Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8243/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili AMnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 dekabr 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli 2(008)4282/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim A.Qasımov) iddia qismən təmin edilmiş, Cavabdeh2 "xxxx" (Texnikabank) ASC-nin xeyrinə 83.175,32 ABŞ dolları məbləğində əsas kredit borcu, 21.990,21 ABŞ dolları kreditə görə faiz borcu, cəmi 105.165,53 ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla) borcun, 30 manat dövlət rüsumunun tutulması, qalan hissədə iddianın rədd edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən, məruzəçi), İ.Şirinov və A.İmanov, 2(103)-11245/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)4282/2018 saylı iş üzrə 14 avqust 2018-ci il tarixli qətnaməsi mübahisələndiri lən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və "xxxx" MTKya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 83.175,32 ABŞ dolları əsas və 21.990,21 ABŞ dolları faiz olmaqla, cəmi 105.165,53 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun, bildirişin qeydiyyatı üçün ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus Sabunçu rayonu, ünvan 1 ünvanda yerləşən mənzilə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlillə ri İddiaçı LPO İddiaçı ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili AM kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 25.02.2015ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərərfindən Cavabdeh2 120 ay müddətində illik 12 faiz ödəmək şərti 87136 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 25.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği əsas borc üzrə 83.175,32 ABŞ olları, 19.02.2018-ci il tarixə 21.990,21 ABŞ dolları faiz borcu, cəmi 105. 165,53 ABŞ dolları təşkil etmişdir. İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, sonuncuya 25.02.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi təklif olunmuşdur. 20.02.2015-ci il tarixli müqavilədən görünür ki, icraçı "xxxx" MTK ünvan 2 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 131,2 kv.m olan, 3 otaqdan ibarət 3 saylı mənzili payçı Cavabdeh2 verməyi, sonuncu isə öz növbəsində icraçıya razılaşdıqları pul vəsaitini ödəməyi öhdələrinə götürmüşlər. "xxxx" MTK-nın sədrinin "xxxx" ASC-yə ünvanladığı 25.02.2015- ci il tarixli 13 nömrəli məktubda göstərilmişdir ki, MTK ilə "xxxx" ASC arasında bağlanılmış 06.02.2015ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən ün van 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 2-ci mərtəbədə yerləşən, 3 saylı ümumi sahəsi 131,2 kv.m olan mənzilin alğı-satqısı ilə əlaqədar Cavabdeh2 10 il müddətinə 12% dərəcəsi ilə 89680 AZN qarşılığında 87136 ABŞ dolları məbləğində kredit vəsaitinin ayrılmağına köməklik göstərəsiniz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 442, 448.1, 739.1, 739.2-ci maddələrinə əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməməsinə görə ondan krediti və ona hesablanmış faiz borclarını haqlı olaraq tələb etməsi qənaətinə gəlmişdir. Belə ki, iddaçı digər cavabdeh "xxxx" MTK-nın iddiaçı qarşısında mülki məsuliyyətinin yaranmasının əsası kimi "xxxx" ASC arasında bağlanmış 06. 02.2015-ci il tarixli “Əməkdaşlıq müqaviləsinə” istinad etsə də, həmin müqavilə məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi isə bu hissədə Mülki Məcəllənin 389.1, 390.4, 390.5, 406.1, 470.1, 471-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad edərək, iddiaçı tərəfindən cavabdeh "xxxx" MTK-nin Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsinə dair hər hansı sübut təqdim edilmədiyinə görə bu hissədə iddia tələbinin rədd olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığna səbəb olur. Məlum olmuşdur ki, cavabdeh "xxxx" MTK-nın kredit müqaviləsindən irəli gələn öhdəliyi öz üzərinə götürməsi halı sübuta yetirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin tutmanın Sabunçu rayonu, ünvan 1 ünvanda yerləşən mənzilə yönəldilməsinə dair hissədə də rədd etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üs uludur. Həmin Məcəllənin 269.4.-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 307.4-ci maddəsin əsasən ipoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix ra yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Həmin Məcəllənin 307.6-cı maddəsinə əsasən ipoteka müqav iləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 307.7-ci ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi fa ktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı LPO İddiaçı ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 26 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-8243/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-8243/2019
26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver