Məhkəmə qərarları › İş №2(102)-8214/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8214/2019

26.12.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8214/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Şadiyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli 2(106)-2195/2019 saylı qətnaməsindən Maraqlı şəxs QSC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Salyan rayon məhkəməsinin 14 aprel 2016-cı il tarixli qətnaməsi ilə (hakim M.Ə.Qasımov, iş № 2(057)-124/2016) 22 fevral 1969-cu il təvəllüdlü X2 fəaliyyət qabil iyyəti olmayan şəxs hesab edilməsinə dair İddiaçı ərizəsi təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.Q.Əsədov, M.K.Həsənov və Z.A.Zeynalov) Maraqlı şəxs QSC– nin apellyasiya şikayəti təmin edilməmiş, Salyan rayon məhkəməsinin 14 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2015-ci ilin dekabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həyat yoldaşı X2 1993-cü ildə Azərbaycanın ərazı bütövlüyü uğrunda gedən döyüş əməliyyatı zamanı başından və bədəninin digər nahiyyələrindən aldığı xəsarətlərlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2-ci qrup əlil hesab olunmasını və hazırda “şizofreniya paranoid forma” diaqnozu ilə xəstə olmaqla kənar şəxslərin köməyi olmadan özünü idarə edə bilməməsini əsas göstərməklə həmin xəstəliklə əlaqədar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan məhkəmə instansiyaları tərəfindən tələb, yuxarıda göstərildiyi kimi, əsaslı hesab edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Maraqlı şəxs QSC-nin nümayəndəsi kassasiya şikayəti verərək X2 18 aprel 2016cı il tarixdə bankdan 12 ay müddətinə götürdüyü kreditin tam qaytarılmasını təmin etməməklə banka borcunun olmasını və bundan sonra onun nümayəndəsi tərəfindən bankla bağladığı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırılmasını, Rövşən Bağırovun mötəbər sübutlar olmadan fəailiyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və s. əsas göstərməklə qətnamənin ləğv edilməs i və tələbin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında maraqlı şəxsin vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, Rövşən Bağırov tərəfindən bankdan kredit götürülmüş və kreditin təminatı kimi onun mülkiyyətində olan iki mənzil ipoteka ilə yüklü edilmişdir. Salyan rayon məhkəməsinin 14 aprel 2016-cı il tarixli qətnaməsi ilə Rövşən Bağırovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə əlaqədar onun həyat yoldaşı İddiaçı tərəfindən kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırıldıqdan sonra bank hazırkı qətnamənin qanuniliyini mübahisələndirmişdir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Rövşən Bağırov həqiqətən də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı xəsarətlə əlaqədar “şizofreniya paranoid forma” diaqnozu ilə Salyan rayonlara rası Psixiatriya xəstəxanasında stasionar müalicədə olmuşdur. Hazırkı iş üzrə keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 04 mart 2016-cı il tarixli rəyinə görə Rövşən Bağırov fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmin rəyə və işin digər müəyyən olunmuş hallarına əsaslanaraq Rövşən Bağırovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanuni saymışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin a dından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 20 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar