Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-827/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1nə qarşı və İddiaçı1 cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 qarşı birləşdirilmiş iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin preyudisiallığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh1 MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair, İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair birləşdirilmiş mülki işlər üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2024-cü il tarixli 2(105)-104/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2016-cı ildə "xxxx" MMC X6 arasında bağlanmış müqavilə ilə, sonuncu ünvan 1 ünvanı V blok 12-ci mərtəbəsində yerləşən 329 nömrəli 3 otaqdan ibarət mənzili (bundan sonra – mübahisəli mənzil) əldə etmək məqsədilə tam ödəniş etmişdir. 2. 2017-ci ildə "xxxx" MMC Cavabdeh1 MMC adı ilə fəaliyyətini davam etdirməyə başlamışdır. 3. xx.xx.2018-ci il tarixdə Cavabdeh1 MMC ilə İddiaçı1 arasında mənzilin alqısatqısına dair müqavilə bağlanmışdır. Mənzilin ümumi dəyəri 40000 manat müə yyən edilmiş, ilkin olaraq 27000 manat və qalan məbləğin isə 6 ay müddətində hər ay 2167 manat ödənilməsini İddiaçı1 öhdəsinə götürmüşdür.
4. Həmin müqavilə iki fərqli nüsxədə məhkəməyə təqdim edilmişdir. Bir nüsxənin 5.7-ci bəndində göstərilmişdir ki, “bu mənzil X2 aid olduğu üçün müqavilənin qırx min manatı İddiaçı1, iyirmi beş min manatı X7 tərəfindən şirkətə ödəndikdən sonra qüvvəyə minir. Əks təqdirdə etibarsız sayılsın”. Digər nüsxənin 5.7-ci bəndində isə qeyd edilir ki, “bu müqavilənin 5.1, 5.2 və 5.3-cü bəndlərində qeyd olunan hallar baş verdikdə “Payçı” mənzili yeni qiymətlə almaqdan və cərimə ödəməkdən imtina etdikdə, üzvlükdən çıxdıqa müqavilə “Cəmiyyət” tərəfindən birtərəfli qaydada pozulur və mənzilin dəyərinin payçı tərəfindən ödənilmiş hissəsinin 10%i miqdarında cərimə məblə ği çıxıldıqdan sonra “Payçıya” qaytarılır”
5. Cavabdeh1 MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışında İddiaçı1 tərəfindən mənzilə görə 40.000 manat məbləğində pul ödənildiyi qeyd olunmuşdur.
6. X6 xx.xx.2021-ci il tarixində vəfat etmiş və oğlu Cavabdeh3 onun yeganə vərəsəsi kimi tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları İlk iş üzrə: a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı1 iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 40.000 manat pul ödəyərək aldığı ünvan 1 ünvanında yerləşən, 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli mənzilin Cavabdeh1 MMC tərəfindən ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx.xx.2018-ci il tarixdə mənzil tikintisi haqq ında müqavilə bağlanmışdır. O, müqavilə üzrə ilkin olaraq 27000 manat, qalan pulu isə 6 ay müddətində hər ay 2167 manat olmaqla cavabdehə ödəmişdir. Bundan sonra, cavabdeh tərəfindən ona maliyyə arayışı da verilmişdir. Müqavilə üzrə mənzilin dəyərini tam şəkildə ödədikdən sonra mənzil təhvil verilməli olmasına baxmayaraq, cavabdeh öhdəliyinə əməl etməmiş və bu günə kimi müxtəlif bəhanələrlə mübahisəli mənzili təhvil verməkdən yayınmışdır.
9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-546/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Elman Məmmədov).
10. Məhkəmə tərəflər arasında bağlanmış müqaviləni podrat müqaviləsi kimi qiymətləndirərək qeyd etmişdir ki, iddiaçı sifarişçi olaraq öhdəliyini tam icra etdiyi halda, cavabdeh podratçı kimi mübahisəli mənzili iddi açıya təhvil verməmişdir. Bu səbəbdən iddia təmin olunmalıdır.
11. Məhkəmə mövqeyini Mülki Məcəllənin 442, 752.1, 755-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətinin dəlilinə görə, X10 mənzil üçün müqavilədə göstərilən ona aid hissə üzrə öhdəliyi yerinə yetirməmişdir. Halbuki müqavilənin 5.7-ci maddəsində qeyd edilmişdir ki, mübahisəli mənzil X5 aid olduğundan müqavilənin qırx min manatı İddiaçı1, iyirmi beş min manatı isə X10 tərəfindən cavabdehə ödənildikdən sonra qüvvəyə minir, əks təqdirdə müqavilə etibarsızdır. Buna baxmayaraq, X9 tərəfin dən mübahisəli mənzilə dair hər hansı ödəniş edilməmişdir. Cavabdehin adına isə müqavilə və maliyyə arayışı yazılsa da, onun tərəfindən də faktiki olaraq iddiaçlya hər hansı ödəniş edilməmişdir. Razılaşmaya görə, tikinti materiallarının gətirilməsi ilə əlaqədar X3 xahişi nəzərə alınmaqla təminat olaraq müqavilə və maliyyə arayışı cavabdehin adına yazılıb və məznilin dəyərinin bir hissəsinin də onun tərəfindən ödənilməsi barədə öhdəlik götürülüb. Müqavilənin və maliyyə arayışının ləğv olunması barədə cavabdehə xəbərdarlıq edilsə də, o sözügedən sənədləri qaytarmamış, onlara istinad edərək əsassız varlanmaq niyyətinə düşmüşdür.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1620/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, biri nci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Telman Quliyev – sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Lətifə Məmmədova).
15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi əlavə olaraq göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilə və mübahisəli mənzilə dair verilmiş maliyyə arayışı mübahisələndirilməmiş və ləğv edilməmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
16. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayətinin əsaslandımasına görə, tərəflər arasında müqavilə formal imzalanmışdır. Həmin müqavilə X7 ilə cavabdeh ar asında olan digər razılaşmanın təminatı qismində girov olaraq yazılmışdır. Digər razılaşmaya əsasən binanın inşası üçün H.Əliyev armatur verməli idi, bunun təminatı olaraq isə Hürrü Əliyevin istəyi ilə iddiaçının adına müqavilə yazılmışdır. Lakin nə iddiaçı, nə H.Əliyev tərəfindən cavabdehə pul vəsaiti və ya armatur verilməmişdir. Bu səbəbdən də müqavilənin 5.7-ci bəndinin tələbinə əsasən pozulduğu üçün müqavilə qüvvəyə minməmiş və etibarsız sayılmışdır. İddiaçıya öhdəliyin tam icra edilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, icrasından yayınaraq ödəməli olduğu pul vəsaitini ödəməmişdir. Bununla da tərəflər arasındakı müqavilənin 5.2-ci maddəsinin tələblərini pozmuşdur. Tərəflər arasında imzalanmış müqavilənin 3.5 və 3.6-ci bəndinə əsasən payçı hər ay 2167 manat ödəniş etməli və əsasə n 6 ay müddətinə pulu ödəməli idi. Yəni xx.xx.2018-ci il tarixdə müqavilə imzalandıqdan sonra 6 ay müddətində bütün pul vəsaiti ödəməli idi. Lakin maliyyə arayışına diqqət yetirdikdə görünür ki, müqavilə imzalandıqdan 3 il sonra 12 yanvar 2021-ci il tarixli maliyyə arayışı verilmişdir. Bütün bu hallar göstərir ki, müqavilə və maliyyə arayışı digər münasibətləri pərdələmək üçün bağlanmışdır. Məhkəmə tərəflər arasında imzalanmış müqavilənin 5.7-ci bəndinin əsaslarını araşdırmamışdır. Müqavilənin bu bəndi isə qeyd şərtsiz göstərir ki, müqavilə digər münasibətlərin pərdələnməsi üçün tərtib edilmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1660/2023 nömrəli, 19 aprel 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (hakimlər: Elşad Şamayev – məruzəçi, Əhliman Xıdırov və Elşanə Vəliyeva).
19. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, həqiqətən iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunan və iş materiallarına əlavə olunan (i.v. 5) mənzil tikintisi haqqında 06 dekabr 2018-ci il tarixli, 074 saylı müqavilə icraçı olaraq Cavabdeh1 MMC və payçı olaraq İddiaçı1 arasında imzalansa və müqavilənin 3.3-cü bəndində mənzilin dəyəri 40000 manat məbləğində müəyyən edilsə də, müqavilənin 5.7-ci bəndində göstərilmişdir ki, “Bu mənzil X5 aid olduğu üçün müqavilənin qırx min manatı İddiaçı1, iyirmi beş min manatı X7 tərəfindən şirkətə ödənildikdən sonra qüvvəyə minir. Əks təqd irdə etibarsız sayılsın”. Lakin, apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin qeyd olunan dəlilinə, müqavilənin 5.7-ci bəndinin məzmununa hüquqi qiymət verilməmiş, X3 şəxsiyyəti tərəflərlə araşdırılmamış, sonuncunun işə cəlb edilməsi zərurəti müzakirə olunmamış, məhkəməyə təqdim olunmuş sübutlarda olan ziddiyyətlərə hüquqi qiymət verilməmişdir.
20. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, apellyasiya məhkəməsinin tərəflər arasında imzalanmış müqavilənin və maliyyə arayışının cavabdeh tərəfindən mübahisələndirilməməsi və ləğv edilməməsinə dair mövqeyi də əsassız olmuşdur. Belə ki, cavabdeh hazırkı iş üzrə apellyasiya şikayətinin dəlillərində iddianın əsasında olan müqavilənin etibarsız olmasını iddia etdiyi üçün apellyasiya məhkəməsi əqdin etibarlılığına hüquqi qiymət verməl i idi.
21. Kassasiya kollegiyası mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88, 217.3, 217.4, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Digər iş üzrə: a) Birinci instansiya məhkəməsində icraat
22. İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə X6 arasında mübahisəli mənzil ilə əlaqədar bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və həmin müqavilənin yenilənməsi üçün xx.xx.2017-ci il tarixli 148 saylı müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh1 MMC arasında xx.xx.2018-ci il tarixində mənzil tikintisi haqqında müqavilə bağlanmış, onun tərəfindən MMC-yə müqavilə bağlanan gün, yəni xx.xx.2018-ci il tarixdə 27.000 manat ödəniş edilmiş, qalan məbləğ isə müqaviləyə uyğun olaraq vaxtlı-vaxtında cavabdehə ödənilmişdir. Bu fakt cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışı ilə də təsdiq olunur. Bütün bunlara baxmayaraq, qeyd edilən mənzil iddiaçıya təhvil verilməmişdir. Ona görə də tərəfindən Abşeron Rayon məhkəməsində cavabdeh "xxxx" MMC-yə qarşı "mənzilin təhvil verilməsi" barədə iddia qaldırılmış və həmin iddia təmin olunaraq, apellyasiya instansiyası məhkəməsində də dəyişdirilmədən saxlanılsa da, kassasiya instansiyası məhkəməsində sonuncu qətnamə ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. İddiaçının Ali Məhkəmənin sözügedən qərarından məlumatı olmamış və ona bu barədə hazırkı iddia üzrə 2-ci Cavabdeh3 məl umat vermişdir. Bundan sonra iddiaçı tərəfindən Ali Məhkəməyə əlavə kassasiya şikayəti verilsə də, şikayətin plenuma çıxarılmasından imtina olunmuşdur. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 13(102)-235/2023 saylı qərardadının 26-cı bəndində qeyd olunmuşdur ki, apellyasiya və kassasiya instansiyaları tərəfindən müvafiq qərarların qəbul edilməsi İddiaçı1 xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə X6 arasında bağlanmış və xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə Məmmədli Müzəffər oğlu arasında bağlanmış (yenilənmiş) müqavilələri müstəqil şəkildə mübahisələndirmək imkanından məhrum etmir. Beləliklə, mübahisəli mənzilə dair Cavabdeh3 ilə də formal müqavilə bağlanmış və məqsəd iddiaçını mülkiyyətindən məhrum etmək olmuşdur.
24. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı etiraf edərək bildirmişdir ki, X4 hər hansı yaşayış və qeyri-yaşayış sahəsi verilməmişdir.
25. Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, evin onlara təhvil verilməsinə dair məhkəmə çəkişmələri olmuş, yekunda kassasiya instansiyası məhkəməsində də qətnamə qüvvədə qalmış və icra şöbəsi mənzili onlara təhvil vermişdir. Bu gün də mənzil onların istifadəsindədir. Şirkət tərəfindən atasına pulun qaytarılması barədə sənədlərin nəyə görə ötən məhkəmə çəkişmələrində təqdim edilmədiyi sual doğurur.
26. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 1281/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunmamışdır (hakim: Toğrul Axundov).
27. Məhkəmə müəyyən etmişdir ki, hazırkı iş üzrə digər Cavabdeh3 Cavabdeh1 MMC-yə qarşı xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə X6 arasında bağlanmış və xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə X6 arasında bağlanmış (yenilənmiş) müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi və maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması barədə iddiası təmin edilmiş ümumi sahəsi 780 kv. metr olan qeyri-yaşayış sahəsinin və eləcə də, Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında 5-ci blok 12-ci mərtəbə 329 saylı mənzilin iddiaçı Cavabdeh3 təhvil verilməsi və mülkiyyətə yaranan maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh1 MMC-nin üzərinə qoyulmuşdur. Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında 5-ci blok 12-ci mərtəbə 329 saylı mənzilin iddiaçı Cavabdeh3 təhvil verilməsi və mülkiyyətə yaranan maneələrin aradan qaldırılması hissədə qanuni qüvvəsini almışdı r.
28. Mübahisəli mənzilin Cavabdeh3 məxsus olması yəni ona təhvil verilməsi hissəsində qətnamə qüvvədə saxlanılmışdır. Həmçinin, iddiaçının əşya hüququnun olması iş materialları ilə öz təsdiqini tapmır.
29. Bundan başqa Cavabdeh3 tərəfindən qeyd edilən mənzilə daha öncə qapı qoyulmuş, eləcə də cavabdeh X6 ilə müqavilə daha öncə bağlanılmışdır. İddiaçı cavabdeh X6 ilə bağlanılmış müqavilənin əslində saxta olduğunu, sonradan bağlanıldığını bildirsə də, həmin hallarla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş onunla Cavabdeh1 MMC arasında bağlanılmış müqaviləyə istinad edilsə də, müqavilədə onun imzası yoxdur. İddiaçı həmin halı ona arayış verilərkən müqavilənin ondan istənilməsi, müqavilənin o zaman dəyişdirilib ona verilməsi və müqa viləyə uzun illər baxmadığı üçün həmin hala diqqət yetirmədiyini bildirsə də, məhkəmə iddiaçının qeyd edilən izahatını ağlabatan hesab etməmişdir.
30. Bundan başqa, məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, X6 tərəfindən Cavabdeh1 MMC-nin direktoruna ünvanlanmış Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında 5-ci blok 12-ci mərtəbə 329 saylı mənzilə görə M.Müzəffər tərəfindən ödənilmiş 78449 manatın tam olaraq geri alınması, şirkətlə bağlı heç bir narazılığının olmamasını, gələcəkdə mənzil ilə bağlı şirkətdən heç bir iddiasının ola bilməməsi məzmunlu ərizənin surətinə münasibət bildirərək, həmin sübuta tənqidi yanaşmışdır. Belə ki, ilk növbədə həmin sənəd kserosurət olmaqla məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa, iş materiallarında olan müvafiq məhkəmə qətnamələrindən görünür ki, mübahisəli mənzilin cavabdehə təhvil verilməsinə dair məhkəmə qətnamələri məhz həmin iş üzrə cavabdeh olmuş Cavabdeh1 MMC tərəfindən həm apellyasiya, həm də kassasiya qaydasında mübahisələndirilsə də, şikayətlərinin əsasını başqa dəlillər təşkil etmiş və hazırda qeyd olunan, yəni mənzilin dəyərinin guya cavabdehin atasına qaytarılması barədə ümumiyyətlə məhkəməyə heç bir məlumat verilməmiş, buna dair sübutlar da təqdim edilməmişdir.
31. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1620/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, Cavabdeh1 MMC və İddiaçı1 arasında Cəmiyyətin ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku 12-ci mərtəbəsində, ümumi sahəsi 120,69 kv.metr, 03 otaqlı 329 nömrəli mənzilin tik intisi haqqında 06 dekabr 2018-ci il tarixli, 074 nömrəli müqavilə bağlanıb. İddiaçı1 adına guya onun həmin mənzil sahəsinə görə Cavabdeh1 MMC-yə mənzilin dəyərinin ödənilməsi barədə 12 yanvar 2021-ci il tarixli maliyyə arayışı yazılaraq verilib. Əslində cavabdehin adına 06 dekabr 2018-ci il tarixli müqavilə və 12 yanvar 2021- ci il tarixli maliyyə arayışı verilsə də, həmin müqavilənin bir hissəsi qismində çıxış etmiş X9 tərəfindən müqavilənin 5.7-ci bəndinə əsasən mənzil üçün ödəniləcək 25.000 manatı cəmiyyətə ödənilməyib. Cavabdeh İddiaçı1 adına müqavilə və maliyyə arayışı yazılsa da, faktiki olaraq Cavabdeh1 MMC-yə bir manat da olsun pul ödənilməyib. Razılaşmaya görə tikinti materiallarının gətirilməsi ilə əlaqədar X3 xahişi nəzərə alınmaqla təminat olaraq müqavilə və maliyyə arayışı ca vabdehin adına yazılıb və mənzilin dəyərinin bir hissəsinin də X9 tərəfindən ödənilməsi barədə öhdəlik götürülüb. Lakin müqavilənin şərtlərinə görə X9 mənzil üçün müqavilədə göstərilən ona aid hissə üzrə öhdəliyi yerinə yetirməyib. Müqavilənin 5.7-ci maddəsində yazılır: Bu mənzil X5 aid olduğu üçün müqavilənin qırx min manatı İddiaçı1, iyirmi beş min manatı X9 tərəfindən şirkətə ödənildikdən sonra qüvvəyə minir, əks təqdirdə etibarsız sayılsın. İddiaçı1 tərəfindən mənzil üçün iyirmi beş min manat Cəmiyyətə ödənilmədiyi üçün Cəmiyyət cavabdehin adına yazılmış 06 dekabr 2018-ci il tarixli müqavilə və 12 yanvar 2021-ci il tarixli maliyyə arayışı müqavilənin 5.7-ci bəndinə əsasən etibarsızdır. İddiaçı1 müqavilənin və maliyyə arayışının ləğv olunması və həmin sənədlərin əslini qaytarılması barə də xəbərdarlıq olunsa da, ona bu barədə bildiriş göndərilsə də İddiaçı1 göstərilən sənədləri geri qaytarmayıb, bundan imtina edib. 06 dekabr 2018-ci il tarixli müqavilə və 12 yanvar 2021-ci il tarixli maliyyə arayışının əsli cavabdehdə qaldığı üçün cavabdeh bu fürsətdən istifadə edərək sənədləri iddiaçıya qaytarmamaqla göstərilən əmlakı əldə edərək əsassız varlanmaq niyyətinə düşüb. Göründüyü kimi mənzil tikintisi üçün pul tam ödənilmədiyindən, müqavilə və maliyyə arayışı başqa əqdi pərdələmək və görünüş üçün bağlandığından həmin sənədlərin etibarsız hesab edilməsi” təşkil etmişdir.
32. Bundan başqa məhkəmə, hazırkı iş üzrə digər Cavabdeh1 MMC-nin iddianı etiraf edərək, mənzilin iddiaçıya verilməli olduğunu iddia etdiyi halda, mübahisəli mənzilin iddiaçının sahibliyinə təhvil verilməsi bar ədə qətnamələrlə razılaşmayaraq, həmin qətnamələrdən də, məhz onlar tərəfindən şikayət verilməsini ağlabatan və inandırıcı saymamışdır.
33. Məhkəmə iddia tələbinin "xxxx" MMC ilə X6 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, iddia tələbi bu hissədə də, əsassızdır. Belə ki, "xxxx" MMC (icraçı) ilə X6 (payçı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli qeyri-yaşayış tikintisi haqqında müqavilədən görünür ki, icraçı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok İİ (üst) mərtəbəni bir pay kimi payçıya verməyi, payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin sahəsi 780 kv metrdir. Göründüyü kimi, hazır kı müqavilə mənzillə deyil, qeyriyaşayış sahəsinin alğı-satqısı ilə bağlı olmaqla iddiaçının maraqlarına toxunmur. Həmin hissədə cavabdehlər arasında ayrıca məhkəmə mübahisəsi vardır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tərəflər arasında qeyri-yaşayış sahəsinə dair bağlanılmış müqaviləni mübahisələndirməyə subyektiv hüququ yoxdur.
34. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
35. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-5281/2024 saylı qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.
36. Cavabdeh3 və X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşlar.
37. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-104/2024 nömrəli qətnaməsi ilə Cavabdeh1 MMC-nin apellyasiya təmin edilərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-546/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilmiş, İddiaçı1 apellyasiya şikayəti təmin edilməyərək Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-546/2022 qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Zaur Məmmədov- sədrlik edən və məruzəçi, Almaz Süleymanova və Fuad Məmmədov).
38. Məhkəmə kollegiyası ilk öncə Yasamal Rayon Məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə bildirmişdir ki, yuxarıda qeyd edilən məhkəmə qətnamələrindən də göründüyü kimi, "xxxx" MMC ilə X6 arasında mübahisəli mənzil ilə əlaqədar bağlanmış 02 iyun 2016-cı il tarixli müqavilənin etibarlı olub-olmamasına hüquqi qiymət verilmiş, mübahisə predmeti olan mənzilin Cavabdeh3 təhvil verilməsi ilə bağlı məhkəmə qətnamələri qanuni qüvvəsini almışdır. Belə ki, AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
39. Məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan “mənzilin iddiaçıya təhvil verilməsi” ilə bağlı tələbi törəmə tələb kimi “müqavilələrin etibarsız hesab edilməsi” tələbindən asılı olmaqla bilavasitə həmin iddia ilə bağlıdır. Həmin müqavilələrin etibarsızlığı ilə bağlı iddia tələbi təmin edilmədiyi, mənzilin Cavabdeh3 təhvil verilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcud olduğu halda iddiaçının “mənzilin təhvil verilməsi ilə bağlı” tələbinin təmin edilməsi mümkün deyildir.
40. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərinə uyğun olaraq X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Həmçinin, AR Ali Məhkəməsinin göstərişlərinə və cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq “FAM-88" MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarlı olub-olmaması, müqavilənin 5.7-ci bəndində olan ziddiyyətlə bağlı araşdırma aparılmışdır. Belə ki, iş materiallarında iki fərqli nüsxədə müq avilə mövcuddur. Müqavilələr arasında əsas fərq 5.7-ci bəndlə bağlıdır. Belə ki, bir müqavilənin 5.7-ci bəndində qeyd olunur ki, bu mənzil X2 aid olduğu üçün müqavilənin qırx min manatı İddiaçı1, iyirmi beş min manatı X7 tərəfindən şirkətə ödənildikdən sonra qüvvəyə minir. Əks təqdirdə etibarsız sayılsın. Digər nüsxənin 5.7-ci bəndində isə qeyd edilir ki, “bu müqavilənin 5.1, 5.2 və 5.3-cü bəndlərində qeyd olunan hallar baş verdikdə “Payçı” mənzili yeni qiymətlə almaqdan və cərimə ödəməkdən imtina etdikdə, üzvlükdən çıxdıqa müqavilə “Cəmiyyət” tərəfindən birtərəfli qaydada pozulur və mənzilin dəyərinin payçı tərəfindən ödənilmiş hissəsinin 10%-i miqdarında cərimə məbləği çıxıldıqdan sonra “Payçıya” qaytarılır”.
41. Məhkəmə kollegiyası hesab etmişdir ki, xx.xx.2018-ci il tarixli müqavilə (h ər iki nüsxə) etibarlı deyildir. Belə ki, İddiaçı1 imzası olmayan və X7 ilə bağlı qeydin olduğu variant iddiaçı tərəfindən qəbul edilmədiyi və iddiaçının imzası olmadığı üçün etibarlı müqavilə hesab edilə biləməz.
42. Digər – iddiaçı tərəfindən imzalanan və əsas müqavilə olduğu iddia edilən müqavilə isə həmin mənzilə dair daha öncə – "xxxx" MMC ilə X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə mövcud olduğu üçün etibarlı hesab edilə bilməz.
43. Eyni zamanda, "xxxx" MMC ilə X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin etibarlılığına yuxarıda qeyd olunan müvafiq məhkəmə qətnamələri ilə qiymət verildiyindən məhkəmə kollegiyası həmin müqavilənin etibarlılığına qiymət verməyi zəruri hesab etməmişdir.
44. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı tərəfindən m əhkəməyə təqdim edilmiş cinayət işi üzrə tərtib edilmiş ittiham aktından görünür ki, hazırkı iş üzrə İddiaçı1 zərərçəkmiş şəxs kimi tanınmışdır. Bununla da iddiaçının yuxarıda qeyd edilən cinayət işi üzrə və ya ayrıca mülki icraat qaydasında mənzilə görə ödədiyi 40.000 manatın Cavabdeh1 MMC-dən alınaraq ona ödənilməsi ilə bağlı mülki iddia qaldırmaq hüququ istisna edilmir.
45. Məhkəmə kollegiyası mövqeyini Konstitusiyanın 60-cı, Mülki Məcəllənin 5.3, 445.7, 528, 529.4, 560.1, 560.2, 560.3, 560.3.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
46. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia tələbinin təmin olunması barədə yen i qərar qəbul edilməsini xahiş etmişdir.
47. Kassator şikayətinin ilkin dəlilini belə əsaslandırmışdır ki, Cavabdeh3 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli müqavilələrin etibarsızlığı KQMBİ-da aparılmış cinayət işinin materialları ilə təsdiq olunur. Həmin cinayət işi üzrə müəyyən edilmişdir ki, Cavabdeh3 ilə "xxxx" MMC arasında mübahisəli bağlanmış müqavilə faktiki olaraq mənzil alqı-satqısı və tikinti münasibətlərindən irəli gələn iradə ifadəsini əks etdirməmiş, başqa əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. Qərardan həmçinin o da görünür ki, mübahisəli mənzilə dair M.Ə.Məmmədli tərəfindən hər hansı ödəniş olmamışdır. Lakin işə baxan məhkəmələr işin bu halını sübut kimi düzgün qiymətləndirməmişlər.
48. Kassasiya şikayətinin digər dəlilinə görə i sə, apellyasiya instansiyası məhkəməsinin mənzilin təhvil verilməsi tələbini törəmə tələb kimi müqavilənin etibarsızlığı tələbinə bağlaması qanuni olmamışdır. Belə ki, mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə 2022-ci ildə məhkəməyə müraciət olunsa da, digər iddia ərizəsi 2024-cü ildə məhkəməyə verilmişdir. Əgər birinci tələb ikincidən törəmə tələb olsa idi, onda birinci tələbə münasibətdə ərizə baxılmamış saxlanılaraq iddiaçıya digər tələblə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalı idi.
49. Kassator şikayətində MPM-in 14.1, 82.4, 385-ci maddələrini qeyd edərək həmin normaların tələblərinin pozulmasına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respu blikasının Mülki Məcəlləsi:
51. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
52. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
53. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquql arını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
54. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
55. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.
56. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.
57. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
58. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
59. Maddə 178.8 (hüquq münasibəti yarandığı vaxt qüvvədə olmuş redaksiya). Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
60. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
61. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
62. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
63. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
64. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi məna ya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
65. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
66. Maddə
329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
67. Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər.
68. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olm ayaraq özlüyündə etibarsız olan əqddir.
69. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
70. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
71. Maddə
354. Etibarsız əqdlər üzrə müddətlər.
72. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
73. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
74. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə
770. Əgər müqaviləyə görə və ya işin xarakterinə görə iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş iş i qəbul etməyə borcludur. İşi qəbul etdikdə şifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
75. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
76. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzini n ödənilməsini tələb edə bilər.
77. Maddə
770. Əgər müqaviləyə görə və ya işin xarakterinə görə iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə şifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır Azərbaycan Respublikası Mənzil Məcəlləsi
78. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
79. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvl ərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
80. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
81. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
82. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
83. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
84. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
85. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmama sına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
86. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
87. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edi lmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
88. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
89. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
90. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş ma teriallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, ikinci iş üzrə cavabdeh olmuş Cavabdeh3 mübahisə predmeti olan mənzil üzərində mülkiyyət hüququ qazanmışdır. Belə ki, həmin cavabdehlə mənzilə dair müqavilə xx.xx.2016-cı ildə, hər iki iş üzrə iddiaçı olan İddiaçı1lə isə müqavilə xx.xx.2018ci ildə bağlanmışdır. Belə olan halda MTK artıq onun mülkiyyətində olmayan mənzillə bağlı İddiaçı1lə müqavilə bağlaması yolverilən olmamışdır.
91. Məhkəmə kollegiyası tərəfindən sübut kimi qiymətləndirilən qanuni qüvvədə olan qətnamə ilə müəyyən olunur ki, mübahisəli mənzilin dəyəri Cavabdeh3 tərəfindən MTK-ya tam olaraq ödənilmişdir. Eyni zamanda xx.xx.2016-cı il tarixi müqavilənin etibarsızlığına əsas olan hər hansı hal müəyyən edilməmişdir.
92. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndi rmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
93. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
94. Məh kəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
95. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
96. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-104/2024 nömrəli iş üzrə 18 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildi