Əzimova ilə Cavabdeh1 xx.xx.2009- cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Cavabdeh1 mübahisəli əmlaka faktiki sahibliyi 2009-cu ildən həyata keçirmişdir. Belə olan halda Zoya Əzimovanın vəfat etm əsindən sonra Cavabdeh1 faktiki vərəsə hesab olunduğu halda iddia müddəti borcalanın vəfat etdiyi tarixdə kəsilməmiş olur. Bu isə onu göstərir ki, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt iddia müddəti ötürülmüşdür. Lakin məhkəmə bildirişi Cavabdeh1 faktiki yaşadığı ünvana gəlmədiyi üçün məhkəmədə iştirak etmək və iddia müddətinin ötürülməsi barədə ərizə vermək hüququndan məhrum olmuşdur.
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/16xx-xx/1642 nömrəli rəyinə əsasən, ipoteka predmeti olan mənzilin orta likvid dəyəri təqribən 142.000 manatdır.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1172/2024 nömrəli 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.A.Mə mmədov – sədrlik edən və məruzəçi, F.Ş.Talışinski və A.N.İmanov) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni borcun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, əsas borc olaraq 72.627 (yetmiş iki min altı yüz iyirmi yeddi) ABŞ dolları 54 (əlli dörd) sent, faiz borcu olaraq 11.274 (on bir min iki yüz yetmiş dörd) ABŞ dolları 45 (qırx beş) sent, cərimə borcu olaraq 14 (on dörd) ABŞ dolları 72 (yetmiş iki) ABŞ dolları (qətnamə icra ediləcək tarixə müəyyən edəcək rəsmi məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödən ilmiş dövlət rüsumunun əvəzinin – 450 (dörd yüz əlli) manat 61 (altmış bir) qəpik, “Tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 40 (qırx) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Əzimova Zoya Fəxrəddin qızına məxsus olmuş Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 54 saylı evin, 11 saylı mənzilin likvid dəyəri 142.000 (yüz qırx iki min) manat müəyyən olunması, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qa lxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur.
27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, miras ı qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. İddiaçı bankın ləğvedicisi olan Fond mövcud borcun tutulması barədə iddia ilə Zoya Əzimovanın vərəsələrinə və zaminə qarşı məhkəməyə müraciət etmişdir. İddia tələbinin borcalanın vərəsələrinə qarşı irəli sürülməsi iddia ərizəsində onunla əsaslandırılmışdır ki, “Elektron hökumət portalında” əldə edilmiş məlumatlara əsasən müəyyən olunur ki, mərhum Zoya Əzimovaya məxsus mənzilin faktiki vərəsə kimi idarəçiliyini onunla kredit müqaviləsinin təminatı olan mənzilə dair ipoteka predmetini Banka girov qoyularkən notarial qaydada razılıq ərizəsini imzalayarkən rəsmi nikahda olmuş və ha l-hazırda həmin mənzilə aid telefon nömrəsinin abunəçisi olan Cavabdeh1 həyata keçirir. Bundan başqa müvafiq ərizə anket məlumatlarına əsasən Zoya Əzimovanın digər vərəsələri – övladları Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 miras əmlakı faktiki qəbul etmiş şəxslər hesab olunurlar. Buna görə də hesab olunmalıdır ki, mərhum borclunun vərəsələri miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakındakı paylarına mütənasib sürətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.
28. Birinci instansiya məhkəməsi iddianın vərəsələrdən yalnız Cavabdeh3 münasibətdə qismən təmin edilməsi nəticəsinə gələrək hesab etmişdir ki, mərhum Zoya Əzimovanın ölümü ilə bağlı vərəsəlik işi açılmamış və onun tərəfindən ipoteka qoyulmuş əmlak hazırda yalnız bir vərə səsi Cavabdeh3 tərəfindən faktiki olaraq qəbul edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, X6nın iş üzrə cavabdeh olan digər vərəsələrinin mirasın qəbulundan imtina etmələri iş materiallarından müəyyən edilmədiyi üçün iddiaçı Fond hazırki iddianı bütün vərəsələrə qarşı irəli sürməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı yalnız Cavabdeh3 qarşı təmin etməkdə haqlı olmamışdır. Belə ki, X6nın iş üzrə cavabdeh olan digər vərəsələrə də onlara çata biləcək miras həddində miras qoyanın öhdəliklərinə görə cavabdeh hesab edilir.
30. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şək ildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, borclunun ölümü halında onun vərəsələrinə qarşı tələb irəli sürülmədən birbaşa ipoteka qoyana qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə tələbin mümkünlüyü ilə bağlı müraciətdə qaldırılmış məsələyə gəlincə isə qeyd edilməlidir ki, əvvəldə də göstərildiyi kimi, mirası qəbul etmiş vərəsələr miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Lakin vərəsələr icra vaxtı çatmış əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikləri təqdirdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun ipoteka qoyana qarşı tələb irəli sürmək hüququ yaranır.
31. İddia ərizəsindən görünmüşdür ki, Bank onunla X6 arasında bağlanmış “Əlavə kredit müqaviləsi” üzrə yaranmış borcun borcalanın vərəsələri ilə yanaşı, onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər cavabdehdən – Zamin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, zaminə qarşı yönəlmiş tələb təmin edilə bilməz və bu mövqeyini onunla əsaslandırmışdır ki, kreditin qaytarılma müddəti ilkin olaraq xx.xx.2019-cu il tarixə kimi müəyyən olunduğundan və Zamin ilə zaminlik müqaviləsi xx.xx.2019-cu il tarixə kimi bağlandığından, sonradan kredit müqaviləsinin müddəti uzadılmadığından Bankla Zamin arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Zaminlik müqaviləsinə” xitam verilməli və iddianın ona qarşı yönəlmiş hissəsi əsassız hesab edilərək rəd d edilməlidir. Bankın apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin bu nəticəsi səhvdir.
33. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdə olan sənədlərdən görünmüşdür ki, kredit öhdəliyinin icrası xx.xx.2019-cu il tarixdə başa çatmışdır, hazırkı iddia isə bu tarixdən təxminən 3 il keçdikdən sonra Rayon Məhkəməsinə verilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki,birinci instansiya məhkəməsi zaminə qarşı yönəlmiş tələbi təmin etməməkdə haqlı olmuşdur.
35. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə tərəflər arasında olan mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh1 vərəsəsi olduğu mərhum X7 borcunun olduğunu qəbul etmiş, lakin borcun miqdarının düzgün hesablanmadığını bildirmişdir. Rayon Məhkəməsi borcun ödənilməsinin ipoteka predmetinə yönəldilməsini qət etsə də, yönəldilməli olan borcun məbləğini müəyyən etməmişdir. Bu isə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Belə ki, tələbin ipoteka predmetinə yönəldilməsi üçün ilk öncə onun həcmi dəqiq müəyyən edilməlidir.
36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bankın ləğvedicisi olan Fond tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Maliyyə arayışdan” görünür ki, xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə xx.xx.2022-ci il tarixinə əsas borc 72.629,57 ABŞ dolları, müqavilənin müddəti üçün hesablanmış və tələb olunan faizlər 11.290,08 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 14,72 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10.544,05 ABŞ dolları faiz borcu, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 94.478,42 ABŞ dolları təşkil edir.
47. İşə baxmış Rayon Məhkəməsi qeyd edilən məbləğlər in əsaslı olub-olmamasını araşdırmaq üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.
37. Məhkəmə kollegiyası ekspert rəyinin şübhə altına ala biləcək sübutların cavabdehlər tərəfindən məhkəmələrə təqdim edilməməsini nəzərə alaraq rəyi mötəbər sübut kimi qəbul etmiş və hesab etmişdir ki, ipoteka predmetinə yönəldilməli olan borcun miqdarı əsas borcun və kredit müqaviləsinin qüvvədə olduğu müddətdə əsas kredit borcuna hesablanmış faiz borcunun miqdarı ekspert rəyinə uyğun müəyyən edilməlidir.
38. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2015-ci il tarixli “Əlavə kredit müqaviləsində” borcun ödənilməsinin gecikdirilməsinə görə kreditorun borcluya cərimə (dəbbə ) hesablaması və hesablanmış cərimənin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulduğundan Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb edilən 14,72 ABŞ dolları məbləğində cərimə əsas borcun məbləğinə mütənasib olmaqla əsaslıdır.
39. Apellyasiya instansiyası məhkəməsi iddianın kredit müqaviləsinin müddəti bitdiyi tarixdən sonrakı müddət üçün hesablanmış faiz borcunun ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı Bank borcun vaxtında qaytarılmaması nəticəsində qeyd edilən məbləğlərdən istifadə edərək fayda əldə etməkdən məhrum olmasını nəzərə alaraq kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən cavabdehlərə faiz borcu olaraq 10.544,05 ABŞ dolları hesablamışdır.
40. Kollegiya qeyd etmişdir ki, işin hallarından görünmüşdür ki, X6 “Əlavə kredit müqaviləsinin” müddəti başa çatmazdan əvvəl ölmüşdür. Borcalanın sonuncu ödənişini ölümündən 10 gün əvvəl xx.xx.2017-ci il tarixində 176 ABŞ dolları məbləğində etdiyi müəyyən edilir. Borcalanın ölümü ilə əlaqədar borcun ödənilməsinin gecikdirilməsi qərəzli hesab edilə bilməz. Vərəsələrin borcalanın öhdəliyinə görə miras həddində məsuliyyət daşıması nəzərə alınaraq iddia tələbi müzakirə edilən hissədə əsaslı hesab edilə bilməz.
41. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verd iyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdehlər (o cümlədən Cavabdeh1) işə baxılması barədə birinci instansiya məhkəməsi tərəfindən xəbərdar olmuşlar. Lakin onlar (o cümlədən Cavabdeh1) “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə” ərizə verməmişlər.
42. Apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsinə “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə” ərizə vermədiyindən, apellyasiya icraatı zamanı verdiyi bu məzmunlu ərizəsi əsaslı hesab edilə bilməz.
43. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin digər dəlili ilə bağlı bildirmişdir ki, Z oya Əzimova ilə Bank arasında bağlanılmış “Kredit müqaviləsindən” və iş materiallarından görünmüşdür ki, həmin müqavilə Zoya Əzimova tərəfindən imzalanmışdır. Müqavilənin bir nüsxəsi Bank tərəfindən Zoya Əzimovaya təqdim edilmiş, bu müqavilədə və müqaviləyə edilmiş “1 Saylı Əlavədə” Bank tərəfindən Zoya Əzimovaya verilmiş kreditin ABŞ dolları ilə verilməsi aydın şəkildə qeyd edilmişdir. Zoya Əzimova onunla Bank arasında bağlanmış bu müqavilənin etibarlılığını (tam və ya qismən) mübahisələndirməmişdir. Odur ki, Zoya Əzimovanın onunla Bank arasında bağlanmış müqavilənin etibarlılığını mübahisələndirməməsi baxımından və yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilmişdir ki, borcalanın icra etmədiyi öhdəliklərə görə Bank q arşısında onun vərəsələri olan cavabdehlər məsuliyyət daşıyırlar və həmin “Kredit müqaviləsində”, müqaviləyə edilmiş “1 Saylı Əlavədə” Bank tərəfindən Zoya Əzimovaya verilmiş kreditin ABŞ dolları ilə ifadə olunması onları həmin borcun ödəməsindən azad etmir.
44. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 apellyasiya şikayətinin başqa dəlili ilə bağlı bildirmişdir ki, qeyd edildiyi kimi, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə həmçinin qət etmişdir ki, ipoteka predmeti olan mənzilin likvid dəyəri 130.000 manat müəyyən olunmaqla, mənzilin açıq hərracdan satılsın, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına Banka olan borc ödənilsin. Cavabdeh1 həmin qətnamədən verdiyi apellyasiya şikayəti Rayon Məhkəməsinin bu nəticəsinin də ləğ v edilməsinə yönəlmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, kredit müqaviləsi üzrə Bank qarşısında götürülən öhdəlik yerinə yetirilməmiş, Banka olan kredit borcu ödənilməmişdir. Həmin öhdəliklərin təminatı yuxarıda qeyd edilən xx.xx.2014-cü il tarixli “İpoteka müqaviləsində” öz əksini tapmışdır. İpoteka qoyan həmin müqaviləni imzalamaqla o şərti qəbul etmişdir ki, əgər o, Banka olan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə, ondan Bankın tələbi ipotekanın predmeti olan yaşayış sahəsinə yönəldiləcək.
45. Apellyasiya instansiyası məhkəməsi bu baxımdan hesab etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iddianın “tələbin ipoteka predmetinə yönəldilməsi barədə” hissəsinin təmin etməkdə haqlı olmuşdur. Buna baxmayaraq məhkəmə hesab etmişdir ki, birinc i instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun tələblərinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, bu razılaşma olmadıqda isə ilkin satış qiymətinin müəyyən edilməsi müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir.
46. Apellyasiya instansiyası məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi xx.xx.2024-cü il tarixli 9/16xx-xx/1642 saylı rəyinə istinad edərək qeyd etmişdir ki, bu rəyin də şübhə altına ala biləcək sübutların istər iddiaçı, istərsə də cavabdehlər tə rəfindən məhkəməyə təqdim edilməməsini nəzərə alaraq rəyi mötəbər sübut kimi qəbul edir və hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ekspert rəyinə uyğun olaraq 142.000 manat məbləğində müəyyən edilməlidir.
47. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 317.1, 442, 445.1, 445.2.1, 445.7, 448.1, 462, 465.2, 470.1, 472.1, 472.2, 477.0.4, 558.1, 739, 1146, 1151.1, 1255, 1306.1, 1306.2-ci, “İpoteka haqqında” Qanunun 1.0.9, 33, 34, 36.1, 36.2.4, 36.3, 38.2.2, 39.3.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli, “Azərbay can Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarına, MPM-in 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
48. Cavabdeh1 (vəkil Nümayəndə4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd barədə qərar çıxarılmasını xahiş etmişdir.
49. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Mülki Məcəllənin 373.2-ci maddəsi üzrə - tərəflər arasında qeyd olunan borc münasibətləri 13 iyul 2015-ci il tarixli EK/007/1 saylı əlavə kredit müqaviləsi əsasında yaranmışdır. Cavabdeh kredit rəsmiləşdir ildiyi gündən etibarən ödəniş etməmişdir. Bu isə iddiaçının xx.xx.2015-ci il tarixindən etibarən hüquqlarının pozuldığunu bildiyi mənasına gəlir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Əzimova Zoya Fəxrəddin qızı 11 oktyabr 2017-ci il tarixində vəfat etmişdir. Cavabdehin vəfat etdiyi tarixə qədər idda müddətinin axımı 2 il 3 ay davam etmişdir. Lakin cavabdeh vəfat etdiyi tarixdən bu günə qədər vərəsəlik qəbul edilməmişdir.İddiaçı borclunun həyat yoldaşı Cavabdeh1 mirasa faktiki sahiblik etdiyini əsas gətirərək mirası qəbul etmiş hesab etmişdir. Əzimova Zoya Fəxrəddin qızı ilə Cavabdeh1 xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuşdurlar. Cavabdeh1 mübahisəli əmlaka faktiki sahibliyi 2009- cu ildən həyata keçirmişdir. Belə olan halda cavabdeh Əzimova Zoya Fəxrəddin qızının vəfat etməsindən sonra Cavabdeh1 faktiki vərəsə hesab olunduğu halda iddia müddəti cavabdehin vəfat etdiyi tarixdə kəsilməmiş olur. Bu isə onu göstərmişdir ki, iddiaçıməhkəməyə müraciət etdiyi vaxt iddia müddəti ötürülmüşdür. Lakin məhkəmə barədə bildiriş Cavabdeh1 faktiki yaşadığı ünvana gəlmədiyi üçün məhkəmədə iştirak etmək və iddia müddətinin ötürülməsi barədə ərizə vermək hüququndan məhrum olmuşdur.
50. Mülki Məcəllənin 1243.2-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsinin qətnaməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini qət etmişdir. Lakin qeyd olunan cavabdehlərdən heç biri cavabdeh Əzimova Zoya Fəxrəddin qızına ai d mirası nə qanun üzrə vərəsə kimi qəbul etmiş, nə də faktiki mirasa sahiblik etmişdirlər. Mülki Məcəlləyə əsasən vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Lakin vərəsəliyi qəbul etməmiş və qəbul edilməsi istiqamətində heç bir hərəkət etməmiş şəxslərin üzərinə onlara aid olmayan öhdəliklərin qoyulması qanunun tələblərinə zidd olmuşdur. 51. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 3.2, 10.5 14 və 59.3-cü maddələri üzrə - tərəflər arasında bağlanmış 17 yanvar 2014-cü il tarixli ipoteka müqaviləsinin 1.1-ci maddəsinə əsasən borclu Əzimova Zoya Fəxrəddin qızına ayrılmış 200 000 AZN kredit limitindən istifadə nəticəsində gələcəkdə yarana biləcək tələb üzrə borcluya məxsus daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir. Lakin nə xx.xx.2013-cü il tarixli Əsas kredit müqaviləsinə, nə də xx.xx.2014-cü il tarixli İpoteka müqaviləsində nə faiz, nə də məbləğ tam olaraq göstərilməmişdir. Əlavə olaraq borcun yaranması üçün əsas olmuş 13 iyul 2015-ci il tarixli EK/007/1 saylı əlavə kredit müqaviləsinə əsasən Əzimova Zoya Fəxrəddin qızına 48 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 80000 ABŞ dollarıməbləğində kredit verilmişdir. Halbuki tərəflər arasında bağlanmış İpoteka müqaviləsində valyuta olaraq manat göstərilmişdir. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan RespublikasıQanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan RespublikasıMülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli plenum qərarına əsasən, Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir “. Qeyd olunanlardan görünmüşdür ki, həm əsas kredit müqaviləsində, həm də ipoteka müqaviləsində kr editin valyutası manatla müəyyən olunmasına baxmayaraq borcun yaranmasına əsas olmuş əlavə kredit müqaviləsinin dollarla bağlanmasıKonstitusiya məhkəməsinin qeyd olunan şərtlərinin pozulması anlamına gəlir ki, bu da apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilən zaman nəzərə alınmamışdır. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli İpoteka müqaviləsi borcun yaranması üçün əsas olmuş 13 iyul 2015-ci il tarixli EK/007/1 saylı əlavə kredit müqaviləsindən əvvəl bağlanmışdır. Lakin əlavə kredit müqaviləsində faiz, müddət və valyuta dəyişikliyi olmuşdur ki, bu dəyişikliklər İpoteka müqaviləsində qeyd edilməmişdir. Halbuki qeyd olunan hal həm “İpoteka haqqında” Qanunun 14-cü maddəsində, həm də Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli Plenum qərarında açıq şəki ldə şərh edilmiş və göstərilmişdir ki, “ Kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 14cü maddəsində qeyd olunur ki, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır ”. Qeyd olunan hal isə məhkəmə tərəfindən nəzərə alınmamışdır. İpoteka qoyanın ailə üzvlərindən heç bir razılıq alınmadığı halda apellyasiya instansiyası məhkəməsi tərəfindən ailə üzvlərinin mənzildən çıxarılması qət edilmişdir. 52. “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 46-cı maddəsi üzrə apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin qanunauyğun şəkildə ba ğlanmaması və Notarius tərəfindən kobud pozuntulara yol verilməsi hallarını tam olaraq araşdırmamışdır. Belə ki, tərəflər arasında 17 yanvar 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanarkən ailə üzvləri olan xx.xx.1977-ci il təvəllüdlü X3 və xx.xx.1985-ci il təvəllüdlü X1 və onun himayəsində olan 2 azyaşlı övladının həmin mənzildə qeydiyyatda olmalarına baxmayaraq mənzilin girov qoyulması zamanı onlardan heç bir razılıq tələb olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. İddiaçının vəkili kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
54. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) baş qa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
55. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
56. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
57. Maddə 445.1 İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.
58. Maddə 445.2.1 Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
59. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadə k öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.
60. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
61. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
62. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
63. Maddə
462. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə mü əyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
64. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
65. Maddə 558.1. Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyils ə, onun ölümü öhdəliyin xitamına səbəb olur.
66. Maddə 739 (əvvəlki redaksiyada). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
67. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
68. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.
69. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
70. Maddə 1306.1 Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “İpoteka haqqında” Qanun
71. Maddə 1.0.9. lkin satış qiyməti ipoteka predmetinin likvid qiymətidir.
72. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
73. Maddə
34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhd əlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir.
74. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər.
75. Maddə 36.2.4. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası barədə məlumatlar əks olunmalıdır.
76. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
77. Maddə 38.2.2 İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, bu razılaşma olmadıqda isə ilkin satış qiymətinin müəyyən edilməsi müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir.
78. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
79. Maddə 14.2. Məhkəmə yalnız tə rəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
80. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
82. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
83. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
84. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
85. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
87. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, Cavabdeh1 əsas borclu və ipoteka qoyan şəxsin vərəsəsidir, miras qoyanın vərəsəlik ü zrə keçən borcları üzrə öhdəlik daşıyır.
88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “...vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur.... qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq hə yata keçirilməldir.... Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin”.
89. Hazırkı iş üzrə iddia 2022-ci ildə qaldırılmışdır, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, X6nın vərəsələrindən biri kimi Cavabdeh1 da mirasın qəbulundan imtina etməsi müəyyən edilmədiyi üçün iddianın ona qarşı irəli sürülməsi əsaslıdır.
90. Məhkəmə onu da müəyyən etmişdir ki, mərhum Zoya Əzimovaya məxsus mənzilin faktiki vərəsə kimi idarəçiliyini onunla kredit müqaviləsinin təminatı olan mənzilə dair ipoteka predmetini Banka girov qoyularkən notarial qaydada razılıq ərizəsini imzalayarkən rəsmi nikahda olmuş və hal-hazırda həmin mənzilə aid tele fon nömrəsinin abunəçisi olan Cavabdeh1 həyata keçirir.
91. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh1 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
92. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən ed ilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
93. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
94. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
95. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1172/2024 nömrə li 22 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.