Məhkəmə qərarları › İş №2(102)-8248/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-8248/2019

26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8248/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili MQ, 3-cü şəxs AM, 3-cü şəxsin vəkili OƏnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 oktyabr 2019-cu il tarixli qətnaməsindən üçüncü şəxs AM tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 dekabr 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Z.Hacıyev ) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2017- ci il tarixli 2(008)1207/2017 №-li icra sənədinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən tələbin borclu İddiaçı məxsus Bakı şəhəri ÜNVANndə yerləşən 22 saylı evin 9 saylı mənzilinə yönəldilməsi və həmin mənzil barəsində həyata keçirilmiş digər icra tədbirlərinin qeyri-qanuni hesab ediməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən, məruzəçi), R.Qurbanov və A.Hüseyn, 2(103)12678/2019 saylı mülki iş) hazırki iş üzrə ə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İd diaçı oğlunun cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli 2(008)1207/2017 №-li icra sənədinin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən tələbin onun və ailə üzvlərinin yeganə yaşayış yeri olan Bakı şəhəri ÜNVANndə yerləşən 22 saylı evin 9 saylı mənzilinə yönəldilməsi və həmin mənzil barəsində həyata keçirilmiş digər icra tədbirlərinin qeyri-qanuni hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Üçüncü şəxs AM apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsin barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs AM, 3-cü şəxsin vəkili OƏ kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili MQ kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməm işdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2017-ci il tarixli 2(008)-1207/2017 №-li qətnaməsinə əsasən İddiaçı 40.000 ABŞ dolları məbləğində əsas borcun, borcun 5 il ərzində qaytarılmamasına görə və faydalanaraq gəlir əldə etməsinə görə 5% illik gəlirlə 10.000 ABŞ dolları borcun ödəniş gününə Mərkəzi Bankın manata olan məzənnəsi ilə və 30 manat d övlət rüsumunun alınaraq AMna verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 06 may 2019-cu il tarixli 2(103)-273/2019 №-li qərardadından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli 8(008)-394/2019 №-li qərardadı ləğv edilmiş, məhkəmənin 09 fevral 2017-ci il tarixli 2(008)-1207/2017 №-li qətnaməsinin icrasına izah verilməsi barədə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Amil Əmirovun ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan həmçinin görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli 8(008)-394/2019 №-li qərardadına əsasən Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Amil Əmirovun ərizəsi təmin edilməmiş, icra sənədi icra olunarkən Bak ı şəhəri ÜNVANndə yerləşən 22 saylı evin 9 saylı mənzili borclunun yeganə yaşayış sahəsi olduğundan ona tələbinin yönəldilməsinin Nazirlər Kabinetinin qərarına əsasən yolverilməz olması, “Renault Sendero” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair isə tələbin yönəldilməsinə istisna və qadağanın olmamasının nəzərə alınması qərara alınmışdır. Lakin mübahisələndirilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi icra məmurunun ərizəsini təmin etməsə də, qərardadın nəticə hissəsində faktiki olaraq istənilən məsələ ilə əlaqədar icra məmuruna izah vermiş, bununla da məhkəmə tərəfindən prosessual hüquq norması pozulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli qərardadından görünür ki, İddiaçı məxsus Bakı şəhəri ÜNVANndə yerləşən 22 saylı evi n 9 saylı mənzilinin üzərinə qoyulmuş həbs götürülmüşdür. İş materiallarında olan hərrac təşkilatının açıq hərracın nəticələri haqqında 24 iyun 2019-cu il tarixli, 41/01 №-li protokolundan görünür ki, Bakı şəhəri ÜNVANndə yerləşən 22 saylı evin 9 saylı mənzilinin satış qiyməti 50.000 manat məbləğində dəyərləndirilmiş və mənzil AM tərəfindən alınmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 49.2.-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 iyu n 2002-ci il tarixli 89 saylı qərarı ilə təsdiq olunmuş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının 1-ci bəndində göstərilir ki, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs AMnun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 14 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar