Məhkəmə qərarları › İş №2(102)-824/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-824/2023

28.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-824/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma 28.03.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 oktyabr 2022-ci il tarixli, 2(103)6466/2022 saylı qətnaməsindən cavabdeh X verdiyi kassasiya şikayəti üzrə işə 28 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 04 oktyabr 2013-cü il tarixli alqı–satqı müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllə, Ə.Əliyev küçəsi, 08 saylı evin 2 otaqlı, ümumi sahəsi 100.47 kv.metr olan 655 saylı mənzili X1 və sonuncu isə mənzilin dəyərini "xxxx" ASC ödəməyi öhdəsinə götürmüşdür. 02 avqust 2016-cı il tarixdə "xxxx" ASC, X6 və İddiaçı arasında 04 oktyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əlavə razılaşma bağlanmış və "xxxx" ASC razılığı ilə X2 alqısatqı müqaviləsi üzrə bütün hüquqlarını və öhdəliklərini İddiaçı ötürmüşdür. 02 avqust 2016-cı il tarixdə "xxxx" ASC-nin dairəvi möhürü ilə təsdiq edilmiş təhviltəslim Aktına əsasən X2 mənzili İddiaçı təhvil vermişdir. 05 sentyabr 2020-ci il tarixdə "xxxx" ASC tərəfindən İddiaçı adına verilmiş maliyyə arayışına görə, sonuncunun 02 avqust 2016-cı il tarixli əlavə razılaşma üzrə bo rcu yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X və bacısı oğlu X5 birgə nikahından doğulmuş övladı X9 ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, 08 saylı evin 2 otaqlı, ümumi sahəsi 100.47 kv.metr olan 655 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi, həmin müqavilə üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair əlavə razılaşma ilə, xx.xx.2016-cı il tarixdə, Bakı şəhəri, Əliyar Əliyev küçəsi, bina 8, blok 5, 19 mərtəbə, 655 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 100. 47 kv.metr olan mənzili almışdır. İşi ilə əlaqədar müvəqqəti Quba şəhərində yaşadığı üçün, aldığı yeni mənzildə bacısı oğlu X7, onun həyat yoldaşı Cavabdeh və onların birgə nikahından dünyaya gəlmiş X8 müvəqqəti yaşayışlarını təmin etməkdən ötrü qeyri rəsmi icazə vermişdir. Bir müddət həmin mənzildə yaşadıqdan sonra X7 həkim işləməsi ilə əlaqədar, Quba Sağlamlıq Diaqnostika Mərkəzinə təyinat almış və müvəqqəti Quba şəhərində yaşamalı olmuşdur. X3 şəhərində yaşadığı müddət ərzində Cavabdeh və onların birgə nikahından dünyaya gəlmiş X9, ona məxsus mənzildə yaşayırdılar. 2021-ci ildə Quba Rayon Məhkəməsinin qətnaməsilə X7 ilə onun həyat yoldaşı Cavabdeh arasında nikah ləğv edilmiş və onların birgə nikahından dünyaya gəlmiş X9 cavabdehin himayəsində qalmışdır. X7 ilə onun keçmiş həyat yoldaşı X arasında nikah ləğv edildikdən və cavabdeh X ilə aralarında olan qohumluq əlaqələri kəsildikdən sonra, dəfələrlə cavabdehə ona məxsus mənzili, mənzildə olan əmlakı götürməklə boşaltmasını tələb etmiş, hətta polisə müraciət etmiş, lakin cavabdeh bütün tələblərə, xahiş və göstərişlərə rəğmən mənzili boşaltmır. Bununla da qanunvericiliyinə müvafiq olaraq mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(005)879/2022 saylı qətnaməsi ilə (hakim K.Əmirxanova) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Tərəflər arasında qohumluq münasibəti yoxdur və cavabdeh mənzili tərk etməkdən imtina edir. Bu hal iddiaçının öz mənzilinə sərbəst və maneəsiz sahiblik etmək və ondan istifadə etmək hüquqlarını pozur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5 və 157.1-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə, habelə Mülki Prosessual Məcəllənın 14.2, 77.1, 82.3 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, azyaşlı bir uşağı və anasını, onların iştirakı olmadan məhkəmə iclası keçirərək mənzildən çıxarılmasına qərar vermək Konstitusiyasının 17 və 24-cü maddələrinin tələblərinin po zulması deməkdir. Məhkəmə qətnamə çıxararkən Mülki Məcəllənin 152.1, 152.5 və 157.1-ci, Mənzil Məcəllənin 30.4-cü maddəsini səhv şərh etmiş, yalnız iddiaçının xeyrinə məsələni həll etmişdir. Nəzərə alınsa ki, evin mülkiyyətçisi ilə yaxın vaxta qədər qohumluq münasibəti olub, o, boşansa da övladı hələ də, mülk sahibinin qohumudur. Məhkəmə tərəfindən nikah pozulduqdan sonra körpə uşaqlı ananın yaşama hüququ necə təmin edilməlidir məsələsinə ümumiyyətlə baxılmamışdır. Məhkəmə MPM-nin 185.5-ci maddəsini əsas gətirərək cavabdehlər olaraq tam şəkildə iştirakları olmadan qətnamə çıxarmışdır. Bu səbəbdən bəzi halların aydınlaştırılması kimi vacib məsələlər onların iştirakı olamdan həll edilib və iddia əleyhlərinə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 oktyabr 2022-ci il tarixli, 2(103)6466/2022 saylı qətnaməsi ilə (hakimlər Q.Əsgərov sədrlik edən, məruzəçi, A.İmanov və F.Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Belə ki, cavabdehin həmin dəlilləri iddiaçının mənzilə mülkiyyət hüququnu pozur, onun öz mülkiyyətindən istifadəsinə maneə yaradır. Cavabdehin himayəsində azyaşlı uşağının olması da, iddiaçının mənzilə olan mülkiyyət hüququndan məhrum edilməsinə əsas ola bilməz. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5 və 157.1, 157.2, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-c ü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti də apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılıb və əlavə olaraq göstərilib ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onun iştirakı olmadan baxmışdır. Kassator şikayətini Azə rbaycan Respublikasının Konstitusiyasının 25, 60, 125-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 125.1, 152.5, 157.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1.3, 9, 14.2, 185.2, 217.1, 217.3ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 maddəsinə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçir ilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mənzil Məcəllə si Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fa ktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassas iya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya inst ansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 04 oktyabr 2013 -cü il tarixli alqı–satqı müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllə, Ə.Əliyev küçəsi, 08 saylı evin 2 otaqlı, ümumi sahəsi 100.47 kv.metr olan 655 saylı mənzili X1 və sonuncu isə mənzilin dəyərini "xxxx" ASC ödəməyi öhdəsinə götürmüşdür. 02 avqust 2016-cı il tarixdə "xxxx" ASC, X6 və İddiaçı arasında 04 oktyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əlavə razılaşma bağlanmış və "xxxx" ASC razılığı ilə X2 alqı-satqı müqaviləsi üzrə bütün hüquqlarını və öhdəliklərini İddiaçı ötürmüşdür. 02 avqust 2016-cı il tarixdə "xxxx" ASC-nin dairəvi möhürü ilə təsdiq edilmiş təhvil-təslim Aktına əsasən X2 mənzili İddiaçı təhvil vermişdir. 05 sentyabr 2020-ci il tarixdə "xxxx" ASC tərəfindən İddiaçı adına verilmiş maliyyə arayışına görə, sonuncunun 02 av qust 2016-cı il tarixli əlavə razılaşma üzrə borcu yoxdur. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının ailə üzvü deyil və sonuncunun həmin mənzil üzərində hər hansı hüququ əmələ gəlməyib. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsində göstərilir ki, mülkiyyət çinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmı r. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, cavabdeh sözügedən mənzili könüllü boşaltmamaqla iddiaçının qanunla qorunan mülkiyyət hüququnu pozmuş, məhdudlaşdırmışdır. Ona görə də iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 oktyabr 2022-ci il tarixli, 2(103)-6466/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar