Məhkəmə qərarları › İş №2(102)-826/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-826/2022

02.03.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-826/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X3 Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8144/2021 nömrəli iş üzrə 27 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X3 Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasın da yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 10.02.2016-cı il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X3 Cavabdeh MMC-də aqronom vəzifəsinə qəbul edilmişdir.

2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X3 Cavabdeh MMC-nin 01.07.2020-ci il tarixli 057/Ş-1 nömrəli əmri ilə Su X3 Cavabdeh MMC-nin Su anbarlarının ərazisinin yaşıllaşdırma idarəsinin aqronomu İddiaçı 2020-ci ilin may ayının 16-da 65 yaşı tamam olduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən 01 iyul 2020-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktl arı a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X3 Cavabdeh MMCyə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Fövqəladə Hallar Nazirliyi Su X3 (SEDA) Cavabdeh MMC-nin Su anbarları ərazisinin yaşıllaşdırma İdarəsinin aqronomu vəzifəsinə işə bərpa edilməsi, 01.07.2020-ci il tarixdən işə bərpa edildiyi günə məcburi boşdayanmaya görə aylıq 530 manatdan hesablanmaqla əmək haqqının cavabdeh Fövqəladə Hallar Nazirliyi Su X3 (SEDA) Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, 1988-ci ildə Ermənistan SSR-in Krasnoselo rayonunun Əmirxeyir kəndindən qaçqın düşərək Bakı şəhərində məskunlaşmışdır. O, ailəl i olmaqla və iki uşağı vardır, iki ali təhsili vardır, Azərbaycan Dövlət Universitetini (indiki BDU) və X6 İnstitutunu bitirmiş, 10 il müəllim işləmişdir. 1988-ci ildən meşə sahəsi üzrə fəhlə kimi işə başlayaraq həmin sahədə direktor vəzifəsinə kimi yüksələrək demək olar bütün vəzifələrdə işləmiş, ona görə də bu sahə üzrə mütəxəssisdir. Bu müddət ərzində birbaşa iştirakı və nəzarəti ilə 2000 ha-dan artıq meşə salmış, 6 milyondan artıq meşə əkin materialları yetişdirmiş, həm özü əkmiş, həm də Abşeron yarımadasında və Respublikanın digər ərazilərində əkilməsi üçün pulsuz olaraq paylamışdır. Hətta bütün Respublika üzrə cəmi 150-200 min əkin materialı olan vaxtlarda o, 3 milyona yaxın əkin materialı yetişdirmişdir. O, kifayət qədər tanınan və müəssisədə yeganə meşəçi mütəxəssis olduğundan, ömr ü boyu işlədiyi bütün yerlərdə təmiz və şərəflə işləmişdir. O, cavabdeh idarə ilə əmək müqaviləsini 2014-cü ildə müddətsiz bağlamışdır. İndi onun yaşının 65 olmasından istifadə edib cavabdeh idarənin hazırkı müdiriyyəti onu tutduğu aqronom vəzifəsindən uzaqlaşdırmaq istəyir. Karantin rejimi dövründə o, evdə olan vaxt Cavabdeh MMC-nin direktoru T.Şamçıyev ona 14.04.2020-ci il tarixli 37/00134(37/1) tarixli poçtla göndərdiyi məktubda 29 may 2020-ci il tarixdə əmək müqaviləsinə xitam veriləcəyini bildirmiş, lakin məktub ona çatmayaraq, geri qayıdıb və o, 22.05.2020-ci tarixdə idarəyə gedib, məktubla tanış olmuş, surətinə imza atıb götürmüş və ona 22.06.2020-ci il tarixdə müqaviləyə xitam veriləcəyi bildirilmişdir. O, həmin məktuba cavab olaraq 02.06.2020-ci il tarixli məktubla izahlı surətdə cavab verərək işlədiyi müəssisə büdcədən maliyyələşən dövlət müəssisəsi olmadığından, həmçinin o, şəkərli diabet xəstəsi olduğundan bu səbəblərlə əlaqədar qanuna görə əmək müqaviləsinə xitam verilə bilməyəcəyini bildirmişdir. O, xəstəlik vərəqini idarəyə təhvil verəndə onun 65 yaşının tamam olması ilə əlaqədar 01.07.2020-ci il tarixdən əmr verildiyini və ona poçtla göndərildiyini bilmişdir. O, ümumi şöbədən həmin əmrin surətini götürmüşdür. SEDA və onun idarəsi Cavabdeh MMC yarandığı gündən həmişə yaşı 65-dən yuxarı şəxslər olmuş və hələ heç kimə bu yaş həddi tətbiq edilməmişdir. Hal-hazırda da yaşı 65dən yuxarı 30- dan artıq adam var və rəhbərlikdəkilər də o yaş həddindədir. Qanunvericiliklərdə nəzərdə tutulduğu kimi MMC-lər sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs olduğundan o cümlədən büdcədən maliyyələşən dövlət müəssisəsi statusuna malik deyil, o cümlədən də "xxxx" MMC büdcədən maliyyələşən dövlət müəssisəsi deyildir. Büdcədən maliyyələşən müəssisələrin işçilərinin əmək haqqı Azərbaycan Respublikasının Prezidentinin sərəncamları əsasında Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş "X7" əsasında ödənilir, "xxxx" MMC-də isə gəlirlərini nəzərdə tutaraq özü tərəfindən tərtib olunur, yuxarı tabeli orqanlar tərəfindən razılaşdırılaraq təsdiq edilir. Bütün nazirliklərdə də büdcədən maliyyələşən və təsərrüfat hesablı müəssisələr ayrılaraq göstərilir. 01.07.2020-ci ildən o, işsiz qalmışdır. Ona görə də "xxxx" MMCnin 01.07.2020-ci il tarixli 057/ş-1 saylı əmrinin hüquqi əsası olmadığından hüquqa zidd hesab edilməlidir.

5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsindəki icraatda iddiaya etiraz edərək bildirmişdir ki, “Hidrotex" MMC FHN Su X3 tərəfindən 22 oktyabr 2013-cü il tarixdə 006 nömrəli əmrlə təsis edilmiş, təsis payının 100%-i dövlət müəssisəsi olan Su X3nə məxsusdur. “Hidrotex“ MMC dövlət əhəmiyyətli su anbarlarının texniki təhlükəsizliyinin təmin edilməsi ilə məşğul olur və fəaliyyəti 100% dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Cavabdeh MMC gəlirsiz işləyir, fəaliyyətini yalnız bu istiqamətdə həyata keçirir, heç bir kənar xidmətlərin göstərilməsi ilə məşğul olmur. Müvafiq olaraq, fəaliyyətdə olduğu müddət ərzində Cəmiyyətin mənfəət vergisi vergi orqanlarında “0” faizlə qəbul edilmişdir. Bundan əlavə, Cavabdeh MMC Nazirlər Kabinetinin 24 oktyabr 2018-ci il tarixli “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyini strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının təsdiq edilməsi barədə” Qərarı ilə sözügedən qurumların siyahısına daxil edilmişdir. Bundan başqa, cavabdeh şəkər xəstəsi olması əsası ilə işdən azad edilmədiyi üçün bununla bağlı dəlil də əsassızdır.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim R.Qafarova) 18 may 2021-ci il tarixli, 2(009)1108/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Məhkəmə Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə, 70-ci maddəsinin “e” bəndinə və 79-cu maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, əmək müqaviləsinə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatması ilə əlaqədar xitam verilməsi qanuni və əsaslıdır. İşəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl edilməklə iddiaçı ilə olan əmə k müqaviləsinə xitam verildiyindən iddiaçının iddia ərizəsində göstərdiyi dəlilləri qanuni və əsaslı olan əmək müqaviləsinə xitam verilməsinə dair 01.07.2020-ci il tarixli 057/Ş-1 nömrəli əmrin ləğvi üçün əsas ola bilməz. iddia tələbinin işə bərpa hissəsi rədd edildiyindən və iddia tələbinin məcburi iş buraxma müddətinə görə əmək haqqının tutulub ona ödənilməsi hissəsi törəmə hüquq münasibəti olduğundan, yəni ilk tələbdən yarandığından, iddia tələbi həmin hissəsi də rədd edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Ş.Məmmədova) 27 sentyabr 2021-ci il tarixli, 2(103)-8144/21 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər i Səbail Rayon Məhkəməsinin 2(009)-1108/2021 saylı işi üzrə 18 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X3 Cavabdeh MMC-yə qarşı “işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməsi, İddiaçı Fövqəladə Hallar Nazirliyi Su X3 (SEDA) Cavabdeh MMC-nin Su anbarları ərazisinin yaşıllaşdırma İdarəsinin aqronomu vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh Fövqəladə Hallar Nazirliyi Su X3 (SEDA) Cavabdeh MMC-dən İddiaçı ödənilməsinin təmin edilməsi qət edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, işdən azad edilmə barədə əmrin verilməsinə əsas olan halları cavabdeh sübuta yetirməli və bu zaman əsas amil işəgötürənin dövlət büdcəsindən maliyyələşən müəssisə olmasının müəyyən edilməsidir. Bu hal müəyyən olunmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X3 Cavabdeh MMC kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmamasını xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin büdcədən maliyyələşən müəssisə olduğunu müəyyən etmək üçün apellyasiya məhkəməsi vergi orqanından cavabdehin mənfəət bəyannaməsini, cavabdehin yuxarı təşkilatından (təsisçidən) X4 Agentliyindən maliyyə hesabatını təqdim etməli idi. Lakin məhkəmə bu hərəkətlərin heç birini etməmişdir. Cavabdeh bu hallara öz d əlillərinə dəfələrlə istinad etmişdir və X4 Agentliyindən, Fövqaladə Hallar Nazirliyindən arayışlar məhkəməyə təqdim etmişdir. Cavabdehin dövlət büdcəsindən maliyyələşən müəssisə olub-olmamasını müəyyən etmək üçün məhkəmə özü də ya mütəxəssis rəyi əldə edə bilərdi, ya da məhkəmə maliyyə ekspertizası təyin edə bilərdi. Lakin, məhkəmə bunların heç birini etmədən işin hallarına zidd qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

13. Maddə 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

14. Maddə 70, bənd e). Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürə n tərəfindən ləğv edilə bilər.

15. Maddə

300. İşəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və et irazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

18. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlav ə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

22. Azərbaycan Respu blikası Fövqəladə Hallar Nazirliyi Su X3 Cavabdeh MMC-nin 23.08.021-ci il tarixli məktubuna əsasən, 24.10.2018-ci il tarixində təsdiq edilmiş Azərbaycan Respublikası Fövqaladə İ lallar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyasında Cavabdeh də qeyd edilmişdir.

23. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 02.08.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, büdcədən maliyyələşən təşkilatlar vahid büdcə təsnifatının inzibati təsnifatına və büdcədən vəsaitlərin ayrılmasına dair normativ hüquqi aktlara uyğun müəyyənləşdirilir. “Hidrotex“ MMC dövlət büdcəsindən maliyyələşən təşkilat statusuna aid olmamışdır və xəzinədarılıqda xəzinə xidmətində deyildir. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş X7 dövlət büdcəsində n maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarını tənzimləyir.

24. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 22.09.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 oktyabr tarixli 462 nömrəli Qərarına əsasən Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumdur və onun fəaliyyəti dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

25. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Su X3 Cavabdeh MMC-nin 22.09.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə nazirliyinin X2 tərəfindən təqdim olunmuş 02 avqust tarixli MİHO 1.1.2-2-2021-205 nömrəli məktubda əks olunmuş məlumat Azərbaycan Respublikası Fövqəladə hallar nazirliyi Su X3nin təqdim etmiş olduğu 07 sentyabr 2021-ci il tarixli 37/39-0005 nömrəli Arayışla ziddiyyət təşkil etmir. X1 məktubunda bildirilir ki, “Hidrotex“ MMC dövlət büdcəsindən maliyyələşən təşkilat statusuna aid olmamışdır və xəzinədarlıqda xəzinə xidmətində deyildir. Dövlət büdcəsindən maliyyələşən təşkilat statusuna malik olan qurumların siyahısına tabelikdəki təşkilatlar deyil, onların rəhbər təşkilatları, o cümlədən, sözügedən halda, 'Hidrotex” MMC-nin tabe olduğu Azərbaycan Respublikası Fövqəladə hallar nazirliyi və Su X3 daxildirlər. Bu səbəbdən, Cəmiyyətin adının həmin siyahıda olmaması təbiidir və sual doğurmamalıdır.Cavabdeh MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 oktyabr 2018-ci il tarixli 462 nömrəli Qərarına əsasən, Fövqəladə hallar nazirliyinin tabeliyind ə olan qurum hesab edildiyinə görə, fəaliyyəti dövlət büdcəsindən maliyyələşir və bu barədə, şifahi sorğunuza cavab olaraq, Fövqəladə hallar nazirliyinin 22 sentyabr tarixli 2021-ci il tarixli, 15/08-34/03254 nömrəli məktubu Sizə təqdim edilmişdir

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına (həqiqətə) tam uyğun gəlməmiş, qanun və müqavilə üzrə vəzifələrə, habelə təqdim edilmiş təkzibedilməz sübutlara lazımi qiymət verilməmiş və bununla da yanlış nəticə hasil olunmuşdur. Belə ki, işdən azad edilməsi barədə əmrin verilməsinə əsas olan halları cavabdeh sübuta yetirməli və bu zam an əsas amil işəgötürənin dövlət büdcəsindən maliyyələşən müəssisə olmasının müəyyən edilməsidir. 27. 2005-ci il 3 iyun tarixli 97 nömrəli qərarı ilə “təsdiq edilmiş Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların ştat cədvəllərinin maliyyə orqanlarında qeydiyyatdan keçirilməsi qaydalarının 2-ci bəndinə əsasən “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının şəhər, rayon maliyyə idarə və şöbələri (bundan sonra - maliyyə orqanları) dövlət orqanlarının, büdcədən maliyyələşən idarə və təşkilatların (bundan sonra - təşkilatların) strukturunun, ştatlarının, işçilərin vəzifə (tarif) maaşlarının və onlara əlavələrin mövcud qanunvericiliyə uyğun olaraq tətbiq edilməsi, növbəti ilin büdcə layihəsinin tərtibi zamanı ə məkhaqqı fondu üzrə tələbatın dəqiq müəyyən edilməsi məqsədilə bu təşkilatların (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının“Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti və Azərbaycan Respublikasının Prokurorluğu istisna olunmaqla) ştat cədvəllərini, habelə ştat cədvəllərinə dəyişiklikləri bu Qaydalara uyğun olaraq qeydiyyatdan keçirirlər.

28. Azərbaycan Respublikası Konstitusiyasına görə, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Azər baycan Respublikası Prezidentinə təqdim edilən lahiyyənin Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlərə aiddir.

29. Dövlət büdcəsinin formalaşması barədə qanunvericiliyin əsaslarından göründüyü kimi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlətin bu siyasətinin həyata keçirən müvafiq icra hakimiyyəti orqandır və bu orqan tərəfindən verilən məlumat mötəbər sayılmalıdır.

30. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, bir vasitə olaraq hər hansı bir müəssisə dövlət büdcəsinin vəsaiti hesabına fəaliyyət göstərə bilər, lakin biləvasitə dövlət büdcəsindən maliyyələşən müəssisələrin müvafiq icra hakimiyyətində qeydiyyatd an keçmələri zəruridir. Ona görə, işəgötürən tərəfindən verilən əmrin məhz bu əsasla verilməsi üzrə hüquqi əsasları müəyyən edilmir.

31. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki işəgötürən əmək qanunvericiliyinin tələblərinə riayət etmədiyindən və əsassız əmr verdiyindən, iddia tələbi qismən təmin edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçı vəzifəsinə bərpa edilməlidir.

32. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

33. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8144/2021 nömrəli iş üzrə 27 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar