Məhkəmə qərarları › İş №2(102)-822/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-822/2020

17.02.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-822/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)-3222/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, onun işdən azad olunması ilə bağlı Cavabdeh xx.xx.2017-ci il tarixli, 86 saylı əmrin ləğv edilməsini, əvvəlki işinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şuşa rayon Məhkəməsinin (hakim Allahverən Həsənov) 2(077)-133/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Aqil Abbasov- sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə və Telman Məmmədov) xx xxxxxxx 2020-ci il tarixli 2(105)3222/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şuşa rayon Məhkəməsinin 2(077)-133/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilması və işə yenidən apellyasiya instansiyası məhkəməsində baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh sədri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 86 saylı əmrin verilməsinə əsas kimi 2017-ci ilin ikinci yarım ili üzrə xx.xx.2017-ci il tarixli yoxlama aktı göstərilmişdir. 15 ay davam edən inzibati məhkəmə proseslərində dəfələrlə əmrin verilməsinə əsas olmuş yoxlama aktının məhkəməyə təqdim olunmasını xahiş etsə də, buna əməl olunmamışdır. Hazırki iş üzrə ilkin təqdim edilən xx.xx.2017-ci il tarixli Əmrin verilməsi üçün əsas olmuş yoxlama aktı imzasız və möhürsüz təqdim edilmişdir. Baxmayaraq ki, uzun müddət məhkəmə çəkişmələri gedir və dəfələrlə yoxlama aktının təqdim edilməsini xahiş etmişdir. Sonradan verilən aktı isə Şuşa rayon Məhkəməsi geri qaytarmış, bunda sonra isə Cavabdeh tərəfindən xx xxx 2019-cu il tarixdə Şuşa rayon Məhkəməsinə xx xxxxxx 2017ci il tarixli akt təqdim olunmuşdur. Həmin aktı tərtib edən və imzalayan 3 şəxsdən biri olan hakim həmin vaxtda məzuniyyətdə və ölkə hüdudlarından kənarda olmuşdur. Bu məlumatların dəqiqləşdirilməsinə dair Sərhəd Xidmətinə sorğu ilə müraciət edilməsi haqqında vəsatətlə yazılı müraciət etmiş, vəsatətə məhkəmə araşdırması zamanı baxılmamış, işə baxan hakim öz təşəbbüsü ilə araşdıraraq bu barədə Cavabdeh sədri və aktı imzalayan hakimlə əlaqə saxlamışdır. Bundan sonra cavabdeh tərəf məhkəməyə ilkin təqdim etdiyi yoxlama aktını təkrar dəyişdirərək yeni mətndə (yerdəyişmələr və ara məsafələri, sətirlərdəki sözlərin yerinin dəyişməsi, tərtib olunma tarixinin göstərilməməsi) və mətnin də sonunda təsdiq edilməsi hissəsinin sonradan əlavə edilərək təkrar kserosurətini təqdim etmişdir. Bütün bunları cavabdeh orqan texniki səhv kimi göstərmişdir. Həmin ərizəyə etirazını rəsmi qaydada məhkəməyə təqdim etmişdir. Məhkəməyə təqdim edilmiş 14 saylı, xx xxxxx 2018-ci il tarixli əmrdə komissiya üzvü olan şəxs X5 qeyd olunmuşdur. Yoxlama aktında ümumilikdə 548 işin iclas protokollarının yazılmaması göstərilib. 6 ay ərzində səlahiyyətinə aid olmayan işlərə görə yalnız böyük mütəxəssisin (operator) sərt cəzalandır ılmağı ədalətsizlikdir. Nə iclas katibi, nə də köməkçi barədə heç bir tədbir görülməyib. Bütün baş verənlərə görə 16 il məhkəmədə fəaliyyəti dövründə bir töhmət almayan işçi olaraq cəzalandırılıb. Halbuki, qeyd olunanların ona heç bir aidiyyətı yoxdur. Cavabdeh sədri tərəfindən qərəzli olaraq işdən çıxarılıb. Nə iclas katibindən, nə köməkçidən, nə də onun özündən heç bir izahat alınmayıb. Məhkəməyə təqdim edilmiş, izahat verməkdən imtina barədə akt da sonradan saxtalaşdırılaraq məhkəmə sədrindən asılı olan işçiləri tərəfindən tərtib edilmişdir. Mübahisələndirilən əmrdə isə ilk həmkarlar təşkilatının rəyi barədə bir cümlə belə yazılamamışdır. Əmək Məcəlləsinin tələlərinə əsasən 70-ci maddəsinin ”ç” bəndi ilə əmək müqaviləsinə xitam verilərkən əmrdə belə rəyin alınması və rəydə qeyd olunanla r əks edilməlidir. İşdən azad olunması barədə əmrin hazırlanmasını o qədər tələsik etmişlər ki, bunun üçün həmkarlar komitəsinə müraciət etmədən, həmkarların razılığını almadan əmək müqaviləsinə xitam vermişlər. İşdən qərəzli olaraq çıxarılması həm də onunla təsdiq edilir ki, xx xxxxxx 2017-ci il tarixdə yoxlama aktından sonrakı gün, yəni xx xxxxxx 2017-ci il tarixdə işdən azad olunmağı barədə əmr verilmişdir. Lakin əmrin verilməsi həmkarlar təşkilatının razılığı olmadan verilmişdir. Məhkəmə araşdırması zamanı bu çatışmamazlıqlar ortaya çıxdıqdan sonra eyni gündə cavabdeh saxta sənədlər hazırlayaraq qərəzli niyyətini həyata keçirmişdir. Yoxlamanın bitməsi, müvafiq aktının hazırlanması, həmkarlar təşkilatına müraciət təqdimat verilməsi, həmkarlar təşkilatında müzakirə edilməsi, müvafiq rəy- razılıq verilməsi hamısı bir gündə, yəni xx xxxxxx 2017ci il tarixdə olub. Həmkarlar təşkilatının verdiyi razılıq məktubunun tarixi sonradan, yəni 2018-ci ildə tərtib edildiyindən 2017-ci il deyil, 2018-ci il tarixi göstərilmişdir. İnzibati məhkəmələrdə eyni tələblə hazırki işə baxılarkən sonradan hazırlanmış saxta rəyi təqdim etdikdən sonra məlum olmuşdur ki, həmkarlar təşkilatının iclası məhkəmə iclas katibinin iştirakı olmadan aparılıb. Belə ki, həmkarlar iclasının katibi iclas protokolunu imzalayan X5 həmin vaxtı ölkə hüdudlarından kənarda olmuşdur. İddiaçının işdən çıxarılmasının qanunsuzluğu bir neçə arqumentlə təsdiq edilir. Birincisi, onunla əmək müqaviləsinə xitam verilməsinə həmkarlar komitəsi razılıq verməyib. Halbuki həmkarlar komitəsinin üzvü olaraq Əmək Məcəlləsinin 80-ci mad dəsinə əsasən belə razılıq alınmalı idi. Cavabdehin təqdim etdiyi Həmkarlar komitəsinin xx xxxxxx 2017-ci il tarixli iclasının qərarı isə razılıq kimi qəbul edilə bilməz, çünki həmin iclasın qərarını imzalayan katib həmin dövrdə ölkədə olmayıb. İkincisi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə onun təyinat məktublarını yazmadığı, işləri tikmədiyi, qərardadların surətlərini tərəflərə göndərmədiyi və s. vəzifələr onun əmək funksiyaları kimi göstərilib və guya o, bu funksiyaları yerinə yetirməyib. Vəzifəsi böyük mütəxəssis (operator) olduğu üçün əmrdə onun yerinə yetirmədiyi funksiyalar kimi göstərilən işlər onun əmək funksiyasına daxil edilməyib. Üçüncüsü, əmrdə məhkəmənin işlərin yoxlanılması üçün yaratdığı Komissiyanın xx xxxxxx 2017-ci il tarixli aktına istinad edilmişdir. Həmin ak t sonradan tərtib edilib, buna görə də bir neçə nüsxədə olan aktlar arasında ziddiyyət var. Aktın birində tarix var, digərində yoxdur. Aktın birini imzalayan hakim həmin vaxt məzuniyyətdə olub, amma digər aktı tamam başqa şəxslər imzalayıb. Bu da göstərir ki, əmrdə istinad edilən akt sonradan yazılıb. Həm də hazırki tələbinə inzibati qaydada baxılanda həmin aktın təqdim edilməsini dəfələrlə tələb etsə də, cavabdeh orqan aktı təqdim etməkdən yayınmışdır. Dördüncüsü, yoxlama aktının nəticələrinə görə onun öz əmək funksiyalarını yerinə yetirməməsinə görə onunla əmək müqaviləsinə xitam verilirdisə, onunla eyni otaqda oturan və həmin işləri görməli olan digər işçilər də işdən çıxarılmalı idi. Amma həmin işçilərə ən yüngül intizam tənbehi belə verilməyib. Bu da ona qarşı qərəzi göstərir. Beşinci si, əmrdə onunla bağlanmış xx xxxxxx 2011-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi göstərilib. Qeyd etdiyi kimi məhkəməyə işə qəbul olunarkən onunla xx xxxxxx 2001-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, 2005-ci ildə isə müqaviləyə dəyişiklik edilib, “müddətli” sözü “müddətsiz” sözü ilə əvəz edilib. Onunla xx xxxxxx 2011-ci il tarixdə əmək müqaviləsi bağlanmayıb. Cavabdeh orqan əmrdə səhvən 2001 əvəzinə 2011-ci il tarixli əmək müqaviləsinə xitam verilməsini yazandan sonra, xx xxxxxx 2011-ci il tarixli əmək müqaviləsini tərtib ediblər. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi nə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin hallarına görə, xx.xx.2001-ci tarixli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2001-ci il tarixdən Cavabdehndə məhkəmənin makinaçı-operatoru xxx sosial məzuniyyətdən qayıdana qədər həmin vəzifəyə müvəqqəti olaraq işə qəbul edilmiş, əmək müqaviləsi müddətli bağlanmış və müddət M.Ə.Salahovanın sosial məzuniyyətdən qayıtdığı günə qədər müəyyən edilmişdir. xx.xx.2005 -ci tarixli əmək müqaviləsinə əsasən isə tərəflərin razılığı ilə xx.xx.2003-cü il tarixli əmək müqaviləsinin 1.2 və 2.1 bəndlərinə dəyişiklik edilmiş, məhkəmənin makinaçı-operatoru Salahova Mürvət Əhliyyət qızı sosial məzuniyyətdən qayıdana qədər həmin vəzifəyə müvəqqəti sözləri "böyük-mütəxəssis vəzifəsinə" sözləri ilə və "müddətli" sözləri "müddətsiz" sözləri ilə əvəz edilmişdir. Cavabdeh sədrinin Cavabdeh ilk X1 sədrinə ünvanlandığı xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, məhkəmənin xx.xx.2017-ci il tarixli 85 saylı əmri əsasında Cavabdeh icraatında olan mülki, cinayət, inzibati və prosessual məcburiyyət tədbirlərinin həyata keçirilməsinə dair işlər üzrə aşkar edilmiş nöqsanlar barədə tərtib edilmiş xx.xx.2017-ci il tarixli akta əsasən məhkəmənin böyük mütəxəssis (operator) İdd iaçı tutduğu vəzifədən azad edilməsinə razılıq verilməsi xahiş edilmiş, Cavabdeh ilk X1 yığıncağının xx.xx.2017-cil il tarixli 3 saylı protokolundan görünür ki, üzvlərin yığıncağı keçirilmiş, İddiaçı öz əmək funksiyalarına səhlənkar yanaşması və bu funksiyaları lazımınca yerinə yetirməməsinə görə tutduğu vəzifədən azad edilməsinə razılıq verilmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixli 86 saylı əmrdən aydın olur ki, Cavabdeh böyük mütəxəssisi (operator) İddiaçı özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilmiş və onunla xx.xx.2011-ci il tarixdə bağlanmış əmək müqaviləsi xx.xx.2017-ci i l tarixdə ləğv edilmişdir. Əmrin verilməsinə əsas 2017-ci ilin ikinci yarım ili üzrə xx.xx.2017-ci il tarixli akt göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71 və 72-ci maddələrinə istinad etməklə iddianı təmin edilməməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı əmək müqaviləsindən irəli gələn əmək funksiyalarını yerinə yetirməmişdir. Bu fakt məhkəmə sədrinin əmri ilə təşkil edilmiş Komissiyanın xx xxxxxx 2017-ci il tarixli aktı ilə də təsdiq edilir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 80-ci maddəsinə istinad edib hesab etmişdir ki, məhkəmənin sədri xx xxxxxx 2017-ci il tarixdə məhkəmənin Həmkarlar Komitəsinə müraciət edərək, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsini xahiş etmiş, Həmkarlar Komitəsi də buna razılıq vermişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi halları əsaslı hesab etmiş və iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün qanuni əsaslar mövcud olması, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilməsi və bu baxımdan da iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair xx.xx.2017-ci il tarixli, 86 saylı əmr Əmək Məcəlləsinin tələblərinə cavab verdiyindən əsaslı sayılmalı olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına əmək və mülki prosessual qanunvericiliyinin tələbləri baxımından düzgü n hüquqi qiymət verməmiş, işdə olan sübutları düzgün qiymətləndirməmiş, maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi q əsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 10-cu maddəsinin b) yarımbəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin əsas vəzifələrindən biridir. İşdən müəyyən edilir ki, işə baxan məhkəmələr 2017-ci ilin sonu üçün məhkəmənin icraatında olan işlərin icra vəziyyətinin qənaətbəxş olmaması, məhkəmə sədrinin bu nöqsanların aradan qaldırılması üçün şifahi göstəriş verməsini, ilin sonunda göstərişin icra vəziyyət ini yoxlamaq üçün xx xxxxxx 2017-ci il tarixli 85 saylı əmrlə müvafiq komissiya yaratmasını, iddiaçının təhkim olunduğu hakimin icraatında olan işlər üzrə onun göstərişlərini vaxtında icra etməməsini, iddiaçı əmrdə göstərilən əsasların onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulmadığını qeyd etsə də, onun bu dəlillərinin xx.xx.2001-ci il tarixli əmək müqaviləsinin 3.2-ci bəndinə və xx.xx.2011-ci il tarixli əmək müqaviləsinin 3.1 və 3.2-ci bəndlərinə zidd olmasını, həmin bəndlərdə işçinin məhkəmə sədrinin əmrlərinin və tapşırıqlarının yerinə yetirilməsi və zərurət yarandıqda məhkəmənin normal və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə işçinin müvəqqəti olaraq məhkəmədə digər işlərin icrasına cəlb edilə bilməsinin nəzərdə tutulmasını, iddiaçı onunla xx.xx.2011-ci il tarixdə əmək m üqaviləsi bağlanmadığını qeyd etsə də, həmin müqavilədəki imzanın ona məxsus olmadığını da inkar etməməsini, yoxlamanın nəticəsi barəsində olan aktla tanış olduqdan sonra iddiaçının izahat verməkdən imtina etməsini, ilk X1 qərarında iclas katibi kimi qeyd edilmiş şəxsin ölkədən kənarda olması faktının əmr verilərkən məlum olmamasını müəyyən edərək, iddianı təmin etməmiş, gəldiyi nəticəni də Əmək Məcəlləsinin 2, 3, 44, 83 və 84-cü maddələri ilə əsaslandırmışlar. İddiaçının apellyasiya şikayətinin dəlillərinə əsasən isə Cavabdeh sədri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 86 saylı əmrin verilməsinə əsas kimi 2017-ci ilin ikinci yarım ili üzrə xx.xx.2017-ci il tarixli yoxlama aktı göstərilmişdir. 15 ay davam edən inzibati məhkəmə proseslərində dəfələrlə əmrin verilməsinə əsas olmuş yo xlama aktının məhkəməyə təqdim olunmasını xahiş etsə də, buna əməl olunmamışdır. Hazırki iş üzrə ilkin təqdim edilən xx.xx.2017-ci il tarixli Əmrin verilməsi üçün əsas olmuş yoxlama aktı imzasız və möhürsüz təqdim edilmişdir. Baxmayaraq ki, uzun müddət məhkəmə çəkişmələri gedir və dəfələrlə yoxlama aktının təqdim edilməsini xahiş etmişdir. Sonradan verilən aktı isə Şuşa rayon Məhkəməsi geri qaytarmış, bunda sonra isə Cavabdeh tərəfindən xx xxx 2019-cu il tarixdə Şuşa rayon Məhkəməsinə xx xxxxxx 2017ci il tarixli akt təqdim olunmuşdur. Həmin aktı tərtib edən və imzalayan 3 şəxsdən biri olan hakim həmin vaxtda məzuniyyətdə və ölkə hüdudlarından kənarda olmuşdur. Bu məlumatların dəqiqləşdirilməsinə dair Sərhəd Xidmətinə sorğu ilə müraciət edilməsi haqqında vəsatətlə yazılı müraciət etmiş, vəs atətə məhkəmə araşdırması zamanı baxılmamış, işə baxan hakim öz təşəbbüsü ilə araşdıraraq bu barədə Cavabdeh sədri və aktı imzalayan hakimlə əlaqə saxlamışdır. Bundan sonra cavabdeh tərəf məhkəməyə ilkin təqdim etdiyi yoxlama aktını təkrar dəyişdirərək yeni mətndə (yerdəyişmələr və ara məsafələri, sətirlərdəki sözlərin yerinin dəyişməsi, tərtib olunma tarixinin göstərilməməsi) və mətnin də sonunda təsdiq edilməsi hissəsinin sonradan əlavə edilərək təkrar kserosurətini təqdim etmişdir. Bütün bunları cavabdeh orqan texniki səhv kimi göstərmişdir. Həmin ərizəyə etirazını rəsmi qaydada məhkəməyə təqdim etmişdir. Məhkəməyə təqdim edilmiş 14 saylı, xx xxxxx 2018-ci il tarixli əmrdə komissiya üzvü olan şəxs X5 qeyd olunmuşdur. Yoxlama aktında ümumilikdə 548 işin iclas protokollarının yazılmaması göstərilib. 6 ay ərzində səlahiyyətinə aid olmayan işlərə görə yalnız böyük mütəxəssisin (operator) sərt cəzalandırılmağı ədalətsizlikdir. Nə iclas katibi, nə də köməkçi barədə heç bir tədbir görülməyib. Bütün baş verənlərə görə 16 il məhkəmədə fəaliyyəti dövründə bir töhmət almayan işçi olaraq cəzalandırılıb. Halbuki, qeyd olunanların ona heç bir aidiyyətı yoxdur. Cavabdeh sədri tərəfindən qərəzli olaraq işdən çıxarılıb. Nə iclas katibindən, nə köməkçidən, nə də onun özündən heç bir izahat alınmayıb. Məhkəməyə təqdim edilmiş, izahat verməkdən imtina barədə akt da sonradan saxtalaşdırılaraq məhkəmə sədrindən asılı olan işçiləri tərəfindən tərtib edilmişdir. Mübahisələndirilən əmrdə isə ilk həmkarlar təşkilatının rəyi barədə bir cümlə belə yazılamamışdır. Əmək Məcəlləsinin tələlərinə əsasən 70-ci maddəsinin ”ç” bəndi ilə əmək müqaviləsinə xitam verilərkən əmrdə belə rəyin alınması və rəydə qeyd olunanlar əks edilməlidir. İşdən azad olunması barədə əmrin hazırlanmasını o qədər tələsik etmişlər ki, bunun üçün həmkarlar komitəsinə müraciət etmədən, həmkarların razılığını almadan əmək müqaviləsinə xitam vermişlər. İşdən qərəzli olaraq çıxarılması həm də onunla təsdiq edilir ki, xx xxxxxx 2017-ci il tarixdə yoxlama aktından sonrakı gün, yəni xx xxxxxx 2017-ci il tarixdə işdən azad olunmağı barədə əmr verilmişdir. Lakin əmrin verilməsi həmkarlar təşkilatının razılığı olmadan verilmişdir. Məhkəmə araşdırması zamanı bu çatışmamazlıqlar ortaya çıxdıqdan sonra eyni gündə cavabdeh saxta sənədlər hazırlayaraq qərəzli niyyətini həyata keçirmişdir. Yoxlamanın bitməsi, müvafiq aktının ha zırlanması, həmkarlar təşkilatına müraciət təqdimat verilməsi, həmkarlar təşkilatında müzakirə edilməsi, müvafiq rəy-razılıq verilməsi hamısı bir gündə, yəni xx xxxxxx 2017ci il tarixdə olub. Həmkarlar təşkilatının verdiyi razılıq məktubunun tarixi sonradan, yəni 2018-ci ildə tərtib edildiyindən 2017-ci il deyil, 2018-ci il tarixi göstərilmişdir. İnzibati məhkəmələrdə eyni tələblə hazırki işə baxılarkən sonradan hazırlanmış saxta rəyi təqdim etdikdən sonra məlum olmuşdur ki, həmkarlar təşkilatının iclası məhkəmə iclas katibinin iştirakı olmadan aparılıb. Belə ki, həmkarlar iclasının katibi iclas protokolunu imzalayan X5 həmin vaxtı ölkə hüdudlarından kənarda olmuşdur. Bütün bu qeyd etdiklərini ümumiləşdirərək, onun işdən çıxarılmasının qanunsuzluğu bir neçə arqumentlə təsdiq edilir. Birinc isi, onunla əmək müqaviləsinə xitam verilməsinə həmkarlar komitəsi razılıq verməyib. Halbuki həmkarlar komitəsinin üzvü olaraq Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən belə razılıq alınmalı idi. Cavabdehin təqdim etdiyi Həmkarlar komitəsinin xx xxxxxx 2017-ci il tarixli iclasının qərarı isə razılıq kimi qəbul edilə bilməz, çünki həmin iclasın qərarını imzalayan katib həmin dövrdə ölkədə olmayıb. İkincisi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə onun təyinat məktublarını yazmadığı, işləri tikmədiyi, qərardadların surətlərini tərəflərə göndərmədiyi və s. vəzifələr onun əmək funksiyaları kimi göstərilib və guya o, bu funksiyaları yerinə yetirməyib. Vəzifəsi böyük mütəxəssis (operator) olduğu üçün əmrdə onun yerinə yetirmədiyi funksiyalar kimi göstərilən işlər onun əmək funksiyasına dax il edilməyib. Üçüncüsü, əmrdə məhkəmənin işlərin yoxlanılması üçün yaratdığı Komissiyanın xx xxxxxx 2017-ci il tarixli aktına istinad edilmişdir. Həmin akt sonradan tərtib edilib, buna görə də bir neçə nüsxədə olan aktlar arasında ziddiyyət var. Aktın birində tarix var, digərində yoxdur. Aktın birini imzalayan hakim həmin vaxt məzuniyyətdə olub, amma digər aktı tamam başqa şəxslər imzalayıb. Bu da göstərir ki, əmrdə istinad edilən akt sonradan yazılıb. Həm də hazırki tələbinə inzibati qaydada baxılanda həmin aktın təqdim edilməsini dəfələrlə tələb etsə də, cavabdeh orqan aktı təqdim etməkdən yayınmışdır. Dördüncüsü, yoxlama aktının nəticələrinə görə onun öz əmək funksiyalarını yerinə yetirməməsinə görə onunla əmək müqaviləsinə xitam verilirdisə, onunla eyni otaqda oturan və həmin işləri gö rməli olan digər işçilər də işdən çıxarılmalıydı. Amma həmin işçilərə ən yüngül intizam tənbehi belə verilməyib. Bu da ona qarşı qərəzi göstərir. Beşincisi, əmrdə onunla bağlanmış xx xxxxxx 2011-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi göstərilib. Qeyd etdiyi kimi məhkəməyə işə qəbul olunarkən onunla xx xxxxxx 2001-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, 2005-ci ildə isə müqaviləyə dəyişiklik edilib, “müddətli” sözü “müddətsiz” sözü ilə əvəz edilib. Onunla xx xxxxxx 2011-ci il tarixdə əmək müqaviləsi bağlanmayıb. Cavabdeh orqan əmrdə səhvən 2001 əvəzinə 2011-ci il tarixli əmək müqaviləsinə xitam verilməsini yazandan sonra, xx xxxxxx 2011-ci il tarixli əmək müqaviləsini tərtib ediblər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə iddiaçı əmək müqav iləsindən irəli gələn əmək funksiyalarını yerinə yetirməməsinin məhkəmə sədrinin əmri ilə təşkil edilmiş Komissiyanın xx xxxxxx 2017-ci il tarixli aktı ilə təsdiq edilməsi, iddiaçıdan onun izahatının alınmasına cəhdlər edilsə də, iddiaçının izahat verməkdən imtina etməsi, Komissiyanın xx xxxxxx 2017-ci il tarixli aktının sonradan tərtib edilməsi dəlili ilə bağlı iddiaçının bu dəlili təsdiq edən halı sübuta yetirə bilməməsi, xx xxxxxx 2011-ci il tarixində əmək müqaviləsi bağlamaması, həmin müqavilənin də sonradan tərtib edilməsini bildirsə də, birinci instansiya məhkəməsində müqavilədəki imzanın ona məxsus olmasını inkar etməməsi, həmçinin də müqaviləni təkcə iddiaçı deyil, işəgötürən kimi həmin vaxt məhkəmə sədr olmuş şəxsin də imzalaması, əmək müqaviləsinə xitam verilərkən əsas şərtlərdən biri həmkarlar komitəsinin razılığının alınması kimi qiymət versə də, məhkəmə kollegiyası hesab edir ki, bu şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, əmrin verilməsi əsaslarından biri olan iddiaçının onun ilə bağlanmış xx xxxxxx 2011ci il tarixli əmək müqaviləsinin 3.1 və 3.2-ci bəndlərinin tələblərinin pozulmasına istinad edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin əsas dəlili olan məhkəməyə işə qəbul olunarkən onunla xx xxxxxx 2001-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanması, 2005-ci ildə isə müqaviləyə dəyişiklik edilib, “müddətli” sözü “müddətsiz” sözü ilə əvəz edilməsinin düzgün göstərməklə yanaşı, onunla xx xxxxxx 2011-ci il tarixdə əmək müqaviləsi bağlanmaması, cavabdeh orqanında əmrdə səh vən 2001 əvəzinə 2011-ci il tarixli əmək müqaviləsinə xitam verilməsini yazandan sonra, xx xxxxxx 2011-ci il tarixli əmək müqaviləsini tərtib edilməsi kimi dəlili üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, əmrin verilməsi əsaslarından biri olan iddiaçının onun ilə bağlanmış xx xxxxxx 2011-ci il tarixli əmək müqaviləsinin 3.1 və 3.2-ci bəndlərinin tələblərinin pozulmasına istinad edildiyi halda apellyasiya instansiyası məhkəməsi ilk növbədə həmin müqavilə bağlı şikayətin dəlili üzrə birinci instansiya məhkəməsində müqavilədəki imzanın iddiaçının ona məxsus olmasını inkar etməməsi, həmçinin də müqaviləni təkcə iddiaçı deyil, işəgötürən kimi həmin vaxt məhkəmə sədr olmuş şəxsin də imzalaması kimi qiymət verməsi ilə kifayətlənməyərək mübahisənin obyekti v və ədalətli həlli baxımından iş üzrə məhkəmə xətti - ekspertiza təyin edilməsi yolu ilə həmin dəlilinin əsaslı olub-olmamasına digər sübutlarla yanaşı hüquqi qiymət verməli idi. Məhkəmə kollegiyası şikayətin göstərilən dəlili üzrə həmçinin qeyd edir ki, iddiaçının əmək kitabçasında onunla bağlanmış əmək müqaviləsinin 07 dekabr yazılmasını, lakin müqavilənin ilinin göstərilməməsinə də apellyasiya instansiyası məhkəməsi diqqət yetirməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan X2 xx.xx.2017-ci il tarixdə ölkədən çıxış, xx.xx.2018-cil tarixdə ölkəyə girişi ilə bağlı dövlət sərhədindən hərəkətinə dair Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəis mü avini tərəfindən imzalanmış 07.2018-ci il tarixli 33/2454 saylı məktubunu qətnaməsində istinad etsə də, bununla bağlı apellyasiya şikayətinin dəlilinə də müfəssəl hüquqi qiymət verməmişdir, Belə ki, apellyasiya şikayətinin əsas dəlillərindən biri də həmkarlar komitəsinin üzvü olaraq Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən belə razılığın alınmaması və cavabdehin təqdim etdiyi Həmkarlar komitəsinin xx xxxxxx 2017-ci il tarixli iclasının qərarı isə razılıq kimi qəbul edilə bilməməsinin əsasını həmin iclasın qərarını imzalayan katib həmin dövrdə ölkədə olmaması təşkil edir. Əmək Məcəlləsinin 80-ci maddəsinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Apellyasiya instansiyası məhkəməsi isə şikayətin bu dəlili üzrə Əmək Məcəlləsinin tələbinə görə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilərkən əsas şərtlərdən biri həmkarlar komitəsinin razılığının alınmasını qeyd edərək bu qənaətə gəlmişdir ki, iş materiallarından da belə bir razılığın alınması görünür və işəgötürən kimi məhkəmə sədri də əmr verərkən Həmkarlar Komitəsinin həmin razılığını rəhbər tutmuşdur. Həmçinin Həmkarlar Komitəsinin qərarına isə işəgötürən hər hansı məsuliyyət daşımır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, Həmkarlar Komitəsinin qərarına işəgötürən hər hansı məsuliyyət daşımaması fikri tam əsassızdır. Belə ki, X2 göstərilən tar ixdə işdə olmaması iş materiallarında olan işə götürən Cavabdeh sədrinin xx.xx.2017-ci il tarixli 83 saylı əmrinin məzmunu ilə də tam təsdiq edilir. Bundan əlavə kollegiya həmçinin hesab edir ki, Həmkarlar komitəsinin xx xxxxxx 2017-ci il tarixli iclasının qərarında adı qeyd edilən katib X2 həmin vaxt Azərbaycan Respublikasının ərazisində olmadığı halda qərarda onun imzasının olması həmin imzanın onun tərəfindən icra edilməməsi və ya digər şəxs tərəfindən icra edilməsi anlamına, həmin qərarın qanuni olmaması, beləliklə də, iddiaçının ədalətli məhkəmə araşdırması hüququ pozulması nəticəsinə gəlməyə tam əsas verir. Halbuki, ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyə n edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüququ, məhkəmə prosesinin iştirakçısı olan hər kəsin, onu əks tərəf qarşısında əlverişsiz vəziyyətə salmayan şəraitdə, öz işinə aid dəlilləri məhkəmədə irəli sürmək imkanına malik olmasını da ehtiva edir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişin də təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halları n yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nə ticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 17-ci bəndinin tövsiyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüq uqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı, apellyasiya şikayətinin dəlillərinə müfəss əl hüquqi qiymət verilmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, eləcə də apellyasiya şikayətinin bütün dəlilərinə müfəssəl, araşdırılan sübutlara isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)3222/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar