Məhkəmə qərarları › İş №2(102)-8216/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8216/2019

27.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8216/2019 27.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı Suleyman oğlu və onun vəkili Həsənov Bəkir Sabir oğlunun iştirakları ilə, Cavabdeh Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli qətnaməsindən kassa siya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 01 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən C.Tağıyev, iş 2(043)-669/2019) İddiaçı Cavabdeh qarşı 62320 (altmış iki min üç yüz iyirmi) manat borcun, hüquqi yardıma görə ödədiyi 200 (iki yüz) manat pulun, notariat üçün ödədiyi 92 manat dövlət rüsumunun, həmçinin mənəvi ziyana görə 1000 (bir min) manat pulun tutularaq ona ödənilməsi barədə iddiasının əsassız olduğundan təmin olunmaması, iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsini n Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Bayramov(sədrlik edən və məruzəçi), L.Süleymanov və F.Mehtiyev, iş № 2(104)-2573/2019) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01 mart 2019- cu il tarixli, 2(043)- 669/2019 saylı qətnaməsi qismən, yəni, borc tələbinə dair iddianın təmin olunmadığı və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edildiyi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməsi, Cavabdeh 62.320 (altmış iki min üç yüz iyirmi) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmiş, digər hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlil ləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Həsənov Bəkir Sabir oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kol legiyasının 02 iyul 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları y oxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 11.04.2016-cı il tarixli kredit müqaviləsinə görə, İddiaçı Suleyman oğlu ilə Cavabdeh ar asında 62320 (altmış iki min üç yüz iyirmi) manat məbləğində kredit müqaviləsi bağlanmışdır. 20.12.2015-ci il tarixli qəbzə görə, Cavabdeh İddiaçı 3300.000 (üç milyon üç yüz min) rubl bocunun olduğunu şahidlərin iştirakı ilə etiraf etmişdir. Rusiya Federasiyası Tümen şəhəri Leninski rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli hökmünə görə, Cavabdeh ifadəsində Kazımov tərəfindən təhdid edilərək yazılı surətdə imzalanmış ******* rulbl məbləğində borclu olduğu qəbzi ondan tələb etmiş, belə təzyiqin altında belə bir qəbzi verdiyini göstərmişdir. Qeyd olunan hökmdə İddiaçı Cavabdeh cinayət məsuliyyətinə cəlb olunması haqqında ərizəsinin mətnindən görünür ki, İddiaçı göstərmişdir ki, o, 05 sentyabr 2014-cü il tarixdən 20.03.2015-ci il tarixədək müddət ərzində təyin edilməmiş yerdə olduğu vax tda Cavabdeh “xxxx” MMC-yə məxsus olan pul vəsaitlərini mənimsəyərək 3300.000 (üç milyon üç yüz min) rubl məbləğində ziyan vurmuşdur. Həmin hökmdə məhkəmə Cavabdeh tərəfindən İddiaçı 3300.000 (üç milyon üç yüz min) rubl pulunun mənimsənilməsinə 25 fevral 2014-cü ildən 18 mart 2015-ci ilədək müddətlərdə bankomatlardan çəkilmiş məbləğlər və tarixlər hissəsində qiymət verərək Ə.Babayevin 485,000 rubl pulunun mənimsədiyi qənaətinə gəlmiş və həmin məbləğin Ə.Babayev tərəfindən ödənildiyini, bununla da İddiaçı dəymiş ziyanın ödənildiyi qənaətinə gəlmişdir. Eyni zamanda İddiaçı tərəfindən verilmiş ******* rublun tutulması barədə mülki iddia tələbi təmin edilmədən saxlanılmasını zəruri hesab edərək, belə qənaətə gəlmişdir ki, məhkəmə iclasında müəyyən edilmiş dəymiş ziyan 485 000 rubl zərərçəkənə tam həcmdə ödənilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 385.1, 389.1, 390.1, 390.2, 390.3, 390.4, 399.1, 404.1, 405.1, 406.1, 442, 443, 448.1, 448.2, 739.1-cı maddəsini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh kassasiya şikayətində apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad edilmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyab r 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəmə si iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2019-cu il tarix li qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar