Məhkəmə qərarları › İş №2(102)-822/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-822/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-822/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Daşınar və Daşınmaz Əmlakların qiymətləndirilməsi Xidməti Məhdud Məsuliyyətli Cəmiyyətə və Cavabdeh1nə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) qarşı iş üzrə QƏRARİ Açar sözlər: icra icraatından irəli gələn mübahisələr (qiymətləndirmə rəyinin mübahisələndirilməsi), qətnamənin qanuniliyi və əsaslılığı, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babay ev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Daşınar və Daşınmaz Əmlakların qiymətləndirilməsi Xidməti MMC-yə və Cavabdeh1nə qarşı əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-800/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 16 aprel 2024-cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin 01 noyabr 2019-cu il tarixli 229/1 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən, İddiaçı1 məxsus ünvan 3yev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının tələblə təklifin qarşılıqlı təsiri n əticəsində təşəkkül tapan qiyməti 180000 (yüz səksən min) manat təşkil edir.

2. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin 01 noyabr 2019-cu il tarixli 229 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən, İddiaçı1 məxsus Göygöl şəhəri, X22 küçəsində yerləşən 94 saylı fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 55000 (əlli beş) manat təşkil edir.

3. ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci il olan çıxarışın surətinə əsasən, Gəncə şəhəri A.Kazımov küçəsi ilə A.Hacıyev küçəsinin kəsişməsində yerləşən ümumi sahəsi 185.2 kv.m olan qeyri-yaşayış binası İddiaçı1 mülkiyyətindədir.

4. ƏMDK yanın da DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi No **********, qeydiyyat tarixi xx.xx.2011-ci il olan çıxarışın surətinə əsasən, Göygöl şəhəri X22 küçəsi 94 saylı ünvanda 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı2 mülkiyyətindədir.

5. Göygöl Rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2(066)41/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" QSC-in cavabdehlər X8, X9, İddiaçı2, X10, X11 və X5 qarşı borcun tutulması və həmin tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehlər X1, X2, İddiaçı2, X3 və X6 müştərək qaydada 124104,54 ABŞ dolları əsas, 20286,77 ABŞ dolları faiz, 39226 ABŞ dolları dəbbə pulu olmaqla, ümümilikdə 144783,57 ABŞ dolları məbləğində bo rcun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan və mülkiyyət hüququ ilə cavabdeh İddiaçı2 məxsus ünvan 2ndə 0,6 ha torpaq sahəsində yerləşən 94 nömrəli fərdi yaşayış evinə və cavabdeh X11 məxsus ünvan 3yev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq həracda satılması, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlər X14, X15, İddiaçı2, X16 və X6 ümumi qaydada tutulması, ipoteka predmetilərinə tutma yönəldikdə və satıldıqda ən geci 1 ay ərzində həmin ünvan 3yev kü çəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının boşaldılması və ünvan 2ndə yerləşən 94 nömrəli fərdi yaşayış evindən cavabdehlər İddiaçı2, X16, X18 və X4 çıxarılması, iş üzrə 50 manat ekpertiza xərcinin cavabdehlər X14, X15, İddiaçı2, X16 və X6 tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.

6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-732/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Göygöl Rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli, 2(066)41/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-5568/2018 nömrəli qərarı ilə iddiaçılar X15, İddiaçı2, X16, X18 və X 12 və vəkili Osmanov Elxan Osman oğlunun kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)732/2018 nömrəli qətnaməsi onlara münasibətdə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Daşınar və Daşınmaz Əmlakların qiymətləndirilməsi Xidməti MMC-yə və Cavabdeh1nə qarşı əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, özlərinə məxsus olan ünvan 2 ünvanında yerləşən 94 nömrəli fərdi yaşayış evinin və ünvan 3yev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının ilk satış qiymətinin müəyyən edilməsi ilə b ağlı rəyləri etibarsız hesab edərək həmin əmlakların yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

9. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmiş, həmin ərizədə ünvan 2 ünvanında yerləşən 94 nömrəli fərdi yaşayış evinin və ünvan 3yev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının yenidən qiymətləndirilməsi barədə baxıb qətnamə çıxarılmasını xahiş etmişlər.

10. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh1 qiymətləndirmənin sifariş edilməsindən sonra onların həmin qiymətləndirmə fəaliyyətinin keçirilməsində iştiraklarını təmin etməmişlər. Halbuki, məhkəmə qərarlarının icrası haqqında qanunun tələbinə əsasən icra hərəkətlərinin icrası ilə bağlı məhkəmə icraçısı bu barədə borclu və tə ləbkar tərəfə məlumat verməlidir və tərəflərin bu icra hərəkətlərinin icrasında iştirak etmək hüquqlarıdır. Digər cavabdeh "xxxx" MMC-yə isə qiymətləndirmə fəaliyyətini həyata keçirərkən tərtib etdiyi rəylərində əmlakların ilkin satış qiymətinin müəyyən edilməsində əsaslandırma aparmayaraq şablon rəy tərtib etmişdir. Həmin rəylə əmlakların yerləşməsi yeri, ərazisi və sahələri eyni sahədə yerləşən əmlakların qiymət meyarlarını müəyyən etməmişdir. Hazırda əmlakının dəyəri bazar dəyəri ilə qeyr-yaşayış binasının dəyəri 600000-700000 manat və fərdi yaşayış evinin isə dəyəri 100000 manat dəyərindədir. Bu baxımdan iddiaçıların əmlaklarının dəyərindən dəfələrlə aşağı qiymətə hərraca çıxarılması onların əmlak üzrə hüquqlarını və gələcəkdə digər əmlaklar əldə etmələri ilə bağlı hüquqlarını pozur. B elə ki, həmin əmlakların satışından nə qədər çox pul qalarsa onlarda artıq qalmış pulla özlərinin və ailələrinin yaşayış və maddi ehtiyacını ödəmiş olarlar.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı X18 izahatında iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, İddiaçı2 onun valideynidir. Özlərinə məxsus olan ünvan 2 ünvanında yerləşən 94 nömrəli fərdi yaşayış evinə və ünvan 3yev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasına olan qiymətləndirilmədən narazı olmalarını, odur ki, həmin əmlakların yenidən qiymətləndirilməsinə dair iddialarının təmin edilməsini məhkəmədən xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 icra məmuru X19 izahatında iddia tələblərinə qanunauyğun qiymət verilməsini xahiş etmişdir.

13. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardad ı ilə iş üzrə məhkəmə qiymətləndirmə (ekspertizası) təyin edilmiş və ekspertizanın keçirilməsi Bakı şəhəri Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 156 məhəllə 1933 yerləşən Xammal və Əmtəə Birjası "Tərəqqi MMC"-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 30 sentyabr 2022-ci il tarixli, 30 nömrəli hesabata əsasən, toplanmış məlumatlar və hesablamalar nəticəsində məlum olmuşdur ki, İddiaçı2 məxsus Göygöl şəhəri, X22 küçəsi 94 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki bazar dəyəri 80000 (səksən min) manat, İddiaçı1 məxsus ünvan 3yev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin hazırki bazar dəyəri 430000 (dörd yüz otuz min) manat təşkil etmişdir.

14. Göygöl Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(066)-28/2022 nömrəli qətnaməsi (hakim Qələmdar Abbasov) ilə iddianın təmin edi lməsi, İddiaçı2 məxsus Göygöl şəhəri, X22 küçəsi 94 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki bazar dəyəri ("xxxx" MMC-nin 30 sentyabr 2022-ci il tarixli, 30 nömrəli hesabatına əsasən) 80000 (səksən min) manat və İddiaçı1 məxsus Göygöl şəhəri, A.Kazımov küçəsi ilə A.Hazıyev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin hazırki bazar dəyəri ("xxxx" MMC-nin 30 sentyabr 2022-ci il tarixli, 30/1 nömrəli hesabatına əsasən) 430000 (dörd yüz otuz min) manat müəyyən olunması qət edilmişdir.

15. Məhkəmə həmin nəticəyə gələrkən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 5, 8, 29.1 və 44-cü maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 51.1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

16. Göygöl Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(066)-28/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(066)-28/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və əmlakın yenidən qiymətləndirilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.

17. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, həmin əmlaklar cavabdeh Göygöl rayon lcra və Probassiya şöbəsi tərəfindən digər cavabdeh "xxxx" MMC-yə sifariş edilərək ipoteka predmetlərinin ilkin satış giymətinin ünvan 3yev küçəs inin kəsişməsində yerləşən qeyriyaşayış binasina münasibətdə 180000 manat dəyərində və Göygöl şəhəri, M.Ə.Rasulzadə küçəsində yerləşən 94 nömrəli fərdi yaşayış evinə münasibətdə isə 55000 manat müəyyənləşdirilmişdir. Göygöl rayon İcra və Probasiya şöbası qiymətləndirmənin sifariş edilməsindən sonra onların həmin qiymətləndirmə fəaliyyətinin keçirilməsində iştiraklarını təmin etməmişdir. Digər cavabdeh "xxxx" MMC-yə isə qiymətləndirmə fəaliyyətini həyata keçirərkən tərtib etdiyi reylərində əmlakların ilkin satış qiymətinin müəyyən edilməsində əsaslandırma aparmayaraq şablon rəy tərtib etmişdir. Həmin rəylə əmlakların yerləşməsi yeri, ərazisi və sahələri eyni sahədə yerləşən əmlakların qiymət meyarlarını müəyyən etməmişdir. Həmçinin Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardad ı ilə iş üzrə qiymətləndirmə (ekspertizası) təyin edilmiş və ekspertizanın keçirilməsi Bakı şəhəri Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 156 məhəllə 1933 yerləşən “Tərəqqi MMC”-yə havalə edilmiş və ekspert qarşısında ipoteka predmeti olan mülkiyyət hüququ ilə İddiaçı2 məxsus ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin və İddiaçı1 məxsus olan Göygöl şəhəri A.Kazmov küçəsi ilə A.Hacıyev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının hazırki bazar qiyməti nə qədər olması barədə sual qoyulmuş, iş üzrə Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 30 sentyabr 2022-ci il tarixli, 30 nömrəli hesabatına əsasən İddiaçı2 məxsus Göygöl şəhəri, X24 küçəsi 94 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki bazar dəyəri 80000 (səksən min) manat və Azərbaycan Respub likası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 30 sentyabr 2022-ci il tarixli, 30/1 nömrəli hesabatına əsasən isə İddiaçı1 məxsus ünvan 3yev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin hazırki bazar dəyəri 430000 (dörd yüz otuz min) manat təşkil etməsi qeyd edilmişdir. Hazırda isə qeyri-yaşayış sahəsinin qiyməti isə 800000-900000 manat və fərdi yaşayış evinin dəyəri isə 150000 manat təşkil edir. Daşınmaz əmlakın dəyərləri çox aşağı qiymətləndirilmişdir.

18. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(066)-28/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, tərəflər arasında ipoteka müqaviləsi bağlanarkən tərəflərin qarşılıqlı razılığı ilə əmlakların ilkin satış qiyməti müəyyən olunmuşdur. İpoteka müqavilələrinə əsasən Göygöl şəhəri M.Ə.Rəsulzadə küçəsi 94 ünvanında yerləşən fərdi yaşayış evinin dəyəri 55000 manat, ünvan 7 A.Hacıyev küçələrinin kəsişməsində yerləşən qeyri yaşayış sahəsinin dəyəri 103540 manat məbləğində müəyyən olunmuşdur. Açıqaydın görünür ki, ipoteka müqaviləsi bağlanarkən tərəflərin razılaşdırdıqlari qiymətlə "xxxx" MMC-nin rəyi arasında çox böyük fərq mövcuddur. Hesab edirlər ki, ipoteka müqavilələri bağlandıqdan sonra hal-hazıradək ipoteka predmeti olan əmlakların dəyəri "xxxx" MMCnin rəyində qeyd ed ildiyi kimi bir neçə dəfə arta bilməz. Mövcud iqtisadi vəziyyətdə və dünyada baş verən iqtisadi böhran şəraitində daşınmaz əmlakların satış qiymətlərində ipoteka müqaviləsi bağlanan vaxta nisbətdə cüzi fərq ola bilər. Bu fərq isə özünü əmlakın dəyərinin artması ilə yanaşı ipoteka müqaviləsi bağladığı tarixə nisbətən dəyərinin azalması şəklində də büruzə verə bilər. "xxxx" MMC-in rəyində qiymətləndirici tərəfindən qiymətin müəyyən edilməsi meyarları, qiymətləndirmə metodunun təsvirini ümumi olaraq göstərilmişdir. Bu cür məlumat standart olaraq bütün rəylərdə olur, qiymətləndirici isə həmin metodlardan uyğun əmlakın qiymətləndirilməsində necə istifadə etdiyini, göstərilən nəticəyə necə gəldiyini, həmin ipoteka predmetlərinin məbləğini necə aldığını göstərməli idi. Qanunvericilikdə “xüsusi bilik” dedikdə məhz bunlar nəzərdə tutulur, çunki istənilən şəxs (xüsusi bilikə malik olmayan) istədiyi qiyməti əmlaka verə bilər, yalnız mütəxəssisekspert-qiymətləndirici verdiyi qiyməti təffərrüatı ilə əsaslandıra bilər. MPM-yə görə də ekspert suallara əsaslandırılmış cavablar verməlidir. Qiymətləndirici tərəfindən əmlakin qiyməti müəyyən edilərkən ərazi üzrə əmlak bazarının monitorinqi aparılmamış, alqı-satqi sahəsində fəaliyyət göstərən internet resurslarından və digər mənbələrdən məlumatlar alınmamışdır. "xxxx" MMC-nin rəyində əmlakın qiymətini müəyyən edərkən analoqlardan istifadə etməmiş, oxşar əmlakların dəyərini müqayisə etməmişdir. Birinci instansiya məhkəməsi Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-in rəyinin nəticəsi ilə razılaşmamasını əsaslandırmamış, öz ünün təyin etdiyi qiymətləndirmə rəyi ilə Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-in rəyindəki kəskin fərqin səbəblərini araşdırmamış, həmin qiymətlə daşınmaz əmlakın hərraca çıxarılmasının ipoteka saxlayanın mənafeyinə zidd olduğunu, onun hüquqlarını poza biləcəyini nəzərə almadan iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

20. Apellyasiya məhkəməsi iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək və iddiaçılar tərəfindən verilmiş şikayətin dəlillərini əsassız hesab edərək, onlar tərəfindən verilmiş şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, idd ianın rədd edilməsini xahiş etmişdir.

21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - X7 (sədrlik edən və məruzəçi), X17 və X21) 2(104)-800/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(066)28/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Daşınar və Daşınmaz Əmlakların qiymətləndirilməsi Xidməti MMC-yə və Cavabdeh1nə qarşı əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir.

22. Apellyasiya məhkəməsi qeyd etmişdir k i, iddiaçılar tərəfindən mübahisələndirilən ipoteka predmeti olan əmlakların ilkin satış qiymətləri əvvəlki birinci instansiya məhkəmə baxışı zamanı müəyyən edilmiş, həmin qətnamə isə apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, ipoteka predmeti olan əmlakların ilkin satış qiymətlərinin müəyyən olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olsa da, birinci instansiya məhkəməsi işin faktiki hallarına diqqət yetirməmiş və əsassız qətnamə qəbul etmişdir.

23. Məhkəmə göstərmişdir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, işin halları ziddiyətli sübutlar əsasında müəyyən edilmiş, qətnamədə göstərilmiş nəticələ r işin hallarına uyğun gəlməmişdir. Məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşlar.

24. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarına, MPM-in 80, 81, 88 və 89-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

25. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-800/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

26. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ipot eka predmetlərinin qiymətləri yəni, ünvan 3yev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının 180000 manat, Göygöl şəhəri, Rəsulzadə küçəsində yerləşən 94 nömrəli fərdi yaşayış evinin 55000 manata real bazar dəyərindən aşağı qiymətləndirilməsi ipoteka qoyanın mənafeyinə birbaşa toxunur. İpoteka predmetlərinin real bazar dəyərindən aşağı qiymətə qiymətləndirilib hərraca çıxarılması ipoteka qoyana külli miqdarda ziyan vurulması ilə nəticələnəcəkdir. Nəticədə, ipoteka qoyan haqsız olaraq əmlakından məhrum olacaqdır. Halbuki, ipoteka qoyan bütün əmlakı ilə deyil yalnız - qətnamədə qərara alınmış məbləğdə - 144783,5 ABŞ dolları məbləğində məsuliyyət daşıyır. Əgər ipoteka qoyanın əmlakı real bazar dəyərinə uyğun qiymətləndrilərsə o zaman ipoteka predmetinin satışından daha artıq məbləğ qalmış olacaq, əks təqdirdə ipoteka qoyanın əmlakı əsassız və haqsız olaraq mənimsənilmiş olacaqdır.

27. İddiaçı göstərmişdir ki, apelyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində 54-59-cu bəndlərində qeyd edilir ki, əvvəlki xx.xx.2017-ci il tarixli Göygöl rayon Məhkəməsinin qətnaməsində ilkin satış qiyməti müəyyən edilib, ona görə təkrar mübahisə edilməsi yolverilməzdir. Halbuki, xx.xx.2017-ci il tarixli qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti ümumiyyətlə göstərilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Üçüncü şəxs "xxxx" QSC İddiaçı1 kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin olunmaması və apellyasiya instanisyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “İ poteka haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 10.5. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirləri n bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Mülki Prosessual Məcəllə

29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 41 6.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşa ğı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə İddiaçı1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdlıraraq hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

39. Belə ki, iddianın təmin olunması barədə birinci intsansiya məhkəməsin in qətnaməsini ləğv edib iddia tələbini rədd edən apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar tərəfindən mübahisələndirilən ipoteka predmeti olan əmlakların ilkin satış qiymətləri Göygöl Rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, həmin qətnamə isə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda əmlakların ilkin satış qiymətlərinin müəyyən olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olmasına baxmayaraq, birinci instansiya məhkəməsi işin bu halına diqqət yetirməmiş, əsassız olaraq yenidən eyni məsələyə baxaraq qətnamə çıxarmışdır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin istinad etdiyi Göygöl Rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qətnaməsi i ş maeriallarına əlavə edilməmişdir. Həmin qətnamənin dəyişdirmədən saxlayan Gəncə Apellyasiya Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli 2(104)-732/2018 nömrəli qətnaməsi və Ali Məhkəmənin Mülki kollegiyasının 27 avqust 2018-ci il tarixli 2(102)-5568/2018 nömrəli qərarından isə görünür ki, X18 və qeyrilərinin "xxxx" QSC-nə, Gəncə “Asan Xidmət” mərkəzinin Notariat kontoruna, DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə və Göygöl rayon Notariat kontoruna qarşı kredit xətti müqaviləsi və kredit razılaşmalarının, həmin sənədlərdə dəyişiklik olunması barədə sazişlərin, zaminlik müqavilələrinin, ipoteka müqaviləsinin ləğv olunması, evin və qeyri yaşayış obyektinin ilkin hüquqi vəziyyətə qaytarılması tələbinə dair iddiası rədd edilmiş, "xxxx" QSC-nin cavabdehlər İddiaçı1 və X5 qarşı borcun tutulması və həmin tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər X14, X15, İddiaçı2, X16 və X6 müştərək qaydada 124104,54 ABŞ dolları əsas, 20286,77 ABŞ dolları faiz, 392,26 ABŞ dolları dəbbə pulu olmaqla, ümümilikdə 144783,57 ABŞ dolları məbləğində borcun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan və mülkiyyət hüququ ilə cavabdeh İddiaçı2 məxsus ünvan 2ndə 0,6 ha torpaq sahəsində yerləşən 94 nömrəli fərdi yaşayış evinə və cavabdeh X11 məxsus ünvan 3yev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, hə min ipoteka predmetlərinin açıq həracda satılması, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlər X14, X15, İddiaçı2, X16 və X6 ümumi qaydada tutulması, ipoteka predmetilərinə tutma yönəldikdə və satıldıqda ən geci 1 ay ərzində həmin ünvan 3yev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının boşaldılması və ünvan 2ndə yerləşən 94 nömrəli fərdi yaşayış evindən cavabdehlər İddiaçı2, X16, X18 və X4 çıxarılması qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

41. Göstərilən məhkəmə qərarları ilə ipoteka predmetləri olan cavabdeh İddiaçı2 məxsus ünvan 2ndə 0,06 ha torpaq sahəsində yerləşən 94 nömrəli fərdi yaşayış evinin və cavabdeh X11 məxsus ünvan 3yev küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının hərracda ilkin satış qiymətləri müəyyən olunmamışdır. Apellyasiya məhkəməsi mövcud olmayan hala istinad etməklə iddianın rədd olunmasını qənaətinə gəlməkdə səhvə yol vermişdir.

42. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hətta ipoteka predmetlərinin hərracda ilkin satış qiymətlərinin müəyyən olunması barədə əvvəllər baxılmış iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması müəyyən edildiyi halda belə, bu hazırkı iş üzrə iddianın rədd olunması üçün deyil, iş üzrə icraata xitam verilməsi üçün əsas ola bilərdi.

43. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyy ət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə əğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-800/2023 nömrəli iş üzrə 12 iyul 2023-cü il tarixli q ətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar