Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-823/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh Xeyirbala oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-823/22 (Açar sözlər:: evə köçürülmə barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil1, Cavabdeh: Cavabdeh, vəkilləri X1 və Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli, 2(103)3308/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 01 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, onun cavabdehlə birgə nikahından doğulmuş 2 uşağı ilə birlikdə ünvan 1 ünvanda inşa edilmiş evə (özbaşına tikiliyə) köçürülməsi, birgə nikah dövründə əldə edilmiş və cavabdehin adına qeydiyyatda olan “Mercedes-Benz C-180” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində onun payının, yanında qalmış övladlarının mənafeyi nəzərə alınmaqla 2/3 hissədə, cavabdehin payının isə 1/3 hissədə müəyyən edilməsi, həmin avtomobilin hərracdan satılması və əldə olunmuş vəsaitin 2/3 hissəsinin ona, 1/3 hissəsinin isə cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə q əbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.R.Mustafayeva) iddia qismən təmin edilərək, iddiaçının 2 uşaqları ilə birlikdə ünvan 2 ünvanda inşa edilmiş evə köçürülməsi, habelə “Mercedes-Benz C-180” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ½ hissəsinə iddiaçının, ½ hissəsinə cavabdehin paylarının müəyyən edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər 30 avqust 2008-ci ildə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından 29 iyul 2009-cu il tarixdə Xalid, 22 oktyabr 2015-ci il tarixdə Sübhan adlı uşaqları doğulub. Tərəflər bir müddət mehr iban yaşasalar da, sonradan Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 27 iyul 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulub və hər 2 uşağın anaları İddiaçı yanında saxlanılması, habelə 15 may 2020-ci ildən başlayaraq Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilib. Tərəflər birgə nikah dövründə ünvan 2 ünvanda inşa edilmiş evdə (özbaşına tikilidə) yaşamağa başlamışlar. İddiaçının iddiasına görə həmin ev cavabdehlə nişanlı olduqları dövrdə həm onun, həm də cavabdehin atasının maddi yardımı ilə inşa edilib. Tərəflərin nikahları pozulduqdan sonra iddiaçı həmin evdə yaşamaqda davam etsə də, cavabdehin və ailəsinin hərəkətləri u cbatından o, 2 uşağı ilə birlikdə evdən çıxmağa məcbur olub. Mübahisəli evin reyestrdə qeydə alınmamış özbaşına tikili olması işin mübahisə olunmayan halıdır və həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da 2 uşağı ilə birlikdə həmin şərtlər daxilində həmin evdə yaşamaq hüququ vardır. Qeyd olunanlara əsasən mübahisəli ev iddiaçının yaşayış yeri sayıldığından və cavabdehin onu evə buraxmaması səbəbindən yaşadığı evdən qanunsuz olaraq məhrum edildiyindən, iddia tələbi evə köçürülmə hissəsində t əmin edilməli və iddiaçı 2 uşağı ilə birlikdə həmin evə köçürülməlidir. Eyni zamanda “MercedesBenz C-180” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi birgə nikah dövründə alqı-satqı müqaviləsinə əsasən cavabdehin mülkiyyətinə keçdiyindən, həmin nəqliyyat vasitəsi tərəflərin ümumi birgə mülkiyyəti sayılır və nəqliyyat vasitəsinin bölünməsi zamanı onların bu əmlakdakı payları bərabər hesab edilir. Həmçinin, tərəflər Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində nəzərdə tutulmuş ardıcıllığa riayət etmədikləri üçün iddia, nəqliyyat vasitəsinin hərracdan satılması, əldə edilmiş vəsaitin 2/3 hissəsinin iddiaçıya, 1/3 hissəsinin cavabdehə verilməsi hissəsində rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Konstitusiyanın 43-cü maddəsinin, Mülki Məcəllənin 27-c i maddəsinin, Ailə Məcəlləsinin 32.1, 36.1, 37.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- iddiaçının mübahisəli evə köçürülməsi hissəsində ləğv edilib, iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov sədrlik edən, məruzəçi, Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılıb. Apellya siya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apellyasiya şikayətinin dəlillərinə əsasən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Konstitusiyanın 43-cü maddəsinin, Mülki Məcəllənin 180.1, 180.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya ş ikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh, vəkilləri Şəfiqə Nağıyeva və Vəkil2 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı vəkili Vəkil1 məhkəmə iclasında kassasiya şikayət inin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Konstitusiyanın 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsində göstərilir ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 162-ci maddəsinə görə, əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsində göstərilir ki, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ola n bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş m ateriallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə k i, işin mübahisə olunmayan hallarına görə, tərəflər 30 avqust 2008-ci ildə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından 29 iyul 2009-cu il tarixdə Xalid, 22 oktyabr 2015-ci ildə Sübhan adlı 2 uşaqları doğulub. Tərəflər bir müddət mehriban yaşasalar da, sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulub və hər 2 uşağın anaları İddiaçı yanında saxlanılması, habelə 15 may 2020-ci ildən başlayaraq Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilib. Hazırda iddiaçı, cavabdehlə aralarında nikaha daxil olmamışdan əvvəl, yəni 11 iyun 2008-ci il tarixdə el adətinə uy ğun olaraq nişan mərasimi olduğunu, hər iki ailənin razılığı və birgə vəsaitləri hesabına toya kimi, yəni 02 noyabr 2008-ci il tarixədək ünvan 1 ünvanda mübahisəli evi inşa edib yaşayış üçün yaralı vəziyyətə gətirdiklərini, evin tikintisi və təmir xərclərinin onun və cavabdehin atasının maddi vəsaiti hesabına ödənildiyini, 30 avqust 2008-ci il tarixdə cavabdehlə nikahını rəsmi qaydada qeydə aldırdığını, toya bir neçə gün qalmış, yəni 2008-ci ilin oktyabr ayının sonlarında cehiz əşyalarını həmin evdə yerləşdirdiyini, 02 noyabr 2008-ci il tarixdə, toy məclisindən sonra həmin evə gəlin köçdüyünü, həmin tarixdən etibarən əri və övladları ilə birlikdə orada yaşadığını, cavabdeh yaşayış yeri üzrə həmin evə qeydiyyata düşsə də, onu həmin evə qeydiyyata almadığını, Bakı şəhəri Nəsimi Rayon Məhkəmə sinin 27 iyul 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozulduğunu, qətnamənin “aliment hissəsi” ilə bağlı tərtib edilmiş icra vərəqəsi ünvana daxil olan gün, yəni 07 avqust 2020-ci il tarixdə cavabdeh və qohumları tərəfindən evdən qovulduğunu, polisin vasitəsilə evə qayıtsa da bir neçə gündən sonra cavabdehin evin giriş qapısının kilidini dəyişərək onu evə buraxmadığını, Cəbrayıl rayonundan məcburi köçkün olmaqla digər yaşayış yerinin olmadığını göstərib, 2 övladı ilə birlikdə həmin evə köçürülməsini iddia edir. Cavabdeh isə mübahisəli evin nə ona, nə də iddiaçıya aid olmadığını, həmin evin atası Xeyirbala Nadirova məxsus olmaqla ona da babası Dadaşbala Nadirovdan miras qaldığını, bu halın 1974-cü ildə tərtib edilmiş “ev sahibinin kartoçkası” ilə təsdiq edi ldiyini, evin 2008-ci ildə iddiaçı ilə toylarından əvvəl nişanlı olduqları vaxt onun atasının maddi vəsaiti hesabına inşa və təmir edilməsinin hər hansı sübutla təsdiq edilmədiyini, həmin vaxt evin artıq mövcud olduğunu, babası Dadaşbala Nadirovun ölümündən sonra evin faktiki olaraq atası Xeyirbala Nadirovun sahibliyinə, istifadəsinə keçdiyini, özbaşına tikinti olsa da ev və onun yerləşdiyi torpaq sahəsi üzərində sonuncunun “qanuni gözlənti”yə malik olduğunu, iddiaçı ilə aralarında olan nikahın məhkəmə qətnaməsinə əsasən pozulmaqla ailə münasibətlərinə xitam verildiyini göstərib, iddiaya etiraz edir. Əvvəla, apellyasiya instansiyası məhkəməsi mübahisəli evin hüquqi statusu, faktiki sahibi ilə bağlı cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər üzrə kifayət qədər araşdırma aparmayı b və hansı dəlilə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamə göstərməyib və bununla da Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinin tələblərini pozub. Həmin maddənin mənasına görə, apellyasiya şikayəti təmin edilmədikdə apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərməyə borcludur. Digər tərəfdən, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən, habelə işə əlavə edilmiş 1974-cü ilin iyun ayında Evlər İdarəsi tərəfindən cavabdehin babası Dadaşbala Nadirovun adına tərtib edilmiş “ev sahibinin kartoçkası”nın surətindən görünür ki, iddiaçının köçürülməsini iddia etdiyi ünvan 2 ünvanda yerləşən ev onun iddia etdiyi kimi 02 noyabr 2008-ci ildə deyil, 1959-cu ildə inşa edilib. Evin sahibi cavabdeh deyil, onun babası Dada şbala Nadirov olub və sonuncunun ölümündən sonra ev cavabdehin atası Xeyirbala Nadirovun faktiki sahibliyinə, istifadəsinə keçib və işdə, bunun əksini təsdiq edən heç bir sübut yoxdur. İşə əlavə edilmiş Nəsimi rayonu, 59 saylı MKİS tərəfindən verilmiş arayışlarda da sözügedən evin iddiaçıya və ya cavabdehə məxsus olması qeyd edilməyib və həmin arayışlarda iddiaçının evdə qeydiyyatsız yaşadığı göstərilib. Evin iddiaçıya və ya cavabdehə məxsus olması, cavabdehin atası Xeyirbala Nadirovun 05 fevral 2005-ci ildən qeydiyyatda olmaqla həmin evdə yaşaması ilə də istisna olunur. Apellyasiya instansiyası məhkəməsi, sözügedən evin hər iki ailənin razılığı və birgə vəsaiti hesabına toya kimi, yəni 02 noyabr 2008-ci il tarixədək inşa etməklə yaşayış üçün yaralı vəziyyətə gətirdiklərini, evin tikinti si və təmir xərclərinin həm də iddiaçının atasının maddi vəsaiti hesabına ödənildiyini və sair göstərsə də, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olaraq əsaslandırmayıb və hansı mötəbər yazılı sübutlara əsasən bu qənaətə gəlməsini qətnamədə göstərməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinin mənasına görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun və yalnız məhkəmə iclasında tətbiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, ünvan 2 ünvanda neçə tikilinin olduğunu, cavabdeh atası Xeyirbala Nadirovun hansı tikilidə yaşadığını, mübahisəli evin onun faktiki sahibliyində olub-olmadığını aydınlaşdırmadan, bunun üçün Xeyirbala Nadirovun hazırki mübahisəli məsələyə münasibətini öyrənmədən, iddiaçını 2 övladı ilə birlikdə ünvan 2 ünvanda yerləşən hansı evə köçürdüyünü dəqiq göstərmədən, yalnız iddiaçının irəli sürdüyü formal mülahizələrə əsaslanaraq iddianı təmin etməklə, əslində Xeyirbala Nadirovun sözügedən evə Mülki Məcəllənin 159, 162, 164.1-ci maddələri ilə qorunan sahiblik hüququnu pozmuşdur. Həmin maddələrin mənasına görə, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Eyni zamanda, Mülki Məcəllənin 180.1, 180.2-ci maddələrinin tələblərinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəs ində və ya buna lazımi icazələr almadan inşa edilmiş ev özbaşına tikinti sayılsa da, habelə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etməsə də, məhz özbaşına tikinti aparmış şəxs “qanuni gözləntiyə” malik olan şəxs sayılır. Eyni hüquqi mövqe “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 30 noyabr 2004-cü il tarixli Qərarında da ifadə olunub və həmin Qərarda göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdə formal təsnifatından asılı deyil və müvafiq olaraq fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” sayılır və mülkiyyət kimi qiymətləndirilə bilər. “Mülkiyyət” an layışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə mübahisəli evin kimin tərəfindən inşa edildiyi, evə faktik sahibliyə nail olmaqla kimin sahiblik etdiyi aydınlaşdırılmalı və yalnız bundan sonra evin faktiki sahibinə münasibətdə iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. Yəni, iddiaçı keçmiş qaynatası Xeyirbala Nadirovun deyil, cavabdehin ailə üzvü olub, onların ailə münasibətlərinə isə sonradan qanuni qüvvəyə minmiş mə hkəmə qətnaməsinə əsasən xitam verilib. Ona görə də yeni apellyasiya baxışı zamanı mübahisəli evin Xeyirbala Nadirovun faktiki sahibliyində olması müəyyən edilərsə, onun keçmiş ailə üzvü sayılmayan iddiaçı həmin evə köçürülə bilməz. Kassasiya instansiyası məhkəməsi həmçinin apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi ilə əsaslanlırması ilə razılaşmır. Belə ki, həmin normanın tətbiqi üçün 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırki halda sözügedən ünvanda neçə evin olması, iddiaçının həmin evlərdən məhz hansında yaşaması qeyri-müəyyəndir. Cavabdeh isə iddiaçının iddia etdiyi evin ona deyil, atası Xeyirbala Nadirova məxsus olduğu nu göstərib iddiaya etiraz edir. Belə olan halda cavabdehin bu dəlili yoxlanılmadan iddia əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılar kən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli, 2(103)-3308/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-823/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-823/2022
01.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver