Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-824/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilməsinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə istifadə hüququ, yaşayış yeri üzrə qeydiyyat) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçı və vəkili xxxnun iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)3092/2020 nömrə li qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 14/5 hissədə xxxin (xx xxxxxxxx 1978-ci il tarixdə öldüyü üçün payı açıq qalmışdır) və 1/5 hissədə İddiaçı paylı mülkiyyətlərindədir. ünvan 2 X1 mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx xxxxxxxx 2019cu il tarixli arayışdan görünür ki, ünvan 1ünvanında İddiaçı, Cavabdeh1, Cavabdeh2, X4 və X2 qeydiyyatdadırlar. Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli arayışa əsasən Cavabdeh1 xx xxxxxx 1970-ci ildən, Cavabdeh2 xx xxxxxx 1968-ci il tarixdən ünvan 1ünvanında ya şayırlar. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli məktubuna əsasən paylı mülkiyyət şəklində İddiaçı məxsus olan **********65-10301 reyestr nömrəli fərdi yaşayış evinin ünvanı ünvan 1 hüquqi qüvvəsindədir. Qonşu fərdi yaşayış evinə dair təqdim edilmiş FM seriyalı 013472 saylı qeydiyyat vəsiqəsində ünvan rekviziti fərqli olaraq ünvan 2 kimi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1ünvanından istifadə hüquqlarının itirilməsinin müəyyən edilməsi və həmin evdən qeydiyyatdan çıxarılmalarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsasl andırılmışdır ki, ünvan 1ünvanında yerləşən daşınmaz əmlak iddiaçının mülkiyyətindədir və Dövlət reyestrində onun adına qeydiyyata alınaraq çıxarış verilmişdir. Həmin evdə o, öz ailəsi ilə birlikdə yaşayır. Ona məlum olmuşdur ki, həmin mənzildə cavabdehlər pasport qeydiyyatındadırlar. Cavabdehlərlə qohumluq münasibətləri yoxdur və faktiki ona məxsus evdən istifadə etmirlər, faktiki başqa ünvanda yaşayırlar. Hansı əsaslarla cavabdehlər ona məxsus mənzilə pasport qeydiyyatına düşüblər ona bəlli deyil. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-177/2020 nömrəli qətnaməsi ilə (hakim R.H.Xəzri) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər faktiki olaraq qeydiyyatda olduqları ünvan 1ünvanında yaşayırlar. İddiaçı və cavabde hlər ayrı-ayrı mənzillərdə yaşasalar da, onlara məxsus mənzillər ünvan 1adlandırılmışdır. Məhkəmə hesab etmişdir ki, hazırki vəziyyətdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1ünvanından istifadə hüquqlarına xitam verilməsi onların öz mülkiyyətində olan və qeydiyyatda olmaqla yaşadıqları ünvandan istifadə hüquqlarının itirilməsi demək olacaqdır. Bu da cavabdehlərin qanunvericiliklə müəyyən edilmiş mülkiyyət hüquqlarının pozulması deməkdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı istifadə hüququnun itirilməsinə dair iddia ilə müraciət etməzdən əvvəl iki fərqli ünvanın eyni adlandırılması məsələsinin aydınlaşdırılması üçün müvafiq orqana müraciət etməli, ziddiyyətli məsələnin həlli barədə tədbir görməlidir. Göstərilənləri ümumiləşdirərək birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh lərin qeydiyyatda olduqları ünvan onların daimi yaşadığı mülkiyyəti olduğundan, həmçinin iddiaçı cavabdehlərin mübahisəli mənzildə istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsində istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilmədiyindən iddia ərizəsi təmin edilməməlidir. b) Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-177/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3092/2020 nömrəli qətnaməsi ilə (hakim X.A.Cəmilovanın sədrliyi və məruzəsi ilə, hakimlər M.N.Tağızadədən və Ü.A.Mayılovdan ibarət tərkibdə) İddi açı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-177/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apelyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırılmışdır ki, iddiaçının istifadə hüququnun itirilməsini tələb etdiyi şəxslər iddiaçının mənzilində deyil, X1 adına 2002-ci ildə FM seriyalı 013472 saylı qeydiyyat vəsiqəsinə əsasən qeydiyyata alınmış başqa mənzildə yaşayırlar. İddiaçı apelyasiya baxışı zamanı cavabdehlərin həqiqətən onun mənzilində deyil, başqa mənzildə yaşadıqları faktını etiraf edərək, yalnız onların bir ünvanda qeydiyyatda olduqlarına istinadən sonuncuların qeydiyyatdan çıxarılması üçün hazırki iddia ilə məhkəməyə müraci ət etdiyini bildirmişdir. Belə olan halda məhkəmə iddiaçının tələbinin ünvan 1ünvanı ilə bağlı olduğunu və məhz həmin ünvandan cavabdehlərin istifadə hüquqlarının itirilməsini tələb etdiyini nəzərə alaraq hesab etmişdir ki, onun tələbinin təmin olunması mümkünsüzdür. Belə ki, əvvəla işdə olan qeydiyyat vəsiqələri və reyestrdən çıxarışlarda ünvanlar eyni, yəni ünvan 1kimi göstərildiyi halda, cavabdehlərin öz mülkiyyətində olan və qeydiyyatda olmaqla yaşadıqları ünvandan istifadə hüquqlarının itirilməsi, dolayısı ilə qanunla qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Digər tərəfdən apelyasiya baxışı zamanı iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli məktubunda qeyd olunanlar (ünvanların fərqli olması) iddiaçının tələbinin qoyduğu şəkildə təmin olunması üçün əsas vermir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3092/2020 nömrəli qətnaməsinin ləğv edilməsi edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən daşınmaz əmlak iddiaçının mülkiyyətindədir. Cavabdehlər isə yaşadığı ev ünvan 4 ünvanlardır. Cavabdehlər səhvən iddiaçının ünvanında qeydiyyata alınmışlar. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili xxx kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər və vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kasasiya baxışının predmetini kasasiya şikayətinin dəlillərinə uyğun olaraq apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbayca n Respublikası Konstitusiyasının: 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsind ən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxxx 2020-ciil tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və ma ddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edir. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan və cavabdehlərin yaşadıqları yaşayış sahələri fərqlidir. Cavabdehlər iddiaçının mülkiyyətində olan evdə yaşamır və orada istifadə hüquqları yoxdur. Lakin müəyyən olunmuşdur ki, hər iki ünvanların oxşarlığı səbəbindən cavabdehlər iddiaçının mülkiyyətində olan evdə pasport qeydiyyatına alınmışlar. Qeyd olunan hallar apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli məktubu ilə də müəyyən olunmuşdur. İddia ərizəsindən və iddiaçının sonrakı şikayətlərinin mahiyyətindən müəyyən olunur ki, onun məqsədi cavabdehlərin mülkiyyətində olan mənzildən pasport qeydiyyatından çıxarılmasıdır. Lakin Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında göstərdiyi ki mi, yaşayış yeri üzrə qeydiyyat şəxsin istifadə hüququnu müəyyən etmir. Belə olan halda, iddiaçının məqsədləri üçün iddianın təmin edilərək, cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edildiyi halda, onların faktiki yaşadıqları yaşayış sahəsindən hüquqlarına xitam verilmiş olar ki, bunun üçün qanuni əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, hazırki mübahisə cavabdehləri pasport qeydiyyatına alan inzibati orqanın hərəkətlərindən (səhvindən) irəli gəlir ki, onun həlli həmin orqana müraciət etməklə, tələbi təmin edilmədiyi halda isə aidiyyəti inzibati məhkəməyə iddia verilməklə mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3092/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-824/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-824/2021
26.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver