Məhkəmə qərarları › İş №2(102)-826/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-826/2021

10.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-826/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh MMC Üçüncü şəxs: Ucar rayon Kommunal Müəssisələri Kombinatı İddia tələbi: əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə işə bərpa Açar sözlər: işə bərpa, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfin dən verilmiş kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Cavabdeh MMC ilə İddiaçı arasında ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin DOSTu” proqramı çərçivəsində xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, sonuncu haqqı ödənilən ictimai işlərə cəlb olunaraq Ucar rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul edilməklə Ucar rayon Kommunal Müəssisələri Kombinatında fəaliyyət göstərmiş, xx xxxxxxxx 2019-cu il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Rеspublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadla (heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməs i əsas göstərilərək) xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat xx xxxxxx 2019-cu il tarixdə İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli əmrinin ona münasibətdə ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə MMC-də Ucar rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-734/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375, 377. 1-ci maddələrinə istinad edərək iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, işçinin hüququnun pozulması ilə bağlı tələblər 1 təqvim ayı ərzində verilməli olduğundan və iddiaçı bu müddəti ötürdüyündən, habelə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, “işə bərpa” tələbi üzrə iddia müddəti ötürülmüş sayılmalıdır. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsinin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5038/2020 nömrəli iş üzrə xx xxxx 2 020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov, Z.A.Şirinov, F.F.Babayev) apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia təmin edilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmrinin iddiaçıya münasibətdə ləğv edilməsi, onun məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə MMC-də Ucar rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə bərpa edilməsi, xx xxxxxxxx 2019-cu il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının iddiaçıya ödənilməsi qət edilmişdir. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının irəli sürdüyü dəlillərə heç bir qiymət vermədən, sadəcə onun iddia müddətini ötürmüş olduğunu vurğul amaqla iddia tələbinin təmin edilməməli olduğu nəticəsinə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, ilk növbədə iddia tələbinin mahiyyətinə qiymət verilməli idi və iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadla xitam verilərkən səbəb kimi göstərilən hal, yəni onun üzrsüz səbəbdən işə gəlmədiyi sübuta yetirilməmiş, əmək müqaviləsinə göstərilən əsasla xitam verilməsinə hüquqi zəmin olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduq da əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində şin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulm ası hesab edilən hallar sadalanmış, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi belə halların sırasında göstərilmişdir. Qanunvericiliyin tələblərinə görə, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən “xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək heç bir üzürlü səbəb bildirmədən işə gəlməməsi” əsasının qanuni hesab edilə bilməsi üçün, qeyd olunan bu halın heç bir üzrlü səbəb olmadan davam etməsi və bunun nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan d əymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. İş materiallarında olan 15 saylı region üzrə DƏM-nin rəisi X1 Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini icra edən Fuad Heydərova göndərdiyi cavab məktubundan aydın olur ki, iddiaçı hər gün işə çıxmışdır; iddiaçının bilavasitə rəhbəri olan və Ucar rayon Kommunal Müəssisələri Kombinatında briqadir vəzifəsində işləyən Soltan Xlilovun məhkəməyə ünvanladığı ərizədə isə göstərilmişdir ki, “İddiaçı xx.xx.2019-cu il tarixinə kimi, o cümlədən xx.xx.2019-cu il tarixindən xx.xx. 2019-cu il tarixinədək hər gün işə gəlibgetmiş, davamiyyət jurnalına müntzəm olaraq imza etmişdir. Apellyasiya məhkəməsi tərəfindən iddiaçının işə davamiyyətinin yoxlanılması məqsədilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına sorğu göndərilərək müəssisədə işçilərin işə davamiyyətinə nəzarət üçün tərtib edilən jurnalın (tabel kitabının) təqdim olunması tələb olunsa da, sorğuya lazımi cavab verilməmişdir, buna görə də apellyasiya məhkəməsi iddiaçının “xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək işə gəlməməsi” əsasını sübuta yetirilməmiş hesab etmişdir. Başqa sözlə, iddiaçıya istinad olunan pozuntu faktlara deyil, mötəbər sübutlarla öz təsdiqini tapmayan fərziyyələrə əsaslanmışdır; halbuki Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə görə işəgötürən bu Məcəllənin 70-ci m addəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçıya istinad olunan pozuntu nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə də məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən onun izahatı da alınmam ışdır. İddiaçının “yol verdiyi iddia edilən pozuntuya görə 2019-cu ilin sentyabr ayında işdən çıxarılmasının Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinə zidd olması” dəlilini də apellyasiya məhkəməsi əsaslı hesab etmişdir. Belə ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə görə, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının üzrsüz səbəblə işə gəlməməsi barədə akt xx.xx.2019-cu il tarixdə tərtib olunmuş, onun əmək müqaviləsinə isə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. İddiaçının iddia müddətini ötürmüş olması arqumentini isə apellyasiya məhkəməsi əsassız hesab etmişdir. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. İş materiallarında əmrin, əmək kitabçasının və son haqq-hesabının ona nə vaxt verilmiş olması barədə məlumat mövcud olmasa da, işin hallarından görünür ki, əmək kitabçası iddiaçıya xx xxxxxx 2020-ci il tarixdə poçt vasitəsilə göndərilmiş, iddiaçı məhkəməyə müraciət etdiyi xx.xx.2019-cu il tarixinədək isə işdən qanunsuz çıxarılması ilə bağlı müxtəlif orqanlara şikayətlər ünvanlamışdır. Apellyasiya instsansiya məhkməsinin gəldiyi nəticəyə əsasən iddiaçının iddia müddətini ötürdüyü qənaətinə gəlinmiş olsa belə, ağlabatan mühakimə əsasında bunun üzrlü səbəblərlə bağlı olduğu qəbul edilməlidir. Qeyd olunmalıdır ki, iddiaçının qanunvericiliklə təmi nat altına alınan subyektiv hüquqlarının pozulmuş olduğu müəyyən edildiyindən, iddia müddətinin ötürülmüş olması arqumentinin – hətta bu arqument qəbul edilmiş olsaydı belə - onun iddiasının rədd edilməsi üçün əsas hesab edilməsi qanunsuz və lazımi əsasa söykənməmiş olardı. Bu halda, iddiaçının iddia müddətini ötürdüyü qənaətinə gəlinmiş olsa belə, ağlabatan mühakimə əsasında bunun üzrlü səbəblərlə bağlı olduğu qəbul edilməlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qanunvericilikdə nəzərdə tutul muş 1 aylıq iddia müddətini ötürdüyündən iddia əsassızdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 41 6-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Mə cəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyy ətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin Məcəllənin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zə rərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Mülki Məcəllənin 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəl ik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, cavabdehin etirazının əsası kimi istinad etdiyi həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin mahiyyətcə düzgün olan qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar