Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8228/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Şadiyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli 2(107)2159/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Şəki rayon məhkəməsinin 11 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.V.Hacıyev, iş № 2(075)-980/2019) İddiaçı cavabdeh Şəki şəhəri 10 saylı tam orta məktəbə qarşı əmək müqaviləsinə x itam verilməsi, bilik və bacarıqlarının diaqnostik qiymətləndirmədə iştirak etmədiyini əsas göstərərək həftəlik 6 saat dərs yükü ilə təmin edilməyi barədə məktəbin direktor əvəzinin 17 sentyabr 2018-ci il və 27 noyabr 2018-ci il tarixli əmrlərinin ləğv edilərək müddətsiz müqavilə əsasında işlədiyi əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işləmədiyi müddət üçün orta əmək haqqının 4 saylı ərazi X1 xeyrinə tutulmasına dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki rayon məhkəməsinin 11 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Şəki şəhəri R.Əfəndiyev adına 10 №-li tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləmiş və məktəbin direktoru əvəzinin 27 noyabr 2018-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və həmin tarixdən işdən çıxarılmışdır. 2019-cu ilin mart ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 27 noyabr 2018-ci il tarixli əmrin, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak etmədiyinə görə həftəlik 6 saat dərs yükü ilə təmin edilməsinə dair 17 sentyabr 2018-ci il tarixli əmrin ləğv edilməsinə və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin qanunun tələblərinə uyğun əsaslandırılmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıd ır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən onun 15 sentyabr 2018-ci il tarixdən 27 noyabr 2018-ci il tarixə kimi üzrsüz səbəbdən işə çıxmaması əsas göstərilmiş və bu zaman həmin faktı təsdiq edən sübut kimi məktəb üzrə tərtib olunmuş aktlara, məktəb həmkarlar təşkilatının 07 noyabr 2018-ci il tarixli iclasının potokoluna və s. istinad olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sad alanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla bağlanmış əmək müqaviləsi pozula bilər. 27 noyabr 2018-ci il tarixli əmrdə göstərilən əsaslar iddiaçının öz əmək funksiyasını icra etməməsi nəticəsinə gəlmək üçün əsas vermişdir. İddia ərizəsində həmin əmrin qanuniliyi mübahisələndirilsə də, əmrin qanunsuz olması müvafiq sübutlara istinad olunmaqla əsaslandırılmamışdır. Müəyyən olunduğu kimi iddiaçı ilə əmək müqaviləsi 27 noyabr 2018-ci il tarixdə ləğv edilmiş, lakin onun tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə 2019-cu ilin mart ayında müraciət olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozu lduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən pozulmuş hüququn müdafiəsi üçün qanunda müəyyən olunmuş 1 aylıq müddət ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Müəyyən olunduğu kimi cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Göstərilən vəziyyətdə iddianın təmin edilməsi üçün əsaslar olmadığından kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 15 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8228/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8228/2019
26.12.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək mübahisələri - İşə bərpa - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver